Dünyanın ekoloji fəlakətinə
çevrilən zəlzələlər
Əvvəlı ötən saylarimizda
XXI əsrin ilk illərindən
ekologiyaya sağalmaz yaralar vuran dəhşətli
zəlzələlərin özü
ilə bəşəriyyətə
çoxsaylı fəlakətlər
gətirməsi dünyanın
taleyinin bir tükdən asılı olduğunu bir daha yada salmaqdadır. 2000-ci il
noyabr ayının
25-də Bakıda baş
verən 6,8 bal gücündəki zəlzələ
insanların ciddi təşvişinə səbəb
oldu. Zəlzələ
nəticəsində onlarla
tikili dağıldı
və çat verdi, 30 nəfər
dünyasını dəyişdi.
1976-cı
il, iyul
ayının 28-də Çinin
Xubey əyalətinin Tanşan şəhərində
baş verən zəlzələnin ekoloji
nəticələri daha
ağır oldu və tarixə XX əsrin faciəsi kimi düşdü. Belə ki, zəlzələdən
sonra şəhərdə
əsl ekoloji fəlakət baş verdi, içməli
su problemi yaşandı. Çünki zəlzələ nəticəsində təbii
su qaynaqları sıradan çıxmış,
hava çirklənmiş,
yaşıllıqlar məhv
olmuşdu.
Çin rəsmiləri zəlzələnin
242 min nəfərin həyatına
son qoyduğu barədə
məlumat yaydılar. Ancaq dağıntı
yerində xarici ölkə nümayəndələri
azı 800 min nəfərin
həlak olduğu qənaətinə gəldilər.
Zəlzələ o qədər
güclü idi ki, onun təsirindən
nəinki Tanşan şəhəri, ətrafdakı
təpələr, dağlar
yerlə yeksan oldu, həm də hadisə yerindən 140 kilometr məsafədə yerləşən
Pekin və Tyanstzin şəhərlərində
dağıntılar baş
verdi və bu da özü
ilə böyük ekoloji fəlakətlərə
səbəb oldu. Ümumiyyətlə isə,
zəlzələ 5,3 milyon evin, yüzlərlə
parkın, təbii qoruqların dağılmasına
yol açdı. Zəlzələnin gətirdiyi ekoloji
fəlakətin həcmini
isə, ümumiyyətlə,
hesablamaq olmadı.
Bu zəlzələ tarixdə
həcminə görə,
Şensi (1556-cı il)
və Hind okeanında
(2004) baş verən və böyük ekoloji fəlakətlərə
səbəb olan zəlzələlərdən sonra
üçüncü ən
böyük təbii fəlakət hesab edilir. Baş verən zəlzələlər
və onun gətirdiyi ekoloji fəlakətlər arasında
1985-ci il sentyabr ayının 18-də Mexikoda (7500 nəfər
ölüb), 1988-ci il
dekabr ayının 7-də
Spitakda (Ermənistan -
40-45 min adam ölüb),
1985-ci ildə isə Nefteqorskda ( Saxalin - 1841 nəfər həlak olub) daha çox
narahatlıqlara səbəb
olub. Spitakda baş verən zəlzələnin ekoloji
təsirləri Azərbaycanın
qonşu ölkəyə
yaxın ərazilərində
də özünü
hiss etdirdi və əhali arasında müəyyən təşvişlərə
səbəb oldu.
XX əsrin sonunda
1999-cu ildə Türkiyədə
(İzmit) baş verən zəlzələnin
gətirdiyi ekoloji fəlakətlərin həcmi
daha böyük oldu. Şəhərin təbii landşaftı
tamam dağılaraq tanınmaz, bərpaedilməz
vəziyyətə düşdü.
Avqustun 17-də baş
verən 7,6 bal gücündə
zəlzələ zamanı
rəsmi məlumatlara
görə, 17 min 217 adam
öldü, 43 min 959 nəfər
yaralandı, 500 min nəfər
isə evsiz-eşiksiz
qaldı. Amma əksər mənbələr
zəlzələ nəticəsində
azı 40 min nəfərin
dünyasını dəyişdiyi
və bir o qədərinin də yaralandığı qənaətindədir.
Bundan əlavə, 120 min bina tamamilə dağılmışdı
və onları yenidən bərpa etmək məqsədəuyğun
hesab edilmədi.
50 min bina isə
ciddi şəkildə
zədələnmişdi. 2000 bina isə
çökmüşdü. Zəlzələ nəticəsində Türkiyəyə 25 milyard
dollar zərər dəydi. Zəlzələnin vurduğu ekoloji
zərbənin nəticələrini
isə bu günə kimi aradan qaldırmaq mümkün olmayıb.
Çünki zəlzələ nəticəsində dağılmış
parkların, məhv olan yaşıllıqların
bərpası üçün
on illər vaxt lazım gəlir. Belə ki, məhv olan
yaşıllıqların, ekologiyanın yenidən bərpası uzun illərlə vaxt aparan bir işdir.
Zəlzələ nəticəsində məhv olan təbii landşaftı, əvvəlki ekoloji mühiti isə, ümumiyyətlə, bərpa
etmək mümkün
olmur.
Bakıda
zəlzələ torpaq
sürüşmələrinə yol açdı
Həmin dövrdə qısa fasilələrdən sonra
Azərbaycanda zəlzələlər
yenidən baş qaldırmağa başlamışdı. Daha doğrusu, seysmik zona hesab edilən
Azərbaycanda, demək
olar, hər gün ciddi narahatlıqlara səbəb
ola biləcək
zəlzələlər baş
verirdi. Bununla belə, 1999-cu ildə Ağdaşda baş verən 5,4 bal gücündə zəlzələ
yeni bir dağıntı və ekokoji fəlakət qorxusu yaşatdı. Zəlzələ nəticəsində
insan itkisi olmasa da, 100-dən çox ev
dağıldı, çoxlu
sayda ev isə qəzalı vəziyyətə düşdü.
XXI əsrin ilk illərindən
ekologiyaya sağalmaz yaralar vuran dəhşətli
zəlzələlərin özü
ilə bəşəriyyətə
çoxsaylı fəlakətlər
gətirməsi dünyanın
taleyinin bir tükdən asılı olduğunu bir daha yada salmaqdadır. Bu müstəvidə
də 2000-ci il noyabr ayının 25-də
Bakıda baş verən 6,8 bal gücündəki zəlzələ
insanların ciddi təşvişinə səbəb
oldu. Zəlzələ
nəticəsində onlarla
tikili dağıldı
və çat verdi, 30 nəfər
dünyasını dəyişdi.
Zəlzələdən sonra Bakının
bəzi yerlərində
baş verən torpaq sürüşmələri
paytaxtımızın infrastrukturasını
ekoloji fəlakət qarşısında qoydu.
Ekoloji fəlakətə səbəb
olan torpaq sürüşmələrinin qarşısını
almaq və ya onu zəiflətmək
üçün dövlət
tərəfindən milyonlarla
manat xərcləndi və sürüşmələr
aktiv olan zonalarda bəndlər quruldu, mühəndis-texnoloji
tədbirlər həyata
keçirildi. 2003-cü il dekabr
ayının 26-da İranın
Bam şəhərində baş
verən zəlzələ
də 50-60 min nəfərin
ölümünə yol
açdı və bölgədə əsl ekoloji fəlakət yaşandı.
Hind okeanı dəhşətləri
-
ekoloji fəlakətlər
meydanı
2004-cü
il, dekabr ayının 26-da Hind okeanında
baş verən və bəşər tarixində gücünə
görə ikinci və ya üçüncü
hesab edilən 9,1 və 9,3 ballıq
zəlzələlərin özü
ilə gətirdiyi ekoloji fəlakətlər
bütün bəşəriyyəti
sarsıtdı. Belə
ki, zəlzələdən sonra
bölgədə sunami
dalğaları baş
qaldırdı. 15 metr hündürlüyündəki
dalğalar İndoneziya,
Şri-Lanka və Tailandın dəniz sahillərindəki on minlərlə
yaşayış məskənlərini,
parkları, yaşıllıqları,
meşələri su altında qoyaraq, bölgəni ekoloji fəlakət zonasına çevirdi. ABŞ Geoloji Xidmətinin məlumatlarına görə,
təbii fəlakət
nəticəsində 227 min 898 nəfər qurban getdi və ekologiyaya
milyardlarla dollar zərər
dəydi. Təbii
fəlakət nəticəsində
ölənlərin sayı o qədər
çox idi ki, bu günə
kimi onun qurbanlarının sayını
dəqiqləşdirmək mümkün olmayıb. Hadisəni araşdıranların fikrincə,
azı 400-500 min nəfər
zəlzələ zamanı
dünyasını dəyişib.
Onu da deyək ki, baş verən zəlzələ və ondan sonra əmələ
gələn sunami dalğalarının gətirdiyi
ekoloji fəlakətlər
bəşəriyyətə əsl qiyamət əlamətlərini xatırlatdı.
Bundan 4 il sonra, 2008-ci il may ayının 12-də
Çinin Sıçuan
əyalətində baş
verən zəlzələ
isə 70 min nəfərin
ölümünə yol
açaraq, yaşıllıqlar
içində itən
bölgəni səhraya çevirdi. Nəticədə bölgəyə
dəyən ekoloji fəlakətin nəticələri
bu gün də özünü hiss
etdirməkdədir. 2010-cu il yanvar ayının 12-də Haitidə
baş verən zəlzələ də
XXI əsrin dəhşəti
hesab edilir. Belə ki, bu
zəlzələ nəticəsində
220 min nəfər həlak
oldu, 300 min nəfər
yaralandı, 1,1 milyon nəfər isə evsiz-eşiksiz qaldı. Zəlzələ Haitini ekoloji
fəlakət qarşısında
qoyaraq, su, ərzaq, qida çatışmazlığına, yoluxucu xəstəliklərin
yayılmasına səbəb
oldu.
2010-cu il, fevral ayının
27-də Çilidə baş
verən 8,8 bal gücündə zəlzələ
də özü ilə adıçəkilən
ölkəyə böyük
ekoloji fəlakətlər
gətirərək, 1,5 milyon
evin sunami dalğaları altında qalması ilə nəticələndi.
Nəhayət, 2011-ci il mart ayının 11-də Xonsyu adası yaxınlığında baş verən 8,9 bal gücündə zəlzələnin özü ilə Yaponiyaya gətirdiyi dəhşətli ekoloji fəlakət indiyə kimi insanları sarsıtmaqda davam edir.
Cənubi Azərbaycanda zəlzələlər ekoloji fəlakətlərə yol açdı
Cənubi Azərbaycan da tarix boyu seysmik
zona hesab edilib. Müxtəlif dövrlərdə
Təbriz, Zəncan, Mərənd, Qəzvin və digər yerlərdə baş verən zəlzələlər
böyük dağıntılara
və ekoloji fəlakətlərə
səbəb olub. Bu baxımdan 2012-ci il avqust ayının 11-də
yerli vaxtla saat 16:53-də Şərqi
Azərbaycanın Əhər
şəhərində (6,4
bal) və həmin gün saat 17:40-da Vərzəqan (6,3 bal), həmçinin
Heris şəhərlərində
baş verən zəlzələlər böyük
dağıntılara səbəb
olaraq, meşələrin,
dağların altının
üstünə çevrilməsinə
və ekoloji fəlakətin yaşanmasına
yol açdı. Zəlzələ 9,9 kilometr dərinliyində baş vermişdi. Episentri Əhər, Vərzəqan
və Heris şəhərləri idi.
Bu zəlzələnin təsiri
Qərbi Azərbaycan,
Ərdəbil və Zəncan əyalətlərində
də hiss edilmişdi.
Zəlzələ nəticəsində 60 kəndin
60-80% infrastrukturuna zərər
dəymiş, daha 6 kənd yer üzündən
tamamilə silinmişdi. 227 nəfər ölmüş,
1380 nəfərdən artıq
insan yaralanmışdı. Ekoloji fəlakət zonasında
bütün yaşıllıqlar
məhv olmuş, dik dayanan bir
ağac da qalmamışdı.
Ardı
növbəti sayımızda
Azərbaycan
Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin
İnkişafına Dövlət
Dəstəyi Fondunun maliyyəsi əsasında
səhifəni hazırladı:
Əziz Mustafa
Zaman.-2014.-5 iyun.-S.13.