Qoruqların əhatə etmədiyi ərazilərdə problemlər hələ də qalmaqdadır

 

Azərbaycanın ərazisi zəngin floraya malikdir. Növlərin ümumi sayına görə Qafqazın başqa respublikalarına nisbətən xeyli zəngindir. Respublikada rast gəlinən bitki növləri Qafqazda bitən bitki növlərinin ümumi miqdarının 66%-ni təşkil edir. Azərbaycanda floranın rəngarəngliyi onun fiziki-coğrafi təbii-tarixi şəraitinin müxtəlifliyi ilə əlaqədar olmuşdur.

 

Dünyanın əsrarəngiz guşələrindən biri unikal təbiətə, zəngin faunaya, rəngarəng floraya malik ölkəmizin cənubunda yerləşən Talış dağları meşələridir. Bu bölgədə dəniz meşənin bərabər varlığı da ayrıca bir təbiət gözəlliyi təşkil edir, onun möhtəşəm yaradılışını bir daha göstərir. Bu bölgədə flora fauna zəngin olsa da, onların mühafizəsində son dönəmlərdə bir sıra problemlərə rast gəlinir. Bu sahədəki problemlərin həllində Qızılağac qoruğu Hirkan Milli Parkının əhəmiyyətli rolu var. Xüsusən, Hirkan Milli Parkı Talış meşələrinin mühafizə edilməsində müstəsna rola sahibdir. Hirkan Milli Parkının yaradılmasında əsas məqsəd həmin ərazidə təbiətin kompleks şəkildə qorunması, üçüncü dövrün relikt endemik bitki növlərinin mühafizəsi, Azərbaycan RespublikasınınQırmızı Kitab”ına daxil edilmiş tipik flora fauna növlərinin bioloji növ müxtəlifliyinin qorunub saxlanılması, ətraf mühitin monitorinqinin həyata keçirilməsi, ictimaiyyətin məlumatlandırılması, eləcə tədqiqatlar, turizm istirahət üçün şəraitin təşkilidir. Lakin bu da bir həqiqətdir ki, qoruqların əhatə etmədiyi ərazilərdə bu cür problemlərin həllində sıxıntılar hələ qalmaqdadır. Bu yazıda ərazinin həm fauna florası ilə tanış olacaq, həm bu sahədəki problemlərin həllində, xüsusən floranın zənginliyinin qorunmasında həyata keçirilə biləcək həll yollarını araşdırmağa çalışacağıq.

 

Qeyd etdiyimiz kimi, Azərbaycanın Cənub bölgəsində yerləşən Talış meşələrində bir çox relikt, endemik ağac bitki növləri mövcuddur. Heç şübhəsiz, onların qorunması ətraf mühitin mühafizəsi sahəsində görüləcək ən prioritet xidmətlərdən sayıla bilər.

 

Ölkəmizin florası olduqca rəngarəngdir

 

Azərbaycanın ərazisi zəngin floraya malikdir. Növlərin ümumi sayına görə Qafqazın başqa respublikalarına nisbətən xeyli zəngindir. Respublikada rast gəlinən bitki növləri Qafqazda bitən bitki növlərinin ümumi miqdarının 66%-ni təşkil edir.

 

Azərbaycanda floranın rəngarəngliyi onun fiziki-coğrafi təbii-tarixi şəraitinin müxtəlifliyi ilə əlaqədar olmuşdur. Azərbaycan meşələrinin ümumi sahəsi 1213,7 min hektardır. Bundan meşə ilə örtülü sahə 989,5 min hektar təşkil etməklə, respublikamızın ümumi ərazisinin 11,4%-ni əhatə edir. Adambaşına təqribən 0,12 hektar meşə sahəsi düşür ki, bu da ümumdünya miqyasında götürülən müvafiq orta rəqəmdən 4 dəfə (orta rəqəm - 0,48 ha) azdır. Azərbaycanda meşələr sahəcə az olsalar da, növ zənginliyi ilə məşhurdur. Ölkəmiz bir çox nadir bitki kol növlərinin vətəni sayılır. Burada 4500-dən çox çiçəkli, ali sortlu bitki növü yayılmışdır. Eyni zamanda 435 növ ağac kol bitir ki, onlardan da 70-i endemik növlərə aiddir. Ümumilikdə, respublikada 240 növ endemik sayılır. Bütün respublika ərazisi üçün enliyarpaqlı meşələr səciyyəvidir. Bu tip meşələr Böyük Kiçik Qafqazın, Talış dağlarının alçaq orta dağlıq hissələrində geniş yayılıb. Azərbaycan florasının tərkibində bütün areal tiplərin nümunələrinə, yəni qədim meşə, boreal, bozqın, kserofil, səhra, Qafqaz adventiv bitki tiplərinə rast gəlinir. Qədim meşə tipləri nümunələri ən çox Talışda, boreal tip Böyük Kiçik Qafqazın dağ zonalarında, az miqdarda isə aşağı qurşaqlarda, kserofil, Qafqaz, bozqır səhra tipləri isə respublikanın düzən, dağətəyi bozqır yaylarında, ən çoxu isə Kür-Araz ovalığında yayılıb. Adventiv areal tipi isə bir qədər az rast gəlinir. Kür-Araz ovalığı, Xəzəryanı başqa düzənliklərin göl, gölməçə, axmaz bataqlıq sahələrində zəngin rəngarəng bitki örtüyü inkişaf edib. Azərbaycan Respublikası üçüncü dövrə aid olan relikt cinslərlə zəngindir.

 

Talış meşələri unikal təbiətə: zəngin,

 

eyni zamanda relikt endemik olan flora faunaya malikdir

 

Öncəliklə qeyd edək ki, Ekologiya Təbii Sərvətlər Nazirliyi tərəfindən Talış dağlarının tərkibindəki Hirkan meşələrinin YUNESKO-nun Ümumdünya Mədəni Təbii İrs Siyahısına daxil edilməsi üçün layihə-smeta sənədləri hazırlanaraq bu təşkilata göndərilib. Bu isə dövlət tərəfindən göstərilən qayğı mühafizənin bariz nümunəsi sayıla bilər. Talış meşələri ilə, onun zəngin olan relikt (latın sözüdür, “qalıqdeməkdir, buzlaşmaya məruz qalmayan ərazilərdəki üçüncü dövr bitkiləri mənasına gəlir) endemik (yunan sözüdür, yerli, müəyyən bir yerə xas olan mənasındadır) bitki ağac növləri ilə, eyni zamanda zəngin faunası ilə qısaca tanış olaq. Əvvəlcə, onu da qeyd edək ki, indiyə qədər bir çox dünya respublikamızın alimləri bu bölgədə maraqlı elmi araşdırmalar aparmışlar. Onlardan A. Oleari, akademik H. Əliyev, İ. S. Səfərov, V. C. Hacıyev başqalarını qeyd etmək olar. Məlumat üçün bildirək ki, Talış meşələri Talış dağlarında qismən Lənkəran ovalığında yerləşir. Talış dağları şimal-qərbdən cənub-şimala bir-birinə paralel istiqamətdə uzanan Talış silsiləsi, Peştəsər silsiləsi Burovar silsiləsindən ibarətdir. Bunlardan ən uzunu (təqribən 100 km) hündürü Talış silsiləsidir. Ən yüksək zirvələri Marayurd (2509 metr), Kömürköy (2492 metr) Qızyurdu (2433 metr) zirvələridir; Talış silsiləsinin cənub-şərqi Azərbaycanın ən çox yağıntılı yerlərindəndir (ildə 1900 mm-dək). Ərazidə dağ-sarı, qonur dağ-meşə, qəhvəyi dağ-meşə s. torpaqlar yayılıb. Bitki örtüyü zəngin müxtəlifdir. Ərazi yayı quraq keçən mülayim-isti iqlimə malikdir. Talış silsiləsinin yüksək hissələri soyuq quraq iqlimi ilə fərqlənir. Çayları (Viləş, Lənkəran, Təngərüd, Astara s.) Xəzər hövzəsinə aiddir. Talış meşələri dəniz səviyyəsindən 2200 metr yüksəkliyə yayılaraq 150 min hektar sahədə yerləşir. Burada eyni zamanda Hirkan tipli subtropik meşələr mövcuddur. Diabar müstəsna olmaqla, Talış meşələrində 36 min 900 hektarlıq sahədə 1167 növ bitki qeydə alınıb. Növ zənginliyinə görə Talış meşələri Qafqazın 18 flora əyaləti içərisində birinci yeri tutur. Burada həm hər 1000 hektara 32 bitki növü düşür. Bu da Qafqazda ən yüksək rəqəmdir. Buradakı mövcud olan 174 növ ağac kolun 36 növü endemik bitkidir. Hirkan meşələrində Xəzər lələyi, Hirkan armudu ipək akasiyasının mövcudluğu bu meşələrin vaxtilə Şərqi Asiya Himalay florası ilə genetik əlaqəsi olduğunu da göstərir. Talış meşələri sonuncu buzlaşmaya məruz qalmadığı üçün həmin dövrün flora nümunələri qismən qorunub saxlanılıb. Bu isə, heç şübhəsiz, dünya florasının tədqiqində böyük tarixi elmi əhəmiyyətə malikdir. Qeyd edək ki, Talış dağlarında meşələrin yayılmasında şaquli qanunauyğunluq mövcuddur. Bu qurşaqlar düzən, aşağı dağ, orta dağ, yuxarı dağ, subalp-meşə dağ-çəmən qurşaqlarına bölünür. Hər qurşağın isə özünəməxsus bitki qruplaşması vardır. Ərazinin bir hissəsini qarışıq meşələr təşkil edir. Burada 1 km2 ərazidə 35-ə yaxın növdə ağac kol növlərinə rast gəlmək olur. Onların arasında əsasən şabalıdyarpaq palıd, fıstıq, vələs, dəmirağac, qızılağac, azat ağacı, Qafqaz xurması s. ağac növləri xüsusi yer tutur ki, bunların da bir çoxu reliktdir. Bu ağacların orta yaşı 120-150 ildir.

 

Ardı növbəti sayımızda 

 

Azərbaycan

 

Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyəsi əsasında səhifəni hazırladı:

 

Mərdan Qurbanov, Həbib Əlizadə

Ədalət.-2014.-3 may.-S.13.