Azərbaycanda məhkəmə sisteminin tarixi və hüquqi dövlət quruculuğundakı xidmətləri
Əvvəli ötən sayımızda...
“Azərbaycan milli hüquq sistemi, Roman-german hüquq ailəsinə mənsubdur. Bu mənsubiyyətin
tələbləri olaraq
hüquq sistemimizin strukturu və işləmə mexanizmləri
də normativ məzmundadır. Məhkəmələrin həqiqəti müəyyən
etmə prosesində əsas instrumenti - qanun və normalardır.
Normalar
Roman-German məhkəmə təcrübəsinə görə
prosessual - prosesi tənzimləyən və
maddi - işin halları və hüquqi faktlar üzrə məsələləri
tənzimləyən olmaqla
2 yerə bölünür.
Almaniya, Fransa kimi aparıcı
Roman - German hüquq ailəsinin
üzvləri məhkəmə
sisteminə və prosesin təyinatı ilə bağlı böyük təcrübəyə
malikdirlər.
Konstitusiya Məhkəməsinin Aparatında konstitusiya hüququ şöbəsi,
insan hüquqları və ictimaiyyətlə əlaqələr şöbəsi,
cinayət və inzibati hüquq şöbəsi, beynəlxalq
hüquq şöbəsi,
mülki hüquq şöbəsi, vətəndaşların
qəbulu və şikayətlər şöbəsi,
beynəlxalq əlaqələr
şöbəsi, ümumi
şöbə, məhkəmə
qərarlarının icrasına
nəzarət sektoru, qanunvericiliyin sistemləşdirilməsi
sektoru, məhkəmə
iclaslarının təşkili
sektoru, sədr və hakimlərin köməkçiləri və
məsləhətçiləri fəaliyyət göstərir.
Aparata cari rəhbərliyi Aparat rəhbəri və onun müavini
həyata keçirirlər.
Sədrin köməkçiləri, beynəlxalq əlaqələr
şöbəsi və
ümumi şöbə
sədrin birbaşa tabeçiliyində fəaliyyət
göstərir. Bundan əlavə,
Konstitusiya Məhkəməsinin
fəaliyyətinin maddi-texniki,
maliyyə və təsərrüfat təminatını
Konstitusiya Məhkəməsinin
İşlər İdarəsi
həyata keçirir.
Ali məhkəmə...
Azərbaycan Respublikası Konstitusiyasının
131-ci maddəsinə və
“Məhkəmələr və
hakimlər haqqında”
qanunun 77-ci maddəsinə
uyğun olaraq Ali Məhkəmə ümumi
və ixtisaslaşdırılmış
məhkəmələrin icraatına
aid olan mülki (o cümlədən inzibati və iqtisadi mübahisələrə dair),
cinayət işləri
və digər işlər üzrə ali məhkəmə orqanıdır. O, kassasiya
qaydasında qanunla müəyyən edilmiş
prosessual qaydada ədalət mühakiməsini
həyata keçirir,
məhkəmələrin praktikasına
aid məsələlər üzrə
izahatlar verir.
Ali Məhkəmə Azərbaycan
Respublikasının paytaxtı
Bakı şəhərində
təşkil edilir, onun yurisdiksiyası Azərbaycan Respublikasının
bütün ərazisinə
şamil edilir. Azərbaycanda fəaliyyət göstərən
məhkəmələr sırasına
apeııasiya, inzibati-iqtisadi,
hərbi rayon (şəhər),
arbitaj və ağır cinayətlər
üzrə məhkəmələr
fəaliyyət göstərir.
Burada adını
çəkdiyimiz məhkəmələrdən
əsasən arbitaj məhkəməsi haqqında
məlumat vermək istərdik. Çünki digər məhkəmələr
haqqında əhalının
azdan-çoxdan məlumatı
var.
Arbitaj məhkəməsi...
Arbitaj məhkəməsinin fəaliyyəti
Azərbaycan Respublikasının
arbitraj məhkəməsi
haqqında qanunu ilə
tənzimlənir. Sözügedən qanuna əsasən, Azərbaycan Respublikasında
arbitraj məhkəməsi
tabeliyindən. asılı
olmayaraq hüquqi şəxs olan dövlət, ictimai müəssisələr, idarələr
və təşkilatlar
və digər kooperativ təşkilatları,
sahibkarlar, Azərbaycan
Respublikasının və
digər dövlətlərin
birgə müəssisələri
və beynəlxalq birlikləri, dövlət
orqanları və başqa orqanlar arasında təsərrüfat
mübahisələrini həll
etmək yolu ilə öz səlahiyyətləri daxilində
məhkəmə hakimiyyətini
həyata keçirir.
Dövlət müəssisələri, idarələri və təşkilatları arasında
yaranan, qiyməti min manatadək olan təsərrüfat Mübahisələri
tabelik qaydasında yuxarı orqanlar tərəfindən həll
edilir.
Azərbaycan Respublikasının arbitraj
məhkəməsinin təşkili,
fəaliyyət qaydası
və səlahiyyəti
Azərbaycan Respublikasının
Konstitusiyası, bu Qanun, Azərbaycan Respublikasının Təsərrüfat
Prosessual Məcəlləsi
və Azərbaycan Respublikasının digər
qanunvericilik aktları
ilə müəyyən
edilir. Azərbaycan Respublikası məhkəmələri
hakimlərinin ixtisas kollegiyaları, ixtisas attestasiyası, intizam məsuliyyəti haqqında
qanunvericilik arbitraj məhkəmələri hakimlərinə
də aiddir.
Arbitraj məhkəməsinin vəzifələri...
Ədalət mühakiməsini həyata
keçirmək yolu ilə hüquqi şəxs olan hüquq münasibətləri
subyektlərinin hüquqlarının
və qanunla qorunan mənafelərinin müdafiəsini təmin etmək arbitaj məhkəməsinin vəzifəsidir. Həmçinin təsərrüfat münasibətlərində
qanunvericiliyə əməl
olunmasına hüquqi
vasitələrlə kömək
etmək, mübahisələrin
həlli zamanı qanunvericiliyin eyni cür və düzgün tətbiqini həyata keçirmək də arbitaj məhkəməsinin əsas
vəzifələrindən biridir.
Arbitraj məhkəməsi öz fəaliyyətində Azərbaycan
Respublikasının Konstitusiyasını,
bu Qanunu, Azərbaycan Respublikasının
Təsərrüfat Prosessual
Məcəlləsini, Azərbaycan
Respublikasının digər
qanunvericilik aktlarını,
habelə Azərbaycan
Respublikasının digər
dövlətlərlə bağladığı
ikitərəfli və
çoxtərəfli müqavilələri
və sazişləri
rəhbər tutur.
Mübahisələrin ayrı-ayrı növlərinin
həlli xüsusiyyətləri
Azərbaycan Respublikasının
digər qanunvericilik aktları ilə müəyyən edilə
bilər. Arbitraj məhkəməsinin qətnaməsi, qərarı,
qərardadı Azərbaycan
Respublikasının bütün
ərazisində, habelə
Azərbaycan Respublikası
ilə müvafiq saziş bağlamış
dövlətlərin ərazilərində
məcburi hüquqi qüvvəyə malikdir.
Azərbaycan Respublikasında Ali Arbitraj
Məhkəmə və
Naxçıvan Muxtar
Respublikasının Arbitraj
Məhkəməsi fəaliyyət
göstərir. Şəhər, bölgə və
bölgələrarası arbitraj
məhkəmələri Azərbaycan
Respublikası arbitraj məhkəmələrinin vahid
sistemini təşkil edirlər.
”Azərbaycan milli hüquq sistemi, Roman-german hüquq ailəsinə mənsubdur”
Mövzumuzla bağlı suallarımızı
cavab olaraq, AYNHA-dan (Azərbaycan Yeni Nəsil Hüquqşünaslar Assosiasiyası)
bildirdilər ki, müasir dövrdə hər bir dövlət
öz qanun vericiliyində üstün
hesab etdiyi hüquq sistemindən istifadə edir: “Azərbaycan milli hüquq sistemi, Roman-german hüquq ailəsinə mənsubdur.
Bu mənsubiyyətin tələbləri olaraq hüquq sistemimizin strukturu və işləmə mexanizmləri
də normativ məzmundadır. Məhkəmələrin həqiqəti müəyyən
etmə prosesində əsas instrumenti - qanun və normalardır.
Normalar
Roman-German məhkəmə təcrübəsinə görə
prosessual - prosesi tənzimləyən və
maddi - işin halları və hüquqi faktlar üzrə məsələləri
tənzimləyən olmaqla
2 yerə bölünür.
Almaniya, Fransa kimi aparıcı Roman - German( Kontinent-bəzi hüquqşünaslar Avropanın
coğrafi mövqeyinə
uyğun olaraq belə adlandırır.) hüquq ailəsinin üzvləri məhkəmə
sisteminə və prosesin təyinatı ilə bağlı böyük təcrübəyə
malikdirlər. Yuxarıda adları
çəkilən ölkələrin
praktikasına uyğun
olaraq, məcəllələşdirmə
- hüquq tətbiq etmənin asanlaşması
və qanunun hüquq mənbələri
içində nüfuzun
yüksəlməsi kontekstində
Qanunverici tərəfindən
utilizasiya edilib. Bizim də üzvü olduğumuz və sistemini utilizasiya etdiyimiz Roman-German (Fransa və Almaniyanın simasında, çünki
hüquqi dünyagörüşə
verdikləri unikal töhfələrə görə)
məhkəmə sistemi
modeli bu tarixi- konseptual mərhələlərdən keçərək
bugünki formasını
alıb”.
”Cəmiyyətdə
məlumatlılıq səviyyəsi
aşağı olduğuna
görə, məhkəmələr
barədə yanlış
təsəvvür formalaşır”
AYNHA-dan onu da
bildirdilər ki, məhkəmələrlə bağlı
əhalinin məlumatlılıq
səviyyəsi lazımi
səviyyədə deyil
və hətta çox aşağıdır:
“Vətəndaş bir
problemlə qarşılaşdıqda
kimə, haraya, hansı üsullarla müraciət edəcəyini
bilmir. Xüsusilə, məhkəmələrdə bu kimi hallarla
tez-tez rastlaşırıq.
Məhkəmələrin fəaliyyəti ilə
bağlı məlumatlılıq
aşağı səviyyədə
olduğuna görə,
vətəndaşların və
bütövlükdə cəmiyyətin
gözündə məhkəmələr
barədə yanlış
təsəvvür formalaşır.
Nəticədə, cəmiyyətin məhkəmələrə və
onun timsalında hüquq-mühafizə orqanlarına
etimadı kəskin zəifləyir. Bu isə vətəndaşla
dövlət arasındakı
münasibətlərə dolayı
yolla təsir edir və kölgə
salır”.
Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin
İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyəsi əsasında səhifəni
hazırladı:
Elvin Əliyev
Zaman.-2014.-6 noyabr.-S.13.