Bakıda Azərbaycan
vikipediyaçılarının birinci milli forumu keçirilib
Dünən Bakıda “Vikipediya” virtual ensiklopediyası Azərbaycanda:
problemlər və perspektivlər” mövzusunda
Azərbaycan vikipediyaçılarının
birinci milli forumu keçirilib.
Tədbirdə çıxış edən Milli Məclisin deputatı Aydın Mirzəzadə “Vikipediya”nın məlumat mənbəyi olmaqla yanaşı, həmdə siyasi mübarizə müstəvisi
olduğunu deyib. Onun sözlərinə görə, hazırda bir gündə Azərbaycan dilində orta hesabla 20 məqalə hazırlanır
ki, bu da
il ərzində 6 min məqalə deməkdir:
“Bu azdır. Biz “Vikipediya”
hərəkatını cəmiyyətin
daxilinə yeridə bilməmişik. Çox yaxşı olardı
ki, “Vikipediya”ya elm və təhsil müəssisələri qoşulsun,
universitetlərdə “Vikipediya
qrup”ları yaradılsın.
Mətbuat da virtual ensiklopediya
ilə bağlı məlumatlara yer ayırmalıdır. Bu bir ziyalı fəaliyyətidir”.
Xəzər Universitetinin təsisçisi,
professor Hamlet İsaxanlı Azərbaycanda “Vikipediya” hərəkatının gec
başladığını deyib. Onun sözlərinə
görə, Azərbaycan
“Vikipediya”ya qoşulduğu
ilk vaxtlarda müsəlman
ölkələri arasında
5-ci yerdə idi: “Amma getdikcə bu proses zəiflədi.
Bu işi canlandırmaq
üçün kütləvilik
lazımdır. Bunun vacibliyi
məsələsini tələbələr
arasında geniş yaymaq lazımdır”.
Azərbaycan Milli Elmlər
Akademiyası (AMEA) İnformasiya
Texnologiyaları İnstitutunun
əməkdaşı İradə
Ələkbərova çıxışında
vikicəmiyyət haqqında
danışıb. O bildirib
ki, hazırda Azərbaycandan “Vikipediya”da
70 min insan qeydiyyatdan keçib, amma buna baxmayaraq, məqalələrin sayı
çox azdır: “Materialların sayını
artırmaq üçün
vikicəmiyyəti fəallaşdırmaq
lazımdır. Alimlər və
tələbələr birlikdə
fəaliyyət göstərməlidirlər.
Vikicəmiyyətin formalaşması üçün seminarlar,
simpoziumlar vasitəsilə
diqqət cəlb etmək lazımdır.
Azərbaycanda vikimaniya konfransı
keçirməklə bütün
dünyanın vikipediyaçılarını
Bakıya toplamaq olar”.
AMEA-nın İnformasiya
Texnologiyaları İnstitutunun
digər əməkdaşı
Rasim Mahmudov da Azərbaycanda Vikipediya fəaliyyətinin
zəif olduğunu qeyd edərək, gəncləri bu işə fəal qoşulmağa dəvət
edib.
Zaman.-2014.-11 mart.-S.7.