Milli Teatrımızın 141 yaşı tamam oldu

 

Dünən Azərbaycanda Milli Teatrının 141 illiyi qeyd olundu.

 

Böyük maarifçi Həsən bəy Zərdabi görkəmli yazıçı Nəcəf bəy Vəzirovun təşəbbüsü ilə 1873-cü ildə Bakıda M.F.AxundzadəninLənkəran xanının vəzirikomediyasının tamaşaya hazırlanması ilə Azərbaycanda, eləcə bütün müsəlman Şərqində peşəkar teatrın təməli qoyulub. Teatrın böyük ictimai əhəmiyyətini dərk edən Azərbaycan ziyalıları Naxçıvan, Şəki, Şamaxı, Lənkəran, Quba Şuşa şəhərləri ilə bərabər, Tiflisdə İrəvanda da teatr tamaşaları təşkil edirdilər.

 

1918-ci ildə Azərbaycan öz müstəqilliyini qazandıqdan sonra bir çox sahələrdə olduğu kimi, teatr sənətimizin inkişafında da mühüm işlər həyata keçirildi. Azərbaycan Xalq Cümhuriyyəti hökuməti pərakəndə fəaliyyət göstərən teatr truppalarını birləşdirərək Dövlət Teatrını yaratdı. 1919-cu il oktyabrın 24-də Azərbaycan Xalq Cümhuriyyətinin bütün dövlət hökumət rəhbərlərinin iştirakı ilə Dövlət Teatrının rəsmi açılışı oldu.

 

Bu gün respublikada artıq 26 dövlət teatrı fəaliyyət göstərir. Şəbəkənin müntəzəm səmərəli fəaliyyətini təmin etmək məqsədilə bütün maliyyə, təşkilati yaradıcılıq imkanlarından istifadə edilir. Dövlətlərarası mədəni əməkdaşlıq haqqında ikitərəfli sazişlərə uyğun olaraq respublika teatrları xarici ölkələrdə keçirilən müxtəlif festivallarda uğurla çıxış edirlər.

 

Bu gün Bakı şəhəri Beynəlxalq Teatr Konfransı, UNİMA-nın iştirakı ilə Beynəlxalq Kukla Teatrları Festivalı, Çexov Festivalı kimi nüfuzlu tədbirlərə ev sahibliyi edir.

 

Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyevin Azərbaycan Respublikasında Milli Teatr Gününün təsis edilməsi haqqında 1 mart 2013-cü il tarixli sərəncamı ilə hər il martın 10-u ölkəmizdə Milli Teatr Günü kimi qeyd edilir.

 

Milli Teatr Günü münasibətilə dünən incəsənət nümayəndələri teatr xadimləri ümummilli lider Heydər Əliyevin məzarını ziyarət ediblər, önünə gül dəstələri qoyublar.

 

Görkəmli oftalmoloq alim Zərifə Əliyevanın da xatirəsi ehtiramla yad edilib, məzarı üzərinə tər güllər düzülüb.

 

Daha sonra Şəhidlər xiyabanına gedən incəsənət nümayəndələri teatr xadimləri Azərbaycanın azadlığı müstəqilliyi yolunda canlarını qurban vermiş qəhrəman Vətən övladlarının məzarlarını ziyarət edib, üzərinə gül qoyublar.

 

Zaman.-2014.-11 mart.-S.7.