Qəbələ sosial-iqtisadi
inkişafın yeni mərhələsində
Qəbələ rayonunda 2014-cü ilin I yarısında sosial-iqtisadi
inkişaf sahəsində
görülmüş işlərə
dair geniş hesabat yığıncağı
keçirilib.
Rayon İcra Hakimiyyətinin
(RİH) başçısı Səbuhi Abdullayev bildirib ki, rayonun
ictimai həyatında
baş verən əsas əlamətdar hadisə Prezident İlham Əliyevin
2014-cü ilin yanvar ayının 3-də Qəbələyə
gəlişi və “Tufan” Dağ-Xizək Yay-Qış İstirahət
Kompleksinin birinci mərhələsinin açılışında
iştirak etməsidir.
Azərbaycan hökuməti və
Dünya Bankının
maliyyə dəstəyi
əsasında Qəbələ
şəhərinin su
təchizatı və
kanalizasiya sisteminin yenidən qurulması istiqamətində 1-ci mərhələ
üzrə işlərin
tamamlandığını söyləyən S.Abdullayevin
sözlərinə görə,
2-ci mərhələ üzrə
tikinti işləri davam etdirilib. Rayonun “Qaraçay”, “Duruca” su mənbələrində
yerləşən anbarlar
lil və qumdan təmizlənib, cari təmir işləri görülüb.
Şəhərin küçələrində
aparılan abadlıq işləri ilə əlaqədar mövcud su təchizatı və
kanalizasiya xətlərində
müxtəlif diametrli
borular dəyişdirilib,
təmir-bərpa işləri
aparılıb. 2014 -cü
ilin ikinci yarısında “Mirzəbəyli
- Çuxur Qəbələ
- Dizaxlı - Çarxana
avtomobil yolunun əsaslı təmiri”, Daxili İşlər Nazirliyi Daxili Qoşunların N saylı
alayı, cipsi istehsalı müəssisəsi,
limonad istehsalı müəssisəsi, kartof
soyuducu anbarı, Çuxur Qəbələ
kəndində “Çuxur
Qəbələ Arxeleoji
Araşdırmaların Tədqiqat
Mərkəzi” obyektlərində
tikinti işləri başa çatdırılıb
və Qəbələ
şəhər 5 saylı
tam orta məktəb binası, YAP Qəbələ
rayon şöbəsinin inzibati
binası, “Qafqaz
Thermal Hotel” binası, Bum qəsəbəsində
“Stend və ox atıcılığı “ kompleksi,
Yengicə kəndində
80 şagird yerlik ümumi orta məktəb binası və Ziring kəndində 220 şagird
yerlik ümumi orta məktəb binası obyektlərində
son tamamlanma işləri
aparılır. Qeyd olunub ki, hazırda
Qəbələ Futbol
Akademiyası və stadionlar kompleksi, Dəmiraparan çayı
üzərində 10 aşırımlı
dəmir-beton körpü,
“Aquapark” istirahət kompleksi, “Qolf klub” kompleksi, “Tufandağ” dağ xizək yay-qış istirahət kompleksi, səfərbərlik və
hərbi xidmətə
çağırış üzrə Dövlət Xidmətinin rayon şöbəsinin
inzibati binası, yeni 3 ulduzlu otel binası, rayon məhkəməsinin inzibati
binası, Savalan kəndində “Raftinq Mərkəzi”, “Laza” sərhəd zastavası, Nohur gölü ərazisində müalicəvi
sanatoriya obyektlərində
tikinti quraşdırma
işləri davam etdirilir.
RİH başçısı qeyd
edib ki, 2014-cü ildə Qəbələ Peşə Məktəbinin
yeni binasının,
rayon mərkəzi xəstəxanası
kompleksinin, Xarici Dillər Universitetinin Qəbələ Filialının,
Gömrük Akademiyasının,
Turizm Akademiyası,
“ASAN xidmət”in Qəbələ
rayon filialının inzibati
binasının, 37 hektar
ərazidə yeni şəhərciyin, Yengicə
su anbarının, “Hərbi Vətənpərvərlik
və Mütəxəssis
Hazırlığı Cəmiyyəti”
MMC-nin Qəbələ
Rayon Şöbəsinin inzibati
binasının, Soltannuxa
kəndi və Qəbələ şəhərində
elektrik yarımstansiyalarının,
Qəbələ şəhərində
2 ədəd 100 yerlik
uşaq bağçası
və rayon prokurorluğunun
inzibati binası obyektlərinin tikintisinə
başlanılması nəzərdə
tutulub. Tədbirdə
qeyd olunub ki, 2014-cü ilin birinci yarısında yaşayış məntəqələri
üzrə RİH başçısının
20 səyyar görüş-qəbulu
keçiriliB, qəbullarda
2865 nəfər vətəndaş
iştirak edib. Yekunda Səbuhi Abdullayev idarə, təşkilat və müəssisə rəhbərlərinə cari
tapşırıqlarını və tövsiyələrini
verib.
Pərviz
Əliyev
Zaman.- 2014.- 22 iyul.- S. 6.