Biomüxtəlifliyin mühafizəsi ümumbəşəri vəzifədir

 

Respublikamızda ekoloji vəziyyəti yaxşılaşdırmaq məqsədilə Azərbaycan Respublikasının Prezidenti cənab İlham ƏliyevinAzərbaycan Respublikasında ekoloji vəziyyətin yaxşılaşdırılmasına dair 2006-2010-cu illər üçün kompleks tədbirlər planı”nın təsdiq edilməsi haqqında Sərəncamından irəli gələn məsələləri həyata keçirmək üçün Ekologiya Təbii Sərvətlər Nazirliyi tərəfindən qlobal xarakterli ekoloji problemlərin həlli üçün görülən işlər həyata keçirilən proqramlar, ekoloji durumun bərpası yaxşılaşdırılması istiqamətində çox müsbət təqdirəlayiq hal kimi dəyərləndirilməlidir.

  Nazirliyin təşəbbüsü ilə son illər respublikamızda ətraf mühitin mühafizəsi, səhralaşmaya meşəsizləşməyə qarşı mübarizə tədbirlərinin həyata keçirilməsi, xüsusilə yeni meşə zolaqlarının salınması sahəsində böyük diapazunlu işlər görülmüşdür.

Ekologiya Təbii Sərvətlər Nazirliyinin həyata keçirdiyi məqsədyönlü tədbirlər nəticəsində respublikamızda 8 Milli park, 14 Dövlət Təbiət Qoruğu 22 Təbiət Yasaqlığı yaradılmış xüsusi mühafizə olunan Təbiət ərazilərinin sahəsi ölkə ərazisinin 11-12%-ni təşkil etmişdir (2003-cü ilədək bu rəqəm 4,5% təşkil edirdi - R.A.). Bu da təbiətin qorunmasına göstərilən  qayğının bariz sübutu ekoloji durumun bərpası, yaxşılaşdırılması istiqamətində nazirliyin gördüyü işlərdən ən önəmlisidir.

Zaqatala Dövlət Təbiət Qoruğu yaradılan zaman - 1929-cu ildə sahəsi 28 min 214 ha olmuş, müxtəlif illərdə qoruq ərazisinin xeyli hissəsini itirərək, 2008-ci ilin yanvar ayının 1-nə 23 min 844 ha olmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 17 oktyabr 2008-ci il tarixli 370 saylı sərəncamına əsasən, Balakən MMBM-nin 23 min 292 ha, Zaqatala, MMBM-nin 213 ha meşə fondu ərazisi qoruğa verilmiş hal-hazırda Zaqatala Dövlət Təbiət Qoruğunun ərazisi 47 min 349 ha olmaqla sahəsi genişləndirilərək tamlığı bərpa olunmuşdur.

Qoruqda 39 min 338 ha meşələr, 4 min 989 ha subalp alp çəmənlikləri, 1903 ha  daşlı qayalıqlı sahələr, təbii seyrəkliklər 591 ha, meşə içi açıqlıqlar 354 ha, meşə mühafizə kardonları altında 103 ha, sular yollar altında 71 ha təşkil edir.

Xüsusi mühafizə olunan təbiət əraziləri şəbəkəsinin inkişaf etdirilməsi, Zaqatala Dövlət Təbiət Qoruğunun onunla həmsərhəd yay otlaqlarında bioloji resursların zənginliyinin  qorunması, həmin ərazidə ekosistemin bütövlüyünün təmin edilməsi məqsədi ilə Ekologiya Təbii Sərvətlər Nazirliyinin, Kənd Təsərrüfatı Nazirliyi, Dövlət Torpaq Xəritəçəkmə  Komitəsi, Balakən Zaqatala rayon icra hakimiyyətlərinin razılaşdırılmış təqdimatına Nazirlər Kabinetinin 27 noyabr 2008-ci il tarixli 263 saylı qərarına əsasən, Balakən rayonunun inzibati ərazisində yerləşən yay otlaq sahəsindən 1069 ha, Balakən MMBM-nin meşə fondu torpaqlarından 4 min 68 ha, Zaqatala rayonunun inzibati ərazisində yerləşən yay otlaq sahəsindən 880 ha olmaqla, cəmi: 6 min 557 ha torpaq sahəsində Zaqatala Dövlət Təbiət Yasaqlığı yaradılmışdır.

Meşələrin cins tərkibinin 50%-i Şərq fıstığı, 26,5%-i  Qafqaz vələsi, 8,5%-i müxəlif ağcaqayın  növləri, 7,5%-i İberiya Şərq palıdı, 1,7%-i Qafqaz cökəsi, 1%-i adi göyrüş digər cinslər təşkil edir.

 

 ***

 

 Azərbaycan zəngin təbiəti, onun flora faunasının rəngarəngliyinin göstəricisidir. Ölkəmizdə bitən 4500 bitki növünün 70-i endemik bitkidir. Respublikamızda  yaşayan heyvan  növləri  dünya faunasının  növ tərkibinin 5,6%-ni təşkil edir. Belə zəngin biomüxtəlifliyin mühafizəsi isə dövrümüzün ən başlıca problem, ətraf mühitin qorunması kimi ümumbəşər bir vəzifədir.

Qoruğun ərazisində Başsilsilədən ayrılan Ağkemal, Roçiğel, Piçiğel, Xalağel, Riçuk başqa əsas dağ qolları cənuba cənub-qərbə doğru uzanır. Başlanğıcını qarlı zirvələrdən  götürən  qoruğun bütün ərazisini şimaldan cənuba doğru kəsib keçən çoxlu çaylar axır ki, bunların  da ən böyüyü Katexçay, Balakənçay Mazimçaylardır. Alazan çayının sol qolları olan çaylar geniş alluvial Alazan vadisinin formalaşmasında böyük rol oynayır.

Bütün bu çaylar, silsilə dağ qolları qoruğun bütövlükdə mürəkkəb relyef quruluşunu təşkil edir. Burada yüksəklik fərqi geniş amplitudda 400-3600 m arasında dəyişir. Odur ki, ərazidə başsuayrıc silsiləyə yaxınlaşdıqça, yamaclarında sıldırımlığı artır. Qoruğun ən hündür zirvəsi Quton dağıdır (3648 m).

Ərazinin mürəkkəb səth quruluşu olması, burada iqlim şəraitinin torpaq örtüyünün müxtəlifliyinə, flora faunanın zənginliyinə səbəb olmuşdur.

Əsasən ibtidai dağ-çəmən, meşə, qonur-meşə torpaq tiplərindən ibarətdir. Yüksək dağlıq hissə çılpaq sərt qayalıqlar onların müxtəlif çeşidli aşınma məhsulları ilə örtülmüşdür. Belə sahələrdə kiçik ləkələr şəklində ibtidai dağ-çəmən torpaqlarının ilk fraqmentlərinə təsadüf edilir.

Ərazinin iqlim şəraiti şaquli zonalıq üzrə dəyişir. Aşağı meşə qurşağında iqlim mülayim-isti rütübətli, yuxarı meşə subalp qurşağında yay iqlim-isti, qış quru soyuq keçir.

Ən yüksək dağlıq hissəsində isə tundra iqliminə oxşar şərait mövcuddur.

Bütün ilboyu buraya yağıntı qeyri-barəbər şəkildə düşür. Təkcə vegetasiya dövründə (may-sentyabr) təxminən 750 mm yağıntı düşür. Bu da illik yağıntının təxminən 35%-dən çoxunu təşkil edir.

 

 ***

 

 Burada dəniz səviyyəsindən 1800-2100 metr hündürlükdə parkşəkilli subalp meşələri inkişaf etmişdir. Bir qədər yuxarılarda isə tədricən bu meşələri, gözəl dağ çəmənlikləri əvəz edir. Bu çəmənliklərin sonunda arabir ləkələr şəklində Qafqaz rododrendronuna, müxtəlif ardıc başqa kolluqlara rast gəlinir. Alçaqboylu bəzək bitkisi olan həmişəyaşıl Qafqaz rododendronu (Rhododendroncaucasicum) Azərbaycanda yalnız Zaqatala Dövlət Təbiət Qoruğu ərazisində bitir.

Ərazidə 2400 metrdən başlayaraq, 2800-3000 metr yüksəkliyə kimi davam edən alp çəmənlikləri tədricən qayalıq bitkiləri ilə növbələnir. Qoruğun aşağı meşə qurşağı palıd, vələs, fıstıq, qarağac ilə çökə, göyrüş, şabalıd, qoz, ayıfındığı, quşarmuduyaxud üvəz, müxtəlif növlü ağcaqayın  meşələrindən ibarətdir. Burada eyni zamanda dəmirqara, qaramurdarça, zoğal, əzgil, alça, leyləkotu, sarı rododendron, gəndalaş, Qafqaz çayı, müxtəlif növ böyürtkən və başqa kol bitkiləri geniş yayılmışdır. Qoruğun meşə sahəsinin ¾ hissəsini təmiz və yetkin fıstıq meşələri tutur.

Zaqatala qoruğunda son ədəbiyyatlar 900-dən artıq bitki növünün yayıldığı göstərilir, bu da Azərbaycan florasının ¼ hissəsini təşkil edir. Bu növlər 152 fəsiləyə və 465 cinsə mənsubdur. Qoruqda Azərbaycan florası üçün nadir hesab edilən bitki növlərindən 51 növ Azərbaycanın “Qırmızı kitabı”nda nadir bitki kimi qeydə alınmışdır.

Meşənin yuxarı sərhədinə qalxdıqca (1800-2100 m) ağacların arasındakı təbii sıxlıq ciddi surətdə azalır, ağaclar boyca zəif olur və onların gövdəsi öz qəmətini itirir. Adətən, belə meşələrdə hündürboylu otlu, xüsusilə yabanı taxıl və paxlalılar fəsiləsinə mənsub ot bitkilərinin güclü inkişafı nəzərə çarpır.  

 

 Ardı növbəti sayımızda

 

Ruslan Abdulov

 

Zaman.-2014.-22 may.-S.13.