Elektromaqnit dalğaları və ətraf mühit
Sovet həkimləri 1960-cı illərin
ortalarında şüaların
və dalğa uzunluqlarının insan orqanizminə mənfi təsiri barədə fikir yürütməyə
başladılar. Bu, elektromaqnit
dalğalarının təhlükəliliyi
barədə ilk siqnal
idi. Yüksək gərginlik xətlərində,
elektrik dirəklərində
və bu kimi elekromaqnit dalğalarının yayıldığı
sahələrdə çalışan
işçilər, ümumiyyətlə,
baş ağrıları,
yorğunluq, iştahasızlıq,
mədə bulantısı
və cinsi istəksizlik kimi narahatlıqlardan şikayətlənirdilər.
ABŞ-ın hərbi
sənayesində mühəndis
vəzifəsində işləyən
Robert Strom bir çox
insanlar kimi eyni amansız xərçəng xəstəliyinə
tutulmuşdu. Lakin o, sağalmaz
xəstəliyə düçar
olduğunu bilsə də, heç nədən qorxmadan bu xəstəliyin nədən qaynaqlandığını
öyrənmək üçün
araşdırmalar aparmağa
başlamışdı. Üç il
boyunca keçirdiyi təcrübələr nəticəsində
Strom çalışdığı iş yerində yüksək dozada elektromaqnit dalğalarının
mövcud olduğunu aşkar edib. Bu araşdırmalardan qısa bir müddət
sonra həkimlər Stroma qan xərçəngi
(lösemiya) diaqnozunu qoydular. Strom bu xəstəliklərin və zərərlərin
ortaya çıxmasında
işəgötürəni günahlandıraraq, onun haqqında cinayət işi açılması
tələbi ilə məhkəməyə müraciət
edir. 1989-cu ilin avqustunda məhkəmə Stromun lehinə qərar verərək, işəgötürəni
500 000 dollar məbləğində cərimələyir. Ancaq xəstə
mühəndis həmin
təzminatdan faydalana bilmədi. O, qısa
bir müddətdən
sonra dünyasını
dəyişdi. Strom həyatla vidalaşsa da, bu qorxunc
xəstəliklə elektromaqnit
dalğaları arasında
bir əlaqə olduğunu ortaya qoymuş oldu.
***
Hal-hazırda
hər birimiz yaşadığımız mühitdə
müəyyən nisbətdə
elektromaqnit dalğalarının
təsirinə məruz
qalmaqdayıq. Bildiyimiz kimi, elektrik
cərəyanının olduğu
hər yerdə elektromaqnit sahələri və elektromaqnit dalğaları mövcuddur.
Elektromaqnit dalğası deyəndə,
ağla ilk gələn
televiziya və radio yayımları olur. Ancaq elektromaqnit dalğa anlayışı bu qədər dar bir çərçivəyə
sığışdırılmamalıdır.
Görünən işıq, qamma
şüaları, muxtəlif
tezliklərdə işləyən
rabitə vasitələrinin
ötürücülük qabiliyyətini təmin edən fiziki vahidlər elektromaqnit dalğalarıdır. Bu o deməkdir ki, bütün mövcudiyyət
bulunduğu yerin xarakterinə görə bəlli miqyasda elektromaqnit dalğalarının
təsiri altına düşür. Xüsusilə, elektrik və elektron texnologiyasının
inkişafı nəticəsində
insanların özlərinin
istehsal etdikləri elektromaqnit dalğaları
çox böyük sahəni əhatə edir.
***
Elektromaqnit sahəsinin ətraf mühitə təsiri çoxtərəfli və
müxtəlifdir. Bu vacib və çətin problemin öyrənilməsi
üçün çoxlu
sayda mütəxəssislərin,
bioloqların, həkimlərin,
geofiziklərin, biofiziklərin
və s. iştirakı
ilə kompleks yanaşma tələb olunur. Şübhəsiz, günəş-yer əlaqəsi
yerətrafı fəzada
təbii fon
yaradan və canlı orqanizmlərə
əsaslı surətdə
təsir edən zəncirin bir həlqəsidir. Digər tərəfdən, başqa bir mübahisəsiz hal da vardır. Belə ki, antropogen fəaliyyət nəticəsində
ətraf mühitin ümumi elektromaqnit fonu nəinki kəmiyyətcə, hətta
keyfiyyətcə də
artır. Müasir istehsalatda
və texnologiyada elektromaqnit sahələrinin
və başqa fiziki sahələrin istifadə edilməsi nəticəsində təbii
mənbələrdən tamamilə
fərqlənən texnogen
mənşəli mənbələr
meydana çıxmışdır.
Belə texnogen mənbələr təbii fonu əsaslı surətdə
dəyişdirə bilər.
Qeyd etmək lazımdır ki, qarşılıqlı
təsir zamanı texnogen fiziki sahələrdə təbii
fonun, sadəcə, toplanması deyil, onlar arasında daha mürəkkəb qarşılıqlı təsirlərin
olması mümkündür
ki, bu da
ekosistemin dayanıqlığına
ciddi surətdə təsir edə bilər.
***
Elektromaqnit dalğalarının
mövcud olduğu 180
il ərzində,
demək olar ki, insan fəaliyyətinin
bütün sferasına
daxil olaraq, tədricən daha böyük əhəmiyyət
kəsb etməkdədir.
Xüsusilə də,
məişətdə işlədilən
elektron avadanlıqlar
- radiotelefonlardan, telefonlardan,
kompyuterlərdən, mikrodalğalı
sobalardan və s. digər məişət cihazlarından istifadə etmə çox yüksək həddə gəlib çatmışdır.
Bu avadanlıqların hər biri müəyyən
tezliyə və gücə malik elektromaqnit şüalanmaları
yaradaraq insan orqanizmi üçün müəyyən təhlükə
və problemlər yaradır. Bu səbəbdən də müasir dövrün əsas problemlərindən
biri, bəşəriyyəti
ionlaşdırıcı və
qeyri-ionlaşdırıcı şüalanmalardan mühafizə
etmək məqsədilə
müxtəlif xüsusi
tədbirlərin işlənib
hazırlanması böyük
əhəmiyyət kəsb
edir.
Bildiyimiz kimi, naqildən keçən elektrik cərəyanı onun ətrafında elektromaqnit
sahəsi yaradır. Naqildə elektronlar
nizamlı hərəkəti
dəyişən cərəyan
yaradırsa, həmin cərəyanın formalaşdırdığı
elektromaqnit sahəsi də dəyişən xarakterli olur. Elektrik cərəyənının tezliyinə
və şiddətinə
görə elektromaqnit
dalğası daha geniş sahəyə yayılır və onun təsiri də eyni nisbətdə
artır.
Radiotelefon, telefon, radio, televiziya vericilərində elektrik siqnalına çevrilən
danışıqların və
təsvirlərin elektromaqnit
dalğası halında
yayılması üçün
antenalar qurulur. Şüa və
ya dalğa fiziki mənada elektromaqnit xarakterli olduqları muxtəlif xüsusiyyətlərə malik
olurlar. Şüalar nə qədər
qısadalğalı olarsa,
o qədər də çox enerji yayır və müəyyən bir dalğa uzunluğundan sonra canlı aləm üçün təhlükəyə çevrilir.
***
Hazırda bir çox elm adamları elektromaqnit dalğalarını müxtəlif
xəstəliklərin ortaya
çıxmasının tək
səbəbi kimi göstərirlər. Bu xəstəliklər
baş ağrısı,
mədə bulanması,
halsızlıq, cismi və ruhi yorğunluq
kimi sadə əlamətlərlə başlayıb,
ən gözlənilməz
sonluqla - xərçənglə
nəticələnə bilir.
ABŞ-da
nəşr olunan populyar elm jurnalı
“Science” hələ 1990-cı illərin əvvəlində
yazırdı ki, elektromaqnit dalğaları
insanın sağlamlığını
təhlükəyə atan
ən böyük düşməndir.
Sovet həkimləri 1960-cı illərin
ortalarında şüaların
və dalğa uzunluqlarının insan orqanizminə mənfi təsiri barədə fikir yürütməyə
başladılar. Bu, elektromaqnit
dalğalarının təhlükəliliyi
barədə ilk siqnal
idi. Yüksək gərginlik xətlərində,
elektrik dirəklərində
və bu kimi elekromaqnit dalğalarının yayıldığı
sahələrdə çalışan
işçilər, ümumiyyətlə,
baş ağrıları,
yorğunluq, iştahasızlıq,
mədə bulantısı
və cinsi istəksizlik kimi narahatlıqlardan şikayətlənirdilər.
***
Türkiyədə çıxan
“Sızıntı” jurnalında
çap etdirdiyi məqalədə təqdiqatçı
Aydın Boz yazır: “İşimlə
əlaqədar olaraq,
1986-cı ildə Seydişehir
Alüminium Zavodunda oldum. Orada işləyən texniki işçilər mənə zavodu gəzməyi təklif etdilər. Məmnuniyyətlə razılaşıb gəzdim. Üç
nəfər texniki işçinin iş otağına girəndə
işığı yandırdılar.
Otaq gözqamaşdırıcı aydınlığa
qərq oldu. Tavana baxanda gördüyüm mənzərə məni çaşdırdı. Orada altı
cüt böyük fluoressensiya lampasıyanırdı.
Texniki işçilər
çaşqınlığımı görüb,
izahat verdilər: “Bu
müəssisələri ruslar qurublar. Bir müddət
birgə işlətdik, sonra zavodu bizə təhvil verib
getdilər, Amma hələ də burada payları var. Diqqət
etsəniz, fabrikdə bir çox
yerlərdə israfçılığın şahidi
olacaqsınız”. Mən də o zaman
yalnız israf gözüylə
baxmışdım, amma elektromaqnit
dalğalarının zərərlərini öyrənəndən
sonra bu zavodda rusların hansı səbəbdən və
hansı niyyətlə elektrik alətlərini,
istilik və işıq istehsal
edən cihazlarını “səxavətlə” işlətdiklərini
anlamağa başladım”.
30-40 il bundan əvvələ qədər aşağıenerjili, ionlaşdırıcı olmayan radiasiyanın mikrodalğa olmadıqda və ya daxili isinmə funksiyasını yerinə yetirmə səviyyəsində olmadığı təqdirdə, zərərsiz olduğu zənn edilirdi. Bu gün isə bu məsələdə elmin əldə etdiyi nailiyyətlər aşağıenerjili, ionlaşdırıcı olmayan radiasiyanın bioloji baxımdan aktiv olduğu və toxumalara əhəmiyyətli zərər verdiyini göstərir.Ardı növbəti sayımızda
Elvin Əliyev
Zaman.-2014.-15
may.-S.13.