Vətəndaş cəmiyyətinin formalaşmasında icbari təhsilin əhəmiyyəti (2)

 

Əvvəli ötən sayımızda

 

Elmi-texniki tərəqqi dövründə sivil hüquqi dövlət quruculuğuna nail olunması, müasir dünya görüşünə malik olan vətəndaş cəmiyyətinin formalaşdırılması təhsilin durmadan inkişaf etdirilməsi müntəzəm olaraq bu sahədə müvafiq islahatların həyata keçirilməsini tələb edir. Bu müstəvidə dünyanın əksər aparıcı ölkələri hazırda 12 illik təhsil sistemindən istifadə edirlər. 12 illik təhsilin isə özünəməxsus üstünlüklərə malik olduğu vətəndaş cəmiyyətinin formalaşmasında, hüquqi dövlət quruculuğu prosesində önəmli faktora çevrildiyini dünya təcrübəsi artıq sübut edib.

 

Təbii ki, təhsilin durmadan inkişaf etməsi dünyanın sivil olkələrində 12 illik təhsilin tətbiqi Azərbaycanda bu sahədə dünya təcrübəsindən uğurla istifadə edilməsini günümüzün əsas vəzifələrindən birinə çevirib. Bu müstəvidə Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən 2013-cü il oktyabr ayının 24-də təsdiqlənən Azərbaycan Respublikasında Təhsilin İnkişafı üzrə Dövlət Strategiyasında təhsilimizin sivil inkişafının əsas aparıcı istiqamətləri müəyyən edilmişdir.

 

Həmin Dövlət Strategiyasına əsasən, Azərbaycanda 12 illik ümumi təhsilə keçid strateji hədəf kimi müəyyənləşdirilib. Strategiyada qarşıya qoyulan əsas hədəflərdən biri 10 illik icbari ümumi orta təhsil 2 illik tam orta təhsil modelinə mərhələli şəkildə keçidi təmin etməklə, 12 illik ümumi təhsil sisteminin yaradılmasıdır. Təbii ki, 12 illik ümumi təhsilə keçidi zəruri edən şərtlərdən biri məhz vətəndaş cəmiyyətinin formalaşmasında hüquqi dövlət quruculuğu prosesində bu amilin oynadığı önəmli rolla əlaqədardır

 

Qeyd edək ki, 2013-cü il oktyabr ayının 24-də təsdiqlənən Azərbaycan Respublikasında Təhsilin İnkişafı üzrə Dövlət Strategiyası təhsil nazirliyinin qarşısına yeni vəzifələrin həll edilməsini qoyub. Bununla bağlı məsələyə münasibət bildirən Təhsil naziri Mikayıl Cabbarov strategiyanı təhsil tarixi üçün əlamətdar hadisə hesab etdiyini bildirərək sənəddə 5 əsas istiqamətin müəyyənləşdirildiyini deyib: “Birincisi, təhsilin peşəkar inkişafına, maddi rifahına yönəlmiş addımlar nədən ibarət olmalıdır, ikincisi, təhsilin məzmunu, yəni biz nəyi öyrədirik, üçüncüsü, təhsil sisteminin idarəolunmasında hansı dəyişikliklər edilməlidir, dördüncüsü, təhsil sisteminin infrastrukturu, beşincisi, strategiyada nəzərdə tutulan addımların həyata keçirilməsi üçün lazım olan resurslar nəzərdə tutulub. Sənəd çox əhatəlidir. Strategiyanın həyata keçirilməsi üçün fəaliyyət planı hazırlanacaq. Fəaliyyət planında tədbirlərin icra müddətləri müəyyənləşəcək”.

 

Bütün bu göstərilənlərin həyata keçirilməsi isə Azərbaycanda sivil hüquqi dövlət quruculuğu prosesinə öz töhfəsini verərək vətəndaş cəmiyyətinin formalaşması istiqamətində irəliyə doğru atılan daha bir addım olacaq.

 

Buna paralel olaraq yeni strategiyaya uyğun şəkildə Azərbaycanda təhsilin sivil dünya ölkələrində olduğu kimi 10 illik icbari ümumi orta təhsil 2 illik tam orta təhsil modelinə mərhələli şəkildə keçidi təmin etməklə, 12 illik ümumi təhsil sisteminin yaradılması vacib məsələlərdən biridir.

 

12 illik təhsil sisteminə keçid Azərbaycanın tanınmış pedaqoqları tərəfindən məmnunluqla qarşılanır. Məsələyə münasibət bildirən pedaqoji elmlər doktoru, professor, Azərbaycan Təhsil Nazirliyi nəzdində pedaqogika psixologiya elmləri üzrə Elmi-metodiki şuranın sədri, Azərbaycan Respublikası Ali Attestasiya Komissiyasında pedaqogika psixologiya elmləri üzrə ekspert komissiyası sədrinin müavini Əjdər Ağayevin sözlərinə görə 12 illik təhsilə keçid şagirdlərin biliklərə daha yüksək səviyyədə yiyələnməsinə onların vətəndaş cəmiyyətinin formalaşması prosesində daha hazırlıqlı şəkildə iştirak etməsinə imkan verəcək. Əjdər Ağayev: “12 illik təhsilə keçid Azərbaycanda təhsilin daha da inkişaf etməsinə, savadlı sivil biliklərə yiyələnən bunu  praktikada uğurla tətbiq etməyi bacaran savadlı kadrların hazırlanmasına təkan verəcək”,-deyir.

 

Azərbaycan Respublikası Beynəlxalq Təhsil Mərkəzinin müşaviri Nazim Əkbərov da 12 illik təhsilə keçidin şagirdlərin dərs yükünün azaldılmasına onların dərsləri daha dərindən mənimsəməsinə imkan verəcəyini demokratik, hüquqi dövlət quruculuğunda önəmli rol oynayacağını xüsusi qeyd etdi: “Dünyanın aparıcı ölklərinin təcrübəsindən istifadə etməklə 12 illik təhsil sisteminin tətbiqi Azərbaycanın sivil inkişafında yeni mərhələ açaraq güclü qidrətli dövlət quruculuğuna önəmli töhfələrdən birini verəcək”,-dedi.

 

12 illik təhsilə keçid mərhələli şəkildə

 

aparılmalıdır

 

12 ıllik təhsilə keçid təbii kıbu sahdə dünya təcrübəsinin dərindən öyrənilməsini vətəndaş cəmiyyətinin formalaşdırılmasında oynadığı rola tam şəkildə aydınlıq gətirilməsini tələb edir. Təbii ki, sivil dövlət quruculuğunda önəmli rol oynayan bu təcrübədən istifadə edilərkən respublikamıza xas olan yerli milli xüsusiyyətlər nəzərə alinmalidir. Eyni zamanda 12 illik təhsilə keçid zamanı həm vaxti ilə bizdə mövcud olmuş təhsilin müsbət tərəflərindən sivil təhsilin tələblərinə uyğun şəkildə istifadə etmək daha məqsədəuyğun ola bilər. Bu məsələdə tələsmək olmaz. 12 illik təhsilə keçidlə bağlı dünya təcrübəsi demokratik , hüquqi dövlət quruculuğunda bu amilin önəm daşıdığını bir daha sübut edir.  Bununla belə məsələyə münasibət bildirən professor Əjdər Ağayev 12 illik təhsilə keçidin mərhələli şəkildə aparılmasının vacibliyini xüsusi vurğulayıb. Onun sözlərinə görə 12 illik təhsilə tədricən keçilməsi bu prosesi uğurla həyata keçirməyə dövlətə lazım olan beynəlxalq təcrübəyə möhkəm yiyələnən yüksək səviyyəli idarəetmə kadrlarının hazırlanmasına imkan verəcək.

 

12 illik təhsilə keçilməsi ilə bağlı dünyanın inkişaf etmiş əksər ölkələrində iki pilləli ya üçpilləli sistemdən istifadə edilir. Çünki bunu vətəndaş cəmiyyətinin formalaşdırılmasında yardım edəcək sivil dünya görüşüğnə malik gənclərin hazırlanmasıb tələb edir. İkipilləli sistemdə birinci pillə 8, 9 ya 10 il, sonuncu pillə isə 2 ya 3 ildən ibarət olur. 3 pilləli sistemdə isə ibtidai təhsil 5, orta təhsil 4, tam orta təhsil isə 3 il ( 5+4+3) olur. Bəzi ölkələrdə isə 6+3+3 sistemi fəaliyyət göstərir. Bu sistemdə gələcəkdə demokratik dövlət quruculuğunda fəal iştirak edəcək gənclərə müvafiq hüquqi, elmi texniki biliklər aşılanır.Təbii ki Azərbaycanda da bu məsələ xüsusi önəm daşıyan məsələlərdən biridir. Pilləli təhsil sisteminin tətbiqinin şagirdlərin biliklərə daha dərindən yiyəlnməsinə yol açacağını nəzərə alaraq mütəxəssislərin əksəriyyətinin fikrincə ibtidai, ümumi orta tam orta təhsil səviyyələri üzrə 5-5-2 modelində qurulması məqsədəuyğun olar.

 

Bir sözlə 12 illik təhsil sisteminin özünəməxsus üstünlüklərinin olması ona keçidin müasir elimi biliklərə yiyələnən, sivil dünya görüşünə malik olan hərtərəfli şəxsiyyətlərin yetişdirilməsində mühüm rol oynayacağı inkar edilməz faktlardandır.

 

Onu da deyək ki, inkişaf etmiş demokratik, hüquqi ölkələrdə orta təhsilin pillələri bir-birindən ayrı şəkildə həyata keçirilir. Həm də bu ayrılıq özünü təkcə idarəetmə və maliyyələşmənin əlahiddəliyində deyil, eyni zamanda tədrisin tamamilə fərqli məkanlarda reallaşdırılmasında göstərir. Onlar fərqli adlarla təsnifləidirilirlər. Məsələn, Fransada  yetişməkdə olan nəslin demokratik dövlət quruculuğu prosesinə və vətəndaş cəmiyyətinin formalaşdırılmasına öz töhfəsini verməsini təmin etmək məqsədi ilə orta təhsilin ilk pilləsi iki hissəyə bölünür: kiçik orta məktəblər: kolleclər, böyük orta məktəblər: liseygimnazyalar, sonuncu mərhələ isə yuxarı orta təhsil mərhələsi (upper secondary education) adlandırılır.

 

Ardı növbəti sayımızda

 

Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyəsi əsasında səhifəni hazırladı:Əziz Mustafa  

 

Zaman.-2014.-15 noyabr.-S.13.