Beynəlxalq hüquq
sistemində insan hüquqları və Ombudsman aparatının mövqeyi
“İnsan haqları
çox hallarda bütün insanların eyni haqqa malik
olması
ideyasına uyğun olaraq aşağıdakı
kimi ifadə olunur: İnsan hüquqları müxtəlif təsnifat sistemlərinə tabedir. Əsas təsnifatlardan
biri, bunları bir tərəfdən mülki və siyasi, digər tərəfdən isə iqtisadi, sosial və mədəni hüquqlara bölməkdir.
80-ci illərdə bunlara 3-cü nəsil adlanan hüquqlar da əlavə olunub, bunlara da həmrəylik hüquqları da deyilir”.
Bəşəriyyət yarandığı
gündən bu və ya digər
formada insan hüquq və öhdəlikləri barədə
tədricən haqq və hüquqların qorunması barədə mərhələli formada hüquqi xətt formalaşmağa başlamışdır. Qeyd olunduğu kimi, hansısa maraqları, hüquqları
müəyyənləşdirməkdən
ötrü yaranmış
müharibələr və
bu müharibənin sonunda bağlanmış müqavilələr, götürülmüş
öhdəliklər insan
hüquqları sahəsində
inkişafı zərurləşdirib.
Sadəcə yazıya köçürülən
bu hüquqlar beynəlxalq hüquq sistemində geniş bir mövzunu əhatə etməyə başladı. Beləliklə ilk dəfə olaraq insan haqları mövzusuna Fransada 1789-cu ildə qəbul edilmiş “İnsan və vətəndaş haqqları haqqında deklarasiya”da rast gəlinir. Baxmayaraq ki, buna qədər
insan haqlarının tanınması uzun inkişaf yolu keçmişdir. Onun inkişaf
yolunda İngiltərə
və Amerikada bu sahədə məlum olan xartiyalar var idi.
XX əsrdə insan
hüqüqları sahəsində
əsas sənəd
10 dekabr 1948-ci ildə
BMT tərəfindən qəbul
olunmuş “İnsan hüqüqları haqqında
ümumi deklarasiya” olmuşdur. 1950-ci ildən
başlayaraq 10 dekabr insan hüquqları günü kimi qeyd edilir.
1966-cı ildə BMT-nin
başçılığı altında “Vətəndaşlıq
və siyasi hüqüqlar haqqında beynəlxalq pakt” və “iqtisadi, sosial və mədəni hüqülar
haqqında pakt” qəbul edilmişdir. Avropada insan
hüqülarının və
azadlığın qorunması
üçün Avropa
Konvensiyası mövcuddur.
Bu konvensiyanın beynəlxalq müqavilələrdən
fərqi ondadır ki, Avropada real işləmə mexanizminə
malik insan haqlarını qoruyan Avropa məhkəməsi fəaliyyət göstərir.
***
İnsan haqları - Humanizm və Maarifçilik Dövründə insanların
təbii və dərrakədən irəli
gələn subyektiv hüqüqlarını təsvir
edir. İnsan haqlarının əsas
konsepti ondan ibarətdir ki, bütün insanlar insan olmalarına görə hamısı eyni hüqüqa malik olmalıdırlar və bu hüqüqlar
izahata ehtiyac duyulmadan hamiya aid edilir.
İnsan hüquqları institutu, məzmun etibarilə müxtəlif, eyni statusa sahib olmayan hüquqları tədqiq edir və qoruyur. Lakin, mülkiyyət
hüququ təbii və əsaslı hüquq olduğu halda, konkret bir həyat tərzi ətrafında birləşməyi təmin
edən həmrəylik
(solidarity) hüquqlarının mahiyyəti belə tam aydınlığa qovuşmayıb.
Habelə insan hüquqları
institutu, mənbə etibarilə, beynəlxalq sənədlərə söykəndiyi
kimi, milli qanunvericilik müddəalarına
da əsaslanır.
Konkret hüququn məzmununun doldurulması da maraq kəsb edir. Belə ki, mülkiyyət
hüququnun məzmununu
dolduran Mülki hüquq olduğu halda, söz azadlığı kimi hüquqların məzmununu
isə fəlsəfə
və siyasət elmi doldurur. Konkret hüquqlar baxımından
bunu niyə bilməliyik? Məsələn, ayrı-seçkiliyə məruz
qalmama hüququnun necə formalaşdığını
bilməsək, müxtəlif
hadisələrdə onu
düzgün tətbiq
edə bilməyəcəyik.
Yəni hüquq hansı prinsiplərin təmin edilməsinə yönəlir,
mütləq bilinməlidir.
Burada bir məsələni qeyd etməliyik. İnsan hüquqları institutu anarxiya rejiminə yönəlmir və insanın hər istədiyini edəbiləcəyi
bir mühiti formalaşdırma məqsədini
güdmür. Dövlətin insan hüquqlarına hörmətlə yanaşması,
bu sahədə tənzimləmə səlahiyyətini
aradan qaldırmır,
ancaq bu məqsədi tənzimləyir
və məhdudlaşdırır.
Anarxiya nizamı, bütün hüquqları təhlükə
altına aldığına
görə, nizam-intizam
qorunmalıdır və
dövlətin hakimiyyət
səlahiyyətlərinə də hörmətlə yanaşmaq lazımdır.
Lakin hakimiyyət səlahiyyətləri,
insanların legitim və ağlabatan maraqlarının məcmusundan
ibarət olan, ictimai maraqların doyurulmasına yönəlməlidir.
Burada insan hüquqları nəzəriyyəsi, demokratik
rejimlərə bir məhdudiyyət gətirir
və konkret insanın çoxluq tərəfindən belə
pozulmaz hüquqlar “qalasını” göstərir.
Avtoritar rejimlərdə
isə, insan hüquqları institutu bir az daha fərqli məqsədə yönəlir
və effektivliyi də daha zəif
olur; o simvolik bir protestə və zülmə qarşı dirənən
çoxluğun ideologiyasına
dönüşür.
***
İnsan haqqları demək olar ki, dünyanın
bütün ölkələri
tərəfindən qəbul
edilir. Bu məsələnin
universallaığından, çox vaxt bu və ya
digər dövlətlərdə
insan haqlarından sui istifadə halları əsas götürülərək onlara
qarşı hərbi və iqtsadi təzyiq göstərmək
üçün istifadə
edilir. Konstitutsiyalarda əsas hüqüqların
və beynəlxalq razılaşmaların köməyi
ilə insan haqları inkar olunmaz bir hüqüq
kimi qəbul edilmişdir. Beynəlxalq aləmdə
insan haqları BMT-nin deklarasiyası ilə qanunləşdirilmişdir.
İnsan
haqları çox hallarda bütün insanların eyni haqqa malik olması
ideyasına uyğun olaraq aşağıdakı
kimi ifadə olunur: İnsan hüquqları müxtəlif
təsnifat sistemlərinə
tabedir. Əsas təsnifatlardan biri,
bunları bir tərəfdən mülki
və siyasi, digər tərəfdən
isə iqtisadi, sosial və mədəni hüquqlara bölməkdir. 80-ci illərdə bunlara
3-cü nəsil adlanan
hüquqlar da əlavə olunub, bunlara da həmrəylik
hüquqları da deyilir. Lakin bu 3-cü nəsil
hüquqlar haqqında
fikir birliyi yoxdur, nələrin bu kateqoriyaya daxil olduğu və bunların hüquqi rejimi mübahisəlidir. İnsan
hüquqlarının 3 nəslə
bölünməsi, 1979-cu ildə
Strasburqdakı Beynəlxalq
İnsan Hüquqları
İnstitutun üzvü,
milliyyətçə Çex
olan Karel Vasak tərəfindən irəli sürülüb.
Vasakın bu təsnifatı
öz köklərini
Avropa hüququndan aldığı kimi, Avropa dəyərlərini
əks etdirirdi.
***
Mülki
və siyasi hüquqlar öz əksini Avropa İnsan Hüquqları Konvensiyasında, Beynəlxalq
İnsan haqları deklarsiyası(UDHR)
3 - 21-ci maddələri arasında, habelə 1966 tarixli BMT Mülki və Siyasi Hüquqlar haqqında Sazişdə (ICCPR) tapıb.
İqtisadi, sosial və mədəni hüquqlar isə, UDHR-in
22 - 28-ci maddələri arasında,
Avropa Sosial Şərtində, habelə
yenə 1966 tarixində
bu hüquqlar üçün xüsusi
olaraq tənzimlənən
İqtisadi, sosial və mədəni hüquqlar haqqında Beynəlxalq Paktda (ICESCR ) göstərilib.
BMT səviyyəsində iki ayrı Paktın hazırlandığını görürük. Bunun səbəbi nədir? UDHR-də hər iki nəsil hüquqlar birləşdirildiyi halda, niyə 1966 Paktlarında bunlar ayrı müqavilələrdə tənzimlənib? Səbəbi budur ki, bu hüquqlar fərqli hüquqi rejimə tabedir və dövlətlərə gətirdiyi öhdəliklər də fərqlidir. Sosial hüquqları təmin etmənin, həm ideolojik həm də iqtisadi yönləri var, hər dövlətin də şəraiti buna uyğun olmaya bilər. Mülki və siyasi hüquqlar baxımından, vəziyyətin belə cəhəti var ki, başda SSRİ olmaqla, bəzi dövlətlərin öz təbəələrinə bütün bu hüquqları tanımaq niyyətləri yox idi. Bu səbəblə, bu Paktlara həm qeyd-şərt imkanları gətirildi, həm də hüquqlar ayrı ayrı sənədlərdə (Konvensiyalarda) tənzimləndi. Üçüncü nəsil hüquqlara gəldikdə, bunlarla bağlı hər hansı beynəlxalq sənəd mövcud deyil. Bunun səbəbi, daha əvvəl qeyd etdiyimiz kimi, ondan ibarətdir ki, həmrəylik hüquqları haqqında tam bir hüquqi və siyasi uzlaşma mövcud deyildir.
Xüsusi olaraq “Zaman-Azərbaycan” üçün Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) Quba Regional Mərkəzinin baş məsləhətçisi Tural Zülfüqarov
Ardı növbəti
sayımızda
Azərbaycan
Respublikasının Prezidenti yanında
Kütləvi İnformasiya Vasitələrinin
İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyəsi əsasında səhifəni
hazırladı:
Amil Tağıyev
Zaman.-2014.-19 noyabr.-S.13.