Taxtakörpü” bölgədə ekoloji tarazlığın təminatı üçün olduqca əhəmiyyətlidir

 

Nəhəng bir layihə olanTaxtakörpüşimal-şərq yamacının digər çaylarının bura yönəldilməsilə enerji potensialının inkişafı üçün  olduqca  faydalıdır. Samur-Dəvəçi ovalığının torpaqlarının suvarılması ekoloji cəhətdən təmiz elektrik enerjisinin əldə olunmsı bölgədə ekoloji tarazlığı formalaşdırmağa xidmət edəcək. Çünki hazırda Quba Xaçmazda fəaliyyət göstərən modul tipli elektrik stansiyalarının yanacaqla işləməsi ekoloji cəhətdən bir o qədər məhsuldar deyil. AmmaTaxtakörpüekoloji cəhətdən məhsuldar faydalıdır. Bir digər məsələ əkin sahələrinin suvarılması üçün Samur-Dəvəçi kanalının qaneedici olmamasıdır.

 

Regionların sosial-iqtisadi inkişafını əks etdirən layihələrdən ən nəhəngiSamur-Abşeron suvarma sisteminin yenidən qurulmasılayihəsi çərçivəsində həyata keçirilən, təməli 2007-ci ilin noyabrın 8-də ölkə Prezidenti İlham Əliyev tərəfindən qoyulan, Şabran rayonu ərazisində inşa edilən Taxtakörpü Su Anbarıdır.

 

Artıq 2013-cü il sentyabrın 28-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Taxtakörpü Su Anbarının, 25 meqavatlıq Taxtakörpü Su -Elektrik Stansiyası Taxtakörpü-Ceyranbatan Su Kanalının açılışını etdi.

 

Meliorasiya Su Təsərrüfatı ASC-nin sifarişi iləAzərkörpü” SC tərəfindən inşa olunan bu nəhəng qurğu bu gün respublikamızda həyata keçirilən ən nəhəng məhsuldar layihələrdən biridir. Qeyd edək ki, bu hidrotexniki qurğu Azərbaycanda reallaşdırılan layihələrin müasirliyinin mükəmməlliyinin təsdiqinə sübutdur. Bəndin uzunluğu 1180, hündürlüyü 142,5 metrdir. Sahəsi 8,7 kvadratkilometrə çatan gölün ümumi su tutumu 268,4 milyon kubmetr, faydalı həcmi isə 218,9 milyon kubmetrdir. Məlumat üçün bildirək ki, ümumilikdə Samur-Abşeron suvarma sisteminin yenidən qurulması layihəsinin həyata keçirilməsi Bakı, Sumqayıt şəhərlərinin Abşeron yarımadasının yaşayış məntəqələrinin içməli suya olan tələbatını yaxşılaşdırmaqla saniyədə 18 kubmetr suyun verilməsinə imkan yaradacaq, eləcə ölkəmizin şimal bölgəsində ekoloji tarazlığın yaranmasında mühüm rol oynayacaqdır. Yalnız Sitalçay Ceyranbatan nasos stansiyalarını ləğv etməklə suyun öz axını ilə Ceyranbatan Su Anbarına verilməsi nəticəsində 167 milyon kilovat-saat elektrik enerjisinə 15 milyon manata qədər maddi vəsaitə qənaət ediləcək.  Bir daha qeyd edək ki, həmin layihənin yekunlaşması ilə respublikamızın şimal bölgəsində 150 min hektar sahədə torpaqların su təminatının yaxşılaşdırılmasına əlverişli zəmin yaranacaq.

 

Bəndin tunel hissəsinə gəldikdə isə, bənddə qapısız sutullayıcı suqəbuledici qurğuları, enerji tuneli, su-elektrik stansiyasının tikintisi burada ümumi gücü 25 meqavat təşkil edəcək 3 turbin quraşdırılıb.

 

Taxtakörpü-Ceyranbatan kanalının tikintisində məqsəd mövcud nasos stansiyalarını ləğv etməklə saniyədə 40 kubmetr suyu öz axını ilə Ceyranbatan Su Anbarına çatdırmaqdır. Beton üzlüklü həmin hidrotexniki qurğunun ümumi uzunluğu 110 kilometr 330 metr olacaq. Kanalın dibdən eni 2, dərinliyi isə 4 metrdir. Burada mürəkkəbliyi ilə fərqlənən 10 düker, 2 akveduk, 1 tunel, 50 körpü, 231 selötürücü 1 sutullayıcı qurğu inşa olunub.

 

 ***

 

 Məlumat üçün bildirək ki, Samur çayından götürülən su öz axarı ilə Vəlvələçay-Taxtakörpü kanalı ilə Taxtakörpü Su Anbarına ötürülür. Su anbarı su-elektrik stansiyası Azərbaycan Respublikası Dövlət Neft Fondundan ayrılan vəsait hesabına tikilib. Taxtakörpü Su Anbarının sahəsi 8,71 kvadratkilometr, qurğunun ümumi su tutumu 270 milyon kubmetrdir. Gölün faydalı su həcmi 238,4 milyon kubmetrdir.

 

Burada müasir işıqlandırma sistemi quraşdırılıb, ərazidəki yollar qaydaya salınıb. Bakı-Rusiya Federasiyası dövlət sərhədi magistral avtomobil yolundan Taxtakörpü Su Anbarına ayrılan yol boyunca, həmçinin bütün ərazidə böyük həcmdə abadlıq yaşıllaşdırma işləri həyata keçirilib.

 

Samur-Abşeron suvarma sistemi üzrə nəzərdə tutulan digər tədbirlərin reallaşdırılması nəticəsində Şimal bölgəsi rayonlarında 150 min hektara qədər torpaq sahəsinin su təminatı yaxşılaşdırılacaq gələcəkdə isə şimal çaylarından suyun götürülməsi layihələrinin həyata keçirilməsi 31 min hektar sahədə yeni suvarılan torpaqların istismara verilməsi planlaşdırılır. Bütövlükdə Samur-Abşeron suvarma sisteminin yenidən qurulması layihəsi 14 il ərzində, dörd mərhələdə reallaşdırılacaq.

 

 ***

 

 Geomorfoloq, coğrafiyaşünas Elbrus Əhmədov sözügedən su anbarının coğrafi ekoloji təsiri barədə fikirlərini bizimlə paylaşdı. O bildirdi ki, nəhəng bir layihə olanTaxtakörpüşimal-şərq yamacının digər çaylarının bura yönəldilməsilə enerji potensialının inkişafı üçün  olduqca  faydalıdır. Samur-Dəvəçi ovalığının torpaqlarının suvarılması ekoloji cəhətdən təmiz elektrik enerjisinin əldə olunmsı bölgədə ekoloji tarazlığı formalaşdırmağa xidmət edəcək. Çünki hazırda Quba Xaçmazda fəaliyyət göstərən modul tipli elektrik stansiyalarının yanacaqla işləməsi ekoloji cəhətdən bir o qədər məhsuldar deyil. AmmaTaxtakörpüekoloji cəhətdən məhsuldar faydalıdır. Bir digər məsələ əkin sahələrinin suvarılması üçün Samur-Dəvəçi kanalının qaneedici olmamasıdır. Alternativ olaraq suvarılma üçün istifadə olunacaq Taxtakörpü Su Anbarının potensial imkanları daha genişdir. Dərəçayın üzərində qurulanTaxtakörpü”nün mövqeyi təsadüfi seçilməyib. Su anbarının dəmir beton örtüklü olması suyun sızması sürüşmənin önlənməsi baxımından təhlükəsizliyin  təminatını təşkil edir. Həm burada salınan yeni ağaclıqların suvarılması torpaq örtüyünün qorunması baxımından faydalı ola bilər. Bu layihə gələcəkdə  Taxtakörpü”yə yaxın ərazilərdə yeni sənaye yaşayış mərkəzinin formalaşdırılmasına da səbəb olar. Bakı şəhərinin həddən artıq yüklənməsi yeni maqnit qütblərinin yaranmasını zəruriləşdirir. Bu baxımdan  bu layihənin önəmini vurğulamaq lazımdır. Nümunə olaraq, Mingəçevir Su Anbarının Mingəçeviri şəhər kimi formalaşdırmasını qeyd etmək olar. Bundan əlavə, balıqçılıq üçün sözügedən anbarın istifadəsi mümkündür.

 

 ***

 

 Texniki göstəricilərinə gəldikdə isə, Taxtakörpü Su Anbarının gil nüvəli torpaq bəndi olan bu hidrotexniki qurğunun dibdən eni 754 metrdir. Bu, nəinki regionda, o cümlədən Avropada ən hündür torpaq bəndlərdən biridir. Buradakı qəza sutullayıcının uzunluğu 891, suqəbuledici qurğunun uzunluğu 43,6, enerji tunelinin uzunluğu isə 543 metrdir. Qapı şaxtası 56 metr dərinlikdədir. Burada müasir işıqlandırma sistemi quraşdırılmış, ərazidəki yollara asfalt döşənmişdir. Bakı-Rusiya Federasiyası dövlət sərhədi magistral avtomobil yolundan Taxtakörpü Su Anbarına ayrılan yol boyunca, həmçinin bütün ərazidə böyük həcmdə abadlıq yaşıllaşdırma işləri həyata keçirilmişdir. Təkcə Taxtakörpü Su Anbarı bəndinin gövdəsində 23 milyon kubmetrdən çox torpaq işi görülmüşdür.

 

Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyəsi əsasında səhifəni hazırladı:

 

Amil Tağıyev  Quba

Zaman.-2014.-17 iyun.-s.13.