“Zaman
oğruları”ından uzaq
gəzin
ELVIN ƏLIYEV,
”İnsan nə qədər faydalı olmağa, nə qədər öz üzərində işləməyə
çalışsa da,
zamanını düzgün
dəyərləndirə bilmədiyi
təqdirdə istədiyinə
nail ola bilməz.
Buna görə də insan hər
şeydən ziyadə
birinci növbədə
vaxtını düzgün
dəyərləndirməlidir”.
Bunu, “İpək Yolu” Sahibkarlığın İnkişafına
Dəstək İctimai
Birliyinin üzvlərinə
“Zamanın idarə olunması” mövzusunda
seminar verən biznesin
idarə edilməsi üzrə məsləhətçi
Fəxri Ağayev dedi. Onun sözlərinə görə, insan dünyaya göz açdığı gündən
etibarən iki böyük sərmayə
- sağlamlıq və
zaman ilə yaşamağa başlayır.
F. Ağayev vurğuladı
ki, bu iki
əsas “sərmayədən”
səmərəli istifadə
etmək insanın özündən asılıdır:
“Son 15 ilə qədər
Qərb dünyasında
şəxsi faydalılıq,
zamanın idarə olunması mövzularından
danışıldığı zaman birinci növbədə
karyera və maddi rifah nəzərdə
tutulurdu. Amma son 15 ildə bütün
Qərb dünyasının
şəxsi faydalılıq,
vaxtdan səmərəli
istifadə məsələlərinə
münasibəti dəyişdi.
Bu da əsassız
deyil. Çünki biz həyatımız boyu bizim üçün
lazım olan mənəvi dünya, ailə və sağlamlıq məsələlərini
arxa plana keçirib var gücümüzü karyera,
maddi rifah məsələlərinə yönəltdiyimiz
təqdirdə ikinci planda tutduqlarımızın
əvəzini müəyyən
fəsadlarla ödəməli
oluruq. Bunu özümüzün və yaxınlarımızın
həyatında müşahidə
edə bilərik”.
Uroloq həkim dostu ilə söhbətlərini də
dinləyicilərinin nəzərinə
çatdıran mütəxəssis
bunları dedi: “Həmin həkimin yanına əsasən vəzifəli şəxslər
və iş adamları gedir. Xəstələrinin əksəriyyətinin də yaşı 40-dan çoxdur. Şəfa üçün ona müraciət edən xəstələrin
müayinə və müalicəsi zamanı həkim bu qənaətə
gəlib ki, bu yaş həddində
olan insanlar hər gün yarım saat idmanla məşğul olsa, düzgün qidalansa onların səhhətində hazırda
yaşanan problemlərin
çoxu olmaz”.
Buna görə də,
gündəlik vaxt bölgüsündə sağlamlıq
üçün də
zamanın ayrılmasına
diqqət çəkən
F. Ağayev yaponyalı
ağsaqqal biznesmenlə
aralarında olan dialoqu da seminar iştirakçıları ilə
bölüşdü: “Yaponiyadan
Akada adlı qonağım gəlmişdi.
O 60 yaşlı müdrik bir biznesmen idi. Qonağa özüm haqqında biznes sahəsində beynəlxalq
idarəçilik təcrübəmin,
beynəlxalq diplomumun olması, ingilis dilini yaxşı bilməyim barədə danışdıqdan sonra soruşdum ki, Tokioda iş tapa bilərəmmi? Onun cavabı isə mənə çox təəccübləndirdi. Mənim kök olduğumu deyən yaponiyalı qonaq bildirdi ki, öz
bədənimi idarə
edə bilmədiyim üçün Tokioda heç kim
mənə şirkət
həvalə etməz.
Akada onu da əlavə
etdi ki, insan gərək birinci növbədə öz nəfsini, bədənini idarə edə bilsin”.
“Zamanı idarə edə bilmərik, yalnız ondan səmərəli istifadə
edə bilərik”
Düzgün qidalanmağın, fiziki aktivliyin, pis vərdişlərdən uzaq
durmağın, zamanın
düzgün dəyərləndirmənin
rahat və faydalı yaşam tərzinin əsasını
təşkil etdiyini dilə gətirən F. Ağayev fikirlərinə
belə aydınlıq
gətirdi: “Sutkalıq
həyatımızın 8 saatını
işə ayırırıq.
Halbuki uğurlu karyera qurmaq üçün 8 saat yetərli deyil. Həkimlər isə iddia
edirlər ki, sağlamlığımız üçün
8 saat yatmalıyıq.
Günümüzün azı 2 saatı
tıxaclı, stresli yollarda keçir. Bunları çıxmaq şərti
ilə dost-tanışa,
ailəyə, sağlamlığımıza
ayırmaq üçün
cəmi 6 saat vaxtımız qalır.
Bu səbəbdən də
zamanın idarə olunması deyildikdə, o nəzərdə
tutulur ki, iş həyatımızı
elə quraq ki, ailəyə, dost-tanışa, sağlamlığımıza,
özümüzü inkişaf
etdirməyə də
vaxtımız olsun”.
F. Ağayev onu da dinləyicilərin nəzərinə çatdırdı
ki, avtomobillərdə
zamanı düzgün
dəyərləndirməyin optimal yollarından biri səsli kitab dinləməkdir. Seminar əsnasında
zamanın idarə edilməsi anlayışına
da aydınlıq gətirən mütəxəsis
bu ifadənin düzgün olmadığını
dilə gətirdi: “Zaman insana məxsus
olmadığı üçün
insan onu idarə edə bilməz. Biz zamandan
yalnız səmərəli
istifadə edə bilərik”.
“İclasbazlıq ölkənin
iş dünyasındakı
əsas problemlərdəndir”
Azərbaycanlıların işdəki vaxtlarının daha çox iclaslarda keçirdiyini dilə gətirən mütəxəssis söylədi ki, iclasbazlıq ölkənin iş dünyasındakı əsas problemlərdəndir. F. Ağayev onu da dedi ki, kabinetdən, kompyuterdən düzgün istifadə etməmək də ciddi vaxt itkisinə səbəb olur: “Beynəlxalq araşdırma şirkətləri bu qənaətə gəliblər ki, iş otağını düzgün nizamlaya, səliqəyə sala bilməyən müdirlər iş vaxtlarının 10%-ni hansısa sənədlərin axtarışına sərf edir”. Onun sözlərinə görə vaxtın düzgün idarə edilməsi texnikalarından biri “zaman oğruları”ndan qorunmaqdır: “Əgər mən 1 saata 300 manat qazanıramsa və kimsə 1 saat vaxtımı alırsa, deməli həmin adam 300 manatımı oğurladı. Eyni zamanda özüm də kiminləsə boş söhbətlərə xərclədiyim vaxtı ailəmdən, öz inkişafımdan və s. oğurlamış oluram. Gün ərzində belə “zaman oğruları” çox olur və biz rahat şəkildə buna müşahidə edirik”.
“İş təcrübəsi
nisbi anlayışdır”
F. Ağayev zamanın düzgün idarə edilmədiyi təqdirdə iş təcrübəsinin nisbi anlayış olması haqqında da danışdı: “Elə insan tanıyıram 12 illik iş təcrübəsi var. Amma həmin insanın üçüncü, beşinci, onuncu və on ikinci ildəki bilik və bacarığı eynidir. Bu isə o deməkdir ki, həmin insan iş həyatına başladığı birinci ildə ilkin vərdişləri öyrənib və ondan 12 il istifadə edib. Məhz buna görə də, 12 illik iş təcrübəsinin olması həmin adama başqa sahibkar yanında heç bir üstünlük qazandırmır”. Mütəxəssis onu da əlavə etdi ki, əksər insanların zamanın düzgün idarə edilməsi məsələsində əsas problemlərindən biri “sabah” xəstəliyinə tutulmasıdır: “Biz həmişə hər işə sabah başlamaq qərarına gəlirik. Misal üçün siqareti sabahdan tərgiməyi, ingilis dilini öyrənməyi sabahdan başlamağı və s. planlaşdırırıq. Amma sabahlar qurtarmır. Beləliklə də, günümüzü boşuna israf edirik”. F. Ağayev seminarı bu sözlərlə yekunlaşdırdı: “Nəyisə etməyə zaman axtarmayın, sadəcə zaman ayırın”.
Zaman.-2014.-7 iyun.-S.8.