Dünyanın ekoloji fəlakətinə çevrilən zəlzələlər

 

Əvvəli ötən sayımızda Sonralar  zəlzələ qurbanlarından mətbuatda, ümumiyyətlə, bəhs edilmədi. Zəlzələnin böyük ekoloji fəlakətə çevrildiyi barədə isə, ümumiyyətlə, danışmaq qadağan edildi. Qeyd edək ki, zəlzələ ərəfəsində Aşqabadda 200 min nəfərə yaxın adam yaşayırdı. Şəhərdə həmin dövrdə yeni parklar salınır, yaşıllıqların həcmi ildən-ilə artırılırdı. Məqsəd qısa müddətdə Aşqabadı Xəzər sahilində ekoloji baxımdan ən təmiz yaşıllıqlara qərq olan şəhərə çevirmək idi. Amma zəlzələ nəticəsində yaşıllıqlar məhv oldu şəhər xarabalığa çevrilərək ekoloji baxımdan yaşamaq çətin olan əraziyə çevrildi. Bir sözlə, güclü zəlzələ Aşqabadı ekoloji fəlakət məskəninə çevirərək, ona ağır zərbə vurdu. Nəticədə zəlsələdən sonrakı illərdə şəhərə vurulan ekoloji zərbənin ağır fəsadlarını aradan qaldırmaq üçün milyardlarla manat xərcləmək, məhv olan yaşıllıqları yenidən bərpa etmək üçün ağır çətin bərpa işləri aparmaq lazım gəldi.

 

Ekoloji fəlakətlər davam edir

 

Yeri gəlmişkən, qeyd edək ki, Aşqabadda baş verən zəlzələnin təsiri həmin dövrdə Azərbaycanda da hiss edilmişdi. Həmin dövrdə Bakıda, o cümlədən Azərbaycanın Xəzəryanı ərazilərində zəlzələnin gücü bəzi yerlədə hətta 5-6 bal gücündə hiss edilmiş, bir çox yerlərdə köhnə binalarda çatlar əmələ gəlmiş, bəzi evlər isə hətta dağılmışdı. Lakin həmin dövrdə Aşqabad zəlzələsi ilə müqayisədə bu dağıntılar cüzi hesab edildiyindən diqqəti cəlb etmədi. Amma Aşqabadla müqayisədə Azərbaycana daha az ekoloji zərbə dəydi.

 

Aşqabad zəlzələsindən cəmisi bir il sonra, 1949-cu il iyul ayının 10-da Tacikistanda daha bir dəhşətli zəlzələ baş verdi. Nəticədə Xait şəhəri dağ uçqunlarının torpaq sürüşməsinin altında qalaraq, yer üzündən silindi. Rəsmi məlumatlara görə, zəlzələ 20 min  adamın həyatına son qoydu. Bu da Tacikistanda minlərlə hektar yaşıllığın məhv olmasına, təbii landşaftın sıradan çıxmasına, torpaq sürüşmələrinin artmasına yol açaraq ətraf mühitə milyonlarla dollar ekoloji zərər vurdu.

 

Həmin dövrdə zəlzələlər dünyanın digər yerlərində dağıntılara insan tələfatına ekoloji fəlakətlərə səbəb olmaqda davam edirdi. Məsələn, 1949-cu il avqust ayının 5-də Ekvadorda, 1960-cı il fevral ayının 29-da Mərakeşdə baş verən zəlzələlər zamanı müvafiq olaraq, 10 min 15 min nəfər dünyasını dəyişdi. Zəlzələ baş verən ərazilər ekoloji fəlakətlə üz-üzə qaldı, yaşıllıqlar, parklar məhv oldu, zəlzələ nəticəsində hava çirklənməsi qorxulu həddə çatdı, təmiz su mənbələri sıradan çıxdı. Nəticədə ekologiyaya vurulan ağır zərbənin təsirini uzun illər boyu aradan qaldırmaq olmadı.

 

1961-ci il may ayının 21-də Çilidə baş verən zəlzələ isə daha ağır ekoloji fəlakətlərə gətirib çıxardı. Zəlzələ nəticəsində Konsepso, Valdiviya Puerto Montt şəhərləri xarabazara çevrildi, 10 min adam isə fəlakət qurbanı oldu. Zəlzələdən əvvəl yaşıllıqlar içində itib-batan  bu şəhərlər təbii fəlakətdən sonra səhraya çevrilmiş, ağaclar məhv olmuş ekologiyaya bərpası mümkün olmayan səviyyədə böyük zərər dəymişdi

 

1963-cü il iyul ayının 26-da Makedoniyanın paytaxtı Skopyedə baş verən zəlzələ şəhərin altını üstünə çevirdi, 2 min nəfər isə həlak oldu. Yaşıllıqlar içində insanı özünə heyran edən bu şəhər bir anın içindəcə ekoloji fəlakət zonasına çevrildi. 1964-cü il, mart ayının 28-də ABŞ-ın Alyaska ştatında baş verən zəlzələ zamanı Ankoric şəhəri xəritədən silindi. Zəlzələlərin ətraf mühitə gətirdiyi ekoloji fəlakət kifayət qədər böyük oldu. ABŞ hökuməti zəlzələ zonasına vurulan ekoloji zərbənin fəsadlarını aradan qaldırmaq üçün milyardlarla dollar xərc çəkməli oldu.

 

 

 

Daşkənd ekoloji fəlakəti

 

Aşqabadda baş verən zəlzələnin ağır nəticələri tam aradan qaldırılmamış SSRİ daha bir dəhşətli təbii fəlakətlə üzləşdi. Belə ki, 1966-cı il aprel ayının 26-da, səhər saat 5:23-də Daşkənddə 8-13 kilometr dərinlikdə, Rixter şkalası ilə 8-9 bal gücündə zəlzələ baş verdi. 10-12 saniyə davam edən təkanlar Daşkənddə böyük dağıntılara insan tələfatına gətirib çıxardı. Rəsmi məlumatlara görə, zəlzələ nəticəsində 36 min bina qismən ya tamamilə dağılmış, 78 min ailə (300 min nəfər) evsiz-eşiksiz qalmışdı. Yenə zəlzələ Daşkənddəki bütün yaşıllıqların məhvinə yol açaraq, on minlərlə insanı ekoloji fəlakət qarşısında qoydu.

 

Hadisə yerinə gələn SSRİ rəhbərliyi təcili şəkildə Daşkəndin yenidən inşa edilməsi barədə qərar qəbul etdi. Nəticədə 3-5 il ərzində şəhər yenidən inşa edildi.  Şəhərə vurulan ekoloji zərbənin ağır nəticələrini aradan qaldırmaq üçünsə yenə milyonlarla rubl xərcləmək lazım gəldi. Həmin dövrdə ekoloji fəlakətin nəticələrinin aradan qaldırılması bu müstəvidə Daşkənddə yeni parkların yaşıllıqların salınması əvvəlki ekoloji mənzərənin qismən bərpası üçün 30 milyon rubl xərcləndi ki, bu da həmin dövr üçün olduqca böyük rəqəm hesab edilirdi.

 

Zəlzələ zamanı rəsmi məlumatlara görə, cəmisi 8 nəfər ölmüş, 150 adam isə yaralanmışdı. Amma bu rəqəmlər inandırıcı görünmür. Üstəlik, zəlzələ səhərə yaxın baş verdiyindən insan tələfatı daha böyük olmalı idi. Ona görə baş verən zəlzələ nəticəsində cəmisi 8 nəfərin ölməsi barədəki rəsmi məlumat, zənnimcə, əsl həqiqəti əks etdirmir. Çünki 2 milyon kvadratmetr yaşayış sahəsi, 236 rəsmi dövlət idarəetmə binası, 700 ictimai  ticarət binası, 181 təhsil ocağı, 245 sənaye müəssisəsi, 185 tibb 36 mədəni-məişət obyekti dağılmış, bütün parklar, yaşıllıqlar məhv olmuşdu. Daşkənddə zəlzələ nəticəsində ekologiyaya vurulan ağır zərbənin təsirini insanlar uzun illərboyu öz üzərlərində hiss etdilər. Belə ki, yaşıllıqların məhv olması nəticəsində şəhərdə nəfəs almaq mümkün olmurdu, kəskin oksigen çatışmazlığı hiss olunur, insanlar sanki boğulurdular. O vaxt SSRİ- zəlzələdən sonrakı Daşkənd haqqındahavasız şəhərifadəsi işlənilirdi hətta yarızarafat, yarıgerkək: “Ölüm hökmünə məhkum edilənləri öldürməyə ehtiyac yoxdur, onları Daşkəndə göndərmək kifayətdir, onsuz da orada havasızlıqdan öləcəklər,- deyirdilər. Yəni zəlzələ sözün əsl mənasında, ekologiyaya ağır zərbə vuraraq, Daşkəndi az qala ölü şəhərə çevirmişdi.

 

 

 

Peruda ekoloji fəlakətin ağır nəticələrini bu günə kimi aradan qaldırmaq mümkün olmayıb

 

1970-ci il, may ayının 31-də Peruda baş verən zəlzələ zamanı da, sözün əsl mənasında, ekoloji fəlakət yaşandı. Peruda hava, su hövzələri çirkləndi ya onlar bərpaedilməz vəziyyətə düşdü. Zəlzələ nəticəsində ətraf mühit tanınmaz hala düşdü, insanı heyran edən yaşıllıqlar bir andaca məhv oldu. Zəlzələ 63 min nəfərin həyatına son qoydu, 600 min adam evsiz-eşiksiz qaldı. 1976-cı il, fevral ayının 4-də Qvatemalada baş verən zəlzələnin gətirdiyi ekoloji fəlakətin həcmi kifayət qədər böyük oldu. Onun qurbanı isə 20 min nəfər oldu, 1 milyon adamın isə evi dağıldı. Zəlzələnin özü ilə gətirdiyi ekoloji fəlakətin ağır nəticələrini isə bu günə kimi aradan qaldırmaq mümkün olmayıb.

 

Ardı növbəti sayımızda

Zaman.-2014.-4 iyun.-s.13.