Bakını daha təmiz və gözəl görmək üçün

 

Abşeronda mövcud olan göllərin təmizlənməsi də diqqət mərkəzindədir və bunun üçün də dövlət proqramı hazırlanmışdır. Çirkab dolu doqquz göl tamamilə təmizlənəcək. Bu göllər əslində süni göllər, tullantılardan yaranan fəlakət mənbələridir. Həmin su hövzələrinə illər boyu kanalizasiya, çirkab sulari, neftlə çirklənmis sular, lay suları axıdılıb.

  Azərbaycan ikinci dəfə müstəqillik qazandıqdan sonra aparılan islahatlar respublikamızın sürətli inkişafına səbəb oldu. Bu yüksəlişi paytaxt Bakının simasında daha aydın görmək olar. İnamla demək olar ki, son beşilliklərdə Bakı nəinki Qafqazın, eləcə də dünyanın sürətlə böyüyən şəhərlərindən birinə çevrilib. Bakıda hər ay onlarla yeni, müasir ünvan formalaşdırılır. Bir vaxtlar boş çöl olan ərazilərdə indi yeni yaşayış massivləri salınır. Şəhərdə yeni parklar, prospektlər, yol qovşaqları, metro stansiyaları, otellər, idman və sağlamlıq mərkəzləri, məktəb, uşaq bağçaları və sair istifadəyə verilir. Bu yüksəliş, böyümə XXI əsr Bakısını meqapolis şəhərə çevirir. Bütün bunlar çox yaxşıdır. Amma Bakı böyüdükcə onun illərlə yığılıb qalmış problemləri də böyüyür. Həmin problemlərin həlli isə daha çox vəsait tələb etməklə yanaşı, şəhərin ekologiyasına mənfi təsir göstərir. Bakıda həlli çox vacib olan məsələlərdən biri  də elə ekoloji mühitin sağlamlaşdırılmasıdır.

 

 “Qaraşəhər” “Ağşəhər”ə çevrilir

 

Çox yox, 25-30 il əvvəl Hökumət Evindən bir qədər oyana ayaq qoyan kimi özünü sənaye obyektləri arasında, mədəndə olduğu kimi hiss edirdin. Qaqarin” (indikiCavanşir”) körpüsünü keçən kimi neftayırma zavodlarının, şüşə zavodunu və digər böyük müəssisələrin buraxdığı  tullantıların qoxusu insanın ürəyini bulandırırdı. Bu yerlər Xəzərə nə qədər yaxın olsa da, dəniz havasını o qədər hiss etmək olmurdu. Çünki XIX əsrin sonlarında - XX əsrin əvvəllərində dünyanın neft sənayesi mərkəzlərindən birinə çevrilən Bakı böyük sıçrayışla yüksəlsə də, onun “Qaraşəhər”i bizə elə qara miras kimi qalmışdı. “Qaraşəhər” rus imperiyasına və sonra da sovetlərə onilliklərlə xidmət etmişdi.  Ancaq xalqımız burada gecə-gündüz fəaliyyət göstərən müəssisələrin doğurduğu ekoloji problemlər məngənəsində yaşamalı olmuşdu...

Azərbaycan müstəqillik qazandıqdan “Qaraşəhər”in də bəxti açıldı. Ölkə Prezidentinin sərəncamı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasında ekoloji vəziyyətin sağlamlaşdırılmasına dair 2006-2010-cu illər üçün kompleks tədbirlər planı çərçivəsində sənaye obyektlərindən çoxu paytaxtın hüdudlarından kənara çıxarıldı, çirkli torpaqların təmizlənməsinə, dəniz sahilinin abadlaşdırılmasına başlanıldı. Bakı buxtasının lap mərkəzində yerləşən bu ərazidə (221 hektarda) indi “Ağşəhər” layihəsi reallaşdırılır. Yaxın illərdə burada müasir və gözəl şəhər böyük Bakının bir hissəsinə çevriləcək.  Bu, həm də paytaxtın ekologiyasının yaxşılaşdırıması yolunda bir addım olacaq.

 

 “Avro-4” standartına keçid vəd edir?

 

Hazırda respublikamızda təqribən 1 milyon 200 minə yaxın avtomobil var. Həmin avtomobillərin çox hissəsi isə paytaxtımızda cəmləşib. Bu avtomobillər hər saat paytaxtın havasına min kubmetrlərlə zəhərli qaz buraxırlar. Bu, insan sağlamlığı üçün böyük təhlükə yaradır. Bunu nəzərə alaraq, bu il aprel ayının 1-dən başlayaraq, ölkəmizdə “Avro-4” standartina keçilib. Bununla bağlı xaricdən gətirilən köhnə atomobillərin xeyli hissəsinə qadağa qoyulub. Təbii ki, bu Bakıda havanın tərkibini xeyli  yaxşılaşdıracaq. Çünki tədqiqatlara görə, bu gün paytaxtda havanı çirkləndirən əsas amil sənaye müəssisələri yox, maşınlardır”.

Azərbaycan Prezidenti İlham Əliyev Nazirlər Kabinetinin aprelin 13-də keçirilən iclasında bildirib ki, ölkədə istehsal olunan yanacağın keyfiyyəti yaxşılaşdırılmalıdır: “Bakıda yeni neftayırma zavodunun tikintisi nəzərdə tutulur. Ancaq bu, vaxt aparacaqdir. Haradasa, bəlkə 3-4 il vaxt aparacaqdir. Çalışmalıyıq hökumət öz təkliflərini versin ki, o tikilənə qədər Azərbaycanda istehsal olunan yanacağın keyfiyyətini biz necə yaxşılaşdıra bilərik. Hesab edirəm ki, biz bu məqsədlər üçün maliyyə resursları ayıra bilərik.”

Söylənilənlər isə səbəbsiz deyil. Axı avtomobil təzə olsa belə, işlədilən yanacaq  Avro-4”-ün standartına uyğun deyilsə, ekoloji islahat istənilən nəticəni verməz.

 

 Xəzər Abşerondakı çirkab su hövzələri təmizlənir, bulvar genişləndirilir

 

Azərbaycan Prezidentinin Xəzərin çirklənmədən qorunması haqqında müxtəlif sərəncam göstərişlərinə əsasən, dənizin Bakı onun ətraf ərazilərində xeyli ekoloji layihə həyata keçirilib bu işlər davam etdirilməkdədir. Həmin layihələrdən biri Abşeron yarımadasındakı yaşayış məntəqələrində mərkəzləşdirilmiş kanalizasiya sisteminin yaradılmasıdır. Yeri gəlmişkən əlavə edək ki, son onillikdə Bakının ətraf yaşayış məntəqələrində sosial problemlərin həlli ətraf mühitin sağlamlaşdırılması üçün dövlər proqramları icra edilir. Bu proqrama əsasən hər bir qəsəbə kəndə su, işıq, qaz  xətləri yenilənir kanalizasiya sistemi qurulur. Məişət tullantılarının birbaşa dənizə axıdılmaması üçün 90 kilometrə yaxın sahilboyu ərazilərdə ümumilikdə gündə 6400 kubmetr çirkab sutəmizləmə gücünə malik modul tipli təmizləyici qurğulardan ibarət stansiyalar istismara verilir.

Abşeronda mövcud olan göllərin təmizlənməsi diqqət mərkəzindədir bunun üçün dövlət proqramı hazırlanmışdır. Çirkab dolu doqquz göl tamamilə təmizlənəcək. Bu göllər əslində süni göllər, tullantılardan yaranan fəlakət mənbələridir. Həmin su hövzələrinə illər boyu kanalizasiya, çirkab sulari, neftlə çirklənmis sular, lay suları axıdılıb. Bu çirkab su hövzələrindən olan Böyükşorın böyük bir hissəsi yaxın aylarda təmizlənəcək. Artıq bu sahədə işlərə start verilib. Bu layihənin reallaşması üçün bu sahədə təcrübəsi olan xarici şirkətlərlə müqavilələr bağlanılıb. İndi Böyükşor gölü ətrafında qızğın gedir.

Məlum olduğu kimi, ilk Avropa Olimpiya Oyunlari gələn ilin iyun ayinda ölkəmizdə keçiriləcək. Mötəbər yarışın əsas oyunlarının çoxu  Bakıda, Böyüksor gölü yaxınlığında tikilməkdə olan Olimpiya Stadionunda keçirilməsi nəzərdə tutulub. Yarışlarda 6-7 min idmançının istirakı gözlənilir. Eyni zamanda on minlərlə yerlixarici tamaşaçı burada yarışları izləməyə gələcək. Odur ki, Böyüksor gölünün və ətraf ərazilərin ekoloji vəziyyətinin kompleks bərpasının birinci mərhələsinin tezliklə başa çatdırılmasi vacibdir.

Əlavə edək ki, Böyüksor gölü Abseronun ən böyük gölüdür və 1060 hektar ərazini əhatə edir. 2014-2015-ci illəri əhatə edəcək birinci mərhələdə gölün Olimpiya Stadionunun insa edildiyi yerin yaxınlığında yerləsən 300 hektara yaxin ərazisi bərpa olunacaq. Bu mərhələdə gölün şimal hissəsinin bənd vasitəsilə sahil xəttindən ayrılaraq təcrid olunması nəzərdə tutulur. Bununla da neftin, çirklənmiş suyun və üzən tullantıların axınının qarşısı alınacaq. Sonra sahil boyunca geniş ərazidə yaşıllaşdırma aparılacaq və insanların istirahəti üçün yaxşı şərait yaradılacaq. Beləliklə, paytaxtda daha bir yeni və gözəl sağlamlıq zonası olacaq. Abşerondakı digər çirkli göllərin də təmizlənməsi  işinə başlanacaq.

Sadaladıqlarımız sübut edir ki, ölkə rəhbərliyi problemin hərtərəfli həllinə xüsusi diqqət yetirir. Hazırda Bakı və onun ətrafında həyata keçirilən layihələr də bu məqsədə xidmət edir. Abşerondapaytaxt Bakıda mövcud ekoloji vəziyyətin yaxşılaşdırılmasına yönəldilən tədbirlər çox əhəmiyyətlidir. Həmin layihələrin uğurla həyata keçirilməsi nəticəsində Bakı buxtasının bir sıra sahələri - Bibiheybət əraziləri, Heydər Əliyev Beynəlxalq Hava Limanının ətrafı, neftlə çirklənmiş torpaqların bir hissəsi sağlamlaşdırılıb.

 

 Ardı növbəti sayımızda

 

Məlikzadə Səməd

 

Zaman.-2014.-9 may.-S.13.