Qoruqlar
fauna və floranın
təbii artım laboratoriyasıdır
Əvvəlı ötən sayimizda
Xalagel silsiləsinin
şərq yamacında
həmişə yaşıl
iynəyarpaqlı qaracöhrə-fıstıq
qarışığından ibarət 7 hektar meşə sahəsi öz müstəsnalığına
görə qoruq ərazisi üçün
böyük əhəmiyyət
kəsb edir. Azərbaycanda ancaq Balakən çay dərəsində
rast gələn qarmaqvarı şam ağacı (Pinus hamata) 3 hektar sahəyə yaxın ərazini tutur. Bu ağac qayalıqlardakı
yamaclarda və uçurumlarda kiçik meşə kimi bitir.
Ən
son tədqiqatlara əsasən,
Zaqatala Dövlət Təbiət Qoruğunda mövcud olan 104 növ quş, (bunlardan 11 növ “Qırmızı kitab”a salınmışdır, o cümlədən
9 növ yırtıcı
quş olmaqla), 42 növ məməli heyvan (bunlardan 15 növ “Qırmızı kitab”a salınmışdır,
o cümlədən 1 növ
həşəratyeyənlər, 4 növ yarasalar, 3 növ gəmiricilər, 4
növ yırtıcılar,
3 növ cütdırnaqlı),
8 növ suda-quruda yaşayan (bunlardan 3 növ “Qırmızı kitab”a salınmışdır),
13 növ sürünənlər
(bunlardan 3 növ “Qırmızı kitab”a salınmışdır), 4 növ
balıq (bunlardan 3 növ “Qırmızı kitab”a salınmışdır)
yaşayır.
Qoruqda məskunlaşan
nadir və nəsli kəsilmək təhlükəsində
olan fauna və flora növlərinin qorunub saxlanılması üçün
ciddi qoruq rejiminin böyük əhəmiyyəti vardır. Ona görə
də qoruqlar, ilk növbədə, fauna və
floranın təbii artım laboratoriyası rolunu oynayır. Zaqatala Dövlət Təbiət Qoruğunda Azərbaycanın və ümumiyyətlə, Qafqaz
eko-regionu üçün
əhəmiyyətli 5 növ
cütdırnaqlı (Şərqi
Qafqaz turu, Nəcib Qafqaz maralı, Avropa cüyürü, köpkər,
çöldonuzu), 10 növ
yırtıcı (Qafqaz
qonur ayısı, canavar, vaşaq, meşəpişiyi, çaqqal,
tülkü, yenot, meşədələsi, daşlıq
dələsi, gəlincik)
məməli heyvan və quşlardan isə endemik olan Qafqaz tetrası
və Qafqaz uları mövcuddur.
Qoruqda yüksək
məhsuldar dağ çəmənlikləri, toxunulmamış
meşə və kolluqlar ərazidə cütdırnaqlı məməli
heyvanların, yırtıcıların
və ümumiyyətlə,
bu regiona xarakterik fauna növlərinin
qorunması və yaşayıb çoxalması
üçün tam əlverişli
şərait yaradır.
Azərbaycan təbiətinin və onun təbii landşaftlarında mövcud
biomüxtəlifliyin elmi
əsaslara dayanan mühafizə strategiyasının
həyata keçirilməsində,
qorunmasında və zənginləşdirilməsində Zaqatala Dövlət Təbiət Qoruğunun və onun kollektivinın
mühüm rolu var.
Zaqatala Dövlət Təbiət
Qoruğunun “Təbiət
Muzeyi” 1959-cu ildən bu günədək qoruqda və ümumiyyətlə, regionda
mövcub olan əsasən məməli
heyvan növlərindən
olan kolleksiyasının
zənginləşdirilməsi rayon əhalisi, eləcə də, respublikamızın
digər şəhər
və rayonlarından gələn vətəndaşlar
üçün, orta
məktəb şagirdləri
və ali məktəb tələbələri
arasında ekoloji maarifləndirmə və regionumuzun biomüxtəlifliyinin
tanınmasında mühüm
rolu var.
İlisu Dövlət Təbiət Qoruğu - Azərbaycanın və Qafqazın sərvəti
İlisu
Dövlət Qoruğunun
xüsusi mühafizə
olunan təbiət əraziləri sistemində
xüsusi əhəmiyyəti
var. Qoruq 1997-ci ildə
9 min 345 hektar ərazidə
yaradılmış, 2003-cü ildə isə ərazisi genişləndirilərək
17 min 381,6 hektara çatdırılmışdır.
O cümlədən qoruqla
həmsərhəd ərazilərdə,
Qax rayonunun inzibati əraziləri olan yay və
qış otlaq sahələrində 36 min 836 hektar
ərazidə Dövlət
Yasaqlığı yaradılaraq
qoruğun nəzarətinə
verilmişdir. Beləliklə,
Qax rayonunun inzibati ərazisinin 1/3 hissəsi, həm növ tərkibinə, həm də populyasiyaların sıxlığına
görə xarakterik, zəngin bioloji müxtəlifliyə malık
olub, qorunması və inkişafı zəruri olan 54 min 217,6 hektar, “Xüsusi Mühafizə Olunan Təbiət Ərazisi” elan edilib.
Yırtıcı məməlilərin
90%-I İlisu Dövlət
Təbiət Qoruğunda
mövcuddur
Regionda mövcud
olan olduqca zəngin ekoloji şəraitin (relyef və coğrafi quruluş, iqlim, torpaq, su, bitki
örtüyü və
s.) heyvanat aləminin zənginliyini müəyyən
edən əsas faktordur. Unikal və zəngin
heyvanat aləminin mövcudluğu, buranın
təbii landşaftlarının
biomüxtəlifliyinin öyrənilməsi,
günü-gündən dəyişən
növ tərkibinin və populyasiyaların sıxlığının dinamikasının,
eləcə də mövcud biosenozların ekoloji-faunastik xarakteristikasının
tədqiq edilməsi ənənəsinin davam etdirilməsinə zəmin
yaradır. Uzun müddət aparılan, davamlı tədqiqatların
nəticəsi olaraq, müəyyən olunmuşdur
ki, Qafqaz ekoregionunda mövcud olan biomüxtəlifliyin
70%-i və yırtıcı məməlilərin
90%-i İlisu Dövlət Təbiət
Qoruğunda mövcuddur.
Xüsusi mühafizə olunan
ərazilərdə və
ətraf ərazilərdə
onurğalıların 150-dən artıq növü müəyyən edilmişdir.
Bu nəticənin, demək olar ki, yarısını məməlilər təşkil
edirlər. İlisu Dövlət
Təbiət Qoruğunun
yerüstü onurğalılar
faunası yarımsəhra,
çöl, meşə,
dağ, çəmən
mənşəli növlər
olub, eləcə də avtoxton və kosmopolit növlərdən ibarətdir.
Mövcud növlərin əksəriyyəti
endemik növlərdir.
Əsasən dağ biotoplarında
endemizm düzən biotopların biomüxtəlifliyin
növlərinə nisbətən
daha çox xarakterikdir.
“Qırmızı kitab”a düşmüş heyvan
növləri
Qax rayonunun ərazilərində,
adı Azərbaycanın
“Qırmızı kitab”ına düşmüş
heyvan növlərindən
bəbir, vaşaq, meşə pişiyi, köpkər (qarapaça).
bunlardan başqa. Qafqaz nəcib maralı,
Şərqi Qafqaz turu, cüyür, vəhşi donuz, Qafqaz qonur ayısı,
canavar, tülkü, çaqqal, tirəndaz, porsuq, dovşan və sair fauna növləri mövcuddur.
Həmçinin rayonun ərazisində
yaxın zamanlara qədər yaşamış
və bu gün kökü tamamilə kəsilmiş Qafqaz bezoar keçisi,
zolaqlı kaftar və ceyran kimi fauna nümunələrini
göstərmək olar.
İlisu Dövlət
Təbiət Qoruğunda
xüsusi mühafizə
elementi kimi endemik növ olan Şərqi Qafqaz turu (yerli
leksikonda-təkə) bir
çoxlarına adi bir dağ keçisi
kimi görünsə
də, cütdırnaqlıların
bu növü yalnız və yalnız Böyük Qafqaz təbii vilayətinin yüksək
dağlıq ərazilərində
yayılmışdır və
dünyanın başqa
heç bir yerində rast gəlinməz. Bu səbəbdən Şərqi
Qafqaz Turu tək bizim üçün deyil, bütün dünya üçün böyük
əhəmiyyət kəsb
edir.
107 ağac növünün
30-dan çoxu bu qoruğun ərazisində
var
Azərbaycanda 4 min 100 bitki növü yayılıb ki, bundan 615 növü relikt və endemikdir. Dəniz səviyyəsindən 250-2500 metr hündürlükdə
müxtəlif tərkibli
enliyarpaqlı və iynəyarpaqlı qarışıq
meşələr yayılmışdır.
Bu meşələrdə ən
xarakterik cinslərdən
gürcü palıdı,
Şərq fıstığı,
Qafqaz vələsi, qoz, dəmirqara, ağcaqayınlar, cökə,
göyrüş, söyüd,
qovaqlar, qaraçöhrə,
bir neçə növ ardıc, saqqız ağacı, yemişan, gilas, alça, əzgil, zoğal, qaramurdarça və sair ağac
və kol cinsləri təşkil edir. Ümumiyyətlə, Azərbaycanda yayılan
107 ağac növündən
30-dan çoxuna qoruğun
ərazisində rast gəlinir. Bunlardan sayca 11-i dominant növdür.
İlisu
Dövlət Təbiət
Qoruğunda 300 növ
aliçiçəkli bitki-
bunlardan 90 növ ağac və kol olmaqla 4 relikt
və 7 nəsli kəsilmək, sayı və ehtiyatı azalmaq təhlükəsində
olan 18 nadir növ aşkar edilmişdir. Qoruğun florasında 120 dərman, 157 vitaminli, 76 efir, 78 balverən, 45 boyaq, 65 növ yem və sair
qida, bəzək əhəmiyyətli növ
kimi müəyyənləşdirilmişdir.
Abdulov, Ruslan
Zaman.-2014.-23 may.-S.13.