Ölkəmizdə uşaqların hüquqları nə dərəcədə qorunur?

 

Ölkəmizdə uşaqların problemləri ən çox iyun 1-də müzakirə olunur, halbuki bu hüquqlar hər gün yada düşməli qorunmalıdır.

 

 Ümumiyyətlə, uşaqların hüquqlarından yalnız bir gün danışılmamalıdır, bu hüquqlar hər gün qorunmalıdır. Axı uşaqlar bizim gələcəyimizdir. Gələcəyimizə bu gün sahib çıxmasaq, sabah gec olar. Azərbaycanda Uşaq Hüquqları Konvensiyasını həyata keçirmək üçün 1999-cu ildə dövlət proqramı qəbul olunub. BMT-nin Uşaq komitəsi (UNİCEF) Azərbaycan hökümətinə uşaqların vəziyyətini yaxşılaşdırmaq məqsədi ilə 38 tövsiyə verib. Bu tövsiyələrə uşaqlarla məşğul olan xüsusi bir qurumun yaradılması, əlil uşaqlara qayğı, internat uşaqlarının ailələrə verilməsi s. daxildir. Tövsiyələrin yerinə yetirilməsi üçün bəzi işlər görülüb. Ancaq ekspertlər bunu yetərli saymırlar. Məsələn, Ailə, Uşaq Qadın problemləri üzrə Dövlət Komitəsi yaradılsa da, bu komitənin əsasnaməsi hələ təsdiqlənməyib.

 

Bəzən media nümayəndələri günahsız uşaqların fotolarından istifadə edirlər

 

UNİCEF-in Uşaqlar üzrə Proqramının rəhbəri Radoslav Rejaksa da bu fikirdədir ki, Azərbaycanda uşaq hüquqlarının müdafiəsi üçün görüləsi işlər çoxdur. Bu gün mətbuatda televiziyada uşaqlarla bağlı layihələrdə bəzən uşaqların hüquqları pozulur. Yəni uşağın başına gəlirsə açıq, aşkar efirdə göstərilir bununla da həmin uşaq ağır zərbələr alır. Bu problemlərin aradan qaldırılması üçün lazımı işlər görülməlidir. Ümidli Gələcək Gənclər Təşlikatının sədri Kəmalə Aşumovanın fikirincə, problemlərin media vasitəsi ilə işıqlandırılması bir sıra problemlərin həllinə şərait yaradır: “Hər hansı bir uşağın probleminin nöqsanlı işıqlandırılması həmin uşağın psixoloji travma alması ilə yanaşı, onun cəmiyyətə inteqrasiya olunmasına mane olur”. Bəzən media nümayəndələri nəyəsə görə günahsız uşaqların fotolarından istifadə edirlər. Məsələn, bu yaxınlarda bir rayondan 15 yaşlı qızın zorlanması ilə bağlı internet portallarında dərc olunan xəbərdə müəllif heç çəkinmədən həmin şəxsin adını, hətta ibtidai məhkəmə istintaqlarına aid olan intim materialları  detallarıyla oxucu auditoriyasına çatdırmaqdan çəkinməyib. Təəssüf ki, bu vəziyyət təkcə həmin portallara aid deyil. Azərbaycan mediasında belə yazılara rast gəlinir.

 

Uşaq hüquqları media etikası-jurnalist etikasının əlifbası olmalıdır

 

Media eksperti Ələsgər Məmmədlinin fikirincə, Azərbaycan medaisında uşaq hüquqlarının qorunmasına ən çox zədə vuran TV-lərdir: “Çünki onlar görüntülü şəkildə bunu edirlər. Qəzet onlayn media da bu xatanı təkrarlayır. Belə ki, kriminal xəbərlər hazırlayan zaman ümumiyyətlə, medianın məsuliyyəti ikiqat artıq olmalıdır. Burada həm zərər görənlərin yaşının 18 yaşdan aşağı olması onları qorumanı zəruri edir, həm şübhəli kimi saxlanılır. Lakin yaşı 18-dən aşağı olanlar üçün bu keçərlidir”. Media eksperti onu da qeyd edir ki, bizim jurnalistlər 2-ci halda, yəni zərər verən kimi şübhəli qismində saxlanan ya istintaqa cəlb edilənləri demək olar ki, heç vaxt qorumur onların hətta kamera önündəetiraf”larını yayırlar: “Mən bunu çox sıx müşahidə edirəm. Ayrıca, azyaşlı qızlara qarşı baş verən cinsi istismar zamanı da bu səhv təkrar edilir. 17 yaşlı qızın 200 nəfər kişi ilə əlaqəsi onlara AİDS bulaşdırması xəbərini çox açıq şəkildə TV-lərdə verməklə, öncə həmin qızın həbs edilməsi, sonra ölməsinə qədər gedib çıxmışdı. Bir sözlə, uşaq hüquqları media etikası-jurnalist etikasının əlifbası olmalıdır hər bir jurnalist bu məsələyə diqqət göstərməlidir”.

 

Zorakılığa məruz qalan kifayət qədər uşaq var

 

Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə ailə problemlərinə həsr olumuş verlişlərdə uşaqların verlişlərə çıxarılmasına qadağa qoyulmasını tələb edir: “Ailə problemlərinin azyaşlıların iştirakı ilə müzakirə edilməsi onların psixoloji travma alması ilə nəticələnir. Uşaqlar valideynləri arasındakı münaqişələrin iştirakçısına cevrilirlər”. Kəmalə Ağazadə onu da bildirib ki, telekanallarda bu sayaq verlişlərdə dövlət qurumunun hüquqşünasının gözü qarşısında uşağa qarşı psixoloji zorakılıq baş verir, o isə danışmır: “Necə vaxtdır mən bu verlişlərdə uşaqların qarşılaşdığı mənəvi psixoloji zorakılıqları müşahidə edirəm. Bunlara son qoyulmalıdır”. Ekspert onu da bildirib ki, istər ailədə, istərsə cəmiyyətdə uşaqların zorakılığa məruz qalması hallarına rast gəlinir: “Düzdür, dövlət hər bir uşağın mənafeyini yüksək tutur onu müdafiə edir. Azərbaycanda ailə, qadın uşaq problemləri ilə məşğul olan xüsusi Dövlət Komitəsi fəaliyyət göstərir. Lakin bütün bunlara baxmayaraq, ölkədə zorakılığa məruz qalan kifayət qədər uşaq var. Bunun günahı isə ailələrlə yanaşı, həm cəmiyyətdədir”.

 

”Ana məsuliyyətini anlamadan ana olmağa məcbur edilirsə, artıq onun hüququ pozulur

 

Bəzən də uşaq hüquqlarının pozulması halları ailələrdən də başlayır. Məsələn, ailədə oğlan, qız seçimi aparılarsa, artıq hüquqlar pozulmuş olur. Sonrakı mərhlələdə isə uşaq hüquqlarının pozulması daha geniş forma alır. Bu işdə əsas məsələ ondan ibarətdir ki, hər bir doğulan uşaq arzuolunan uşaq olsun. Əgər doğulan uşaq arzuolunan olmursa elə buradaca onun hüquqları pozulmuş olur. Yəni uşaq hüquqlarının qorunmasına onun dünyaya gəlməsindən əvvəl başlanmalıdır. Əgər ailədə oğlan və qız seçimi olursa, qız uşağı gözləniləndə ondan yaxa qurtarılarsa, artıq burada hüquqların pozulmasından söhbət gedir. Bu yaxınlarda şahidi olduğum bir hadisəni xatırlatmaq istərdim.  Yeni ata olmuş gəncə  qonşular-qohumlar göz aydınlığı verərək deyirdilər ki, bu oğlandan sonra sizə Allah bir qız da qismət etsin. Amma Sənan bəy israrlayox, mənim qızım ola bilməz, mən qız uşağı istəmərəm” deyərək hər kəsi susdururdu. Yaxud valideyn erkən yaşında qızını ərə verirsə, o qız uşağı hələ dünyanı dərk etmədən, ana məsuliyyətini anlamadan ana olmağa məcbur edilirsə, artıq onun hüququ pozulur. Çünki onun bir uşaqlıq dünyası məhv edilmiş olur. Azərbaycanda küçə uşaqları ilə bağlı qanunvericilik bazası da arzuolunan səviyyədə deyil. Etiraf edilməlidir ki, küçə uşaqları ilə bağlı qanunvericilik sahəsində böyük boşluqlar var. Bu istiqamətdə qanunvericilik bazasının daha da təkmilləşdirilməsinə ehtiyac duyulur. Azərbaycanda küçə uşaqları ilə bağlı xüsusi proqramlar nəzərdə tutulmayıb”.

 

Ölkədə küçə uşaqları ilə bağlı monitorinqlər keçirilib onlar müəyən eilməlidir. Uşaqların problemləri ilə məşğul olmaq gələcəyin təməlini qoymaq deməkdir. Gələcək məfhumu isə mücərrəd bir anlayış deyil. Gələcək bu günkü uşaqlardır və biz onların problemlərinin həlli ilə nə dərəcədə məhəbbətlə, qayğı ilə məşğul olacağıqsa, gələcəyin təməli də o dərəcədə möhkəm və sağlam olacaq.

 

Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyəsi əsasında səhifəni hazırladı: Esmira Hidayətova 

 

Zaman.-2014.-7 noyabr.-S.13.