Dünyanın ekoloji fəlakətinə çevrilən zəlzələlər
ƏZIZ MUSTAFA ,
Əvvəlı ötən saylarimizda
Zəlzələ və ekoloji fəlakət təhlükəsi
böyük olan ölkələr sırasında
Azərbaycan və Türkmənistan ikinci yerdə gəlir. Seysmoloqlar bu
iki ölkədə baş verən zəlzələlər arasında
əlaqə olduğunu
bildirirlər. Azərbaycanda
5,8-6,5 bal gücündə
zəlzələnin ənənəvi
zəlzələ episentrlərində
baş verəcəyi
ehtimal edilir.
Xilasedici qruplar ilk növbədə
Təbriz və Əhərə göndərilmişdilər. Vərzəqan və Əhərdə 200
nəfər insan uçuq binaların altından xilas edilmişdi. Təbrizdə enerji çatışmazlığı
müşahidə olunurdu,
nəqliyyatın hərəkəti
pozulmuş, yollarda tıxaclar yaranmışdı.
Bir sözlə zəlzələ
bölgəsi əsl fəlakət zonasına çevrilmişdi.
Zəlzələ Ermənistan və Azərbaycanda hiss olunsa da, burada heç
bir maddi zərər və ya insan itkisi
müşahidə olmamışdı. Təəssüflər olsun ki, Cənubi
Azərbaycanda baş verən zəlzələ
ilə və onun gətirdiyi ekoloji fəlakətlə bağlı İran rəsmiləri əsl həqiqəti dünyadan gizlətmişdilər. Bu da ekoloji fəlakət
bölgəsinə beynəlxalq
yardımların göstərilməsinə
imkan verməmişdi.
Bundan əlavə zəlzələ
və ekoloji fəlakət zonasına yardım etmək istəyən bəzi xarici ölkə xilasedicilərini isə İran öz ərazisinə buraxmamışdı.
Zəlzələ nəticəsində ölənlərin
sayı rəsmi şəkildə 253, İran
səhiyyə nazirliyi
tərəfindən isə
306 nəfər göstərilmişdi. Amma “Qızılaypara”
cəmiyyəti, bu zəlzələdə ölənlərə
16 min yas mərasiminin
qurulması barədə
xəbər vermişdi.
Bu da, onu
göstərir ki, İran rəsmiləri zəlzələdə ölənlərin
və ekoloji fəlakətdən zərərçəkənlərə
münasibətdə özlərini
laqeyd və biganə aparıblar.
Hətta
ekoloji fəlakət zonasında xilasetmə əməliyyatları belə
gec və olduqca ləng aparılmışdı. Bu
da dağıntılar
altında daha çox insanın ölməsinə yol açmışdı. Halbuki xilasetmə
əməliyyatları vaxtında
aparılsaydı və
bu məsləyə biganə yanaşılmasaydı
daha çox insanı dağıntılar
altından xilas etmək olardı. Bunu zəlzələdən üç
gün sonra “Qızılaypara” məmurları
tərəfindən ekoloji
fəlakət zonasında
bir qadının torpaq altından sağ çıxarılması
da sübut edir. Halbuki zəlzələdən
bir gün sonra İran səlahiyyətliləri elan
etmişlər ki, xilasetmə əməliyyatları
başa çatıb
və dağıntılar
altında qalanlar bütünlüklə çölə
çıxarılıblar. Qeyd edək ki bu
dəhşətli zəlzələdən
və ekoloji fəlakətdən ən
çox zərər görən Bacabac, Gürdərəi və Dibnu kəndləri və Vərzəqan şəhəri olub.
Cənubi Azərbaycanda baş verən zəlzələ
ilə bağlı ekoloji fəlakət zonasına ilk yardımı
Azərbaycan göstərmişdi. Belə
ki, Azərbaycan Respublikasının Fövqaladə
Hallar Nazirliyi Prezident İlham Əliyevin tapşırığı
ilə İrana 25 yük maşınında
40 ton un, 460 çadır
və 1000 ədəd
yataq dəsti göndərmiş və bununla da ekoloji
fəlakət zonasında
olanların vəziyyətini
nisbətən yüngülləşdirməyə
çalışmışdı.
Bu da Azərbaycanın
təbii fəlakətə
nə qədər böyük həssaslıqla
yanaşdığını və orada yaşayan
milyonlarla soydaşımızın
taleyinə biganə qalmaq niyyətində olmadığını bir
daha təsdiq etmiş oldu.
Zaqatala zəlzələsi
Azərbaycanda mülki tikintilərin
dağıntısına və
ekologiyaya zərbə
vurulmasına gətirib
çıxaran daha bir zəlzələ
2012-ci ildə Zaqatalada
baş verdi.
Episentri Zaqatala rayonu ərazisində olan 6,5 bal gücündəki
zəlzələ nəticəsində
Zaqatala, Balakən və Qax rayonlarında yaşayış
evlərinə, sosial və infrastruktur obyektlərinə, o cümlədən
ekologiyaya ciddi ziyan dəydi. Zəlzələnin nəticələrinin aradan qaldırılması
ilə bağlı operativ qaydada qərargah yaradıldı.
Fövqəladə Hallar Nazirliyi tərəfindən rayonlara
çoxlu sayda texnika, avadanlıq, çadırlar, ərzaq məmulatları və s. yardımlar, böyük miqdarda tikinti materialları göndərildi.
Zəlzələnin ağır
nəticələrini və
ekologiyaya vurduğu zərbəni aradan qaldırmaq üçün
dövlət tərəfindən 609 milyon manat vəsait ayrıldı. Zəlzələnin mülki obyektlərə
və ekologiyaya vurduğu zərəri aradan qaldırmaq üçün işlər
isə indiyədək
davam edir. Yenə də qeyd edək
ki, zəlzələ nəticəsində dağılan
binaları yenidən inşa etmək olacaq, ancaq onun
ekologiyaya vurduğu zərbəni aradan qaldırmaq üçün
illərlə vaxt lazım gəlcək.
Azərbaycanda insanları
təşvişə salan
digər bir zəlzələ 2014-cü il
fevral ayının 10-da Hacıqabulda
baş verdi. Zəlzələnin gücü, episentrdə
6 bala yaxın oldu və o, respublika ərazisində,
o cümlədən Bakıda
da hiss olundu. Zəlzələ nəticəsində
mülki obyektlərin
çoxunda çatlar
əmələ gəldi,
bəzi yerlərdə
ekologiyaya zərbə
hesab edilən torpaq sürüşmələri
baş verdi.
Hacıqabul zəlzələsi
də bir daha göstərdi ki, Azərbaycan seysmik zonada yerləşdiyindən istənilən
an zəlzələ təhlükəsi, dağıntılar
və ekoloji fəlakətlə üzləşə
bilər.
Qorxulu ekoloji fəlakət proqnozları
Azərbaycanın seysmik cəhətdən
fəal zonada olması müxtəlif vaxtlarda ərazimizdə dəhşətli zəlzələlərin
ola biləcəyi barədə
proqnozların ortaya çıxmasına
və bunun ekoloji fəlakətlərə
səbəb ola biləcəyi barədə
məlumatların yayılmasına
səbəb olub.
Belə xoşagəlməz proqnozlardan
biri də ötən ilin sonlarında verilib. Bu müstəvidə
Qlobal Zəlzələ
Proqnozu Proqramının
əməkdaşları tərəfindən
2014-cü ildə dünyada
baş verə biləcək zəlzələlər
və onların səbəb ola
biləcəyi ekoloji fəlakətlər bağlı
proqnoz hazırlayıblar.
Proqnozlarda 2014-cü ildə
dünyanın 12 bölgəsində
güclü zəlzələlərin
baş verə biləcəyi və bundan ekologiyanın böyük
zərər görəcəyi
ehtimalı irəli sürülür.
Zəlzələ və ekoloji fəlakət təhlükəsi
böyük olan ölkələr sırasında
Azərbaycan və Türkmənistan ikinci yerdə gəlir. Seysmoloqlar bu
iki ölkədə baş verən zəlzələlər arasında
əlaqə olduğunu
bildirirlər. Azərbaycanda
5,8-6,5 bal gücündə
zəlzələnin ənənəvi
zəlzələ episentrlərində
baş verəcəyi
ehtimal edilir. Türkmənistanda isə
gələn ilin iyununda, yaxud ilin son rübündə 5,5-7 bal gücündə yeraltı təkanlar baş verəcəyi güman olunur.
Amma Respublika
Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli isə bu proqnozlarla razılaşmır. O, Azərbaycanda ildə 7-8
min müxtəlif ölçülü
zəlzələlərin baş
verdiyini və onların ekologiyaya bir elə ağır
zərbələr vurmadığını
xatırladıb. Qurban
Yetirmişli: “O proqnozu
irəli sürənlər
nağıl danışırlar.
Proqnoz əsaslandırılmalı, onun
elmi-nəzəri cəhətdən
metodikası, izahı
olmalıdır. Yeri olmalıdır,
vaxtı olmalıdır,
gücü olmalıdır.
Olanda deyəcək ki, oldu, olmayanda isə heç yada düşməyəcək”.
Qurban Yetirmişli ənənəvi
zəlzələ ocaqları
fikrini də qəbul etmir: “Ənənəvi ocaqlar hansıdır? Azərbaycanda 120-dən çox zəlzələ ocağı
var. Ənənəvi zəlzələ
ocaqları bütün
Azərbaycanı əhatə
edir.
Qurban Yetirmişlinin sözlərinə görə, tam dəqiqliklə zəlzələ və onun səbəb ola biləcəyi ekoloji fəlakət haqqında proqnoz vermək mümkün deyil.
Zəlzələlərə və ekoloji fəlakətə öncədən
hazırlıq görülməlidir
Zəlzələlər və onların gətirə biləcəyi ekoloji fəlakətlərlə bağlı proqnozlara münasibət bildirən Coğrafiya elmləri doktoru Xalid Tanrıverdiyevin fikrincə Azərbaycanda ən güclü zəlzələ 9 bal gücündə ola və müəyyən ekoloji problemlər ortaya çıxara bilər: “Çünki artıq belə bir güclü zəlzələ baş verib. Şamaxıda 1902-ci ildə böyük ekoloji fəlakətlə müşahidə olunan güclü zəlzələ olmuşdu. Həmin zəlzələnin təkrarlanma ehtimalı olub-olmadığını demək çətindir”.
Təbii ki, son illərdə Bakıda inşa edilən hündürmərtəbəli binaların zəlzələyə nə qədər davamlı olub-olmaması da ən çox diqqət mərkəzində olan məsələlərdən biridir.
X. Tanrıverdiyev deyir ki, Bakıda son vaxtlar inşa olunan binalar 7-8 ballıq zəlzələyə davamlı tikilir. O xatırladıb ki, 2000-ci ilin noyabrında baş verən zəlzələ güclü olsa da, elə bir dağıntı və ekoloji fəlakət baş vermədi: “Bu zəlzələdən sonra binalar 7-8 bala dözümlü tikilir. Düşünürəm ki, Abşeron yarmadasında ekoloji fəlakətə səbəb olacaq güclü zəlzələ ola bilməz. Çünki, neft-qaz çıxarma, aparılan qazıntılar yerin daxili gərginliyinin azalmasına səbəb olur. Bununla belə zəlzələ zonasında yüksək mərtəbəli binalar tikmək olmaz. Bu, məsləhət deyil”.
Bir sözlə zəlzələlər özləri ilə böyük dağıntılara səbəb olan ekoloji fəlakətlər gətirməkdə davam edirlər. Ona görə də, zəlzələlərdən və qorxulu ekoloji fəlakətlərdən qorunmağın yeganə yolu onun fəsadlarının qarşısının alınmasına hər an hazır olunmasından asılıdır.
Azərbaycan
Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyəsi əsasında səhifəni hazırladı:
Əziz Mustafa
Zaman.-2014.-6 iyun.-S.13.