Vətəndaş cəmiyyətinin
formalaşmasında icbari təhsilin əhəmiyyəti
Son illərdə
elm və texnikanın
sürətli inkişafı
sivil təhsil sisteminin günün tələblərinə uyğun
şəkildə qurulmasını
qaçılmaz bir zərurət kimi ortaya çıxarmışdır.
Bu baxımdan təhsilin günün tələbləri səviyyəsinə
uyğun şəkildə qurulması hər
bir ölkənin sivil
inkişafını və gələcəyini təmin edilməsində
önəmli rol oynamaqdadır. Təsadüfi deyil ki, sivil inkişafa
və güclü, hüquqi
dövlət quruculuğuna və vətəndaş
cəmiyyətyinin formalaşmasına yolun
məhz təhsilin müasir tələblərə
uyğun şəkildə qurulmasından keçdiyini Heydər Əliyev uzaqgörənliklə
müəyyən etmiş və bu sahəni xüsusi diqqət mərəkzində saxlamışdı.
Azərbaycan xalqının ümumilli lideri Heydər Əliyev təhsilin hər bir dövlətin, ölkənin, cəmiyyətin
həyatının, fəaliyyətinin mühüm
bir sahəsi olduğunu,
vətəndaş cəmiyyətinin formalaşmasında, hüquqi dövlət qurucluğu
prosesində bu amilin mühüm rol
oynadığını və cəmiyyətin təhsilsiz inkişaf edə bilməyəcəyini xüsusi vurğulayıb.
1993-cü ildə xalqın tələbi ilə yenidən Azərbaycanı idarə etməyə başlayan Heydər Əliyev bu müstəvidə də vətəndaş cəmiyyətinin formalaşmasında təhsilin sivil tələblərə uyğun şəkildə inkişaf etdirilməsinin vacibliyinə diqqəti cəlb edərək ölkəmizin gələcəyinin, sivil və hüquqi dövlət quruculuğu prosesinin bu amildən asılı olduğunu müvafiq qurumların rəhbərlərinə xatırlatdı. Bununla bağlı həmin dövrdə Heydər Əliyev: “Biz müstəqil dövlət olaraq özümüzün təhsil sistemimizi istədiyimiz kimi qururuq. İndiyə qədər yaranmış təməlin üzərində Azərbaycan təhsili, məktəbi bundan sonra daha da təkmilləşəcəkdir”.
Azərbaycan dövlətinin təhsilin inkişafını xüsusi diqqət mərkəzində saxlaması nəticəsində qısa müddətdə təhslimizin sivil inkişafı yönündə uğurlu addımlar atıldı. Çünki istər vətəndaş cəmiyyətinin formalaşmasında, istərsə də hüquqi dövlət quruculuğunda təhsilin sivil tələblərə uyğun şəkildə inkişaf etdirilməsi hər bir millətin gələcəyi üçün önəmli, taleyüklü faktorlardan hesab edilir. Bu çərçivədə də son 10 ildə məktəblərin maddi texniki bazasının möhkəmləndirilməsi, qısa müddətdə 2500-dən artıq yeni məktəbin inşa edilməsi və köhnələrin təmiri təhsilimizin sivil tələblərə uyğun şəkildə inkişaf etdirilməsinə, vətəndaş cəmiyyətinin formalaşdırılmasında təhsilin daha geniş rol oynamasına imkan verib.
Nəhayət onu da deyək ki, beynəlxalq səviyyədə aparılan araşdırmalar göstərib ki, tam orta təhsil alan gənclər arasında işsizlik riski də az olur.
Həqiqətən də 12 illik təhsil sisteminə keçilməsi yeni nəslin elmi dünyagörüşünün elmi texniki tərəqqinin son nəticələrinə, vətəndaş cəmiyyətinin formalaşmasına, hüquqi dövlət quruculuğu prosesinə uyğun hərtərəfli kadrlar kimi yetişməsinə yardım edəcək. Bunun da öz növbəsində yetişməkdə olan gənc nəslin həyati bacarıqlara malik hərtərəfli şəxsiyyət və qanunların aliliyi ruhunda tərbiyə olunmasında, əsl vətəndaş kimi formalaşmasında mühüm rol oynayacağı şübhə doğurmur. Bunu Qərbin və ABŞ-ın məhz təhsil sahəsində aparılan islahatalar nəticəsində demokratik, sivil dövlət quruculuğu sahəsində əldə etdiyi böyük təcrübə də sübut etməkdədir.
Qərb sivil dövlət quruculuğuna təhsildə islahatlarla nail oldu
İkinci Dünya müharibəsindən dərhal sonra sivil, hüquqi dövlət quruculuğunun və insan haqqlarının ən yüksək səviyyədə müdafiə olunması təhsil sahəsində yeni islahatların ortaya çıxarılmasını qaçılmaz zərurət kimi ortaya çıxardı. Çünki beynəlxalq aləmdə yeni siyasi vəziyyətin yaranması, elmi-texniki tərəqqinin sürətlə inkişaf etməsi buna hazır olan yeni nəsil yetişdirilməsini tələb edirdi. Sivil və hüquqi dövlət quruculuğu, müasir vətəndaş cəmiyyətinin formalaşdırılması prosesində isə orta məktəblərin həlledici rol oynadığını nəzərə alan Qərbin aparıcı dövlətləri isə təhsil sahəsində ciddi islahatlara başladılar. Nəticədə həm Avropanın, həm də Asiyanın inkişaf etmiş ölkələrində orta təhsil sistemində sıçrayışla inkişaf başladı. Doğrudur, tarixən ABŞ-da orta təhsilin inkişafı Avropa və Asiya ölkələrilə müqayisdə ən azı yarım əsr erkən başlanmışdı. Orta təhsilin hamı üçün əlçatan olması, təhsilin bu pilləsinin dövlət tərəfindən maliyyələidirilməsi, maliyyə cəhətdən müstəqil məktəb dairələrinin mövcudluğu, məktəblər və məktəb fondları üzərində ictimai nəzarətin təmin olunması öz növbəsində insan haqlarına hörmət edən vətəndaş cəmiyyətinin formalaşmasına gətirib çıxardı. Bu da ABŞ-ın sivil, hüquqi dövlət qurucluğu prosesində, elmi texniki inkişaf sahəsində digər ölkələri xeyli qabaqlamasında, onun dünyanın demokratik dövlətinə çevrilməsində önəmli rol oynadı. Bir sözlə təhsil sahəsində həyata keçirilən islahatlar ABŞ-ı dünyanın sivil, inkişaf etmiş demokratik ölkəsinə çevirdi. Vətəndaş cəmiyyətinin formalaşmasında, sivil, demokratik inkişafda təhsilin önəm daşımasını, ibtidai və orta təhsilin hamı üçün əlçatan, pulsuz və icbari olmasıninn xüsusi əhəmiyyət daşıdığını isə ABŞ-la müqayisədə Avropada xeyli sonralar anladılar. Halbuki hələ ötən əsrin 40-cı illərində ABŞ təhsil sivil və hüquqi dövlət quruculuğu sisteminin əsas üstünlüklərindən biri kimi ictimai həyatın tərkib hissəsinə çevrilmişdi. ABŞ-la müqayisdə təxminən 35-40 il sonra isə Avropa bu sahədə geri qaldığını anlayaraq sivil dövlət quruculuğunun əsasını təşkil edən təhsil sahəsində yeni islahatlara başladı. Artıq 1945-ci ildə Fransa, İspaniya və İrlandiyada məktəb yaşlı uşaqların kiçik bir hissəsi də olsa pulsuz orta təhsil ala bilirdilər. Lakin həmin dövrdə təhsilin səviyyəsinə görə hətta Avropanın ən qabaqcıl ölkələri sayılan Böyük Britaniya və İsveçdə belə orta təhsillə əhatə səviyyəsi 50 faizi ötmürdü. Məhz XX əsrin 40-cı illərində Avropanın siyasi elitası insan kapitalının inkişafında, hüquqi və demokratik dövlət qurucluğu sahəsində ABŞ-a böyük hesabla uduzduqlarını hiss etməyə başladılar. Bunun təhsil sahəsində geri qalmaqdan qaynaqlandığı qənaətinə gələn Avropa ölkələrinin orta təhsilin inkişafı istiqamətində göstərilən səyləri yalnız ötən əsrin 80-ci illərində öz bəhrəsini verdi. Bu dövrdə artıq ABŞ və Avropanın orta təhsil sisteminin və buna paralel olaraq sivil, demokratik dövlət quruculuğu sahəsində həyata keçirlən islahatlar öz nəticəsini verməyə başlamışdı. Nəticədə insan haqlarının müdafiəsinin ən yüksək səviyyədə təmini, sivil və hüquqi vətəndaş cəmiyyətinin formalaşdırılması sahəsində ABŞ-la Avropa arasındakı gerilik müəyyən qədər aradan qaldırıldı.
Avropa ölkələrində həyata keçirilən radikal islahatlar nəticəsində özəl orta məktəblər də ictimai təhsil sisteminin tərkib hissəsinə çevrilməyə, onlar ictimai təhsil fondlarından maliyyə almağa və beləlikllə vətəndaş cəmiyyətinin formalşadırlmasında önəmli rol oynamağa başladılar. Eyni sözləri Asiyanın inkişaf etmiş bir sıra ölkələri, o cümlədən Yaponiya, Koreya və Tayvan haqqında da demək olar. Adı çəkilən hər üç ölkədə də vətəndaş cəmiyyətinin formalaşmasına, demokratik dövlət quruculuğuna yeni töhfələr verəcək gənc nəslin məktəb partası arxasından yetişdirilməsinə və bu çərçivədə də orta təhsilin inkişafı ilə bağlı islahatlara ötən əsrin 40-cı illərinin ortalarında start verilmişdi. Bu gün isə artıq inkişaf etmiş ölkələrdə orta təhsil sistemi özünün ən yüksək inkişafı mərhələsindədir. Hazırda ABŞ, Fransa, Kanada, İspaniya, İsveç, İsveçrə, Avstraliya, Çin, Hindisatn və Yaponiya kimi ölkələr də daxil olmaqla dünya ölkələrinin 80%-də 12 illik orta təhsil sistemi mövcuddur.
Hətta Afrikanın fransız modelli orta təhsil sisteminə malik bir sıra ölkələrində belə şagirdlər 12 il orta təhsil almaq imkanına malikdirlər. Çünk, bunu sivil, demokratik, hüquqi dövlət quruculuğu prosesi və vətəndaş cəmiyyətinin müasir tələblərə uyğun şəkşldə formalaşdırılması tələb edir. Qeyd edək ki, SSRİ dağılandan sonra isə postsovet məkanı ölkələrində təhsil sahəsində Qərb təcrübəsindən istifadə edilməyə başladı. Bu çərçivədə də keçmiş ittifaq respublikları arasında Gürcüstan, Ukrayna, Özbəkistan, Qazaxıstan və Moldova 12 illik orta təhsilə keçib. Bu sahədə bəzi ölkələr isə 12 illlik təhsildən 13 illik təhsilə keçiblər. Məsələn, Böyük Britaniya, Almaniya, Niderland və İtaliyada ümumi təhsil 13 il davam edir.
Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyəsi əsasında səhifəni hazırladı: Əziz Mustafa