Beynəlxalq hüquq
sistemində insan hüquqları və Ombudsman aparatının mövqeyi
Əvvəli ötən sayımızda
Ombudsman İsveç
mənşəli sözdür. Mənası agent və ya
sədr deməkdir.
Parlament tərəfindən
insan hüquq və azadlıqlarının
müdafiəçisi kimi
səlahiyyət verilən,
dövlət funksiyalarının
daşıyıcısı olan vəzifəli şəxslərin üzərində
birbaşa parlament nəzarətini həyata keçirən, lakin onlar tərəfindən qəbul edilmiş qərarları dəyişdirmək
hüququ olmayan, etibarlı və layiqli vəzifəli şəxs başa düşülür.
Şikayətləri qəbul edən rəsmi şəxsə verilən
addır. Bütün Avropa
(həmçinin digər
sivil ölkələrdə)
ölkələrində bu
şəxs əhalinin
dövlətin nəzarətində
olan sahələrdə
şikayətinə baxan
bir şəxs kimi başa düşülür. Ombudsman
Avropa Birliyi ölkələrində yaşayan
şəxslərin, qurumların
və şirkətlərin
haqlarını hər
hansı bir pis idarəetmə tətbiq olunması qarşısında qorumaqla
vəzifələndirilmiş yoxlama qurumu və şikayət müraciəti olunan yer, yəni məqamdır.
***
5 mart 2002-ci ildə Azərbaycan
Respublikasının Prezidenti
“Azərbaycan Respublikasının
İnsan Hüquqları
üzrə Müvəkkili
(Ombudsman) haqqında” Azərbaycan
Respublikasının Konstitusiya
Qanununun tətbiq edilməsi haqqında Fərman imzalamışdır. Azərbaycan
Respublikasının ilk Ombudsmanı
2002-ci il 2 iyul tarixində Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən
Azərbaycan Respublikasının
Prezidentinin təqdim etdiyi üç namizəd arasından 111 səslə Elmira Süleymanova
(112 səsdən) seçilmişdir.
2 iyul 2002-ci il tarixdə “Azərbaycan Respublikasının İnsan
Hüquqları üzrə
Müvəkkili (Ombudsman) haqqında”
Azərbaycan Respublikasının
Konstitusiya Qanununun tətbiqi ilə əlaqədar Azərbaycan
Respublikasının bəzi
qanunvericilik aktlarına
dəyişikliklər və
əlavələr edilməsi
barədə Azərbaycan
Respublikasının Qanunu
qəbul edilmişdir.
Ombudsman təsisatının yaradılması ilə bağlı qanunvericilikdə
öz əksini tapmış bu yeniliklər 2002-ci il avqustun 24-də keçirilən ümumxalq
səsverməsi (referendum) yolu
ilə edilmiş dəyişikliklər nəticəsində
ölkə Konstitusiyasında
təsbit edildi.
Ombudsmanın seçilməsindən üç ay sonra, 2002-ci il oktyabrın
28-də artıq Ombudsman Aparatında
ərizəçilərin qəbuluna və şikayətlərin araşdırılmasına
başlanılmışdır. Ombudsman təsisatı nə qanunverici, nə icra, nə də
məhkəmə hakimiyyətinə
aid olmayan, ilkin öz mahiyyətinə görə dövlətin
ali təsisatlarına
aid orqandır. Ombudsmanın birinci səciyyəvi əlaməti onun tam müstəqiliyyidir. Dünya təcrübəsinə
görə, bu orqan parlament tərəfindən təsis
olunur və onun qarşısında hesabat verir.
Ombudsman, funksiyalarını vətəndaşların tələbləri
və şikayətləri
üzrə öz şəxsi təşəbbüsü
ilə həyata keçirir. Ombudsmanın hüquq statusu
Konstitusiya və digər hüququ aktlarla müəyyən edilir.
Avropa Komissiyası, Avropa Birliyi Şurası, Avropa Parlamenti, Avropa Ətraf qurumu, Avropa İş Təhlükəsizliyi
və Sağlamlıq
Qurumu Ombudsmanın araşdıra biləcəyi
birlik qurumlarından bəziləridir. Maastricht Anlaşması ilə qurulan Ombudsman pis idarətmə və qeyri-kafi və ya uğursuz idarəetmə, ayrıseçkilik,
hüquqdan sui-istifadə
kimi məsələlərdə
gələn şikayətləri
araşdırır. Avropa Birliyi
üzvü olan dövlətlərin vətəndaşları
və ya üzv dövlətlərdə
yaşayan şəxslər
Ombudsmana şikayət
edə bilərlər.
Ombudsmana
çatdırılan şikayətlərin
çoxu idarəyə
aid gecikmələr, şəffaflıq
əksikliyi, ya da məlumat çatdırılmasının rədd edilməsi kimi məsələlərlə
bağlıdır. Avropa qurumları
ilə vəzifəliləri
arasındakı əlaqələr,
işçi heyətin
işə alınması
və rəqabətin
fəaliyyəti kimi məsələlər də
Ombudsmanın qarşısına
qoyulur.
***
Ombudsman məhkəmələrə
göndərilmiş şikayətlərə
baxmır. Avropa Birliyi Ədalət
Divanı və Bidayət məhkəməsi
fəaliyyət sahəsi
xaricindədir. Milli, regional və
ya yerli idarəetmələrlə əlaqədar
şikayətlərin mövzusu
Avropa Birliyi ilə əlaqəli olsa da, onlara
baxa bilməz. İş yerləri, ya da xüsusi şəxslərlə əlaqədar
şikayətlər də
vəzifə sahəsi
xaricində qalır.
Ombudsman şikayət edilən qurumla əlaqə saxlayır, məlumat istəyir və şikayətin aradan qaldırılması
üçün üç
ay müddət verir.
Haqqında şikayət edilən
qurum Ombudsmana məlumat verməyə borcludur. Bundan başqa Parlamentə
və şikayətçiyə
də hesabat verir. Ombudsman Avropa Parlamenti tərəfindən 5 illik
müddətə seçilir.
Yardımçı katibliyi vardır.
Mərkəzi Strasburqdakı Avropa Parlamentinin binasındadır. Ombudsman tamamilə azad və tərəfsiz işləyir, heç bir ölkə və ya qurumdan
məsləhət və
ya məlumat almır.
İnsan
və vətəndaş
hüquqlarının və
azadlıqlarının təmin
edilməsi üzrə
həyata keçirilən
islahatların məntiqi
davamı kimi, ölkəmizdə hüquqi
dövlətin əlamətlərindən
olan insan hüquq və azadlıqlarının müdafiəsi
məqsədi ilə
28 dekabr 2001-ci il tarixdə “Azərbaycan Respublikasının İnsan
hüquqları üzrə
Müvəkkili (Ombudsman) haqqında”
Azərbaycan Respublikasının
Konstitusiya Qanunu qəbul olunmaqla Ombudsman vəzifəsi təsis edilmiş, təsisatın
fəaliyyəti üçün
real hüquqi baza yaradılmışdır.
***
2002-ci il oktyabrın 28-dən Ombudsmanın bilavasitə Azərbaycan Respublikasının
Konstitusiyasında və
ölkəmizin tərəfdar
çıxdığı beynəlxalq müqavilələrdə
təsbit olunmuş və Azərbaycan Respublikasının dövlət
və yerli özünüidarə orqanları,
vəzifəli şəxsləri
tərəfindən pozulan
insan hüquqları və azadlıqlarının
bərpa edilməsi sahəsində fəaliyyətə
başlamışdır.
Bu müddət ərzində
şikayət ərizələrinə
baxılması və
şikayətçilərin qəbulu ilə yanaşı, insan hüquq və azadlıqlarının pozulmasının
qarşısının alınması,
qorunması və bərpası üzrə geniş maarifləndirmə
işi təşkil edilmiş, ictimaiyyət, qeyri-hökumət təşkilatları
və kütləvi informasiya vasitələri ilə əməkdaşlığın
əsası qoyularaq möhkəmləndirilmiş, beynəlxalq
əlaqələrin genişləndirilməsi
sahəsində mühüm
irəliləyişlər əldə
edilmişdir. Eyni zamanda
Ombudsmanın fəaliyyətinin
səmərəliliyini təmin
etmək məqsədilə
dövlət qurumları
ilə əməkdaşlıq
mexanizmi işlənib
hazırlanmış və
müntəzəm surətdə
həyata keçirilir.
Yeri gəlmişkən “Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili haqqında” Konstitusiya Qanunu, bəzi ölkələrin müvaviq qanunlarından fərqli olaraq, hər bir kəsə Ombudsmana müraciət etmək hüququ verilir. Odur ki, bütün vətəndaşlar, əcnəbilər, ölkəmizdə sığınacaq axtaranlar, qaçqın və məcburi köçkünlər, hərbçilər, fərq qoyulmadan hər bir kəs dövlət qurumları və yaxud vəzifəli şəxslər tərəfindən hüquqları pozularsa istədiyi zaman Ombudsmana maneəsiz müraciət edə bilmiş, onun salahiyyətləri çərçivəsində hüquqlarının bərpası üçün hüquqi yardım və ya məsləhət almışdır.
Əhalinin tövsiyələrini və arzularını nəzərə alaraq BMT-nin İnkişaf Proqramının maliyyə dəstəyi ilə 2003-cü ildə Quba, Şəki və Cəlilabad rayonlarında, 2007-ci ildə isə Gəncə şəhərində Ombudsmanın regional mərkəzləri təşkil olunmuş və 2 oktyabr 2006-cı il tarixli Azərbaycan Respublikasının Konstitutsiya Qanunu ilə “Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) haqqında” Azərbaycan Respublikasının Konstitutsiya Qanununda dəyişikliklər edilərək, Dövlət büdcəsi hesabına maliyyələşdirməklə əməkdaşlara dövlət qulluqçusu statusu verilmişdir.
Xüsusi olaraq “Zaman-Azərbaycan” üçün Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) Quba Regional Mərkəzinin baş məsləhətçisi Tural Zülfüqarov
Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyəsi əsasında səhifəni hazırladı: Amil Tağıyev
Zaman.2014.-21 noyabr.-S.13.