“Süründürməçiliyə yol vermək məhkəmələr üçün də maraqlı deyil”
“Bəzən vətəndaşlar məhkəmələrdə
mübahisəni qaldırırlar, sonra hesab edirlər ki,
süründürməçilik var. Bəzən yersiz tələb irəli sürürlər ki, bu iş tez
yekunlaşsın. Bu hal süründürməçilik
kimi qəbul edilə bilməz. Çünki məhkəmə əksər hallarda həmin mübahisəyə
obyektiv münasibət
bildirmək üçün
ən xırda detallara da fikir
verir. Həmin istiqamətdə araşdırma aparır.
Təxirəsalınmaz ekspertizanın təyin
edilməsi, aidiyyatı
üzrə müəyyən
sorğuların verilməsi,
vəkil tərəfindən
verilmiş vəsatətlər
üzrə aparılmış
olan araşdırmaları
həyata keçirmək,
əlavə sübutların
toplanılması müəyyən
vaxt aparır. Bu
istiqamətdə ola bilsin ki, məhkəmə fasilələr versin və işi təxirə salsın. Yeni baxışlar eləsin.
Bu hallar süründürməçilik
kimi qəbul edilə bilməz. Mən hesab edirəm ki, bu gün məhkəmələrdə
kifayət qədər
ağır rejim, yük var. Məhkəmələr
üçün də
maraqlı deyil ki, süründürməçiliyə
yol versin. Çünki işlərin yığılıb
qalması məhkəminin
özü üçün
də əlavə problemdir”.
Şirvan Şəhər Hüquq Məsləhətxanasının müdiri, vəkil Ruslan Mirzəyevlə müsahibə.
- Ruslan müəllim, söhbətimizə
ənənəvi sualımızla
başlayırıq - Şirvan
şəhərində hazırda
vətəndaşlar ən
çox hansı məsələlərlə bağlı
sizə müraciət
edirlər?
- Hazırda ən çox müraciətlər
ailə münaqişəsi
zəminində baş
verən konfliktlərlə
bağlıdır. Nikahın
pozulması, nikahın
pozulmasında ortaya çıxan əmlak mübahihəsələri, aliment təyin edilməsi, mənzildə yaşayış
hüququ, birgə nikah dövründə olan əmlakın tələbi ilə bağlı müraciətlər
daha çoxdur.
Nikahın pozulması ilə bağlı münasibətlərdə
problemlərlə daha
çox üzləşirik. Şivan şəhərində
biz araşdırma apararkən
müəyyən etdik
ki, nikahın pozulmasının əksər
səbəbləri kişinin
- ailə başçısının
narkotik vasitəyə
qurşanmasıdır və
bu səbəbdən ailə münaqişələri
baş verir. Həmin ailə münaqişəsi
zəminində sonrakı
problemlər ortaya çıxır. Bunlar nikahın
pozulması, alimentin təyin edilməsi, mənzillə bağlı
probelmlər, əmlak
və qızıl-zinət
tələbidir. Cinayət qanunvericiliyi
ilə də bağlı vəkillərimizin
hüququ xidmətləri
mövcuddur. Biz bu gün ən
çox narkomaniya ilə əlaqəli cinayətlərlə üzləşirik.
Bunlar narkotik vasitələrin saxlanılması, daşınması,
istifadəsi və satışıdır. Bundan başqa,
xuliqanlıq və oğurluq cinayət işləri ilə bağlı müraciətlər
daha çox olur. Biz müqavilə
əsasında hüquqi
yardım göstəririk.
Cinayətlərlə bağlı qərarla
hüquq məsləhətxanasına
müraciət olunur, vətəndaş həmin
qərara uyğun olaraq dövlət hesabına vəkillə təmin edilir və hüquqi yardım göstərilir.
Yəni konkret cinayət işləri ilə bağlı fəaliyyətimiz
bu istiqamətdə həyata keçirilir.
“Vəkillərin hüquqi yardımına müraciət
edilməsi yaxşı
haldır”
- Vətəndaşın və
ya vətəndaşların
hüquqlarının tapdanması
onların öz hüquqlarını bilməmələri
ilə əlaqədardırmı?
Çünki hazırda cəmiyyətdə
müzakirə predmetinə
çevrilən məsələlərdən
biri də budur.
- Bunlar bir-biri ilə sıx əlaqəlidir. Çünki nə qədər
ki, vətəndaş
hüquqlarını bilmir,
təbii ki, onun hüququ tapdanacaq. Vətəndaşın öz hüququnu
bilməməsi onun hüququnun tapdanması ilə bərabər, həm də həmin problemlərlə
bağlı proseslərin
uzanmasına gətirib
çıxarır.
Hesab edirəm
ki, vəkillərin hüquqi yardımına müraciət edilməsi yaxşı haldır. Çünki olur ki, müdafiə
prosesində, ibtidai istintaq zamanı, istər məhkəmə
istintaqı zamanı,
mülki işlərdə
məhkəmə araşdırması
zamanı elə bir mərhələ olsun ki, vətəndaş
qanunun incəliyini bilməsin. Bu da onun hüququnun
pozulmasına gətirib
çıxara bilər.
Ona görə də vətəndaşın Vəkillər
Kollegiyasının üzvü
olan vəkillərə
müraciət etməsi,
onun üçün böyük əhəmiyyət
kəsb edir.
Bütün hallarda, dövrümüz
elə bir dövrdür ki, insanların söz demək azadlığı
və hüququ var. Bu
cür insanların “demoqoq” adlandırılması
düzgün deyil. Bu nə məntiqə sığışan ifadədir,
nə də qanuna. Mən bunu mənfi
qiymətləndirirəm.
- Bir neçə vəkillə
müsahibəmiz zamanı
onlara qanunlarımızın
dilinin çox qəliz olması ilə bağlı suallar vermişik. Siz bu barədə nə düşünürsünüz?
- Qanunlarımız tərtib
edilərkən bir sıra şərtlərə
əməl edilib. Bu şərtlərdən biri qanunlarımızın
sadə bir dildə tərtib edilməsidir. Qanunların anlaşılan
dildə tərtib edilməsi, bu gün tələb kimi irəli sürülür. Bu baxımdan hesab edirəm ki, qanunlarımızın dili
çox da mürəkkəb deyil.
Hüquqşünas olmayan şəxslərin
hüquqi normaları müəyyən mənada
başa düşməməsi,
anlamaması həmin qanunların qəliz olması ilə bağlı deyil.
“Hər birimiz qanunlara birmənalı olaraq əməl etməliyik”
- Qanunlarımızın
hamısının işləməsinə
nail olmaq üçün
nə etməliyik?
- Bunun üçün ilk növbədə, hər birimiz qanunlara birmənalı olaraq əməl etməliyik. Hər bir vətəndaş, hər bir şəxs
hüquqşünas olub-olmamasından
asılı olmayaq, öz fəaliyyətlərində
qanunun aliliyini gözləməlidir. Qanun çərçivəsindən
kənara çıxmamalıdır.
Əgər çıxılarsa, cinayət qanunvericiliyinin tələbinə uyğun
olaraq məsuliyyətlə
üzləşir.
- Boşanmalarla bağlı
problem Azərbaycanın bütün
bölgələrini əhatə
edir. Bəs Şirvanda bu
sahədə vəziyyət
necədir?
-Acınacaqlıdır. Demək olar
ki, tək-tək günlər olur ki, biz nikahın pozulması ilə bağlı iddia ərizəsinə baxmayaq.
Tək-tək gün olar ki, bizə boşanmalarla
bağlı müraciətlər
olunmasın. Şirvan şəhərində
hüquq məsləhətxanalarına
gündəlik bu problemlə bağlı müraciətlər olur.
“Aliment, qızıl-zinət tələbi
ilə bağlı məsələlər ortaya
çıxır”
- Boşanmalardan sonra ortaya növbəti
problemlər çıxır.
Məsələn, əmlakın
bölüşdürülməsi, uşaqlara aliment verilməsi
və s. Bu barədə
nə deyərdiniz?
- Bu, bir-biri ilə əlaqəli olan tələblərdir. Bəzən
olur ki, nikah pozulandan sonra qadın deyir ki, mənə
əmlak, ev,
aliment lazım deyil. Sadəcə,
uşağı götürüb
gedirəm. Əksər hallarda
nikahın pozulmasından
sonra uşaqla ünsiyət məsələsində,
aliment, qızıl-zinət tələbi ilə bağlı məsələlər
ortaya çıxır.
Bu kimi problemlər
ardıcıl olaraq bir-birini izləyir.
- Vətəndaşlar
düşünürlər ki, vəkilə müraciət etdikdə o
üzləşdikləri problemi
həll edəcək.
Bəs hansı hallarda vəkillər
də aciz qalırlar?
- Mülki işlərdə bəzən olur ki, müdafiəçi müdafiə mövqeyində dayandığı üçün öz mənafeyinə uyğun formada yozum verir. Bəzən məhkəmənin gəldiyi nəticə ilə sona qədər müdafiəçi razılaşmır. Olur belə problemlər. Amma elə hesab edirəm ki, məhkəmələrin bügünkü fəaliyyətlərində çox böyük irəliləyişlər var. Ümumilikdə, məhkəmələrdə obyektivlik istiqamətində irəliyə doğru dəyişiklik var.
“Bəzən yersiz tələb irəli sürürlər”
- Vətəndaş
hüquqpozmaları ən çox
hansı sahələrdə yol verir?
- Oğurluq, xuliqanlıq işləri ilə bağlı cinayətlər daha çox olur. Narkomaniya birinci dərəcəli problemdir. Bu məsələlərin həlli ilə bağlı respublikamızda çox böyük işlər görülür.
Bəzən vətəndaşlar məhkəmələrdə mübahisəni qaldırılar, sonra hesab edirlər ki, sürndürməçilik var. Bəzən yersiz tələb irəli sürürlər ki, bu iş tez yekunlaşsın. Bu hal süründürməçilik kimi qəbul edilə bilməz. Çünki məhkəmə əksər hallarda həmin mübahisəyə obyektiv münasibət bildirmək üçün ən xırda detallara da fikir verir. Həmin istiqamətdə araşdırma aparır. Təxirəsalınmaz ekspertizanın təyin edilməsi, aidiyyatı üzrə müəyyən sorğuların verilməsi, vəkil tərəfindən verilmiş vəsatətlər üzrə aparılmış olan araşdırmaları həyata keçirmək, əlavə sübutların toplanılması müəyyən vaxt aparır. Bu istiqamətdə ola bilsin ki, məhkəmə fasilələr versin və işi təxirə salsın. Yeni baxışlar eləsin. Bu hallar süründürməçilik kimi qəbul edilə bilməz. Mən hesab edirəm ki, bu gün məhkəmələrdə kifayət qədər ağır rejim, yük var. Məhkəmələr üçün də maraqlı deyil ki, süründürməçiliyə yol versin. Çünki işlərin yığılıb qalması məhkəminin özü üçün də əlavə problemdir.
Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyəsi əsasında səhifəni hazırladı: Babək Əsgər
Zaman.-2014.-12 noyabr.-S.13.