“Haqlısansa,
haqqın olanı almalısan”
“Zaman-Azərbaycan”
qəzetinin əməkdaşı
Ruslan Abdulov Azərbaycan Respublikası
Vəkillər Kollegiyasının
üzvü, vəkil Samir
Şərifovdam müsahibə
alır
Azərbaycan Respublikası Vəkillər
Kollegiyasının üzvü,
fərdi qayada fəaliyyət göstərən
vəkil Şərifov
Samir Cuma oğlu ilə müsahibə.
- Hazırda
Zaqatala rayonunda vətəndaşlar ən
çox hansı məsələlərlə, hüquqpozulmaları
ilə bağlı vəkilə müraciət
edirlər?
- Hazırda fəaliyyət göstərdiyim
Zaqatala rayonunda əksər hallarda vətəndaşlar nikahın
ləğvi, alimentin miqdarının dəyişdirilməsi,
vərəsəlik, ümumi
birgə (və yaxud ümumi paylı) mülkiyyətin
bölünərək payların
müəyyən edilməsi,
fərdi yaşayış
evinə istifadə hüququnun tanınmaqla həmin evə köçürülməsi, ipoteka
və ya borc müqaviləsinin tələblərindən irəli
gələn öhdəliklər,
daşınmaz əmlak
üzərində hüquqların
dövlət qeydiyyatı
zamanı yaranmış
problemlər, inzibati orqanların qərarları
ilə razılaşmama,
cinayət işlərində
şübhəli və
ya təqsirləndirilən
şəxsin hüquqlarının
müdafiəsi kimi məsələlərlə bağlı
bizlərə müraciət
edirlər.
Yuxarıda sadalanan məsələlərin
yaranmasının bir çox səbəbi ola bilər
və bunu problem adlandırmaq bir o qədər də düzgün olmazdı. Çünki, Azərbaycan dövləti
demokratik, hüquqi, dünyəvi, unitar respublikadır. Yəni, Azərbaycan
Respublikasının Konstitusiyası
ilə təsbit olunmuş hüquqlardan istifadə hər bir Azərbaycan Respublikası vətəndaşının
mübahisəolunmaz hüququdur.
Əsas odur ki, vətəndaşlarımız
bilməlidirlər ki,
onların Azərbaycan
Respublikasının ən
yüksək hüquqi
qüvvəyə malik
normativ hüquqi aktı olan Azərbaycan Respublikasının
Konstitusiyası ilə
təsbit olunmuş bir çox hüquqları vardır.
- Vətəndaşlarımız öz hüquqlarını
nə dərəcədə
bilirlər?
- Vətəndaşlarımızın, onlara qanunvericiliklə verilmiş hüquqları
bilmələri təbii
ki, yaxşı haldır. Lakin, vətəndaşın qanunu bilməməsi onun hüquqlarının pozulması ilə nəticələnməlidir deyə
bir anlayış yoxdur. Vətəndaşlarımızın, mütəmadi olaraq
Azərbaycan Respublikasının
qanunvericiliyi ilə bağlı marifləndirilməsi
zəruridir. Bunun
üçün müəyyən
pay KİV-in üzərinə düşür. Belə ki, vətəndaşlarımızın
qanunvericiliklə bağlı
məlumatlandırma və
ya marifləndirmə tədbirlərinin ən tez və ən
optimal yayılması yolu
KİV-dir. Lakin, bu ümumilikdə mümkün
deyil. Çünki, hüquq elminə
hər tərəfli bələd olmaq üçün peşəkar
hüquqşünas olmaq
lazımdir ki, vətəndaşlarımızın hamısının hüquqşünas
olması qeyri-mümkündür.
Ancaq bununla belə, hər kəs Azərbaycan Respublikasının Konstitusiyası
ilə onlara verilmiş olan hüquqları və azadlıqları bilməli,
qanunvericiliklə müəyyən
olunmuş hüquq və vəzifələrdən
az da
olsa məlumatlı olmalıdırlar. Ona görə
məlumatlı olmaldırlar
ki, ən azından hüquq və azdlıqlarının
pozulduğunu ehtimal etdikdə hansı hərəkətləri etməli,
hansı zəruri müdafiə tədbirləri
görməli olduqlarını
bilsinlər, hüquqları
ilə yanaşı, vəzifələrinə və
məsuliyyətlərinə də bələd olsunlar.
Azərbaycan Respublikasının Konstitusiyası
72-ci maddəsinin III hissəsində
qeyd olunur ki, qanunu bilməmək
məsuliyyətdən azad
etmir. Dövlət hər kəsin
hüquqlarının və
azadlıqlarının müdafiəsinə
təminat verir. İstisnasız olaraq hakimiyyətin
bütün qollarına
şamil edilən bu öhdəlik insan və vətəndaş
hüquq və azadlıqlarına hörmət
etmək, onları müdafiə etmək və dəstəkləmək,
eləcə də həyata keçirmək vəzifələrini ehtiva
edir. Yəni, dövlət, vətəndaşı
hüquq və azadlıqlarını bilməsə
belə, ona kömək etməli və qanunvericiliklə müəyyən olunmuş
hüquqlarından istifadə
etməsi üçün
vətəndaşına əlverişli
şərait yaratmaldır.
Təbii ki, hüquqlarını mükəmməl bilən
hər bir şəxs, həmin hüquqları müdafiə
etməyidə bacarar və mən inanıram ki, hər bir halda
buna nail olmaq mümkündür. Qeyd etdiyim kimi, Azərbaycan dövləti
demokratik, hüquqi, dünyəvi, unitar respublikadır. Sadəcə olaraq, gərək qətiyyətli olasan.
Haqlısansa, haqqın olanı
almalısan.
- “Demoqoq” sözü
bizdə niyə səhv anlaşılır?
- Əslən yunan mənşəli söz olan “demoqoq” sözünün mənası
“xalqın səsi” deməkdir, yəni, çox gözəl mənsı var. Sadəcə
olaraq, yaşadığımız
cəmiyyətdə bu
ad öz layiqli yerini tapmayıb. Fikrimcə bunun 2 səbəbi var: birincisi, demoqoq adı altında tanıdğımız bir
çox şəxs, heç öz səsini eşitdirmək gücünə, savadına,
bacarığına, qabiliyyətinə
malik deyil, qaldı ki, xalqının səsi eşitdirsin. Bir çox halda,
həmin şəxslər
müəyyən təzyiq
vasitələrinə əl
ataraq öz niyyətlərinə çatmağı
arzulayırlar. Bunun üçün
isə qarşı tərəfə şər
və böhtan atmaqdan, onu hədələməkdən
də çəkinmirlər.
Həmin
şəxslər qeyd
olunan səbəblərdən
arzuolunmaz şəxslərə
çevrilirlər. İkinci
səbəbi isə, yaşadığımız cəmiyyətdə
öz hüququnu həqiqi mənada müdafiə etməyə
çalışan şəxslərə
bir az
pis baxılmasıdır.
Kiməsə öz işini
öyrətmək kimi
qiymətləndirilir.
- Qanunlarımızın dili
barədə sizin də fikirlərinizi
bilmək maraqlı olardı.
- Əslində, “Normativ
hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya
Qanununun 25.5-ci maddəsində
qeyd olunur ki, normativ hüquqi
aktın mətnində
istifadə edilən termin və anlayışlar aydın və birmənalı olmalıdır. Həmin Qanunun 53-cü maddəsinə
(normativ hüquqi aktın mətninə dair irəli sürülən linqvistik
tələblər) əsasən,
normativ hüquqi aktın mətni lakonik formada, normaların ziddiyyətli təfsirini istisna edən sadə və aydın dildə, Azərbaycan ədəbi dilinin və hüquq terminologiyasının rəsmi-işgüzar
üslubuna əməl
etməklə tərtib
edilir. Həmin Qanunun 54.1-ci maddəsinə
(normativ hüquqi aktın mətninə dair irəli sürülən linqvistik
tələblər) əsasən,
normativ hüquqi aktın terminologiyası aydın anlaşılan sözlərdən və söz birləşmələrindən
istifadə etməklə
formalaşdırılmalıdır.
Yuxarıda qeyd olunanlardan
da göründüyü
kimi, əslində normativ hüquqi aktın dili asan və anlaşılan
olmalıdır. Lakin,
bəzi hallarda normativ hüquqi aktın məzmununda qeyri-müəyyənliklər və
fərqlər, habelə
tətbiqi təcrübəsində
ziddiyyətlər aşkar
edilir və bu zaman “Normativ
hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiyasının
90.1-ci maddəsinə əsasən,
həmin aktı qəbul etmiş normayaratma orqanı və ya Azərbaycan
Respublikası Konstitusiyasının
130-cu maddəsinin IV hissəsinə
uyğun olaraq Azərbaycan Respublikasının
Konstitusiya Məhkəməsi
müvafiq normaları
rəsmi şərh edir. Diqqətinizə çatdırmaq istəyirəm ki, normativ hüquqi aktın məzmununun izahı onun şərhi hesab edilmir. Mən hesab edirəm
ki, vətəndaşlarımızın
çoxunun öz hüquqlarını bilməməsinin
səbəbi məhz normativ hüquqi aktların dilinin qəliz olması ilə bağlı deyil. Əslində, bütün normativ
hüquqi aktlarımızın
dili qəliz deyildir. Bu hal az rast gəlinən haldır ki, bununla da
vətəndaşlarımızın tez-tez rastlaşacağını
fikirləşmirəm. Adətən bu cür anlaşılmamazlıqlarla
sırf hüquqşünas
olan şəxslər
rastlaşırlar. Məncə, vətəndaşlarımızın hüquqlarını bilməməsini
bununla əlaqələndirmək
düzgün olmazdı.
Vətəndaşlarımızın hüquqlarını bilməməsinin başlıca
səbəblərindən biri,
oxumaq vərdişinin
olmaması ilə bağlıdır.
- Vətəndaşlara müraciət
etdikləri məsələlərlə
əlaqədar bütün
hallarda köməklik
edə bilirsinizmi?
- Əgər sözügedən şəxs vəkildirsə, o heç vaxt aciz qala bilməz. Belə ki, vəkillə vətəndaş arasında müqavilə bağlanmazdan əvvəl, vəkil işin perspektivi və uğurlu nəticənin əldə olunmasının mümkün olub-olmaması barədə vətəndaşı məlumatlandırmalıdır. Bu bir reallıqdır ki, vəkilə müraciət edən vətəndaşlarımız, həmin vəkildən işi müsbət nəticələndirə bilib-bilməyəcəyini öyrənmək istəyir. Təbii ki, bir çox halda işin necə yekunlaşacağını bilmək qeyri-mümkündür. Bu işin gedişatında məlum olur. Çünki bəzi hallarda vətəndaşların özləri üçün doğru olduğunu düşündükləri əsaslar, qanunvericiliklə təkzib olunur. Əslində bizlər, vətəndaşlara yüksəkkeyfiyyətli hüquqi yardım göstərməklə mükəlləfik, bizlərin qərar qəbul etmək kimi bir səlahiyyətimiz yoxdur. Bu cür cavab, bir çox hallarda vətəndaşları təmin etmir və onlar nəticəni bilmək istəyirlər. Adətən vətəndaşlarımız iş məhkəmə səviyyəsinə çıxdıqdan sonra vəkilə müraciət edirlər. Halbuki, bir çox halda onlar hər hansı bir hərəkət və ya hərəkətsizliyi etməzdən əvvəl vəkilə müraciət etmiş olsalar, bəlkə də mübahisə bu səviyyəyə çıxmaz. Bizlər bir növ qanun keşikçiləriyik. Bizlər vətəndaşlara yalnız peşəkar hüquqşünas kimi yardım edə, qanunvericiliklə nəzərdə tutulmuş bütün növ müdafiə tədbirlərindən istifadədə onlara kömək edə və vətəndaş tərəfindən təqdim olunmuş, eləcə də tərəfimizdən toplanılmış sübutlar əsasında ehtimal olunan nəticəni onalara deyə bilərik.
Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin
İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyəsi əsasında səhifə
ni hazırladı: Ruslan
Abdulov
Zaman.-2014.-8 noyabr.-S.13.