Tofiq Abbasov - Damanskin azərbaycanli qəhrəmani (1)
ƏZİZ MUSTAFA,
Ötən əsrin 60-cı illərinin
sonlarında onun adı Azərbaycanda fəxr və qürurla çəkilərək
təriflənər, haqqında
onlarla məqalələr
yazılar, qəhrəmanlığından
şövqlə danışılardı.
İndiki terminlə desək,
bu qəhrəman günümüzün igid
oğlu Mübariz İbrahimov qədər o dövrdə Azərbaycanda
məşhur idi.
Pionerlərə, komsomolçulara, yetişməkdə olan gənc nəslə bu qəhrəman kimi vətəni sevməyi, igidliyi ondan öyrənməyi tövsiyə edərdilər.
Yadımdadır “Azərbaycan
pioneri” qəzetində,
səhv etmirəmsə,
1969-cu ilin may ayında
bu qəhrəman haqqında olduqca təsirli bir yazı çıxmışdı.
Məktəbdə bizə,
o vaxt 5-ci sinif şagirdlərinə Damansk
qəhrəmanı haqqında
yazını oxuyub danışmağı tapşırmışdılar.
Həmin vaxt bizimlə paralel sinifdə oxuyan, hazırda memar işləyən Cabbar Musayev Damansk qəhrəmanının “Azərbaycan
pioneri” qəzetindəki
şəklini məharətlə
rəsm dəftərinə
köçürmüş və buna görə
müəllimlərin xüsusi
təşəkkürünü almışdı. O bizim nəslin sevimlisi idi və o vaxt
onun haqqında təxminən şeir hesab etdiyim bu
sözləri yazmışdım:
“Düşmənlə vuruşdu,
qəhrəman oldu. Mən də qəhrəman olmaq istəyirəm onun kimi...”
Əzİz Mustafa
O vaxt ağlıma belə gəlməzdi ki, üstündən 46 il ötəndən sonra bir vaxtlar Damanskda
baş verənlər
barədə serial yazarkən
düşmənlə döyüşlərdə qəhrəmancasına
həlak olanlar siyahısında onun da adını görüb yenidən keçmişə, məktəb
illərimə qayıdaraq
kövrələcəyəm. Bəlkə də çoxları bizim nəslin bu qəhrəmanı haqqında yazdığım
yazını oxuyanda məsələyə günümüzdəki
vəziyyətdən yanaşaraq,
onun sovet ordusu sıralarında vuruşduğunu, Azərbaycana
deyil, bununla işğalçılara xidmət
etdiyini söyləcəklər.
Amma bu belə
deyil, istər II Dünya müharibəsində
Sovet ordusu sıralarında almanlara, istərsə də Almaniya tərəfindən
sovetlərə qarşı
vuruşan soydaşlarımız
bizim tariximizdir və bu tarixi
dəyişdirmək bizim
imkanlarımız xaricindədir.
Onlar hər iki tərəfdə
Azərbaycanı təmsil
edirdilər. Onların əks
cəbhələrdə göstərdikləri
qəhrəmanlıqlar da,
Azərbaycanın adının
döyüş meydanının
hər iki tərəfində fəxrlə
çəkilməsi də
üstündən illər
ötəndən sonra
bizim üçün
qürur, qəhrəmanlıq
mənbəyi olaraq qalmaqda davam edir. Damansk qəhrəmanı da harada xidmət etməsindən asılı
olmayaraq Azərbaycan xalqını təmsil edirdi və onun döyüşlərdə
göstərdiyi igidliklər
və döyüş
meydanını tərk
etmədən son nəfəsədək
vuruşaraq qəhrəmancasına
həlak olması və buna görə
adının SSRİ-nin
ali dairələrində
xüsusi hörmətlə
çəkilməsi bir
millət kimi bizim üçün hər halda böyük fəxr idi...
Onun adı Tofiq, soyadı Abbasov idi
Rusiyanın Primorye vilayətinin
Xankaysk rayonunun Kamen Rıbolov kəndində Damansk qəhrəmanlarının şərəfinə
əzəmətli bir
abidə ucaldılıb.
Abidənin üzərində
iri hərflərlə
“Heç kim
unudulmur, heç nə yaddan çıxmır” sözləri
yazılıb. Sonra isə
1969-cu ilin mart ayında
Ussuri çayının
Damansk adasında çinlilərə qarşı
döyüşlərdə qəhrəmancasına vuruşaraq
şirin canlarından
keçən qəhrəmanların
adları qızılı
hərflərlə həkk
edilib. Bu qəhrəmanlar
arasında Azərbaycanın
igid oğlu, vətəndən uzaqlarda
mərdlik, hünər
dastanı yazan, mənsub olduğu millətinin, dədə-babalarının
şərəf yolunu
təkrar edən soydaşımız Tofiq Abbasovun da adı
var. Hər il abidənin önünə
canlı çiçəklər
gətirir, bu qəhrəmanların xatirəsi
önündə baş
əyirlər. Amma Damansk hadisələrinin üstündən 46 ildən
artıq vaxt keçib və bu gün təəssüflər
olsun ki, bu igid eloğlumuzun,
qəhrəmanımızın adı respublikamızda, hətta onun adını daşıyan
doğma məktəbdə
belə, demək olar unudulub... Amma bu barədə
sonra...
Tofiq Rza oğlu Abbasov 1945-ci ildə Dəvəçi rayonunda
anadan olub. O anadan olduğu ildə bütün dünya II Dünya müharibəsində alman
faşistləri üzərində
qələbəni sevinclə
qeyd edirdi. Bilmirəm, bəlkə də bu, təsadüfdür
(hər halda həyatda təsadüf deyil, müəyyən qanunauyğunluqlar olur), ya taledir, amma
Tofiq anadan olduğu il
qələbə ili idi. Belə ki, faşist Almaniyasından sonra Yaponiya üzərində də
tarixi qələbə
qazanıldı. 1945-ci ilin sentyabr ayının
2-də Yaponiya təslim
olmaq haqqında sülh sazişini imzaladı və bununla da II Dünya
müharibəsi başa
çatdı. Tale Tofiqə belə bir ildə anadan
olmağı nəsib
etmişdi. Amma heç kim hələ onda bilmirdi ki, qələbələr
ilində anadan olan bu oğlan
üstündən illər
ötəndən sonra
Azərbaycandan minlərlə
kilometr uzaqlarda Primoryedə döyüş
meydanında qəhrəmancasına
həlak olaraq ailəsinin, mənsub olduğu millətinin, yüz minlərlə soydaşının qürur
və fəxrinə çevriləcək. Balaca Tofiq
müharibəni görməsə
də, müharibədən
sonrakı ağır
illərin şahidi oldu. Ağır müharibədən çıxan imperiyanın
hər yerində o vaxt aclıq hökm sürürdü.
SSRİ rəhbərliyi müharibənin vurduğu
yaraları sağaltmaq
üçün ucqar
respublikaların üzərinə
ağır vergilər
qoymuşdu. Taxıl son qramına
kimi Rusiyanın mərkəzlərində yaşayan
və aclıq çəkən əhali
üçün müsadirə
edilirdi. Bu da, öz növbəsində,
müharibədən sonra
belə Azərbaycanın
əksər rayonlarında
əhalinin yarıac yaşamasına səbəb
olmuşdu. Tofiq də
uşaq ikən həmin dövrün ağır günlərini
yaşamalı oldu.
Amma sinəsində vətənə
məhəbbət hissi
vardı və hamı kimi, o da hələ uşaq ikən ağlının yaxşı
kəsmədiyi bir vaxtda Stalin öləndə
ağlamışdı. Tofiqin məktəb illəri digər uşaqlardan, həmyaşıdlarından, demək
olar, fərqlənmirdi.
Dəcəlliyi də vardı,
sözə baxmamağı
da və buna görə hərdən valideynlərinin,
müəllimlərinin töhmətini
alması da. Bütün bunlarla belə ciddiliyi, mərdliyi, sözünün üstündə
möhkəm dayanması
ilə onu yaxından tanıyanların
hamısının sevimlisinə
çevrilmişdi. Sonralar
Rusiya Jurnalistlər İttifaqının üzvü,
Ümumrusiya Azərbaycanlıları
Konqresinin Primorye
regional şöbəsinin mətbuat
xidmətinin rəhbəri
Tamara Volkova Tofiq Abbasov haqqında belə yazacaqdı: “Qəhrəmanların hər
birinin həyat yolu hamı, xüsusilə yetişməkdə
olan gənc nəsil üçün bir
nümunədir. Onlar uşaq ikən mərdlikləri, cəsurluqları,
vətən sevgisi ilə digər soydaşlarından fərqlənirlər.
Mənə elə gəlir
ki Tofiq Abbasovun həyatı da belə olub.
Əks halda, döyüş meydanında qeyri-adi qəhrəmanlıqlar göstərməz,
son nəfəsinə kimi
döyüşməzdi. O, anadan əsl qəhrəman kimi doğulmuşdu, onun uşaqlıq illəri də, məncə, qəhrəmanlıqla, qeyri-adiliklərlə
dolu olub”.
Mənə elə gəlir ki, həmkarım Tamara Volkova Tofiq Abbasov
barədə bu sözləri yazarkən ruhən onun anadan olduğu Dəvəçini (Şabran)
ziyarət edib, bir anlığa da olsa, qəhrəmanın
uşaqlıq illərini
yaşayıb.
Əbədiyyət zirvəsinə gedən yol
Tofiq Abbasovun qəhrəmanlığa, şərəf zirvəsinə gedən yolunun əsası isə o, 21 yaşında olarkən qoyuldu. 1966-cı ilin noyabr ayında Tofiqi hərbi xidmətə çağıraraq vətəndən uzaqlara Primoryeyə göndərdilər. Bilmirəm, həmin dövrdə doğma valideynlərindən, qardaş-bacılarından, qohumlarından, dost-tanışlarından ayrılanda, o hansı hissləri yaşayıb. Bəlkə, onlarla son dəfə görüşdüyünü, gedər-gəlməzə getdiyini hiss edib. Çünki biz özümüz də o dövrdə əsgərliyə gedərkən özümüzdən asılı olmadan doğmalardan ayrılmağın, uzun, sonu bilinməyən bir səfərə çıxmağın kədərini yaşamışıq. Tofiq Abbasov Primoryedəki SSRİ Dövlət Təhlükəsizlik Komitəsinin Qırmızıbayraqlı Sakit okean sərhəd xidməti qoşunlarının 69-cu sərhəd bölməsində atıcı kimi xidmətə başladı. İlk günlər onun üçün çətin idi, adət etmədiyi şaxtalı havalar, hərbi xidmətin çətinlikləri, vətən, doğmalarının həsrət, rus dilini yaxşı bilməməsi problemlər çıxarırdı. Amma o hələ əsgərliyə kimi çox sınaqlardan çıxmışdı və çətinliklərin nə olduğunu yaxşı bilirdi. Ona görə də tezliklə hərbi xidmətin qanunlarına da, çətinliklərə də öyrəşdi, həm əsgər yoldaşlarının, həm də zabitlərin sevimlisinə çevrildi. O hər an əsgər yoldaşlarının köməyinə gəlir, bildiklərini onlara öyrədir, bilmədiklərini isə öyrənməyə çalışırdı. O dövrdə atasına, ailəsinə yazdığı məktublarda tezliklə hərbi xidməti başa vurub qayıdacağını, sağ-salamat olduğunu, günlərinin yaxşı keçdiyini bildirirdi. Amma həmin dövrdə SSRİ ilə Çin sərhədində gərginlik artmaqda idi.
Çin SSRİ-yə qarşı ərazi iddiaları irəli sürərək, sərhəddə vəziyyəti gərginləşdirməkdə idi. Bu gərginlik özünü, xüsusilə, Tofiq Abbasovun xidmət etdiyi Ussuriysk çayındakı cəmisi 0, 74 kvadratkilometr sahəsi olan Damansk adasında özünü daha çox hiss etdirməkdə idi. Ada SSRİ-yə mənsub olsa da, orada çinlilər təsərrüfat işləri ilə məşğul olurdular və buna görə onlara heç kim bir söz de
Əzİz Mustafa
Zaman.-2014.-18 iyun.-S.7.