Sağlam həyatın mənbəyi təmiz havadı

 

 XƏYALƏ SADIQOVA,

Ətraf mühitin təmizliyi havanın təmizliyi deməkdir. Xəstəliklərdən uzaq, sağlam həyat sürməyin ən önəmli amillərindən biri tənəffüs etdiyimiz havanın təmiz olmasıdır.

 

Lakin son vaxtlarda dünyanın bir neçə ölkəsində havanın kəskin şəkildə çirklənməsi halları nəzərə çarpır ki, bu da, insan həyatı üçün böyük təhlükə deməkdir. Bir müddət bundan əvvəl Çində havanın çirkli olması səbəbi ilə 20 milyondan artıq insanın astma xəstəliyindən əziyyət çəkdiyi xəbəri yer almışdı.  Araşdırmalar göstərir ki, çirkli hava insan ömrünün 5 il qısalmasına gətirib çıxarır. Çin hökuməti bu problemi aradan qaldırmaq məqsədilə 2017-ci ilə qədər 300-ə yaxın fabrikin bağlanılmasını planlaşdırıb.

 

Havanın çirklənməsi prosesi böyük şəhərlərdə daha sürətlə gedir. Şəhərlərdə sənaye nəqliyyat vasitələrinin atmosferə buraxdığı tullantılar havanın kəskin şəkildə çirklənməsinə yol açır. Metallurgiya, kimya, neft, qaz kömür emalı sahəsində sənaye məhsullarının istehsalı artdıqca tullantıların atmosferə atılması da genişlənir. Eyni zamanda vulkan püskürmələri, canlıların tənəffüsü, yanacaqların yandırılması, bakteriyaların fəaliyyəti, çürümə prosesləri nəticəsində karbon, dəm qazı, kükürd qazı onun törəmələri, azot birləşmələri oksidləri, ağır metalların oksidləri s.  atmosferə daxil olur. Bu maddələr sonradan fiziki- kimyəvi proseslərə məruz qalaraq ikinci qrup atmosfer çirkləndiricilərini, aerozolları, turşuları s. əmələ gətirir. Araşdırmalar iri şəhərlərdə havanın yüksək dərəcədə çirkləndiyini göstərir ki, bu da ümumi ekoloji vəziyyətin gərgin olması deməkdir.

 

Araşdırmalar havanı çirkləndirən əsas amillərdən birinin avtomobillər olduğunu ortaya çıxarıb. Günü-gündən sayı artan avtomobillərin atmosferə verdiyi zərərli təsirlərin qarşısını almaq üçün bu ildən “Avro 4” standartına keçilib. Prezident İlham Əliyev Azərbaycanda istehsal olunan yanacağın keyfiyyətinin yaxşılaşdırılmasının ekoloji cəhətdən önəmli olduğunu vurğulayıb: “Havanın tərkibinin təmizlənməsi baxımından keyfiyyətli yanacağın istehsal olunması böyük önəm daşıyır. Bu məqsədlə yeni neftayırma zavodunun tikintisi nəzərdə tutulub. Bu zavod təxminən 3-4 ilə hazır olacaq. Çalışmalıyıq hökumət öz təkliflərini versin ki, o tikilənə qədər Azərbaycanda istehsal olunan yanacağın keyfiyyətini biz necə yaxşılaşdıra bilərik. Hesab edirəm ki, biz bu məqsədlər üçün maliyyə resursları ayıra bilərik”. Qeyd edək ki, İlham Əliyev bu sözləri Nazirlər Kabinetinin 2014-cü ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına qarşıda duran vəzifələrə həsr olunmuş iclası zamanı yekun nitqində deyib.

 

Havanın çirklənməsi kimi fəsadlara səbəb ola bilər?

 

Respublikamızda atmosferin çirklənməsinə sənaye şəhərləri səbəb olur. Tullantılar daha çox Bakı Sumqayıtın payına düşür.Zaman-Azərbaycanqəzetinə müsahibə verən ekoloq Telman Zeynalov bundan əlavə havanı çirkləndirən bir sıra amilləri qeyd etdi: “Havanın çirklənməsinə təsir edən bir çox amillər mövcuddur ki, bunlardan bir neçəsi yaşıllıqların məhv olması, avtomobillərin sayının artması, aparılan tikinti işləri, eyni zamanda neft neft məhsulları, kimyəvi maddələr inşaat materialları istehsal edən müəsisisələr əsas mənbələr hesab oluna bilər. Bu da qrip, epidemiya xərçəng kimi bir sıra xəstəliklərin yaranmasına səbəb olur. Şəhərdə yeni məhəllə salınırsa, yaşıllaşdırma qaydalarına görə, orada 2 hektar yaşıllıq olmalıdır ki, əhalini oksigenlə təmin eləsin, avtomobillərdən atmosferə buraxılan zəhərli maddələri udsun.  Yaşıllıqlar qədər qırılırsa, yağıntıların miqdarı azalır, küləklər artır, torpaqlar erroziyaya məruz qalır”. Ekoloq atmosfer havasının ilkin təbii tərkibini dəyişən hər bir əlavə komponentin hava üçün çirkləndirici amil olduğunu bildirdi. Əgər havanın ilkin təbii tərkibində heç bir digər komponent mövcud deyildirsə, onda hava təmiz hesab olunur.

 

 Respublikamızın iqliminə uyğun bitkilər əkilməlidir

 

Ümumiyyətlə, atmosfer çirklənmələri bütövlükdə iqlimin dəyişməsinə səbəb olur. Havanın çirklənməsi Günəş şüalarının axın sürətinə, onun Yer səthində əks olunmasına, atmosferdə gedən bütün təbii proseslərin dinamikasına nəhayət atmosfer çöküntülərinin tərkibinə ciddi təsir edərək biosferdə gedən həyat proseslərinin normal inkişafına əngəl olur.

 

Ekoloq bu cür problemlərin qarşısını almaq ətraf mühiti qorumaq üçün ağacların əkilməsinin vacib olduğunu vurğuladı: “Havanın təmizliyini təmin etmək üçün təbiətimizə, Respublikamızın iqliminə uyğun bitkilər əkilməlidir. Xüsusilə, çinar, küknar, şam ağacları. Xaricdən ölkəmizə palma ağacları gətirib əkirlər. Bunlar kimə lazımdır? Bu bitkilər bizim təbiətimizə, torpağımıza xas deyil axı. Onların kökləri üzdədir. Bu ağaclar Sakit, Hind okeanlarının ətraf ərazilərində bitir. Çünki orada su üzdədir. Bizdə isə su üçün gərək ağacın kökü torpağın dərinliyinə gedə. Palma ağaclarında bu xüsusiyyət yoxdur. Dənizin kənarında palma ağacı bitməz axı. Dənizin duzu onu məhv edir. Ona görə deyirəm ki, bu cür yazılarınızla insanlarımızı maarifləndirin. Bunların hamısı insanlarımızın maariflənməməsindən xəbər verir. Bu məsələdə siz jurnalistlərin üzərinə böyük məsuliyyət düşür. Başa salın xaricdən palma və digər ağacları gətirib əkənləri ki, ondansa, bizim təbiətimizə xas olan çinar ağaclarını əksinlər. Şəkidəki xan çinarın 600-700 il yaşı var. Görün nə boydadır? Havanı təmizləyir, oksigenlə təmin edir. İnsanlar onun kölgəliyində oturub istirahət edirlər. Yaratdığı nəmişlik doğrudan da insana ləzzət verir. Havanın təxminən 70%-i yaşıllıqların hesabına təmizlənir. Çirkli havanın qalan 30% isə gecələr yerə çökür. Bu da su ilə yuyularaq təmizlənə bilər”.

 

 Neftlə çirklənmiş ərazi təmizlənərək ağacəkmə kampaniyası həyata keçirilir

 

Ətraf mühitin təmizliyini təmin etmək insanların öz əllərindədir. Bildiyiniz kimi, 2010-cu il Prezident tərəfindən “Ekologiya ilielan edilmişdi. Bununla əlaqədar bir sıra tədbirlər də həyata keçirilib. Məlum məsələdir ki, 200 ilə yaxındır ölkəmizdə neft hasilatı aparılır. Bu səbəblə uzun illərdən bəri neftlə çirklənmiş gölməçələr çoxluq təşkil edirdi. Bu vəziyyət xüsusən, Bakı və Abşeron yarımadası üçün əsas məsələlərdən biri idi. Bundan əlavə vaxtilə şəhərin mərkəzində yod zavodu fəaliyyət göstərib. Daha sonra zavod dayandırılsa da, orada qalan yod çöküntüləri ətraf mühitə təsirsiz ötüşməyib. Həmin ərazi də təmizlənərək yaranmış problem aradan qaldırıldı.

 

 Çirkli hava təkcə canlılara yox, eyni zamanda əşyalara da təsir göstərir

 

Ötən illərin ən önəmli məsələlərindən biri də Balaxanı zibilliyinin ekologiyaya verdiyi zərərlə bağlıdır. Belə ki, əvvəllər burada zibillər yandırılaraq məhv edilirdiyanan tüstü əhalini narahat edirdi. İki il bundan əvvəl Balaxanı zibil zavodunun tikilərək istifadəyə verilməsi geniş yayılmış bu problemi aradan qaldırdı.

 

Havanın çirklənməsi həm heyvan, həm bitki, həm də insan orqanizminə böyük zərər verir. Çirkli hava heyvanlara tənəffüs və qidalanma yolu ilə təsir göstərir. Belə ki, havanın çirkli olduğu bölgələrdə yetişən bitkilər kimyəvi reaksiyalara məruz qaldığından tərkibi dəyişir. Həmin bitkilərlə qidalanan hər hansısa bir canlının orqanizmasında da normal proses pozularaq ağır fəsadlara yol açır. Dünya araşdırmaları göstərir ki, kimyəvi tullantıların tərkibini dəyişdirdiyi hava təkcə canlılara yox, eyni zamanda əşyalara da təsirsiz ötüşmür. Gündəlik həyatda çox fərqində olmasaq da, çirkli hava əşyalara, paltarlara da təsir göstərir. Belə ki, bir sıra qaztozlar havanın nəm tərkibi ilə birləşərək kimyəvi turşuya çevrilir. Əsasən materialı parça, metaltaxtadan olan əşyaların rənginin dəyişməsinə və aşınmasına səbəb olur.

 

Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyəsi əsasında səhifəni hazırladı:

 

Xəyalə Sadıqova

Zaman.-2014.-7 iyun.-S.13.