Gədəbəydə II Beynəlxalq
Aşıq Festivalı keçirilib
Gədəbəy Rayon Aşıq
Musiqi Məktəbində
Mədəniyyət və
Turizm Nazirliyi Azərbaycan Aşıqlar
Birliyi ilə birlikdə II Beynəlxalq Aşıq Festivalı keçirib.
Festivalda
Türkiyə, İran,
Gürcüstan, Özbəkistan,
Qırğızıstan, Qazaxıstan,
Türkmənistan, Rusiya
Federasiyası, Azərbaycanın
bütün bölgələrindən
aşıqlar və Azərbaycanın görkəmli
ziyalısı - professor Qəzənfər
Paşayev, Mədəniyyət
və Turizm Nazirliyinin Mədəniyyət
siyasəti şöbəsinin
müdiri Fikrət Babayev iştirak ediblər. Tədbiri Rayon İcra Hakimiyyətinin
başçısı Ramiz
Yediyarov açıb və festival münasibətilə
qonaqları təbrik edib. O, çıxışında
Prezident İlham Əliyev və onun xanımı - YUNESKO və İSESKO-nun xoşməramlı
səfiri, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın Azərbaycan
mədəniyyətinin, incəsənətinin
adət-ənənələrinin inkişafında, qorunub saxlanılmasında gördükləri
işləri, verdikləri
töhfələri xüsusi
vurğulayıb. Sonra professor Qəzənfər
Paşayev çıxış
edərək, festivalın
təşkil edilməsində
əməyi olan hər kəsə öz təşəkkürünü
bildirib. Daha sonra
festival Azərbaycan və
digər ölkələrdən
olan aşıqların
ifaları ilə davam etdirilib.
Vüqar Nəbiyev, Gədəbəy
Zaman.-2014.-18 noyabr.-S.7.