Bioloji zənginliyin önəmi nədir?

 

Bioloji müxtəliflik ya bioloji zənginlik əsasənbir bölgədəki genlərin, növlərin ekosistemlərin cəmişəklində təbiətdəki bütün varlıqların bir-biri ətrafları ilə olan qarışıq əlaqələri, bütün canlıların - mikroorqanizm, bitki heyvanların müxtəlifliyi başa düşülür.

 

Bioloji müxtəliflik dedikdə, növlərin öz içindəki genetik fərqlilikdən, növlər arasındakı təsirlənmədən tutmuş ekosistemlərin göstərdiyi xidmətə qədər, fərqli səviyyə nəzərdə tutulur. İlk dəfə 1980-ci illərin ortalarında istifadə edilən bu termin xüsusilə çevrənin önəminin daha yaxşı anlaşılması, bu mövzuda biliklər əldə edilməsinə başlanması bir çox növün sürətlə yox olmasının oyatdığı narahatlıq kimi müxtəlif amillər nəticəsində son illərdə daha tez-tez eşidilməyə başlanmışdır. Planetimizdə müxtəlif səbəblər üzündən təbii zənginlik gündən-günə azalır. Bioloji müxtəliflik dedikdə, yalnız növlərin çeşidliliyi başa düşülməməlidir. O həm canlı aləmin varlığı inkişafına imkan verən əlamətlərin cəmidir. Bu baxımdan indiki gələcək nəsillər üçün bioloji müxtəliflik əvəzsiz sərvət, nəhəng, lakin hələ tam qiymətləndirilməmiş zəngin ehtiyat mənbəyidir.

 

Bioloji müxtəlifliyi yalnız beynəlxalq əməkdaşlıq yolu ilə qoruyub saxlamağın mümkünlüyünü nəzərə alaraq, Rio-de-Janeyro şəhərində 1992-ci ildə Yer Zirvə toplantısı keçirilmişdir. Bu toplantı bioloji müxtəlifliyin qorunması, bəşəriyyətin ümumi vəzifəsi davamlı inkişafın tərkib hissəsi kimi qəbul olunmuş muvafiq konvensiya imzalanmışdır. Biomüxtəliflik üzrə konvensiya Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən 2000-ci ildə ratifikasiya olunmuşdur.

 

 

 

Bioçeşidlilik üçün vacibdir?

 

Hər şeydən öncə onu qəbul etməliyik ki, hazırda dünyada 15 milyondan çox canlı növlər mövcuddur hər gün bunların yüzə yaxını bərpa olmadan sıradan çıxır, amma bu, əksər hallarda hiss olunmur. Bioçeşidlilik havanın suyun təmizlənməsi, eroziyanın qarşısının alınması, xəstəliklərin bioloji şəkildə nəzarətdə saxlanması kimi müxtəlif yöndən faydalar verməkdədir. Həyatımızın bağlı olduğu heyvan bitki tərkibli qida qaynaqlarının mənşəyi yabanı növlərdir. Bununla yanaşı, təbiətdə mövcud olan genetik çeşidlilik arasından seçilən özəl növlərin çoxaldılması ilə son 50 ildə kənd təsərrüfatı məhsullarının istehsalında ikiqat artım olmuşdur. Kənd təsərrüfatı məhsulları ilə bağlı genetik çeşidliliyin vacibliyini göstərən bir neçə nümunə göstərə bilərik:

 

- 1846-cı ildə İrlandiyada bir milyon insanın aclıqdan ölməsinə, bir neçə milyon insanın isə köç etməsinə səbəb əkilən iki növ kartofa xəstəlik düşməsi bu iki növün buna qarşı müdafiəsiz olmasıydı.

 

- 1970-ci illərdə Hindistandan İndoneziyaya qədər geniş ərazidə əkilən düyü bitkisinə bir virusun düşməsi nəticəsində 6273 düyü növünün bu virusa qarşı müqavimət göstərib-göstərmədiyi araşdırıldı. Müqaviməti olan bir növ əkilən növlərlə hibridləşdirildi günümüzdə geniş şəkildə istifadə edilməkdədir.

 

- 1970-ci illərdə Braziliya, Orta Amerika Şri Lankada qəhvə ağaclarına xəstəlik düşməsi nəticəsində aparılan araşdırmalar Efiopiyada dözümlü bir növün tapılması ilə nəticələnmişdir.

 

İyirmi bitki növünün dünya qida istehsalının 80%-ni təşkil etdiyi düşünülürsə, hadisənin əhəmiyyəti daha aydın anlaşılacaqdır. Bunlarla yanaşı, son zamanlar ABŞ-da arıların kütləvi şəkildə qırılması ciddi şəkildə narahatlığa səbəb olmuşdur. Meyvə tərəvəzin tozlanmasının 80%-nin arılar vasitəsilə həyata keçirilməsi arıların kütləvi şəkildə məhv olmasının yol aça biləcəyi iqtisadi ziyan ətraf mühitin tuş gələ biləcəyi fəlakətin miqyası ortadadır elmi dairələrdə bu məsələ polemika mövzusuna çevrilmişdir.

 

 

 

Dünya əhalisinin təqribən 80%-i təbii tərkibli dərmanlara üstünlük verirlər

 

Dərmanların böyük bir qismi birbaşa ya dolayısilə bioloji qaynaqlarla bağlıdır. ABŞ-da istifadə olunan dərmanların ən azı 50%-i bitki, heyvan ya mikroorqanizmlərdən gələn təbii birləşmələrdən əldə edilirkən dünya əhalisinin təqribən 80%-i təbii tərkibli dərmanlara üstünlük verir. Təbiətdə mövcud bioloji çeşidliliyin çox böyük hissəsi dərman potensialı baxımından tədqiq edilməmişdir. Xüsusilə, okean Amazon çayı ekosistemlərinin dərman potensialının çox böyük olduğu düşünülməkdədir.

 

Dünya tarixi boyunca növlərin tək-tək ya kütləvi şəkildə məhv olduğu göz qabağındadır. Ancaq xüsusən sənayenin çox sürətli inkişafı bir çox zərərli maddələrin nəzarətsiz şəkildə təbiətə atılması, son bir neçə yüzillikdə sürətlə ətrafın çirklənməsinə təbii tarazlığın pozulmasına yol açmışdır. Sənayenin inkişafına paralel olaraq növlərin məhvolma sürəti təbii qəbul edilən həddi keçmişdir. Alimlər hələ işləmə mexanizmi tam aydınlaşmamış bioloji sistemlərdəki bu dəyişiklik yox olmalarla bağlı narahatlıq keçirir, bəziləri isə bu mövzularda xəbərdarlıqlar edirlər.

 

 

 

Əhalinin bioloji müxtəliflik haqqında məlumatlandırılmasına əlverişli şərait yaranmışdır

 

Ölkəmizdə son illərdə ekoloji vəziyyətin, o cümlədən bioloji müxtəlifliyin problemləri həlli vacib olan prioritet məsələ kimi müəyyən edilmiş bu sahədə ciddi səylər göstərilir. Bu problemlərin həlli istiqamətində xeyli işlər görülmüş, “Bitkilərin genetik ehtiyatlarına dairDövlət Proqramı, “Ətraf mühitin mühafizəsi üzrəMilli Fəaliyyət Planı, “Ekoloji cəhətdən dayanaqlı sosial-iqtisadi inkişafa dairMilli Proqram digər proqramlar qəbul edilərək həyata keçirilir.

 

Bundan başqa, Azərbaycan Respublikası 1999-cu ildə Orhus Konvensiyasına qoşulmuşdur. Bu konvensiya ətraf mühitlə insan hüquqlarını birləşdirən bir müqavilədir. Onun qəbul edilməsi əhalinin ekoloji, o cümlədən bioloji müxtəliflik haqqında məlumatlandırılmasına əlverişli şərait yaratmışdır.

 

Ölkənin “Bioloji müxtəliflik barədə” konvensiya qarşısında götürdüyü öhdəliklərin yerinə yetirilməsi məqsədi ilə Azərbaycan Respublikası Prezidentinin 2001-ci il dekabr tarixli Fərmanına əsasən Bioloji müxtəlifliyin Genetik Ehtiyatlar üzrə Dövlət Komissiyası yaradılmış və bioloji müxtəlifliyin qorunub mühafizə edilməsi və davamlı istifadəsini təmin etmək üçün 2003-cü ildə müvafiq strategiya və Fəaliyyət planı hazırlanmışdır. Bütün bunlar isə biomüxtəlifliyin qorunmasının və mühafizə edilməsinin taleyüklü bir məsələ olduğunu göstərir.

 

Təsadüfi deyil ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ölkəmizdə biomüxtəlifliyin qorunub saxlanılmasının strateji önəm daşıdığına diqqəti cəlb edərək: “Azərbaycanın uğurlu iqtisadi inkişafı artıq gerçəklikdir, faktdır və  gələcəkdə bizə böyük imkanlar gətirəcəkdir. Ancaq insanların sağlamlığı, ekoloji vəziyyət, udduğumuz hava, içdiyimiz su... bütün bunlara biz çox böyük diqqət göstərməliyik”,- deyib.

 

Azərbaycan

 

Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyəsi əsasında səhifəni hazırladı:

 

Loğman Məmmədov

Zaman.-2014.-14 iyun.-S.13.