Azərbaycanda məhkəmə sisteminin tarixi və hüquqi dövlət quruculuğundakı xidmətləri
ELVIN ƏLIYEV
Ədalət olmayan ölkədə vətəndaş cəmiyyətinin
inkişafından və
hüquqi dövlət
quruculuğundan söhbət
gedə bilməz. Haqqını tələb edənlərin,
ədalət tərafdarlarının
güvənc yerləri
isə qanunun aliliyini təmin edən məhkəmələrdir.
Buna görə də, ədalətli məhkəmə sistemi olan ölkə hüquqi dövlət quruculuğu istiqamətində
daha sürətlə
irəliləyə bilir
və inkişaf edir.
Ədliyyə sisteminin xalqımızın
şanlı keçmişini
əks etdirən zəngin tarixi Azərbaycanda da ədliyyə sisteminin xalqımızın müstəqillik
uğrunda mübarizəsini,
onun şanlı keçmişini əks etdirən zəngin tarixi vardır. Müstəqil dövlətimizin ədliyyə
tarixinin ən şərəfli anları
1918-ci ildə Azərbaycan
Demokratik Respublikasının
yaranması ilə başlanır. Belə
ki, Ədliyyə Nazirliyinin təsis edilməsinə xüsusi əhəmiyyət verilərək,
1918-ci il may 28-də - Azərbaycan Demokratik Respublikasının elan edildiyi gün Ədliyyə Nazirliyi də yaradılıb. Nazirlik öz işinə ilk növbədə ədliyyə
strukturlarının, məhkəmələrin
və istintaq sahələrinin bərpası
ilə başlayıb.
Gərgin fəaliyyət nəticəsində
məhkəmə aparatları
tədricən bərpa
edilib, binalar qaydaya salınıb, çətinliklə də
olsa hüquq ədəbiyyatı kitabxanası
yaradılaraq 6 aylıq
hüquq kursları təşkil edilib.
Həmçinin, ədliyyə orqanları və məhkəmələrin
fəaliyyəti ilə
bağlı bir sıra qərarlar qəbul olunub. O cümlədən,
1918-ci il noyabrın 14-də Azərbaycan
Məhkəmə Palatasının
Əsasnaməsi, 22-də isə
Ədliyyə Nazirliyinin
Əsasnaməsi təsdiq
edilib.
Cəzaçəkmə yerləri ilə aparılan işin ədalət mühakiməsinin həyata
keçirilməsində əhəmiyyəti
nəzərə alınaraq,
hökumətin 1919-cu il
11 avqust tarixli qərarı ilə əvvəllər Daxili İşlər Nazirliyinin
tərkibində olan həbsxanalar Ədliyyə
Nazirliyinin tabeliyinə
verilib, nazirliyin təşəbbüsü ilə
“İstintaq hissəsinin
quruluşu və gücləndirilməsi haqqında”,
“Məhkəmə idarəsi
sahəsində vəzifələrə
namizədlər haqqında”,
“Azərbaycan andlı
iclasçılar məhkəməsinin
təsis edilməsi haqqında”, ADR-in yaranmasından
ilyarımın keçməsi
münasibətilə ümumi
amnistiya haqqında və digər qanunlar parlamentin müzakirəsinə çıxarılıb.
Azərbaycan Demokratik Respublikasının
1920-ci il aprelin 27-28-də Rusiyanın
XI Qızıl Ordusu tərəfindən işğal
edildikdən sonra inqilab komitəsinin 13 may
1920-ci il tarixli qərarı ilə ədliyyə Nazirliyi ləğv olunub. Bundan sonra Xalq
Ədliyyə Komissarlığı
yaradılaraq, onun səlahiyyətlərinə qanunvericilik
layihələrinin hazırlanması,
məhkəmə işçilərinin
seçilməsi, təlimatlandırılması
və onlara inzibati rəhbərlik edilməsi, qanunçuluğa
ali nəzarət
və istintaqın aparılması daxil edilib. Lakin, 1930-cu ildə bu komissarlıq
ləğv edilərək,
onun funksiyaları prokurorluq, Ali Məhkəmə,
Mərkəzi İcraiyyə
Komitəsinə və
digər orqanlara verilib.
Ədliyyə orqanlarından repressiya
aləti kimi istifadə edilməsi, onun sabit struktura
malik olmasına maneçilik
törədirdi
1933-cü
ildə məhkəmələrin,
prokurorluğun, istintaqın
birləşdirilməsi, vahid
məhkəmə siyasətinin
həyata keçirilməsi,
bütün hakimiyyət
orqanlarının, təsərrüfat
müəssisələrinin, ictimai birliklərin və fiziki şəxslərin hərəkətlərinin
qanuniliyini müşahidə
etmək məqsədilə
Xalq Ədliyyə Komissarlığı yenidən
təşkil edilib, onun səlahiyyətinə
qanun layihələrinin
hazırlanması, qanunların
şərhi, məhkəmə
kadrlarının hazırlanması,
əhaliyə hüquqi
yardımın təşkili,
penitensiar sistemin idarə olunması, Ali Məhkəməyə, Dövlət
prokurorluğuna və
vəkillərə rəhbərlik
etmək funksiyaları
daxil edilib.
1937-ci ildə Xalq
Ədliyyə Komissarlığının
yeni Əsasnaməsi təsdiq edilib, onun səlahiyyətləri
xeyli məhdudlaşdırılmış,
əsas fəaliyyət
sahəsi məhkəmə
və notariat orqanlarının işinin
təşkili və onlara rəhbərlik etməkdən ibarət olub. 1959-cu ildə Ədliyyə
Komissarlığı yenidən
ləğv edilib, məhkəmə orqanlarının
fəaliyyətinə rəhbərlik
və nəzarət, məhkəmə statistikasının
aparılması Ali Məhkəməyə
həvalə olunub, Nazirlər Soveti yanında Hüquq Komissiyası təşkil
edilib və bununla da Ədliyyə
Komissarlığının səlahiyyətləri ayrı-ayrı
dövlət orqanları
arasında bölüşdürülüb.
İfrat mərkəzləşdirilmiş hakimiyyətə alüdəçilik,
ayrı-ayrı dövrlərdə
ədliyyə orqanlarından
repressiya aləti kimi istifadə edilməsinə yönələn
dövlət siyasəti,
bu orqanların dəfələrlə ləğv
edilib yenidən yaradılması ədliyyə
sisteminin sabit struktura malik olmasına və işinin təşkilinə
maneçilik törədirdi.
Ulu öndər Heydər
Əliyevin Azərbaycanda
ədliyyə sisteminin
formalaşmasındakı
xidmətləri
Ədliyyə Nazirliyinin yenidən yaradılması görkəmli
dövlət xadimi cənab Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövrə təsadüf
edir. Belə ki, 27 oktyabr
1970-ci ildə Azərbaycan
SSR Ali Sovetinin qərarı
ilə Ədliyyə Nazirliyi təsis edildi və bununla da Azərbaycan
ədliyyə tarixində
yeni mərhələ
başlandı. Ədliyyə Nazirliyi sabit fəaliyyət göstərərək,
məhkəmə orqanlarına
təşkilati rəhbərliyi
həyata keçirib,
əhaliyə hüquqi
yardımı yaxşılaşdırıb,
notariat fəaliyyətinin
və məhkəmə
ekspertizalarının aparılmasını
təmin edib, ümumiyyətlə, ədliyyə
işi təkmilləşdirilərək,
onun gələcək
inkişafı üçün
zəmin yaranıb.
Azərbaycan yenidən dövlət müstəqilliyi əldə
etdikdən və cənab Heydər Əliyev ölkə rəhbərliyinə gəldikdən
sonra ədliyyə orqanlarının işinin
müasir tələblər
səviyyəsinə qaldırılması
üçün əsaslı
tədbirlər həyata
keçirilib. Ədliyyə Nazirliyinin cəmiyyətdə
rolu və əhəmiyyəti artdı,
səlahiyyət dairəsi
genişlənib.
Ədliyyə işçilərində və
hakimlərdə mənəvi
stimul yaradılması
məqsədilə onların
peşə bayramı
gününün müəyyən
edilməsinə təşəbbüs
göstərilərək, 22 noyabr - 1918-ci ildə Azərbaycan Demokratik Respublikası Ədliyyə
Nazirliyinin Əsasnaməsinin
təsdiq edildiyi günün ədliyyə
işçilərinin peşə
bayramı günü
kimi təsis edilməsi üçün
dövlət başçısına
müraciət edilib.
H. Əliyevin 11 noyabr
2000-ci il tarixli sərəncamı ilə 22 noyabr ədliyyə işçilərinin
peşə bayramı
günü elan olunub.
Məhkəmə sistemi barədə
qisa məlumat...
Azərbaycan müstəqillik əldə
etdikdən sonra ölkənin hüquq sistemində köklü islahatlar aparılıb. Azərbaycan xalqının
milli, mədəni və tarixi ənənələrinə söykənərək,
həqiqi demokratik cəmiyyət yaradılmasına
xidmət edən bu islahatlar ilk növbədə insan hüquqlarının daha etibarlı təmin edilməsinə yönəlib.
Ölkənin 1995-ci ildə demokratik
dəyərlər və
prinsiplərə uyğun
hazırlanan və ümumxalq səsverməsi
ilə qəbul edilən ilk demokratik konstitusiyasının müddəalarının
üçdə biri insan hüquq və azadlıqlarına həsr edilib, hakimiyyət bölgüsü
prinsipi təsbit olunub. Beynəlxalq ekspertlər tərəfindən
dünyanın demokratik
konstitusiyalarından biri
kimi qiymətləndirilən
bu Konstitusiya Azərbaycanda demokratik quruluşun və hüquqi dövlətin möhkəm təməlini
qoyub, hüquqi islahatların aparılmasına
zəmin formalaşdırılıb.
Davamı növbəti
sayımızda...
Azərbaycan
Respublikasının Prezidenti yanında
Kütləvi İnformasiya Vasitələrinin
İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyəsi əsasında səhifəni
hazırladı:Elvin Əliyev
Zaman.-2014.-1 noyabr.-S.13.