Karyera imkanlarının az olması kişilərin müəllimliyə olan marağını azaldır”

 

 ELVIN ƏLIYEV,

 

Təhsil insanın mənəvi siması olub, mədəniyyət, təlim-tərbiyə mənəvi dəyərlərin təsiri altında formalaşır. Bu mənada ölkədə fəaliyyət göstərən məktəblərin üzərinə böyük məsuliyyət düşür. Milli Qəhrəman Tahir Həsənov adına Bakı şəhəri 23 saylı orta məktəbin yeni direktoru Yuliya Kərimova ilə söhbətimiz bu barədə oldu. Y. Kərimova cari ilin aprel ayından etibarən 23 saylı məktəbin direktorudur.

 

Məlumat üçün bildirək ki, Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva, ədliyyə naziri Fikrət Məmmədov, mədəniyyət turizm naziri Əbülfəs Qarayev, Xalq artisti Xuraman Qasımova s. bir çox dövlət, elm mədəniyyət xadimləri orta təhsillərini məhz bu məktəbdə alıblar.

 

 - Direktor fəaliyyətinə yeni başlayan şəxs kimi hədəfləriniz nələrdir?

 

- Əsas hədəfim, birinci növbədə, tədris prosesinin keyfiyyətinin yüksəldilməsi, şagirdlərin təlimə həvəsinin artırılması,  valideynlərin müəllimlərə, ümumiyyətlə, məktəbə olan etibarının gücləndirilməsi kollektiv arasında əməkdaşlıq prinsiplərinin qurulmasıdır. Onu da qeyd edim ki, hədəflərimiz uzunmüddətlidir. Çoxlarından eşitdiyimizkollektiv ailə olmalıdırfikri ilə razı deyiləm. Çünki ailədə çox şey ola bilər ailə üzvləri bir-birilərini bağışlamağı bacarmalıdırlar. Onlar buna məcburdurlar. Amma bildiyiniz kimi, bizim artıq etik davranış qaydalarımız qəbul olunub. Kollektiv arasında bütün münasibətlər bu qaydalar əsasında qurulmalıdır.

 

 - Təlim prosesində səmərəliliyin artırılması baxımından valideyn-məktəb münasibətlərinin rolunu necə qiymətləndirirsiniz?

 

- İbtidai siniflərdə bu baxımdan vəziyyət çox yaxşıdır. Çünki valideynlər müəllimlərimizlə sıx əlaqədədirlər. Bu həm uşaqların yaş səviyyəsi, həm onlara dərs deyən müəllimlərin azlığı ilə bağlıdır. Bildiyiniz kimi, hər ibtidai sinfin əsasən bir müəllimi olur. Buna görə valideynlər bütün məsələlərdə elə onunla əlaqə saxlayırlar. Yuxarı siniflərdə isə bunu demək çətindir. Müşahidələr göstərir ki, valideynlər 5-ci sinifdən başlayaraq, övladları üzərində nəzarəti azaldırlar. Çünki onlar elə bilirlər ki, uşaqları artıq böyükdür onlar müstəqil şəkildə öyrənə bilərlər. Bundan əlavə, valideynlərin bütün fənn müəllimləri ilə münasibət qurmaq imkanları vaxtları olmur. Ona görə hesab edirəm ki, valideyn-məktəb münasibətlərinin qurulması üçün telefondan başqa, konkret bir strategiya olmalıdır. Hər şeyi sinif rəhbərinin üstünə atmaq düzgün deyil. Məktəblərdə, əlbəttə ki, müəllim-valideyn assosiasiyaları var. Amma bu assosiasiyaların işinə yenidən baxılmalıdır. Bu assosiasiyalar, demək olar ki, pərakəndə halda fəaliyyət göstərirlər. Valideyn-müəllim yox, məktəb-valideyn əməkdaşlığının vahid prinsipləri olmalıdır.

 

- Ölkəmizin orta təhsil sistemi sahəsində sizi qane edən etməyən tərəflər hansılardır?

 

- Bugünkü təhsil sistemində ən problemli sahə müəllim hazırlığı məktəblərdə çalışan müəllimlərin keyfiyyəti məsələsidir. Biz müəllim olmaq istəyən kadrları lazımi səviyyədə yetişdirə bilmirik. Onların hazırlıq proqramları daimi yenilənmədiyi üçün qənaətbəxş deyil. Sovet vaxtındakı müəllim hazırlığı proqramlarından kənara çıxa bilmirlər. Bəzi yeniliklər olsa da, ona innovasiya demək olmaz. Müəllim hazırlığına yanaşma başqa olmalıdır ki, ona görə proqramlar hazırlansın.

 

- Yuliya xanım, müəllim hazırlığı prinsipi necə olmalıdır?

 

- Müəllimlik peşəsini seçən insan müəyyən dəyərlərə sahib olmalıdır. Bu beynəlxalq miqyasda ən çox müzakirə olunan məsələdir. Müəllimlik peşəsinə təsadüfi insan gəlməməlidir. Çünki  müəllimə azyaşlı uşaqlar həvalə olunur. Həmin uşaqları cəmiyyət üçün dəyərli vətəndaş kimi yetişdirmək isə müəllimin başlıca vəzifəsidir. Buna görə biz, birinci növbədə, başa düşməliyik ki, dəyərli vətəndaş nədir. Müəllim bu dəyərli vətəndaşı yetişdirmək üçün özü hansı şəxsi keyfiyyətə sahib olmalıdır. Ona görə fənn baxımından müəllimin hazırlığı ikinci məsələdir, əsas onun sahib olduğu müəyyən dəyərlərdir.

 

- Məktəbinizdə fəaliyyət göstərən gənc müəllimlərin işlərini necə qiymətləndirirsiniz?

 

- Ümumiyyətlə, məktəbə yeni kadrları cəlb etmək lazımdır. Amma bu, gənc kadrdır, deməli, səmərəli işləyəcək yanaşması doğru deyil. Çünki əksər gənc kadrlar dərs prosesinin texniki tərəflərinə daha çox diqqət yetirirlər. Belə olan halda da, onlar şagirdlərlə ünsiyyəti s. kimi digər əsas amilləri yaddan çıxarırlar.

 

- Məktəblərdəki əsas problemlərdən biri kimi, kişi müəllimlərin azlığı göstərilir. Bu barədə deyə bilərsiniz?

 

- Kişi pedaqoqlar məktəbdə qədər çox olsa, o qədər yaxşıdır. Mən ABŞ-da kişi pedaqoqların, hətta məktəbəhazırlıq siniflərində uşaqlarla necə gözəl ünsiyyət qurmalarının şahidi olmuşam. Təcrübələr göstərir ki, 4-5 yaşlı uşaqlarla da kişi müəllimlər işləməlidir. Çünki kişilər psixoloji olaraq, bir tip, qadınlar isə başqa bir tipin nümayəndələridir. Ona görə uşaqlar hər iki modeli görməli onlardan bəhrələnməlidirlər. Beləliklə , uşaqlar özləri üçün müəyyənləşdirirlər ki, qadın kişilərin cəmiyyətdəki rolu nədən ibarətdir. Bunlar ikisi bir arada olmayanda, əlbəttə ki,  problemlər yaranır.

 

- Necə düşünürsünüz, kişi müəllimlərin məktəbdən uzaqlaşmalarının səbəbi nələrdir? Onları məktəbə necə cəlb etmək olar?

 

- Kişilərin müəllim işləmək istəməmələrinin səbəbini çox adam maaş azlığı ilə izah edir. Mənim fikrimcə isə, maaş azlığı səbəblərdən biridir, amma başlıca səbəb deyil. Mən özəl məktəblərdə işləmişəm. Özəl təhsil müəssisələrində müəllimlərə dövlət məktəblərinə nisbətən çox maaş verirlər. Amma orada da kişi müəllimlər azlıq təşkil edirlər. Buna görə də hesab edirəm ki, kişi müəllimlərin müəllimlik etmək istəməmələrinin başlıca səbəbi bu peşə sahəsinin karyera imkanlarının olmaması və ya məhdud olmasıdır. Müəllimlər bir müddət işlədikdən sonra direktor  müavini, daha sonra isə direktor ola bilərlər. Bu o deməkdir ki, o şəxs artıq müəllimlikdən uzaqlaşıb, inzibatçı olur. Həm səmərəli müəllim, həm də səmərəli inzibatçı olmaq çətindir. Bu səbəbdən də inanmıram ki, tək maaşı artırmaqla kişi müəllimləri məktəbə cəlb edə bilərik. Hesab edirəm ki, müəllimlərə yaxşı maaş verməklə yanaşı, onlara peşəsi daxilində karyera qurmaq imkanları yaradılmalıdır. Müəllimlik peşəsində karyera qurmaq üçün müəyyən kateqoriyalar işlənib hazırlanmalıdır. Kateqoriyalara görə, diferensial maaş sistemi tətbiq olunmalıdır. Sevindirici haldır ki, təhsil haqqında dövlət strategiyasında bu məsələ öz əksini tapıb.

 

- Cəmiyyətdə belə fikir formalaşıb ki, müəllimlərin maaşını artırmaqla bütün problemləri həll etmək olar. Bu barədə nə deyə bilərsiniz?

 

- Mənim fikrimcə, tək maaşın işin keyfiyyətinə təsiri azdır. Ümumiyyətlə, beynəlxalq miqyasda aparılan tədqiqatlar göstərir ki, müəllimin işinin keyfiyyətini artıran amillərdən biri onun şəraitinin olmasıdır. Əlbəttə ki, maaş da vacib məsələdir. Amma əminliklə deyə bilərəm ki, indiki şəraitində müəllimlərin maaşlarını dörd dəfə artırsaq belə, təhsilin keyfiyyətində ciddi dəyişiklik olmayacaq. Tədrisin keyfiyyətinə birbaşa nə müəllimin çox maaş alması, nə də məktəblərin İKT ilə təchizatı təsir göstərir. Təhsilin keyfiyyətində müəllimin hazırlığı və şəraiti müstəsna rol oynayır.

 

- Yuliya xanım, məktəbin müstəqil büdcəsi olmalıdırmı?

 

- Olmalıdır. Müəllimlərimə təlimlər vermək və s. işlər üçün vəsaitim olsa, daha yaxşı olar. Təbii ki, büdcənin xərclənməsinin hesabatını vermək şərti ilə.

 

- Məktəbdə dərs deyən müəllimlərin repetitorluq fəaliyyətinə münasibətiniz necədir?

 

- Repetitorluq bütün dünyada var. Amma bunun da tənzimlənmə mexanizmi işlənib hazırlanmalıdır. Güman edirəm ki, yaxın vaxtlarda bu da öz həllini tapacaq. Onu da qeyd edim ki, müəllimlərin etik davranış qaydalarında bu da öz əksini tapıb ki, müəllim öz şagirdlərinə,  həmçini işlədiyi məktəbin şagirdlərinə repetitorluq etməməlidir.

 

- Müəllimlərin bilik və səriştəsinin sınaq qiymətləndirilməsi imtahanlarından gözləntiləriniz nələrdir?

 

- Məktəb direktoru kimi bu prosesdən yeni imkanlar görürəm. Bu sınaq dəyərləndirməsi mənə  müəllimlərimin hansı sahədə problemləri və üstünlüklərinin olmasını müəyyənləşdirməyə kömək edəcək. Beləliklə də, mən məktəbimin fəaliyyət planını daha düzgün qura biləcəyəm. Eyni zamanda sınaq qiymətləndirməsindən sonra mən biləcəyəm ki, müəllimlərim üçün nə qədər və hansı sahələr üzrə təlimlər təşkil etməliyəm.

 

Elvin Əliyev

Zaman.-2014.-5 iyun.-S.7.