Kürdəmirdə “İlin
rayonu” mükafatının təqdimatı
keçirildi
Kürdəmir rayonunun Gənclər Evində
Rayon İcra Hakimiyyətinin
və Azərbaycan-Slavyan
Gəncləri Assosiasiyasının
təşkilatçılığı ilə “Milli dirçəlişin banisi
- Heydər Əliyev” mövzusunda konfrans və “İlin rayonu” mükafatının
təqdimat mərasimi
keçirilib.
Konfransda Kürdəmir Rayon İcra Hakimiyyətinin
başçısı Ceyhun Cəfərov
çıxış edərək, ulu
öndər Heydər Əliyevin fəaliyyəti haqqında geniş tarixi
arayış verdi. Daha sonra
Azərbaycan-Slavyan Gəncləri Assosiasiyası İctimai Birliyinin təsisçisi
və sədri Səbuhi Abbasov
çıxış edərək, ulu
öndər Heydər Əliyevin ikinci dəfə
hakimiyyətə qayıdışının Azərbaycan gəncliyinin
həyatında yeni bir
səhifə açdığını dedi:
“Bu qayıdış Azərbaycan
xalqını xaosdan xilas
etdi. Ulu öndərin
həyata keçirdiyi islahatlardan
ən vacibi Gənclər
Proqramının hazırlanması və tətbiqi oldu. Bu, gəncliyimizin gələcəyinin
xilası idi”. S. Abbasov
Heydər Əliyev Fondunun prezidenti
Mehriban xanım Əliyevanın təşəbbüsü
ilə həyata keçirilən layihələrin tək Azərbaycanda
deyil, bütün dünya miqyasını əhatə etdiyini söylədi. Səbuhi Abbasov
keçirilən sorğu əsasında
Kürdəmirin “İlin rayonu”
seçildiyini dedi və
bu münasibətlə təbriklərini
çatdırdı: “Bu sorğunun
keçirilməsində əsas məqsəd Qeyri-
hökumət təşkilatları ilə dövlət təşkilatları
arasında münasibətlərin daha da yaxşılaşdırılmasından ibarətdir.
Fürsətdən istifadə edib Kürdəmir
Rayon İcra Hakimiyyətinin
başçısını və rayon
ictimaiyyətini təşkilatımız adından təbrik edirik. Kürdəmir rayonunun
QHT-lərə, bütövlükdə Vətəndaş Cəmiyyətinə
münasibəti olduqca təqdirəlayiqdir”.
Daha sonra rayon fəal gəncləri - Elnur
Məmmədli, Xəyalə Veyisova, Məhəmməd
Heydərli çıxış etdilər. Sonda
bir qrup kürdəmirli
gənc Azərbaycan-Slavyan Gəncləri Assosiasiyası tərəfindən
sertifikatla təltif olundu.
Pərviz Əli
Zaman.-2014.-18 noyabr.-S.7.