Araz çayının ekoloji durumu həyəcan təbili çalır

 

Sənayeləşmənin inkişafı ekologiyaya mənfi təsirini hər keçən gün daha da artırır.

 

Əgər vaxtlı-vaxtında müvafiq tədbirlər görülməzsə, bu problemlərin gələcəkdə fəlakətə çevrilməsi qaçılmazdır. Qonşu ölkələrin sənaye müəssisələrinin tullantılarının böyük qismi məhz çaylara axır. Halbuki bir çox ölkələrdə olduğu kimi, ölkəmizdə şirin su ehtiyatlarının böyük qismi çayların payına düşür. Çaylar Naxçıvan Muxtar Respublikası üçün əsas su mənbələri hesab edilir. Muxtar respublika su ehtiyatlarına görə ölkəmizin digər bölgələrindən xeyli geridə qalır. Bir sözlə, kəskin kontinental iqlimə malik Naxçıvan MR üçün mövcud su qaynaqlarından səmərəli istifadə həyati önəm kəsb edir.

 

Muxtar respublikanın çaylarını yerli tranzit çaylara bölmək olar. Naxçıvan MR-ə aid yerüstü su ehtiyatlarının böyük qismi tranzit çayların hesabına formalaşır. Muxtar respublika ərazisində ümumi uzunluğu 1,8 min km olan təqribən 400 böyük kiçik çay var. Bu çayların bir çoxu isə yayda quruyur ya suyu kəskin olaraq azalır. Çay suları ehtiyatının ümumi balansında tranzit çayların axımı 52%, yerli çaylarınkı isə 48% təşkil edir. Araşdırmalar nəticəsində məlum olub ki, orta sulu dövr üçün çayların ümumi su ehtiyatı 1,27 km3-ə bərabərdir. Ərazinin yerli su ehtiyatı çox azdır. Bu ehtiyat 0,61 km3 təşkil edir. Muxtar respublikada səth sularının əsasını çaylar göllər təşkil edir. Belə ki, ərazidə Araz çayı istisna olmaqla səth suları il ərzində 0,61 km3 təşkil edir. Araz çayı hövzəsinin su ehtiyatı 102000 km2 su toplayıcı sahəsindən 9,10-9,30 km3 bərabərdir, qonşu ölkələrdən daxil olan axım 7,70-8,10 km3 ya 85-87%-dir, yerli axım isə 1,04-1,40 km3-dir.

 

Naxçıvan MR hidroqrafik cəhətdən Araz çayı hövzəsinə aiddir. Ərazinin mərkəzi cənub-şərq hissəsində çaylar başlanğıcını Zəngəzur Dərələyəz silsilələrindən götürür. Muxtar respublika çayları yeraltı sular qar-yağış suları ilə qidalanır. Çay hövzələrində əsas rütubət ehtiyatı (35-50%) qış dövründəki yağıntılar hesabına yaranır. Ərazidən axan çayların əsas xüsusiyyəti onların qidalanmasında yeraltı suların nəzərəçarpacaq dərəcədə (35-45%) iştirakıdır. Çaylar ilin 6-8 ayı ərzində başlıca olaraq, yeraltı sular hesabına qidalanır. Muxtar respublika çaylarının ehtiyatları həm suvarma, həm enerji mənbəyi kimi istifadədə böyük əhəmiyyət kəsb edir. Hesablamalara əsasən, bu çayların ümumi enerji gücü 200 min kvt -a yaxındır. Onların suyundan isə mənbəyindən başlamış mənsəbinə kimi, bütün çaylar boyunca suvarma məqsədi üçün istifadə edilir.

 

 Arazın çirklənmə dərəcəsi digər çaylardan çoxdur

 

Muxtar respublikanın əsas su arteriyaları olan Araz Şərqi Arpaçay çayları isə tranzit çaylar olduğundan ölkə ərazisinə daxil olana qədər müxtəlif kimyəvi element birləşmələrlə, üzvi maddələrlə çirklənməyə məruz qalır. Adıçəkilən çaylar su tələbatını ödəməklə yanaşı, həm xalqımızın min illər boyu milli şuurunun, mədəniyyətinin formalaşmasında müstəsna rol oynayıb. Lakin Ermənistan-Azərbaycan arasındakı məlum hadisələrdən sonra bu çayların çirkənmə prosesi ermənilər tərəfindən daha da amansız hal alıb. Bu sularda sanitar-gigiyena normalarından artıq  bakteriyalar aşkar edilib. Antropogen amillərin təsirinin güclənməsi ilə əlaqədar olaraq, tranzit çayların onların qollarının suyunun kimyəvi tərkibində xeyli dəyişikliklər baş veribdir.

 

Araşdırmalar nəticəsində məlum olub ki, Ermənistan ərazisindən Azərbaycana daxil olan Araz çayında çirklənmə dərəcəsi digər çaylardan daha çoxdur. Respublikanın ikinci böyük çayı Kür çayının sağ qolu olan Araz çayı mənsəbini Türkiyə ərazisindən götürür, həmçinin Türkiyə ilə Ermənistan arasında, Türkiyə ilə Azərbaycan arasında, İran ilə Azərbaycan arasında həmsərhəd çaydır. Arazın ümumi su toplayıcı sahəsi 102000 km2-dir, Azərbaycanda bu sahənin 18740 km2 ya 18%-i yerləşir. Araz çayı Gümrüdən başlayaraq, Naxçıvan MR ilə sərhəd əraziyə kimi axın boyu Ermənistanın 10-dan çox sənaye şəhərnin məişət sənaye çirkablarını qəbul edir. Öz ərazisində Araz onun qolları amansız çirklənir. Düşmən ərazisindən Araza qovuşan Gedərçay, Vorotan, Axuryan çayları son dərəcə zəhərlənməyə məruz qalıb. Onların sularında, demək olar ki, oksigen olmur, turşuluq göstəricisi pH 2,4enir, mikroflora 180-200 dəfə azalır, çay sahilləri boyu bitki örtüyü məhv olur. Ermənistanla Naxçıvan MR arasında (Sədərəklə Surenavan kəndi) Arazın suyunda fenollar 220-1160 dəfə, ağır metalların duzları 36-44 dəfə (mis, molibden vəs.) azot-fosfor duzları 26-34 dəfə, xloridlər 28 dəfə, neft mənşəli karbohidrogenlər 73-113 dəfə ziyansız qatılıqdan yüksəkdir.

 

 Arazsu anbarında təhlükəlivəziyyət yaranır

 

 

 

Araz çayının sol qolu Razdan suyunun çirklənmə dərəcəsinə görə Ermənistanda birinci yeri tutur. Razdan, Çarensavan, Abovyan, İrəvan şəhərlərinin sənaye müəssisələrinin çirkab suları çayın sahilində yerləşən başqa yaşayış məntəqələrinin məişət tullantıları bu çaya atılır. 1980-ci illərdə Razdana (Zəngi çayına) buraxılan çirkab sularının orta illik miqdarı 210 milyon olubdur. Yay aylarında Arazda suyun səviyyəsi aşağı düşdüyü dövrdə Razdanın çirkab sularının sərfi azalmır. NəticədəArazsu qovşağı su anbarında çox təhlükəli vəziyyət yaranır. Araz çayı boyunca on minlərlə Naxçıvan sakininin yaşadığını nəzərə alsaq, təhlükənin dərəcə olduğu daha aydın olar. Eyni zamanda mənbəyini Araz çayından götürən müxtəlif suvarma, irriqasiya, kollektor drenaj sistemləri əkin sahələrinin suvarılmasında geniş istifadə olunur. Bu cür maddələrin qarışdığı çirkab suları ilə əkinlərin suvarılması belə, təsirə məruz qalmış ərzaqların istehlak edilməsi insan həyatına təsirsiz ötüşmür. Həmçinin isti hava şəraitində suyun çirklənməsi baş verir balıqların kütləvi qırılmasına səbəb olur. Arazı ən çox çirkləndirən çaylardan biri Oxçuçaydır. Meqri, Qacaran, Qafan Dəstəkert dağ-mədən (metalsaflaşdırma) kombinatlarının yüz min tonlarla qatı turş suları, ağır metal duzları başqa tullantılar  Oxçuçayı hədsiz dərəcədə çirkləndirir. Ayrı-ayrı vaxtlarda suyun tərkibində misin miqdarı BHK-dan 25-50 dəfə, fenolların miqdarı isə mütəmadi olaraq normadan 6-15 dəfə artıq olubdur. Alüminium, sink, manqan, titan bismut çirkləndirici elementlərə Oxçuçayda daim rast gəlinir. Ermənistan AES-in fəaliyyəti bilavasitə Araz çayı ilə əlaqədardır, hər sutka ərzində Araza 12-16 min m3 çirkab axıdılır, onun gələcəkdə Araz onun qolları üçün fəlakətlər törətməsi ehtimalı böyükdür.

 

Ermənilər tərəfindən çirkləndirilən bir digər su mənbəyi olan Şərqi Arpaçay öz uzunluğu, sululuğu və təsərrüfat əhəmiyyətinə görə Naxçıvan MR-in müstəsna çayı hesab edilir. 2630 kv.km sutoplayıcı sahəyə malik olan Şərqi Arpaçay başlanğıcını Ermənistan ərazisində 3000 m yüksəklikdə alp çəmənlikləri zonasından götürüb, Araza tökülür. Uzunluğu 126 km, orta çoxillik su sərfi 25.7 kub metr/san-dir. Bu çayın üzərində bir neçə yerdə su anbarı istifadəyə verilib. Ümumiyyətlə, Şərur rayonunda əkin sahələrinin 60 faizə qədəri Şərqi Arpaçay suyu ilə suvarılır. Yüz mindən çox əhalinin istifadə etdiyi bu çayda çirklənməni açıq-aşkar müşahidə etmək mümkündür. Çay ermənilər tərəfindən zibillik kimi istifadə edilir, desək yanılmarıq. Həmçinin qeyd etmək lazımdır ki, Muxtar Respublika ərazisində çaylarımız sel daşqınları müxtəlif mənşəli çirklənmələrə məruz qalır.

 

 Ermənistan Helsinki Konvensiyasına qoşulmur

 

 

 

Mətbuatda gedən informasiyalara əsasən, Ermənistan hökuməti yuxarıda sadalananlar azmış kimi, Arazın üzərində Yeqvard, Vedi, Kap Mastar məntəqələrində 4 yeni su anbarı inşa etmək istəyir. Mütəxəssislərin fikrincə, Araz çayında belə layihələrin inşası vəziyyəti daha da gərginləşdirəcək. Qeyd edək ki, rəsmi İrəvan müxtəlif bəhanələrləTranssərhəd su axarlarının beynəlxalq göllərin mühafizəsinə istifadəsinə dair” 1992-ci il Helsinki Konvensiyasına qoşulmaqdan boyun qaçırır. Məhz bu konvensiyada transsərhəd çaylar üzərində hər hansı su anbarının tikintisi başqa layihələr icra olunduğu zaman qonşu ölkələrin razılığı tələb olunur.

 

Azərbaycan

 

Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyəsi əsasında səhifəni hazırladı:

 

Vaqif Vəliyev

Zaman.-2014.-31 may.-S.13.