“Ekologiyanı qorumaq
üçün hər birimiz ətrafımızdan
və öz evimizdən
başlamalıyıq”
“İNEPO-Avrasiya” Beynəlxalq Ətraf Mühitin mühafizəsi layihəsi olimpiadalarında dünyanın 51 ölkəsi iştirak etdi və 500 şagird 182 layihə ilə qatıldı. Ətraf mühit, enerji, mühəndislik, sosial sahələr üzrə keçirilən layihə qaliblərinə qızıl, gümüş, bürünc medallarla birlikdə sertifikat və qiymətli mükafatlar təqdim olundu. Bu tədbirdə Şirvan şəhəri 20 saylı məktəbin 10-cu sinif şagirdi Fəridə Yusifzadənin təqdim etdiyi layihə qızıl medala layiq görüldü. Öz sevincini bizimlə paylaşan Fəridə bu tədbirin onun ekologiyaya marağını artırdığını vurğuladı: “Bizim sərgilədiyimiz layihə günəş radiasiyasından elektrik enerjisinin alınmasının yeni metodikası idi.
Hər birimizdə ətraf mühiti qoruma mədəniyyətinin, şüurunun olması dünyamızın bu günü və sabahı üçün əhəmiyyətlidir. Təmiz bir dünyada yaşamaq üçün ilk əvvəl fikirlərin təmiz olması lazımdır. Son illərdə ekoloji çirklənmənin kəskin artması qlobal problemə çevrilib. Hansı yaşda olmağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, hər birimiz bilməliyik ki, təmizliyinə ciddi yanaşmadığımız, əhəmiyyət vermədiyimiz ətraf mühit bizlərə ancaq zərər verir. Ona görə hər kəsin ekologiya mövzusunda maarifləndirilməsi lazımdır. Ətraf mühiti qorumaq şüuru insana xüsusən uşaq vaxtı qazandırılması lazım olan bir dəyərdir. Bu şüur ilə yetişən uşaq gələcəkdə ətrafını təmiz saxlamaq mövzusunda məlumatlı və daha həssas biri olacaqdır. Uşaqlarda ilk tərbiyə və təhsil ailədən başlayır. Övladlarımıza ətraf mühiti qorumaq şüurunu nə qədər erkən öyrədə bilsək, gələcəyimiz də əmin əllərdə olar. Ətrafa verdiyimiz zərərləri saymaqla qurtarmaz. Onları sıralamaq və ya sadalamaq yerinə, qarşısını almaq üçün tətbiq edəcəyimiz mühüm layihələrimiz olmalıdır.
Ekoloji
mövzuda həyata keçirilən
olimpiadalar yetişməkdə olan nəslin ətraf
mühitə hissiyyatını artırir
Ölkəmizdə hər
il keçirilən “İNEPO-Avrasiya”
Beynəlxalq Ətraf Mühitin mühafizəsi
layihəsi olimpiadaları ekologiyamızın, ətraf mühitin qorunmasında, ekoloji
cəhətdən maariflənmiş nəsillərin yetişməsində,
maarifləndirilməsi istiqamətində böyük
işlər görür. Bu olimpiadalarda məktəb
şagirdlərinin sərgilədiyi layihələr
ekologiyamızın qorunmasına böyük
töhfələr verir. Qeyd edim
ki, bu il
səkkizinci dəfə keçirilən “İNEPO-Avrasiya”
Beynəlxalq Ətraf Mühitin mühafizəsi
layihəsi olimpiadalarında dünyanın 51 ölkəsi iştirak etdi və 500 şagird 182 layihə ilə qatıldı.
Ətraf mühit, enerji,
mühəndislik, sosial sahələr
üzrə keçirilən layihə qaliblərinə
qızıl, gümüş, bürünc medallarla
birlikdə sertifikat və qiymətli mükafatlar təqdim olundu.
Bu tədbirdə Şirvan
şəhəri 20 saylı məktəbin 10-cu sinif şagirdi Fəridə
Yusifzadənin təqdim etdiyi layihə
qızıl medala layiq
görüldü. Öz
sevincini bizimlə paylaşan
Fəridə bu tədbirin onun
ekologiyaya marağını
artırdığını vurğuladı: “Bizim
sərgilədiyimiz layihə günəş radiasiyasından elektrik enerjisinin
alınmasının yeni metodikası idi. Layihənin mahiyyəti budur
ki, günəşdən hər saniyə,
hər dəqiqə radiasiyalar
alırıq. Bu radiasiyalar
bizə protonlar vasitəsilə göndərilir.
Protonlar yer kürəsinə
radiasiyalar vasitəsilə daxil
olduqda, onlar havanın
çirklənməsinə səbəb olur.
Bizim hazırladığımız layihədə
olan antenalar günəş
enerjisini özünə yığır
və kondensatorlara, oradan
da diodlara ötürür. Diodlar onu özündə təkmilləşdirir. Təkmilləşdirdikdən
sonra isə günəş enerjisi mikroaparatlara
yığılır və nəticədə elektrik
enerjisi əldə olunur.
Bu da elektrik
enerjisinin təbii yolla
alınması deməkdir. Bu layihəni
Bakı Özəl Türk Liseyinin şagirdi İkram Qabıyevlə birgə həyata keçirdik”.
20 saylı məktəbin direktoru
Əyyub Allahverdiyev ekoloji mövzuda həyata keçirilən
belə layihə olimpiadalarının yetişməkdə olan
nəslin ətraf mühitə hissiyyatını
artırdığını dedi: “Təbiətin qorunması
insanların qorunmasıdır. Bu tədbirlərin
şagirdlərin ekoloji mövzularda
maarifləndirilməsində çox böyük rolu var. Hər bir şagird bilməlidir ki,
ağaçın əkilməsinin təbiətimizə xeyri nədir. Uşaqların bu
istiqamətdə marağını cəmiyyətdə
kütləviləşdirmək lazımdır”.
Məqsəd təbiətimizi qorumaq
və...
Şirvan Özəl Türk Liseyinin şagirdləri İsa Ələkbərov və İsmayıl Səlimovun verdikləri layihələr isə gümüş medala layıq görülüb: “Layihəmiz ekoloji cəhətdən çox əhəmiyyətli idi. Biz ətrafda olan plastik tullantıları toplayaraq onları beton və asfaltın tərkibinə qarışdırdıq. Nəticədə beton və asfaltın tərkibinə qarışdırdığımız plastiklər daha möhkəm, daha keyfiyyətli hala gəldi. Əldə etdiyimiz nəticələrə görə, tərkibinə plastik qatılan beton daha dözümlü, daha keyfiyyətlidir. Layihəmizin ekoloji cəhətdən mahiyyəti budur ki, həm ətraf mühit tullantılardan təmizlənir, həm də daha keyfiyyətli bir iş əldə edilir”. Belə bir layihənin verilməsində məqsəd təbiətimizi qorumaq, tullantıları ətrafa atmamaq və bununla da ətrafımızın çirkləndirilməsinin qarşısını almaqdır.
“Bilgisizlik
şoranlaşma probleminə gətirib
çıxarır”
Şirvan şəhər 21 saylı orta məktəbin şagirdləri Cəlal Səmədov, Mehriban İsmayılovanın hazırladıqları layihələr də maraqlıdır. Onların hazırladıqları layihə şoranlaşmanın qarşısının alınması ilə bağlıdır: “Şirvan da daxil olmaq şərti ilə ətraf rayonlar üçün ən aktual problemlərdən biri də şoranlaşmadır. Müxtəlif tullantılar, otlaqların mal-qara tərəfindən məhvi, kanalizasiya sisteminin olmaması, suvarma sahəsindəki bilgisizlik şoranlaşma probleminə gətirib çıxarır. Bizim məqsədimiz şoranlaşmanın səbəblərini araşdırmaq, onları törədən səbəblərə aydınlıq gətirmək və bu problemi aradan qaldırmaqdır. Bizim təklifimiz budur ki, bu problemləri aradan qaldırmaq üçün əsasən meşə zolaqları salınmalı, kanalizasiya sistemləri təkmilləşdirilməli, mal-qaranın otarılmasına nəzarət edilməlidir. Bütün bunlar problemin aradan qaldırılmasına kömək edən amillərdir.
“Hər birimiz
yerdən bir çöp
götürsək...”
Şirvan şəhər 21 saylı məktəbin direktoru Səadət Quliyeva ətraf mühitin qorunmasının artıq qlobal bir məsələ kimi gündəmə gəldiyini vurğulayır: “Sağlam yaşamaq istəyiriksə, hamımız buna can atmalıyıq. Əgər biz təmiz ətraf mühiti olan dünyada yaşamaq, planetimizi qorumaq istəyiriksə, hər birimiz bu istiqamətdə öz töhfəmizi verməliyik. Buna görə də şagirdləri bu işə cəlb etməli, onları maarifləndirməliyik. Mənim fikrimcə, körpə yaşından uşaqlara istər evdə, istər məktəbə qədər tədrisdə ekologiya, ətraf mühiti qorumaq mövzusunda lazımi biliklər aşılanmalıdır. Ekologiyanı qorumaq üçün hər birimiz ətrafımızdan və öz evimizdən başlamalıyıq. Hər birimiz yerə bir çöp atsaq, ətrafımız zibilxana olar, ancaq yerdən bir çöp götürsək, onda yaşadığımız yer təmiz olar”.
Şirvan, Babək Əsgər.
Zaman.-2014.-21
may.-S.13.