Nəqliyyat və ekoloji
fəsadlar
SƏMƏD MƏLIKZADƏ
Dünyada daha sürətlə inkişaf edən sahələrdən biri avtomobilqayırma sənayesidir. Hazırada ölkəmizdə
də avtomobil istehsal edilir və xarici markalar hesabına avtomobillərin sayı sürətlə çoxalır.
Nəticədə yanacağa olan
tələbat da getdikcə artır və ekologiyamıza ciddi ziyan dəyir.
Bunu nəzərə alan Azərbaycan
hökuməti bir sıra vacib addımlar atır.
Bəs daha nə etmək lazımdır ki, nəqliyyatın ətraf mühitə vurduğu ziyan minumuma ensin?
“Dövlətin,
cəmiyyətin marağı
ondadır ki...”
Azərbaycan Dövlət Aqrar Universitetinin maşınların
istismarı və yerüstü nəqliyyat vasitələri kafedrasının
professoru, texnika elmləri doktoru İsrafil İsmayılov deyir ki, insanların
fəaliyyəti nəticəsində
havanın ümumi çirklənməsinin 51 faizi
nəqliyyatın payına
düşür. Təbii ki, istifadə
edilən avtomobillər,
avtobuslar və digər qaz və neft məhsulları
ilə işləyən
texniki və nəqliyyat vasitələri
müəyyən miqdar
zəhərli qazlar buraxmalıdır. Bunsuz mümkün
deyil. Amma dövlətin, cəmiyyətin
marağı ondadır
ki, bu qazlar
qoyulmuş normativ hədləri aşmasın.
Bu normativləri beynəlxalq səviyyədə
müəyyənləşdirən standartlara görə atmosferə avtomobillər tərəfindən buraxılan
işlənmiş qazların
tərkibində ən
təhlükəli və
ziyanlı sayılan karbon oksidi və
karbohidrogenlər təşkil
edir. Havanın çirklənməsi dedikdə atmosferin insan həyatına və ya sağlığına
təhlükə törədən,
heyvanların və bitkilərin sağlığına
və ya təbii həyat fəaliyyətinə ziyan
vuran, metalları korroziyaya uğradan, görünməni məhdudlaşdıran,
arzu olunmayan qoxu yaradan qazaoxşar
maye və ya bərk maddələrlə
çirklənməsi başa
düşülür.
Alim daha sonra bildirir ki, avtonəqliyyat vasitələrinin işləməsindən
havanı çirkləndirən
əsas tullantılara
dəm qazı, karbohidrogenlər, azot oksidləri daxildir. Məlumata
görə, 20000 km yürüş
etmiş avtomobil havaya 0,775 kq qurğuşun, 40,75 kq azot oksidləri, 234 kq karbohidrogen və 765 kq dəm qazı buraxır. Günəş işığının təsirindən bu tullantılar kimyəvi dəyişikliyə məruz
qalır və zərərli maddələrin
siyahısı aşağısəviyyəli,
troposferli ozonla və fotokimyəvi mənşəli müxtəlif
toksinlərlə zənginləşir.
Məhz bu maddələr insan həyatı üçün təhlükəli
və idarə edilməsi mümkün olmayan fəsadlar yaradır.
Nəqliyyatın doğurduğu problem böyüyür. Nə etməli?
Məlumata
görə, ölkədə
həm avtomobillərin
sayı, həm də yanacaq istehlakı hər il, orta
hesabla, 10 faiz artır. Bunun isə nə
demək olduğunu, daha dəqiq desək, ölkənin ekoloji durumuna necə təsir göstərəcəyini başa
düşmək çətin
deyil. Axı avtomobillərin sayının
artması, yanacağa
olan tələbatın
artması ilə düz mütənasibdir.
Digər
tərəfdən nəzərə
alsaq ki, alınacaq avtomobillərin
çoxu bugünki kimi paytaxtda toplaşacaq, Bakıda ekoloji fəlakətin artması qaçılmaz
olacaq.
Deməli, buna indidən hazırlıq görülməli,
müxtəlif qabaqlayıcı
tədbirlər görülməlidir. Bu problemlə
bağlı iqtisadçı-ekspert
Samir Əliyev bildirib ki, ilk növbədə ölkədə
avtomobil parkı yenilənməlidir: “Bu barədə
ən azı Rusiya təcrübəsi
var. Xüsusi dövlət
proqramı hazırlanmalı,
ekologiya üçün
zərərli köhnə
avtomobillərin dövriyyədən
çıxarılmasına başlanmalıdır. Çoxlitrajlı avtomobillərin idxalı maksimum dərəcədə
məhdudlaşdırılmalıdır.
Bunun üçün xüsusi
vergi rejimi tətbiq oluna bilər. Artıq Rusiya və
Qazaxıstanda belə
bir rejim tətbiq edilir. Qənaətli və azlitrajlı
maşınların, xüsusən
də alternativ yanacaqla işləyən
(hibrid, elektromobil) avtomobillərin idxalı stimullaşdırılmalıdır”.
Alternativ yollardan biri
Yəqin kimsə son illər elektriklə işləyən,
hətta su ilə hərəkət edən avtomobillə, maşın və mexanizmlərlə rastlaşıb. İlk baxışda
görünüşünə görə hazırda geniş istifadə edilənlərdən o qədər
də fərqlənməyən
bu avtomobillər ekoloji cəhətdən çox əhəmiyyətlidirlər.
Çünki yeni nəsil
avtomobillər, hər
şeydən əvvəl,
ətraf mühitə
ziyan vermir, tullantı buraxmırlar. Buna görə
də dünyada yanacaq və ekoloji böhran dərinləşdikcə alternativ
enerji mənbələri
ilə hərəkət
edən avtomobillərin
geniş istifadəsi qaçılmaz olur. İqtisadçı-ekspert
S. Əliyevin fikrincə,
dünyada elektromobillərin
istehsalına son illər
diqqət artib: “Enerji asılılığını
azaltmaq və ekoloji çirklənmənin
qarşısını almaq
siyasəti hökumətləri
alternativ nəqliyyat vasitələrinə üz
tutmağa vadar edib. Bir çox ölkələrdə
elektromobillərin istehsalını
və alışını
stimullaşdırmaq üçün
müxtəlif səviyyəli
proqramlar qəbul olunub. Bu proqramların
əsas 3 məqsədi
var: ölkənin enerji müstəqilliyini artırmaq, atmosferə karbon qazı tullantısının buraxılmasından
yaranan istixana effektini azaltmaq və yeni növ
nəqliyyatla işləyən
müəssisələrin rəqabət
qabiliyyətini artırmaq.
Latviyada
ötən il
3 illik proqram qəbul edilib, onun icrası üçün 30 milyon avro ayrılıb. Estoniya, Rusiya, Ukraynada da oxşar
proqramlar həyata keçirilir. Məsələn, Estoniyada 2014-cü ilin əvvəli üçün dövlətin
köməyi ilə
750-yə qədər elektromobil
əldə edilib.
Elektromobil bazarının inkişafı
üçün dövlətin
üzərinə çox
böyük yük düşür. Bir sıra Avropa
ölkəsində elektromobillə
ənənəvi avtomobillərin
qiymətləri arasındakı
fərqi dövlət
kompensasiya şəklində
ödəyir. Elektromobillərin satışını stimullaşdırmağın
bir yolu da vergi güzəştidir.
Britaniya, Fransa, İspaniya və digər ölkələrdə
elektromobil sahiblərinə
vergi güzəştləri
tətbiq edilir. Almaniyada elektromobil sahibi nəqliyyat vergisindən azaddır və alışda da xüsusi güzəştləri
var. Hətta Norveç
kimi neft ölkəsi də elektromobil idxalına diqqət yetirir. Elektromobillərin satışının ən effektiv sxemi məhz bu ölkədədir.
Adambaşına düşən elektromobillərin
sayına görə Norveç dünya lideridir. Hökumətin verdiyi məlumata
görə, ölkədə
belə nəqliyyat vasitələrinin sayı
15 minə çatıb.
Elektromobillərin sayına görə dünya lideri isə ABŞ-dır. Dünyada satılan
hər ikinci elektromobil bu ölkənin payına düşür. 2015-ci ilədək bu ölkədə elektromobillərin
sayını 1 milyona çatdırmaq planlaşdırılır.
Ümumilikdə 2025-ci ilə
kimi avtomobil parkının ABŞ-da
6-10, Qərbi Avropada
6-10, Yaponiyada, Çində
11-15, Hindistanda 6-10, Braziliyada
6-10, Rusiyada 1-5 faizinin
yeni nəqliyyat vasitəsi ilə əvəzlənməsi nəzərdə
tutulub.
Elektromobilin üstünlükləri çoxdur: 100 kilometr məsafədə enerji sərfiyyati 1-2 avro təşkil edir. Ekologiyanı çirkləndirmir, səssiz işləyir və s. Xarici ölkələrin təcrübəsini diqqətə çatdırmaqda məqsədim bu təşəbbüslərin nə qədər vacib, faydalı olduğunu vurğulamaqdır. Azərbaycan hökuməti elektromobil idxalını stimullaşdırmaq üçün xüsusi dövlət proqramı qəbul etməlidir. Proqram ölkəyə elektromobil gətirilməsini stimullaşdirmaqla yanaşı enerjidoldurma stansiyaları infrastrukturunun yaradılmasını da nəzərdə tutmalıdır. Xüsusilə də paytaxtın ekoloji vəziyyətinin yaxşılaşdırılması üçün belə proqramın qəbulu zəruridir. Bu, həm də vətəndaşlarımızın sağlamlığı üçün vacibdir”.
Yeri gəlmişkən: bərpa olunan yanacaq da hazırlanıb
Avropa Birliyinin
“Solar-jet” layihəsi 2011-ci ildən
mövcuddur. Layihənin müəllifləri bərpa olunan kerosin alınması istiqamətində əhəmiyyətli
addım ata biliblər. Rusiya mətbuatının bildirdiyinə görə,
mühərriklərdə yandırılan
bərpa olunan yanacaq laboratoriya şəraitində artıq
hazırlanıb.
Tədqiqatçılar kerosinin dağılmasının
qarşısını alıblar. Onun yanması
nəticəsində ortaya
çıxan buxar və karbon qazı süni günəş şüasının
təsiri altında sintetik qaza çevrilib.
Bu da, öz
növbəsində yenidən
kerosinə dönüb.
Alimlər bu prosesə Fiser-Trops adı veriblər. Bu proses əsasında hazırlanmış
yanacaq artıq sertifikatlaşdırılıb. Bir çox mühərriklərdə,
o cümlədən heç
bir modifikasiyaya məruz qalmadan aviasiya mühərriklərində
istifadə edilə bilər. Lakin bu üsulla
yalnız məhdud miqdarda kerosin əldə etmək mümkün olub. Növbəti mərhələlərdə alimlər bu yanacaq növünü ənənəvi yanacaq növlərinə rəqib
olacaq gücə gətirmək niyyətindədirlər.
Azərbaycan Respublikasının Prezidenti
yanında Kütləvi
İnformasiya Vasitələrinin
İnkişafına Dövlət
Dəstəyi Fondunun maliyyəsi əsasında
səhifəni hazırladı:
Səməd Məlikzadə
Zaman.-2014.-10 iyun.-S.13.