Beynəlxalq hüquq sistemində insan hüquqları və Ombudsman aparatının mövqeyi

 

İnsan haqları çox hallarda bütün insanların eyni haqqa malik olması ideyasına uyğun olaraq aşağıdakı kimi ifadə olunur: İnsan hüquqları müxtəlif təsnifat sistemlərinə tabedir. Əsas təsnifatlardan biri, bunları bir tərəfdən mülki siyasi, digər tərəfdən isə iqtisadi, sosial mədəni hüquqlara bölməkdir. 80-ci illərdə bunlara 3-cü nəsil adlanan hüquqlar da əlavə olunub, bunlara da həmrəylik hüquqları da deyilir”.

 

Bəşəriyyət yarandığı gündən bu ya digər formada insan hüquq öhdəlikləri barədə tədricən haqq hüquqların qorunması barədə mərhələli formada hüquqi xətt formalaşmağa başlamışdır. Qeyd olunduğu kimi, hansısa maraqları, hüquqları müəyyənləşdirməkdən ötrü yaranmış müharibələr bu müharibənin sonunda bağlanmış müqavilələr, götürülmüş öhdəliklər insan hüquqları sahəsində inkişafı zərurləşdirib. Sadəcə yazıya köçürülən bu hüquqlar beynəlxalq hüquq sistemində geniş bir mövzunu əhatə etməyə başladı. Beləliklə ilk dəfə olaraq insan haqları mövzusuna Fransada 1789-cu ildə qəbul edilmişİnsan vətəndaş haqqları haqqında deklarasiya”da rast gəlinir. Baxmayaraq ki, buna qədər insan haqlarının tanınması uzun inkişaf yolu keçmişdir. Onun inkişaf yolunda İngiltərə Amerikada bu sahədə məlum olan xartiyalar var idi.

 

XX əsrdə insan hüqüqları sahəsində əsas sənəd 10 dekabr 1948-ci ildə BMT tərəfindən qəbul olunmuşİnsan hüqüqları haqqında ümumi deklarasiyaolmuşdur. 1950-ci ildən başlayaraq 10 dekabr insan hüquqları günü kimi qeyd edilir.

 

1966-cı ildə BMT-nin başçılığı altındaVətəndaşlıq siyasi hüqüqlar haqqında beynəlxalq paktiqtisadi, sosial mədəni hüqülar haqqında paktqəbul edilmişdir. Avropada insan hüqülarının azadlığın qorunması üçün Avropa Konvensiyası mövcuddur. Bu konvensiyanın beynəlxalq müqavilələrdən fərqi ondadır ki, Avropada real işləmə mexanizminə malik insan haqlarını qoruyan Avropa məhkəməsi fəaliyyət göstərir.

 

 

***

 

İnsan haqları - Humanizm Maarifçilik Dövründə insanların təbii dərrakədən irəli gələn subyektiv hüqüqlarını təsvir edir. İnsan haqlarının əsas konsepti ondan ibarətdir ki, bütün insanlar insan olmalarına görə hamısı eyni hüqüqa malik olmalıdırlar bu hüqüqlar izahata ehtiyac duyulmadan hamiya aid edilir.

 

İnsan hüquqları institutu, məzmun etibarilə müxtəlif, eyni statusa sahib olmayan hüquqları tədqiq edir qoruyur. Lakin, mülkiyyət hüququ təbii əsaslı hüquq olduğu halda, konkret bir həyat tərzi ətrafında birləşməyi təmin edən həmrəylik (solidarity) hüquqlarının mahiyyəti belə tam aydınlığa qovuşmayıb. Habelə insan hüquqları institutu, mənbə etibarilə, beynəlxalq sənədlərə söykəndiyi kimi, milli qanunvericilik müddəalarına da əsaslanır. Konkret hüququn məzmununun doldurulması da maraq kəsb edir. Belə ki, mülkiyyət hüququnun məzmununu dolduran Mülki hüquq olduğu halda, söz azadlığı kimi hüquqların məzmununu isə fəlsəfə siyasət elmi doldurur. Konkret hüquqlar baxımından bunu niyə bilməliyik? Məsələn, ayrı-seçkiliyə məruz qalmama hüququnun necə formalaşdığını bilməsək, müxtəlif hadisələrdə onu düzgün tətbiq edə bilməyəcəyik. Yəni hüquq hansı prinsiplərin təmin edilməsinə yönəlir, mütləq bilinməlidir. Burada bir məsələni qeyd etməliyik. İnsan hüquqları institutu anarxiya rejiminə yönəlmir insanın hər istədiyini edəbiləcəyi bir mühiti formalaşdırma məqsədini güdmür. Dövlətin insan hüquqlarına hörmətlə yanaşması, bu sahədə tənzimləmə səlahiyyətini aradan qaldırmır, ancaq bu məqsədi tənzimləyir məhdudlaşdırır. Anarxiya nizamı, bütün hüquqları təhlükə altına aldığına görə, nizam-intizam qorunmalıdır dövlətin hakimiyyət səlahiyyətlərinə hörmətlə yanaşmaq lazımdır. Lakin hakimiyyət səlahiyyətləri, insanların legitim ağlabatan maraqlarının məcmusundan ibarət olan, ictimai maraqların doyurulmasına yönəlməlidir. Burada insan hüquqları nəzəriyyəsi, demokratik rejimlərə bir məhdudiyyət gətirir konkret insanın çoxluq tərəfindən belə pozulmaz hüquqlarqalasınıgöstərir. Avtoritar rejimlərdə isə, insan hüquqları institutu bir az daha fərqli məqsədə yönəlir effektivliyi daha zəif olur; o simvolik bir protestə zülmə qarşı dirənən çoxluğun ideologiyasına dönüşür.

 

 

***

 

İnsan haqqları demək olar ki, dünyanın bütün ölkələri tərəfindən qəbul edilir. Bu məsələnin universallaığından, çox vaxt bu ya digər dövlətlərdə insan haqlarından sui istifadə halları əsas götürülərək onlara qarşı hərbi iqtsadi təzyiq göstərmək üçün istifadə edilir. Konstitutsiyalarda əsas hüqüqların beynəlxalq razılaşmaların köməyi ilə insan haqları inkar olunmaz bir hüqüq kimi qəbul edilmişdir. Beynəlxalq aləmdə insan haqları BMT-nin deklarasiyası ilə qanunləşdirilmişdir.

 

İnsan haqları çox hallarda bütün insanların eyni haqqa malik olması ideyasına uyğun olaraq aşağıdakı kimi ifadə olunur: İnsan hüquqları müxtəlif təsnifat sistemlərinə tabedir. Əsas təsnifatlardan biri, bunları bir tərəfdən mülki siyasi, digər tərəfdən isə iqtisadi, sosial mədəni hüquqlara bölməkdir. 80-ci illərdə bunlara 3-cü nəsil adlanan hüquqlar da əlavə olunub, bunlara da həmrəylik hüquqları da deyilir. Lakin bu 3-cü nəsil hüquqlar haqqında fikir birliyi yoxdur, nələrin bu kateqoriyaya daxil olduğu bunların hüquqi rejimi mübahisəlidir. İnsan hüquqlarının 3 nəslə bölünməsi, 1979-cu ildə Strasburqdakı Beynəlxalq İnsan Hüquqları İnstitutun üzvü, milliyyətçə Çex olan Karel Vasak tərəfindən irəli sürülüb. Vasakın bu təsnifatı öz köklərini Avropa hüququndan aldığı kimi, Avropa dəyərlərini əks etdirirdi.

 

***

 

Mülki siyasi hüquqlar öz əksini Avropa İnsan Hüquqları Konvensiyasında, Beynəlxalq İnsan haqları deklarsiyası(UDHR)  3 - 21-ci maddələri arasında, habelə 1966 tarixli BMT Mülki Siyasi Hüquqlar haqqında Sazişdə (ICCPR) tapıb. İqtisadi, sosial mədəni hüquqlar isə, UDHR-in 22 - 28-ci maddələri arasında, Avropa Sosial Şərtində, habelə yenə 1966 tarixində bu hüquqlar üçün xüsusi olaraq tənzimlənən İqtisadi, sosial mədəni hüquqlar haqqında Beynəlxalq Paktda (ICESCR ) göstərilib.

 

BMT səviyyəsində iki ayrı Paktın hazırlandığını görürük. Bunun səbəbi nədir? UDHR- hər iki nəsil hüquqlar birləşdirildiyi halda, niyə 1966 Paktlarında bunlar ayrı müqavilələrdə tənzimlənib? Səbəbi budur ki, bu hüquqlar fərqli hüquqi rejimə tabedir dövlətlərə gətirdiyi öhdəliklər fərqlidir. Sosial hüquqları təmin etmənin, həm ideolojik həm iqtisadi yönləri var, hər dövlətin şəraiti buna uyğun olmaya bilər. Mülki siyasi hüquqlar baxımından, vəziyyətin belə cəhəti var ki, başda SSRİ olmaqla, bəzi dövlətlərin öz təbəələrinə bütün bu hüquqları tanımaq niyyətləri yox idi. Bu səbəblə, bu Paktlara həm qeyd-şərt imkanları gətirildi, həm hüquqlar ayrı ayrı sənədlərdə (Konvensiyalarda) tənzimləndi. Üçüncü nəsil hüquqlara gəldikdə, bunlarla bağlı hər hansı beynəlxalq sənəd mövcud deyil. Bunun səbəbi, daha əvvəl qeyd etdiyimiz kimi, ondan ibarətdir ki, həmrəylik hüquqları haqqında tam bir hüquqi siyasi uzlaşma mövcud deyildir.

 

Xüsusi olaraqZaman-Azərbaycanüçün Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) Quba Regional Mərkəzinin baş məsləhətçisi Tural Zülfüqarov

 

Ardı növbəti sayımızda

 

Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyəsi əsasında səhifəni hazırladı:

 

Amil Tağıyev  

Zaman.-2014.-20 noyabr.-S.13.