Azərbaycanda məhkəmə sisteminin tarixihüquqi dövlət quruculuğundakı xidmətləri

 

Əvvəli ötən sayımızda...

 

Ölkəmizdə aparılan islahatlar nəticəsində yeni təsisat - məhkəmə hakimiyyətinin özünüidarə orqanı olan Məhkəmə-Hüquq Şurası təşkil olunub. Həmin Şura fəaliyyətə 2005-ci ilin fevral ayından başlayıb. 15 nəfərdən ibarət olan şura əsasən hakimlərdən (9 nəfər) formalaşıb. Həmçinin onun tərkibinə hakimiyyətin digər qollarının, habelə məhkəmə prosesində tərəf olan prokurorluğun vəkilliyin nümayəndələri daxil olublar. Hakimlərin ilkin davamlı tədrisinin təşkili, fəaliyyətinin qiymətləndirilməsi, yerinin dəyişdirilməsi, vəzifədə irəli çəkilməsi, intizam məsuliyyətinə cəlb edilməsi onların fəaliyyəti ilə bağlı digər məsələlər bu orqanın səlahiyyətinə aid edilib. Həmçinin hakimlərin intizam məsuliyyətinə cəlb edilməsi proseduruna yenidən baxılıb bu zaman məhkəmə hakimiyyətinin müstəqilliyinin təmin olunmasına xüsusi diqqət yetirilib. Ötən illər ərzində Məhkəmə-Hüquq Şurası tərəfindən hakim korpusunun fəaliyyətinin prinsipial qiymətləndirilməsi nəticəsində 40-dək hakimin səlahiyyətlərinə xitam verilib, bütün məhkəmələrin hakimlərinin tərkibi tam təzələnib, yeni məhkəmələr, o cümlədən regional apellyasiya məhkəmələri yaradılıb, hakim ştatlarının sayı 50% artırılıb.

 

Məhkəmə-Hüquq Şurasının fəaliyyətinin əsaslarını Azərbaycan Respublikasının Konstitusiyası, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr, “Məhkəmə-Hüquq Şurası haqqında”, “Məhkəmələr hakimlər haqqındaAzərbaycan Respublikasının qanunları digər normativ hüquqi aktları təşkil edir. Sözügedən şura daimi fəaliyyət göstərən müstəqil orqandır təşkilati, maliyyə, habelə hər hansı başqa cəhətdən qanunvericilik, icra məhkəmə hakimiyyəti orqanlarından, yerli özünüidarə orqanlarından, habelə hüquqi fiziki şəxslərdən asılı deyildir. Məhkəmə-Hüquq Şurası qanunvericilik, icra məhkəmə hakimiyyəti orqanları, Azərbaycan Respublikasının Vəkillər Kollegiyası, elmi təşkilatlarla qarşılıqlı fəaliyyət göstərir.

 

 Konstitusiya məhkəməsi...

 

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Azərbaycan Respublikasının Konstitusiyası ilə onun səlahiyyətlərinə aid edilən məsələlərə dair ali konstitusiya ədalət mühakiməsi orqanıdır.  Konstitusiya Məhkəməsi müstəqil dövlət orqanıdır təşkilati, maliyyə, habelə hər hansı başqa cəhətdən qanunvericilik, icra digər məhkəmə hakimiyyəti orqanlarından, yerli özünüidarə orqanlarından, habelə hüquqi fiziki şəxslərdən asılı deyil. Konstitusiya Məhkəməsinin əsas məqsədi Azərbaycan Respublikası Konstitusiyasının aliliyini təmin etmək, hər kəsin əsas hüquq azadlıqlarını müdafiə etməkdir.

 

Konstitusiya Məhkəməsi 14 iyul 1998-ci ildə yaradılıb. Bu məhkəmənin fəaliyyətinin hüquqi əsaslarını Azərbaycan Respublikasının 12 noyabr 1995-ci ildə qəbul edilən Konstitusiyası (24 avqust 2002-ci il ümumxalq referendumu nəticəsində dəyişikliklər edilib), Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr, 23 dekabr 2003-cü ildə qəbul olunan  Konstitusiya Məhkəməsi haqqındaAzərbaycan Respublikasının Qanunu, digər qanunlar məhkəmənin Daxili Nizamnaməsi təşkil edir.

 

Konstitusiya Məhkəməsinin fəaliyyəti Azərbaycan Respublikası Konstitusiyasının aliliyi, müstəqillik, kollegiallıq açıqlıq prinsipləri əsasında qurulur. Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin 1-ci hissəsinə müvafiq olaraq Konstitusiya Məhkəməsi 9 hakimdən ibarətdir. Həmin maddəyə görə, hakimlər Prezidentin təqdimatı əsasında Milli Məclis tərəfindən təyin olunur. Konstitusiya Məhkəməsi öz səlahiyyətlərinin icrasına 7 hakim təyin olunduqda başlaya bilər. Hakimlər 15 il müddətinə təyin olunurlar. Səlahiyyət müddəti başa çatdıqdan sonra Konstitusiya Məhkəməsinin hakimi təkrar eyni vəzifəyə təyin edilə bilməz. Məhkəmənin sədri sədr müavini Azərbaycan Respublikasının Prezidenti tərəfindən təyin edilir.

 

 ***

 

Konstitusiya Məhkəməsi qanunların, qərarların digər normativ hüquqi aktların Azərbaycan Respublikasının Konstitusiyasına qanunlarına uyğunluğunu yoxlayır. Azərbaycan Respublikası Prezidentinin, Azərbaycan Respublikası Milli Məclisinin, Azərbaycan Respublikası Nazirlər Kabinetinin, Azərbaycan Respublikası Ali Məhkəməsinin, Azərbaycan Respublikası Prokurorluğunun Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sorğuları ümumi məhkəmələrin müraciəti əsasında Azərbaycan Respublikası Konstitusiyasına qanunlarına şərh verir.

 

 ***

 

Konstitusiyaya müvafiq olaraq aşağıdakı subyektlər Konstitusiya Məhkəməsinə müraciət edə bilər: Azərbaycan Respublikasının Prezidenti; Azərbaycan Respublikasının Milli Məclisi; Azərbaycan Respublikasının Nazirlər Kabineti; Azərbaycan Respublikasının Ali Məhkəməsi; Azərbaycan Respublikası Prokurorluğu; Naxçıvan Muxtar Respublikasının Ali Məclisi; Məhkəmələr; Vətəndaşlar; İnsan hüquqları üzrə Müvəkkil. Konstitusiya Məhkəməsi haqqındaAzərbaycan Respublikası Qanununun 34.1-ci maddəsinə müvafiq olaraq hər kəs onun hüquq azadlıqlarını pozan qanunvericilik icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarından, bələdiyyə məhkəmə aktlarından Konstitusiya Məhkəməsinə pozulmuş hüquq azadlıqlarının bərpa edilməsi məqsədilə şikayət verə bilər. Konstitusiya Məhkəməsi məhkəmə aktlarından verilmiş fərdi şikayətlərə aşağıdakı hallarda baxa bilər: tətbiq edilməli olan normativ hüquqi akt məhkəmə tərəfindən tətbiq edilmədikdə, tətbiq edilməli olmayan normativ hüquqi akt məhkəmə tərəfindən tətbiq edildikdə, normativ hüquqi akt məhkəmə tərəfindən düzgün şərh edilmədikdə. Belə şikayətlər məhkəmə aktından şikayət vermək hüququndan tam istifadə edildikdən sonra axırıncı məhkəmə instansiyasının qərarının qüvvəyə mindiyi andan altı ay müddətində ərizəçinin məhkəməyə müraciət etmək hüququnun pozulduğu andan üç ay müddətində verilə bilər.

 

Qüvvədə olan qanunvericilik aktı, icra orqanlarının normativ aktları, bələdiyyə ya məhkəmə qərarları insan hüquq azadlıqlarını pozduqda İnsan Hüquqları üzrə Müvəkkil qanunvericilikdə nəzərdə tutulan proseduraya müvafiq olaraq Konstitusiya Məhkəməsinə sorğu verə bilər. Konstitusiya Məhkəməsi işlərə Palataların Plenumun iclaslarında baxır. Konstitusiya Məhkəməsinin qərarları qətidir, ləğv edilə, dəyişdirilə rəsmi təfsir oluna bilməz. Konstitusiya Məhkəməsinin aparatı Konstitusiya Məhkəməsi sədrinin təsdiq etdiyi Konstitusiya Məhkəməsinin aparatı haqqında Əsasnaməyə müvafiq fəaliyyət göstərir.

 

Davamı növbəti sayımızda...

 

Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyəsi əsasında səhifəni hazırladı:

 Elvin Əliyev 

Zaman.-2014.-5 noyabr.-S.13.