Anar: “Kriminal hadisələri efirə çıxarmağa ehtiyac
yoxdur”
ELVIN
ƏLIYEV,
Əvvəli ötən sayımızda
Telekanallar sensasiya xatirinə
oğul atanı öldürdü, bağışlayın,
ata qızını zorladı və s. kimi xəbərlər verirlər. Məncə, bu tip hadisələri
efirə çıxarmağa
ehtiyac yoxdur. Mənim yaşım az deyil.
Çox
çətinlik görmüşəm.
Amma bu qədər bayağılıq görməmişəm.
Hazırda hər şeyda
bayağılıq hökm
sürür.
Əxlaq
aşınması var
-Gənc nəsildən razısınızmı, Anar
müəllim?
- Gənclər arasında elə insanlar var ki, mən
onlardan çox razıyam. Savadlıdırlar, ağıllıdırlar, internetdən düzgün
faydalana bilirlər və böyük-kiçik
yeri gözləyirlər.
Onlardan, əlbəttə ki, razıyam. Hər nəsildə olduğu
kimi gənc nəsil arasında da elələri var ki, iddiaları
qabiliyyətlərindən qat-qat
çoxdu.
- Ümumiyyətlə sizin dövrün gəncliyi ilə müasir gəncliyi müqayisə edəndə, bu dəyişiklik sizə nə deyir?
- Bu günün gəncləri çox dəyişib. Amma mənə elə
gəlir ki, bu dəyişiklik yaxşıya doğru deyil. Əxlaq aşınması var. Böyüklərə qarşı
hörmət azalıb.
Əslində bu həmişə
belə olub. Lap qədim şumer
yazılarında belə
qeyd olunub ki, indiki nəsillər
böyükləri tanımır.
Bizim oğuznamələrdə, “Dədə
Qorqud”da da belə şeylər var, oğul atanı, ata oğulu tanımır.
Hazırda bu problem daha
qabarıq müşahidə
olunur. Buna səbəb isə uzun müddət totalitar rejimdə yaşamağımızdır. Həmin rejimdə insanları çox sıxırdılar,
boğurdular, danışmağa
imkan vermirdilər.
Ona görə də, hamı dolmuşdu. Ölkəmiz müstəqillik əldə etdikdən sonra, yaranmış şəraitlə əlaqədar
olaraq yaxşı ilə birlikdə pis də üzə
çıxdı.
- Anar müəllim, əvvəllər bir ailənin boşanması cəmiyyət tərəfindən
az qala
faciə kimi qiymətləndirilirdi. İndi isə
sankı çox adiləşib.
- Bunda televiziyanın da günahı var. Telekanallar sensasiya xatirinə oğul atanı öldürdü,
bağışlayın, ata
qızını zorladı
və s. kimi xəbərlər verirlər.
Məncə, bu tip hadisələri
efirə çıxarmağa
ehtiyac yoxdur.
- Yəni əxlaqsızlıq
adiləşdirilirmi?
- Mənim yaşım az deyil.
Çox
çətinlik görmüşəm.
Amma bu qədər bayağılıq görməmişəm.
Hazırda hər şeyda
bayağılıq hökm
sürür.
Ədəbiyyatda
nəsil davası
- Gənc şairlərdən,
yazıçılardan kimləri
bəyənirsiniz?
-Ad çəkməyəcəm.
- Bu tendensiya ədəbiyyatda tez-tez müşahidə olunur. Yeni ədəbi nəsil
əvvəlkiləri bəyənmir.
Sizlərin özünüzdən əvvəlki nəsil ilə münasibətiniz necə idi?
- Mən bütün nəsli demirəm. Hər nəslin içində müxtəlif
adamlar ola
bilər. Bizim əsas fərqimiz
o idi ki, biz özümüzdən əvvəlki
nəslin nümayəndələri
ilə top-tüfənglə
danışmırdıq. Biz, yaşlı nəsildən
fərqli ədəbiyyat
yaratmaq istəyirdik və yaradırdıq.
Amma onları da inkar etmirdik. Bu vacib məsələdir.
İndiki gənc nəsil desə ki, siz öz
işinizi görmüsüz,
amma artıq dünya dəyişib, biz
bu cür olmaq istəyirik, ona heç kim etiraz
etməz. Yox, deyəndə ki,
siz heç nəsiniz, ədəbiyyat
bizdən başlayıb.
Onda demək la-zımdır ki, sənin böyük səhvin var. Səndən qabaq səndən böyük ədəbiyyat olub.
Bizim ailə Azərbaycana beş ad verib
-Sizin ailəniz və yaradıcılığınız
dilimizə həm də yeni adlar
gətirib...
- Bizim ailə Azərbaycana beş
ad verib. Anar, bacımın adı
Fidan, Tural, Aysel, Günel.
- Sizin adınızla bağlı müxtəlif
fikirlər səslənir...
- Anar adı anmaq sözündəndir. Anar, yəni
xatırlayar mənasındadır.
Atamın, anamın adı,
soyadı ilə əlaqəsi yoxdur. Rəhmətlik Fazil Hüsnü Dağlarca mənə deyirdi ki, Rəsul Rzanın şeirləri olmasa belə, bircə Anar adına görə
ədəbiyyata düşərdi.
Yeni düşüncə, həyat
tərzi əmələ
gəlib
- Azərbaycan gəncliyini dünya gəncliyi ilə müqayisədə necə
görürsünüz?
- Dünya gəncliyini o qədər də yaxından tanımıram.
Hazırda tamamilə yeni
nəsil meydana gəlib. Məsələn, mən telefondan
ancaq kiminləsə əlaqə saxlamaq, kompyuterdən yazı yazmaq üçün istifadə edirəm.
Amma mənim nəvələrim
telefondan danışıq
vasitəsi kimi istifadə etməklə yanaşı, onunla həm şəkil çəkir, həm müsiqi dinləyirlər
və s. Bu bütün
dünyaya xas olan ayrı təfəkkürdür. Elm
və texnologi-yanın
inkişafı ilə
əlaqədar olaraq, yeni düşüncə,
həyat tərzi əmələ gəlib.
Bizim gənclikdə müşahidə
etdiyimiz nöqsanlar xaricdə də var. Təəssüf ki, pis mənada çılğınlıq biz də daxil olmaqla,
bütün dünya gəncliyində müşahidə
olunur.
- Hansı musiqilərə qulaq asırsınız?
- Müxtəlif janrlarda musiqilərə qulaq asıram. Mənim çox sayda
kasetlərim var. İstədiyim
musiqilərin hamısı
həmin kasetlərdədir.
Ürəyim istəyəndə qoşub qulaq asıram. Mən Türkiyədə Memar Sənan Universitetində dərs deyəndə aldığım
maaşın 30 faizini
kasetlərə xərcləyirdim.
Bütün həyatım işlə keçib
- Darıxırsınızmı Anar müəllim?
- Çox. Həmişə darıxıram. Darıxanda da işləməyə başlayıram. Məni saxlayan
da işdir.
- Darıxıb ağladığınız
olubmu, Anar müəllim?
-Bəzi şeylər var ki, intimdir.
Onu heç kəslə bölüşmək olmur.
- Zenfirə xanım necədir? Birlikdə gəzməyə, səyahətə gedirsinizmi?
- Sağ olun, yaxşıdır. Bu yaxınlarda Xorvatiyaya getmişdik.
- Anar müəllimin hansısa kaprizi, hobbisi varmı? Anar müəllim rahat adamdır, eləmi?..
- Kənardan belə görünürəmsə, qoy
elə olsun. İnsanın özü haqqında
danışması çətin
olur. Özgələr səni daha
yaxşı görür,
nəinki özün.
Hobbim isə işləməkdir,
- oxuyub-yazmaqdır. Bütün həyatım
işlə keçib.
Axır vaxtlar oxumağı azaltmışam. İndi oxumağa
imkanım və vaxtım yoxdur. Təbii ki, bir də
mu-siqi dinləyirəm.
Mən işləyəndə də
musiqi dinləyirəm.
Arzu edirəm ki, daxili çəkişmələr
olmasın
- Çoxdandır
xatirələrdən və
düşüncələrdən ibarət əsər üzərində işləyirsiz.
Həmişə də bu yazını tamamlamağı
yaya saxlayırsınız.
Bu yay necə,
yazıb bitirə bildinizmi?
- Doğrudur, hər yay onu tamamlamağı
düşünürəm, amma alınmır. Bu yay da araya “Göz muncuğu” povestim düşdü, yenə də yarımçıq
qaldı.
- Anar müəllim, demək olar ki, Dədə Qorqud yaşındadır.
İnsanlarımıza nə tövsiyə
edərdiniz?
- İndi ağsaqqala
qulaq asan yoxdur. Ən böyük arzum
odur ki, Azərbaycanımızın ərazi
bütövlüyü pərpa
olunsun. Ömrümün heç olmasa
bir gününü azad Şuşada keçirim. Daha sonra
arzu edirəm ki, Azərbay-canımız
rifah içində olsun, daxili çəkişmələr
olmasın. Başqa ölkələrdə
gördüyümüz bəlalar
bizim başımıza
gəlməsin. İndi həddən
çox varlı və kasıb vətəndaşlarımız var. Arzu edirəm ki, cəmiyyətimizdə
orta imkanlı insanların sayı çoxalsın. Bu mənim xalqıma olan arzularımdır.
Sağollaşma
- Anar müəllim, bəlkə bizim unutduğumuz, amma sizin söyləmək istədiyiniz...
- Yox-yox, qarşınızda
oturmuşam və istədiyiniz sualı verib, qarşılığını
da ala bilərsiniz. Amma elə bilirəm
ki, az
sormadınız və
mən də cavablarımda səmimi olmağa çalışdım.
- Biz də bu səmimi
münasibətə və
söhbətə görə
təşəkkürümüzü bildirik.
- Sağ olun ki,
gəldiniz, düşüncələrimizi
paylaşdıq.
Son söz yerinə
Kiməsə heykəl qoymaq üçün onun ölümünü gözləmək onu öldürmək kimidir. Vəssalam.
Son
Elvin Əliyev
Zaman.-2014.-6 noyabr.-S.7.