Susaraq danışma sənəti- Pantomima
HƏVVA
CƏLİLOVA,
Peşəkar pantomima XX əsrin əvvəllərində
Fransada yaranıb.
Kəlmə mənası isə, “hər şeyi ifadə etmək” bacarığı deməkdir. Bu sənətdə isə, jestikulyasiya vacibdir. Bunun üçün də göz, səhnədə qavrayış üçün
ən iti hissdir. Səhnəyə çıxarkən iştirakçının ilk gördüyü
maraqla açılmış
çoxlu “ac” gözlərdir.
Onları doyurmaq üçün
də ən böyük yük də elə aktyorun üzərinə düşür. Tamaşaçının
bəyənib-bəyənməməsi isə
aktyorun sərgilədiyi
bacarıqdan asılıdır.
Dünyanın ən böyük pantomima sənətçisi Çarli
Çaplinlə tanınan
pantomima sənəti mavi ekran arxasındakı
insana çox asan görünsə də, bu sənətin
incəlikləri onun heç də asan olmadığını
deyir. Minimum hərəkətlərlə
maksimum ifadə pantomima sənətinin fərqliliyini göstərir.
Hər hərəkətin öz dili var
Pantomima
sənətində hər
hərəkətin öz
dili, öz mənası var. Bu hərəkətlər
və onların bəzilərinin mənası
bu şəkildə izah edilir: Bir
əlin ürək üzərinə qoyulması
eşq duyğusunu ifadə edir, gözlərin üzərinə
yerləşdirilən əllərin
aşağıya doğru
çəkilməsi göz
yaşı təəssüratı
bağışlayır, sıxılmış
yumruqların baş üzərində yellənməsi
hirsi, əsəbi izah edir, qolların
çarpaz olaraq aşağıda tutulması
arzunu dilə gətirər, ağızını
və gözünü
böyük açmaq
isə qarışıqlığı
ifadə edər. Pantomima yalnız sözsüz səhnələrdə aktiv
deyil, eyni zamanda aktyorun danışdığı, və
ya oxuduğu zaman kəsiyində də öz fəaliyyətini davam etdirə bilir.
Bizim pantomima...
90-cı illərdə Azərbaycan teatrında yeni format kimi yaranan pantomima janrını Azərbaycan
teatrına Bəxtiyar
Xanızadə gətirdi
və bu janrın öz teatrını qurdu. Teatrımızın tarixində ilk pantomima tamaşası “Bir aktyor üçün him-cim oyunu” dur.
Sonralar isə bu tamaşanı
“Ümid” adlandırdılar.
Bu Azərbaycan teatrı üçün
yeni sənət hadisəsi, ilk sözsüz
tamaşa idi. 1994-cü ilin mayında
Bəxtiyar Xanızadə
“Dəli yığıncağı”
pantomima studiyasını
təsis etdi. Aktyorlar da, elə Bəxtiyar
Xanızadənin öz
tələbələri idilər.
Qısa zaman içində Azərbaycan teatr xadimləri İttifaqının
və “Dəli yığıncağı” pantomima
studiyasının təşəbbüsü
ilə Bakıda “Him-cim” adlı I və II Beynəlxalq pantomima festivalları keçirildi. Sonralar da
onlar dünyanın bir çox ölkələrində keçirilən
festivallarda iştirak edib, mükafatlar qazandılar. 2000-ci ildən
dövlət teatrı
statusu alan
Pantomima Teatrında nəsillər bir-birini əvəzləyir və teatr tərkib etibarilə gənclərin
teatrı olaraq qalır...
Dövlət Pantomima Teatrının
direktor müavini, eyni zamanda bu
teatrın aktyoru əməkdər
artist Elman Rəfiyev
müsahibəsində bu
sənət haqqında
daha geniş məlumat verdi: “Pantomim ifadəsi, hər hansı bir fikri sözlərlə
deyil, jest və mimikalarla ifadə etmək deməkdir. 1994- cü il
mayın 16 da Azərbaycanda bu teatr tamaşaçılara təqdim
olundu. Onu qeyd etmək
istərdim ki, dünya ölkələrinin
bir çoxunda pantomima aktyorları qruplar halında fəaliyyət göstərsələr
də, dövlət tərəfindən qayğı
göstərilən pantomima
teatrı ancaq Azərbaycanda və Gürcüstanda fəaliyyət
göstərir”.
“Gənclər
bu sənətin ağırlığından qaçırlar”.
Dövlət pantomima teatrının
aktyoru sənətinin
ağırlığından danışarkən, gənclərin
də bu sənətə müraciət
etdiyini, ancaq, iş prinsipini görəndən sonra bu sahədən qaçdıqlarını bildirdi:
“Bizdə ayrıca olaraq pantomima dərsləri tədris olunmur. Ancaq, Pantomima teatrının baş rejissoru, xalq artisti Bəxtiyar
Xanızadə ayrıca
olaraq buna marağı olan gənclər üçün
elan verərək, onlar arasında seçim mərhələləri
təşkil edir. Həmin mərhələdən keçən
gənclər teatrda qalaraq öyrənməyə
başlayırlar. Ancaq,
hər bizə müraciət edən şəxs teatrımızın
aktyoru ola
bilmir. Çünki, iş sistemi
çox çətindir.
Buna görə də, mən çox istərdim ki, universitetlərin nəzdində də, pantomima dərsləri tədris edilsin. Başqa teatrlarda olduğu kimi burada da
fiziki əmək lazımdır. Ancaq bizdə
bir qədər fərqlidir ki, bütün fikrini gərək sözsüz şəkildə tamaşaçıya
çatdırasan. Bir şeyə
diqqət etsəniz görərsiniz ki, bütün aktyor və aktrisalarımız formadadırlar və heç kəs normadan artıq kiloda deyil. Onu da nəzərinizə çatdırım ki, hal-hazırda teatrımızda
fəaliyyət göstərən
13 aktyordan 5-i qadın
aktrisadır. Yaş həddinə
gəlincə isə,
içərilərində ən yaşlı olanları mənəm.
Ancaq ümumi yaş həddi isə 20-30 yaş
arasında dəyişir”.
Aktyor qeyd etdi ki, onların
tamaşalarını izləmək
üçün teatra
hər yaş təbəqəsindən izləyicilər
gəlir: “Müxtəlif
yaş təbəqəsindən
olan insanlar bizim tamaşamızı izləməyə gəlirlər.
Zala baxanda 15-20 yaş arası gəncləri, hətta 60 yaşlı insanları da görürük. Bizim tamaşalarımıza
əsasən də, xarici qonaqlar gəlir. Pantomima üçün dil sərhədi deyilən bir şey yoxdur. Hərəkətləri hər bir insan rahatlıqla başa düşə bilər. Hər hansı bir
ölkədə pantomim
hərəkətləri göstərsən,
biləcəklər ki,
söhbət nədən
gedir”.
Həvva Cəlİlova
Zaman.-2014.-11 mart.-S.7.