Vətəndaş cəmiyyətinin
formalaşmasında icbari təhsilin əhəmiyyəti
(3)
Əvvəli ötən sayımızda
Təhsilin hansı yaşdan başladılmasına
gəlincə bu da müxtəlif ölkələrdə fərqlidir. Çünki bu
hər bir dövlətin sivil və demokratik, elmi-texniki inkişafa necə nail olması əsasında həll edilir. Belə ki, dünyada orta təhsilə başlamaq üçün
orta yaş 5-6 yaş arasında olsa da, Hollandiyada
bu 3 yaş, Monqolustanda 8 yaşdır.
1960-95-ci illərdə 100 ölkədə
aparılan davamlı tədqiqatlar göstərib
ki, iqtisadiyyatda əmək məhsuldarlığının
yüksəlməsi və
iqtisadi artım, qabaqcıl texnologiyaların
tətbiqi, sivil, hüquqi dövlət quruculuğu prosesini uğurla həyata keçirmək bilavasitə
orta təhsildən, konkret ölkədə insanların orta təhsilə sərf etdikləri orta zaman müddətindən asılıdır.
İxtisaslaşma vacibdir
Nəhayət dünya təcrübəsi
də gösərir ki, 12 illik təhsil
sisteminin son mərhələsində
ixtisaslaşmanın aparılması
şagirdlərin biliklərə
daha yüksək səviyyədə yiyələnməsinə,
onların cəmiyyətə
uğurla inteqrasiyasına,
hüquqi və elmi-texniki bilikləri daha dərindən mənimsəməsinə imkan
verir. Bu da
hər bir dövlətin sivil, elmi texniki və
hüquqi, demokratik inkişafına yol açır. Məsələn, ixtisaslaşma ABŞ-da qismən, Böyük Britaniyada, Kanadada, həmçinin bir-sıra
Asiya ölkələrində
tam şəkildə konkret
fənlər və ya fənn qrupları
üzrə aparılıb.
Fransa və Belçikada şagirdlərin ixtisaslaşmasi
humanitar, sosial elmlər, təbiət-texniki
elmlər, texnoloji istiqamətlər üzrə
aparılıb. Almaniya və
İsveçdə isə
ixtisaslaşma zamani şagirdlərin seçdikləri
ixtisas nəzərə
alınıb. Bu da yetişməkdə olan nəsildən gələcəkdə müxtəlif
sahələrdə, o cümlədən
sivil inkişafın aynası hesab edilən hüquqi dövlət quruculuğunda
uğurla istifadə etməyə yardım edəcək.
Bu müstəvidə də dünyanın aparıcı
ölkələrində ixtisaslaşmanın
üç istiqaməti
mövcuddur:
1. Konkret fənlər və ya fənn
qruplar üzrə ixtisaslaşma (Böyük
Britaniyada, qismən
ABŞ və Kanadada, həmçinin bir sıra Asiya ölkələrində);
2. Şagirdlərin “humanitar”,
“sosial elmlər”, “təbiət-texniki elmlər”,
“texnoloji” istiqamətlər
üzrə ixtisaslaşma
(Fransa, Belçika);
3. Şagirdlərin seçdikləri
gələcək peşəyə
uyğun ixtisaslaşma
(Almaniya və İsveç).
Şagirdlərin konkret fənlərə
daha dərindən yiyələnmələri sonrakı
mərhələdə
onların daha yüksək səviyyəli
kadr kimi hazırlanmasına imkan verəcək
Bununla bağlı Əjdər Ağayevin sözlərinə
görə, 12 illik təhsilin son mərhələsinə
daha yüksək səviyədə biliklərə
yiyələnən şagirdlərin
oxuması dana
məqsədəuyğundur. O nisbətən aşağı
səviyyədə oxuyan
şagirdlərin texniki
peşə hazırlılqarı
məktblərində oxumasını
və oranı başa vuraraq həyata ixtsaslı kadrlar kimi atılmasının
ölkəmizin sivil inkişafına yardım edəcəyini düşünür.
Eyni zamanda Əjdər Ağayev peşə məkətblərini
uğurla başa vuranlara da ali təhsil alınmasına şərait
yaradılmasını vacib
və önəmli məsələlərdən hesab
edir. Təcrübəli pedaqoq alim belə hesab edir ki, son mərhələdə
ixtisaslaşmanın aparılması
konkret sahələr üzrə elmi-texniki, sivil, demokratik dövlət quruculuğunu
uğurla həyata keçirəcək kadrlar
hazırlamağa imkan
verəcək.
Qeyd edək
ki, sivil dünya təcrübəsində
bu təhsil səviyyəsində ümumi
sayı 8-i və ya 10-u keçməməklə
humanitar, texniki və təbiət təmayüllü fənlərin
tədrisi nəzərdə
tutulur. Bu fənlərdən
4-6-sı əsas ixtisas,
1-2-si xarici dil və 2-si isə məcburi qaydada ümumifiziki və estetik inkişafı təmin edən idman və incəsənət
fənlərini əhatə
edir. Məsələn, ixtisaslaşma ABŞ-da qismən Böyük Britaniyada, Kanadada, həmçinin bir sıra Asiya
ölkələrində isə
tam şəkildə konkret
fənlər və ya fən qrupları
üzrə aparılıb.
Fransa və Belçikada şagirdlərin ixtisaslaşmasi
humanitar, sosial elmlər, təbiət-texniki
elmlər, texnoloji istiqamətlər üzrə
aparılıb. Almaniya və
İsveçdə isə
ixtisaslaşma zamanı
şagirdlərin seçdikləri
ixtisas nəzərə
alınıb.
Məsələnin bu tərəfinə diqqəti cəlb edən Nazim Əkbərov 12 illlik orta təhsilin son mərhələsində aparılan
ixtisaslaşmanın şagirdlərin
konkret fənlərə
daha dərindən yiyələnmələrinə və bunun sonrakı
mərhələdə onların
daha yüksək səviyyəli kadr kimi hazırlanmasına imkan verəcəyini və onların vətəndaş cəmiyyətinin
formalaşadırılmasında uğurla iştirak edəcəklərini bildirib.
Beləliklə, dünya təcrübəsi
əsasında 12 illik
tam orta təhsilə keçidin uğurla təmin edilməsi Azərbaycanın sürətli
inkişafına təkan
verərək güclü,
qüdrətli və demokratik dövlət quruculuğunda əsas amillərdən birinə çevriləcək.
Onu da deyək ki, inkişaf etməkdə olan ölkələrdə
gənclər keyfiyyətli
təhsilə, zəruri
bilik və bacarıqlara yiyələnməklə
öz ölkələrində
daha yüksək həyat səviyyəsi qazanmaq və hüquqi dövlət quruculuğu prosesində daha fəal iştirak etmək istəyirlər. Hazırda həm sivil
idarəetməni uğurla
həyata keçirəcə
savadlı kadrlara, həm də iqtisadiyyatın müxtəlif
sahələrində ixtisaslı
işçi qüvvəsinə
tələbat artmaqda davam edir. Artan tələbatı təmin
etməyə yol isə məktəblərdə
sivil biliklərə malik gənclərin hazırlanmasından keçir.
Bir sözlə,
keyfiyyətli orta təhsil güclü, qüdrətli, sivil hüquq normaları əsasında idarəetmənin,
demokratik dövlət
quruculuğunun həyata
keçirilməsində önəmli
rol oynamaqda davam edir. Bu müstəvidə də mənəvi-əxlaqi dəyərləri
üstün tutan vətəndaşlar olmadan
heç bir ölkə demokratik dövlətə çevrilə
bilməz. Necə deyərlər
orta təhsil uşaq və yeniyetmələrin fəal
vətəndaşa çevrilməsini
təmin edən mexanizmdir. Nəhayət,
istənilən ölkədə
təhsilin başlıca
məqsədi gəncləri
fəal vətəndaşa
çevirməkdən və
onları dünyanın
ehtiyac duyulan istənilən nöqtəsində
əmək bazarında
iş tapmaq imkanı olan mütəxəssis kimi hazırlamaqdan ibarətdir.
12 illlik təhsilə keçiddə müəllim
amili
Təbii
ki, 12 illik təhsilə keçid və
qarşıya qoyulan vəzifələrin uğurla
həyata keçirilməsi
həm də yüksək səviyyəli
müəllim pedaqoqlardan
önəmli dərəcədə
asılıdır. Çünki müəllimlər gələcəyin
yüksək səviyyəli
mütəxəssilərini, dövləti idarəedən
müasir dünyagörüşlü
kadrları hazırlayırlar.
Ona görə də 12 illik təhsilə uğurlu keçidi saxlayacaq müəllimlərin
hazırlanması, təkmillləşdirilməsi
onların müntəzəm
olaraq ixtisasartırma kurslarına göndərilməsi
vacibdir.
Yəni 12 illik təhsilə
keçidə hazırlıq
bütün vacib sahələr üzrə paralel, bir-birləri ilə sıx əlaqəli şəkildə
aparılmalıdır.
Müəllimlərin gələcəkdə ölkənin sivil inkişafını təmin edəcək yüksək səviyyəli mütəxəssislərin, sivil idarəetmə kadrların hazırlanmasında əvəzsiz xidmətlərini nəzərə alaraq əksər ölkələrdə pedaqoqların statusu və onların maddi təminatı dövlət siyasətinin mühüm istiqamətlərindən biri hesab olunur. Bu çərçivədə də Fransa, Portuqaliya, Yunanıstan, İspaniya kimi ölkələrdə müəllimlər dövlət qulluqçusu statusuna malikdirlər.
Məsələn, Yaponiya
dünyanın yeganə ölkəsidir ki,
orta məktəb müəllimlərinin əmək
haqqı yerli idarəetmə
orqanlarında çalışan məmurların məvacibindən
yüksəkdir. Bu ölkədə məktəb
müəllimlərinin əmək haqqı ölkə üzrə
orta aylıq əmək haqqından 2,4 dəfə
yüksəkdir. Cənubi Koreyada da müəllimlərin məvacibi iqtisadiyyat üzrə orta maaş göstəricisindən 2,5 dəfə
çoxdur. Norveçdə məktəb
müəlliminin maaşı nazirin məvacibindən
cəmi 2 dəfə azdır. İndi inkişaf etmiş ölkələrdə
müəllimlərin aylıq əmək haqqı 3 min dollardan az
deyil. Məsələn, Niderlandda
pedaqoqlar 5-5,5 min dollar,
ABŞ-da isə 4-4,5
min dollar qazana bilirlər.
Bütün bunlar isə
müəllimlərin hər
bir ölkənin elmi-texniki, sivil, demokratik inkişafında,
vətəndaş cəmiyyətinin
formalaşdırılmasında oynadığı əvəzsiz
xidmətə verilən
yüksək qiyməti
göstərir. Belələkilə 12 illik təhsilə keçidin uğurla həlli cəmiyyətin bütün sahələrində
yeni canlanmaya səbəb olaraq, yüksək səviyyəli
mütəxəssislərin, sivil, hüquqi, demokratik dövlət quruculuğunu müvəfəqiyyətlə
həyata keçirəcək
kadrların hazırlanmasına,
onların vətəndaş
cəmiyyətinin formalaşdırılmasında
fəal iştirak etməsinə imkan verəcək.
Azərbaycan Respublikasının Prezidenti
yanında Kütləvi
İnformasiya Vasitələrinin
İnkişafına Dövlət
Dəstəyi Fondunun maliyyəsi əsasında
səhifəni hazırladı:
Əziz Mustafa
Zaman.-2014.-18 noyabr.-S.13.