Ətraf mühitin
qorunmasında təbii boyaq maddələrinin
rolu
Hazırda ağac materialları üzərində işləyərkən
istifadə olunan boyaların əksəriyyəti
tərkibindəki yarımmaddələr
və üzvi həlledicilər baxımından
həm zəhərli,
həm də oda həssasdır. Oda həssas maddələrdən
hazırlanan boyalar çəkildiyi səthlərin
yanmasını asanlaşdırır,
iş yerlərində
həlledici maddələrdən
ayrılan buxarların
yığılaraq partlamaya,
yanğına və zəhərlənməyə səbəb
olmasına gətirib çıxarır.
Bu tədqiqatlar zamanı
əldə edilən təbii boyalarda həlledici kimi sudan istifadə
edilməsi yanma riskini azaldır.
Təbii boyaq maddələrindən
çox qədim zamanlardan bəri müxtəlif məqsədlər
üçün istifadə
edilməkdədir. Arxeoloji
materiallar üzərində
aparılan araşdırmalar
ağac və ot bitkilərindən əldə edilən təbii qatranlardan istifadə edərkən böcək, göbələk
və mikroorqanizmlərin taxta materiallarını məhv edə bilmədiyini göstərmişdir. Təqribən 4000 illik qədim Misir mumiyaları üzərində aparılan
tədqiqatlarda təbii
saqqız, qatran və mumlardan qoruyucu vasitə kimi istifadə edilməsi və bu şəkildə əşyaların saxlanmasının
mümkünlüyü sübuta
yetirilmişdir. Bununla yanaşı,
bəzi bitki kökləri ilə yarpaqları ölkəmizdə
də çox qədimdən boyaq maddəsi kimi məlum olmuş və onlardan istifadə edilmişdir.
Tətbiq sahəsi kimi
boyaçılıq sənətini,
xüsusilə xalçaçılığı
misal göstərmək
olar.
***
Günümüzdə təbii boyaq maddələri və qoruyucularla bağlı müxtəlif tədqiqatlar
həyata keçirilməkdədir. Türkiyənin Muğla Universitetində həyata keçirilən
araşdırma bunlardan
biridir. Tədqiqat üçün mebel sənayesində geniş istifadə edilən küknar və fıstıqdan hazırlanmış nümunələr
götürülmüşdür. Bunların üzərinə qoruma məqsədi ilə qoz qabığı, zəqqum yarpaqları, kök boyası və zəfərandan əldə edilən boyaq maddələri çəkilmişdir. Əldə edilən
boyağın ağac
materiallarının üzərində
yaxşı qalması
üçün hopdurma
işləri aparılmış,
bunun üçün
dəmir sulfat və alüminium zəyindən istifadə edilmişdir. Təbii bitkilərdən
əldə edilən ekstratlar hopdurma yolu ilə nümunələrin
səthinə çəkilmişdir.
Yeri gəlmişkən, onu da qeyd edək
ki, qoz qabığından
əldə edilən boyaq vasitəsilə taxta üzərində əntiq mebel görüntüsü almaq
mümkündür. Bu
hal işin əvvəlində hədəfə
alınmasa da, gözlənilməz nəticə
kimi qıymətləndirilə
bilər. Digər boyaların
hamısı rənglənmiş
taxta üzərində
hər hansı bir çatışmazlığa
səbəb olmamış
və ağac sənayesində geniş istifadə oluna biləcək estetik bir görüntü əmələ gətirmişdir.
***
Bu tədqiqatdan məqsəd
təbii boyaq maddə və qoruyucuları əldə edərkən ətraf mühit və insan sağlamlığına
ziyan vura biləcək uçucu üzvi maddələrin heç birindən istifadə edilməməsi,
ekoloji təmiz, yeni boyalar hazırlanmasıdır. Hətta bu
bitkilər günümüzdə
qidaların saxlanmasında
və xalq təbabətində də
geniş istifadə edilməkdədir. Bitkilərin bu
xüsusiyyətləri nəzərə
alındıqda əldə
etdiyimiz boyaların bağlı yerlərdə
istifadəsi insanlara heç bir zərər vurmamaqla yanaşı, ziyanvericilərə
qarşı da bir qoruyucu rolunu
oynamaqdadır.
Araşdırmada istifadə edilən qoz qabığından əldə edilən ekstraktlar göbələklərə
qarşı çox effektli təsirə malikdir. Zəfəran bitkisinin isə
antioksidant xüsisiyyəti
var. Bütün bunlar
bu bitkilərin həm boyaq maddəsi, həm də taxtadan hazırlanmış məhsullara
zərər verən canlılara qarşı bir mübarizə vəsitəsi olduğunu göstərir. Zəqqum bitkisi
də zəhərli olduğu üçün
ondan əldə edilmiş ekstraktlardan ağac materialından hazırlanmış avadanlıqların
rənglənməsində həm təbii boyaq maddəsi kimi, həm də zərərli böcək və mikroorqanizmlərə qarşı
güclü təbii qoruyucu kimi istifadə
etmək olar. İlk baxışda zəqqumla boyanan və mühafizə olunan məhsulların məişətə
daxil olması ilə insanlara zərərli təsir göstərəcəyi fikri
narahatlıq doğura
bilər. Ancaq bu mənfi hal taxta materiallarının rənglənməsi zamanı
istifadə edilən turşular vasitəsilə
aradan qaldırılır.
Turşudan istifadə edilməsi
boyanın solmasının
qarşısını alır
və uzun müddət şux və təravətli qalmasını təmin edir. Bununla bərabər, zəqqum
yarpaqlarından boyaq maddəsinin hazırlanması
və taxta üzərinə çəkilməsi
zamanı təhlükəsizlik
tədbirlərinin görülməsi
unudulmamalıdır.
***
Hazırda ağac materialları üzərində işləyərkən
istifadə olunan boyaların əksəriyyəti
tərkibindəki yarımmaddələr
və üzvi həlledicilər baxımından
həm zəhərli,
həm də oda həssasdır. Oda həssas maddələrdən
hazırlanan boyalar çəkildiyi səthlərin
yanmasını asanlaşdırır,
iş yerlərində
həlledici maddələrdən
ayrılan buxarların
yığılaraq partlamaya,
yanğına və zəhərlənməyə səbəb
olmasına gətirib çıxarır.
Bu tədqiqatlar zamanı əldə edilən təbii boyalarda həlledici kimi sudan istifadə edilməsi yanma riskini azaldır. Ekoloji baxımdan mebellərdə kimyəvi boyaq maddələri əvəzinə, təbii məhsullardan istifadə etmək ətraf mühitin qorunması və gələcək nəsillərə daha sağlam təbii şərait qoymaqla yanaşı, təbii boyaq və qoruma maddələri baxımından böyük bir potensiala sahib olan ölkəmizdə yeni istehsal sahələri və yeni bazar imkanları da yarada bilər. Yuxarıda qeyd etdiyimiz kimi, ölkəmizdə təbii boyaq maddələrindən istifadə edilməsinin qədim tarixi və xalqımıza xas olan ənənələri var. Bu sahəyə iş adamlarının, xüsusilə də mebel və xalçaçılıqla məşğul olan mütəxəssislərin cəlb edilməsi həm iqtisadi cəhətdən səmərəli ola bilər, həm də ətraf mühitin qorunmasına gözəl töhfə verə bilər. Üstəlik də, təbii boyaq maddələrindən hazırlanmış əşya və avadanlıqların, xalça, palaz, kilim və digər sənət əsərlərinin baha qiymətə satılması böyük mənfəət verə bilər. Bildiyimiz kimi, ağac tərkib etibarilə istər interyer, istərsə də eksteryer məkanda dekorasiya elementləri üçün əvəzolunmaz materialdır. Çünki ağac üzərində işlər digər materiallarla müqayisədə daha əlverişlidir.
***
Bayır tərəfdə istifadə edilən ağac məmulatının təbii görüntüsünü saxlamaq ən vacib problemdən biri kimi hələ də qalmaqdadır. Buna görə ağac materialının uzunmüddətli istifadəsi zamanı rəng, davamlılıq və estetik özəlliklərini saxlaması, zövq oxşaması üçün onun səthi üzərində qoruyuculuq xüsusiyyətini artıran əməliyyatlar aparmaq ehtiyacı duyulur. Boyama, hopdurma və laklama işləri bunların ən geniş yayılmış növləridir. Ümumiyyətlə, ağac avadanlıqlarını qoruyan kimyəvi maddələrin ziyanvericilərə qarşı zəhərli təsirə malik olması normal hal kimi qiymətləndirilir. Ancaq bu kimyəvi boya və qoruyucu maddələrin təhlükəli tərəfi ondan ibarətdir ki, ağac materiallarına çəkildikdə istər məhsulların istifadə prosesində, istərsə də istifadə müddəti bitəndən sonra qalıqları torpağa, suya və havaya keçərək canlılara ziyan verməkdədir. Belə ki, ağacın səbəb olduğu interyer çirklənmələrinin əsas qaynağı uçucu üzvi birləşmələrdir və bunların da 150-nin qapalı mühitdə istifadə olunduğu müəyyən edilmişdir. Məsələn, kimyəvi maddələrin məişət avadanlıqlarında istifadə edilməsi ilə ortaya çıxan qazların pis qoxu yaydığı, göz və nəfəs yollarında qıcıqlanmaya səbəb olduğu, hətta ətrafa yaydıqları qazların vaxt ötdükcə digər maddələrlə reaksiyaya girərək ikinci zərərli maddələr əmələ gətirdikləri də ortaya çıxmışdır. Elə bu səbəbdən də ağac üzərində qoruyucu kimi təbii vasitələrdən əldə edilən boyaq maddələrinə olan maraq getdikcə artmaqdadır.
Azərbaycan
Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyəsi əsasında səhifəni hazırladı:
LOĞMAN MƏMMƏDOV
Zaman.-2014.-27 may.-S.14.