“Vətənpərvərlik vətəndaş cəmiyyətinin inkişafında olduqca vacib amildir

 

Tarix boyu insanların şüurunda formalaşan ictimai dəyərlər dövlətin inkişafına güclənməsinə həmişə öz töhfəsini verir. Bu mənada hüquqi dövlət quruculuğu prosesində cəmiyyətin hər bir üzvü dövlətin möhkəmlənməsində müxtəlif formalarda - seçkilərdə, idarəetmə prosesində, vergilərin ödənilməsində, vətəndaş cəmiyyəti institutlarının inkişaf etdirilməsində, ümumilikdə vətəndaşlıq mövqeyində ictimai dəyərlərin qorunmasında iştirak etməlidir. Bu məsələdə dövlətin vahid ideologiyası, şübhəsiz ki, mühüm rol oynayır.

 

Tarixi faktlar göstərir ki, dövlətin vahid ideologiyası vətəndaşın təbii maraqlarını nəzərə almadıqda cəmiyyətlə dövlət arasında bir boşluq yaranır o, müxtəlif çox vaxt bir-birinə zidd, ənənəvi sosial-mədəni normalarla vəhdət təşkil etməyən siyasi nəzəriyyə ideologiyaların qarışığı ilə dolur. Bu da dövlətçiliyin formalaşması prosesinə millətin simasına mütləq təsir göstərir. Elə müstəqilliyimizin ilk illərinin təcrübəsi buna bariz misaldır. Ötən əsrin 90-cı illərinin əvvəllərinin praktikası göstərdi ki, dövləti kortəbii, şəkildə idarə etməyə, ictimai şüuru zorakılıqla ideologiyasızlaşdırmağa can atmaq nəyə gətirib çıxara bilər. Elə buna görə ümummilli lider Heydər Əliyev xalqın iradəsi ilə ikinci dəfə hakimiyyətə qayıtdıqdan sonra cəmiyyətimizin inkişafının ideya təməli olan azərbaycançılıq konsepsiyasını da irəli sürdü. Çünki o yaxşı başa düşürdü ki, məhz belə bir konsepsiya dövlətin möhkəmlənməsində əsas rol oynayan vətəndaş cəmiyyətinin inkişafını daha da sürətləndirə bilər.

 

Bəli, cəmiyyət-dövlət sistemində insanın yeri rolu barədə biliklərin məcmusu kimi, milli mənafelərin daxili xarici siyasət meydanında həyata keçirilməsinin çox mühüm mexanizmi kimi azərbaycançılıq zəmanəmizin prioritetinə çevrildi. Qeyd edək ki, Azərbaycançılıq demokratik rejimi vətəndaş cəmiyyətini özündə birləşdirən siyasi bir amillər sistemidir. Zənnimcə, o zaman qoyulan təməl doğru idi, çünki ona qədərki dövrdə ölkə həyatını təhdid edən, daxili sabitliyi sarsıdan ünsürlərin hamısını tərksilah etməklə ulu öndər Heydər Əliyev Azərbaycanda bütün münasibətləri hüquqi məcraya yönəltməyi bacardı. Buna görə Azərbaycanda hüquqi dövlət, vətəndaş cəmiyyəti quruculuğu düzgün möhkəm təməl üzərində inkişaf edir.

 

***

 

Milli Məclisin Hüquq siyasəti dövlət quruculuğu komitəsi sədrinin müavini Rövşən Rzayevin sözlərinə görə, azərbaycançılıq ideologiyası geniş əhatə dairəsi ilə yanaşı, konkret məqsədlər güdür: “Bu ideologiya Azərbaycanda azad vətəndaş cəmiyyətinin inkişafına güclü dövlət quruculuğuna xidmət edir. Azərbaycanda insanların düşüncələrində azərbaycançılıq ideologiyasının formalaşması, onların fəaliyyətlərində bu ideoloji dəyərlərin rəhbər tutulması konstitusiya quruluşunun əsaslarının sabitliyinə zəmin yaradır. Digər tərəfdən, bu ideologiyanın mövcudluğu Azərbaycanda yaranmış sosial birliyi kənardan qiymətləndirməyə imkan verir”.

 

Onu da qeyd edək ki, Azərbaycançılığın ideya-siyasi məzmunu, onun ideologiya imkanları o dərəcədə geniş perspektivlidir ki, bunu bütövlükdə milli ideologiyanın baza modeli hesab etmək mümkündür. Ulu öndər Heydər Əliyev milli ideologiya barədə çıxışlarının birində bu fikri çox aydın şəkildə ifadə edib: “Milli ideologiya nədən ibarətdir? Birinci, dövlətçilik. Dövlətçilik bu gün gələcəkdə bizim hər bir vətəndaşımızın, cəmiyyətin, dövlətin əsas vəzifəsidir. Dövlətçilik Azərbaycanın müstəqilliyini, ərazi bütövlüyünü qoruyub saxlamaqdır. Azərbaycanın müstəqilliyini möhkəmləndirməkdir. Dövlətçilik hər bir vətəndaşın qəlbində olmalıdır. Ona görə hər bir vətəndaş vətənpərvərlik hissləri ilə yaşamalıdır”. Yeri gəlmişkən, vətənini sevən vətəndaş - güclü dövlətin hər şeyə qadir olan qüvvəsidir. Tarix göstərir ki, vətəni, məmləkətidövlətzirvəsinə ucalda bilmək vətənini sevən insanların - vətəndaşların missiyasıdır. Vətənlərinin adını dünyanın siyasi tarixinə yaza bilən qüdrətli ölkəyə çevirənlər, həm dövlətin əbədi olaraq ən ali vətəndaş örnəyinə çevriliblər.

 

 

***

 

Azərbaycançılıq milli dövlət ideologiyası kimi Konstitusiya əsaslarına söykənən, insanlarda vətəndaşlıq, vətənpərvərlik, loyallıq vətəndaş məsuliyyətini formalaşdıran, Azərbaycanın müstəqilliyinə, onun hüquqi demokratik dövlət kimi inkişafına milli təhlükəsizliyinin qorunmasına xidmət edən dəyərlər sistemidir.

 

Bəli, vətəndaşlıq azərbaycançılığın əsasını təşkil edir. Vətəndaşlıq kollektiv qərarların qəbul olunmasında vacib amildir. O, cəmiyyətdə əxlaqla hüququn inteqrasiyasına xidmət edir. R. Rzayevin sözlərinə görə, vətəndaşlıq mövqeyi hər bir insana hakimiyyət tərəfindən həyata keçirilən uzunmüddətli sosial proqramların, irimiqyaslı layihələrin mahiyyətini dərk etməyə imkan yaradır. Azərbaycançılığın tərkib hissəsi olan vətəndaşlıq mövqeyi Azərbaycan əhalisinin bir xalq kimi birləşməsinə dövlətçilik kursu ilə inkişafına əhəmiyyətli zəmin yaradır. Məhz bu vətəndaşlıq mövqeyi vətəndaş cəmiyyətini formalaşdırır. Daha doğrusu, bu vətəndaş cəmiyyətinin formalaşmasına stimul verir. Bir daha xatırladaq ki, vətəndaş cəmiyyəti qeyri-dövlət iqtisadi, siyasi, sosial, mədəni-mənəvi, dini-əxlaqi, ailəvi, milli b. münasibətlərin məcmusu olub azad vətəndaşların könüllü formalaşmış təşkilat assosasiyaların dövlət-hakimiyyət orqanları tərəfindən onların fəaliyyətlərinə birbaşa müdaxilələri özbaşına reqlamentləşdirmələri qanunla məhdudlaşdıran özünümüdafiə sferasıdır. yazıq ki, bəziləri vətəndaşlığı yalnız şəxsiyyət vəsiqəsində müvafiq qeydiyyat kimi başa düşürlər. Halbuki bu, bütöv bir anlayışdır sözün kökündəki vətən kimi mənəvi anlayışla bağlıdır. Torpağını, tarixini, mədəniyyətini, dilini, dinini, mənəvi dəyərlərini ənənlərini sevmədən vətəndaş sayıla bilməz. Məhz vətənlə bağlı bütün anlayışları özündə birləşdirən vətəndaş vətəndaş cəmiyyətinə öz töhfəsini verə bilər.

 

Bəli, bu gün hər bir xalq inkişafa doğru gedir. Hər bir kəs arzulayır ki, o, yaşadığı cəmiyyətdə hüquqi bərabərlik, hakimiyyətin ədalətliyi, azad bazar iqtisadiyyatı, söz vicdan azadlığı, işgəncələrə məruz qalmamaq, şəxsi toxunulmazlıq, ədalət mühakiməsi s. təmin olunsun. Onların təminatı üçün demokratik rejim hüquqi dövlət quruculuğu tələb olunur. Təbii ki, vətəndaşlıq mövqeyindən çıxış edərək hər bir şəxs vətənpərvərlik ruhunda tərbiyə olunmalıdır. Ulu öndər demişdir: “Dövlətçilik Azərbaycanın müstəqilliyini, ərazi bütövlüyünü qoruyub saxlamaqdır. Azərbaycanın müstəqilliyini möhkəmləndirməkdir. Dövlətçilik hər bir vətəndaşın qəlbində olmalıdır. Ona görə hər bir vətəndaş vətənpərvərlik hissləri ilə yaşamalıdır”. Deməli, azərbaycançılıq ideologiyasının daşıyıcısı olan vətənpərvərlik mövqeyi dövlət quruculuğu prosesində, eyni zamanda vətəndaş cəmiyyətinin intişarında olduqca vacib elementdir.

 

 

 

***

 

Müasir dövrdə qloballaşmanın bir sıra inkişaf göstəriciləri ilə ölkələrə təsir göstərir. Məhz ona görə çağdaş zamanda milli ideologiya ilə ümumbəşəri dəyərlərin ahənginə nail olmaq, qloballaşma prosesinə öz milli-mənəvi irsi ilə qoşulmaq hər bir xalq üçün böyük önəm daşıyır. Azərbaycançılıq ideyası bu çağırışlara cavab verir, milli mənsubluğun müdafiəsi ilə yanaşı, ümumbəşəri dəyərləri özündə ehtiva edir.

 

Bir daha qeyd edək ki, azərbaycançılıq ideologiyası həm də vətəndaş məsuliyyətinin, vətəndaş cəmiyyətinin güclənməsinə xidmət edir. Bu mənada hər bir kəs cəmiyyət qarşısında cavabdehliyini hiss etməlidir. Bu, isə təkcə qanunlara riayət etməkdə yox, habelə aktiv vətəndaşlıq mövqeyində əks olunmalıdır. Ona görə ki, cəmiyyətin və dövlətin inkişafı və güclənməsi onların üzvlərinin hər bir fərdin fəal vətəndaşlıq mövqeyindən və vətəndaşlıq məsuliyyətindən asılıdır. Bu mənada biz bütövlükdə bir millət olaraq vətəndaş cəmiyyətinə tam qovuşduğumuz halda Azərbaycanın güclənməsindən və qüdrətlənməsindən danışa bilərik. Millət vəkili Zahid Orucun fikrincə, əgər hazırda Azərbaycanda vətəndaş cəmiyyətinin inkişafını on ballıq şkala ilə qiymətləndirsək, həmin şkalada 6-cı mərhələyə gəlib çatmışıq. Zənnimizcə, aradan keçən qısa zaman kəsimindən baxanda bunu böyük nəticə hesab etmək olar.

 

Ulu öndər Heydər Əliyev kimi Prezident İlham Əliyev də Azərbaycan dövləti üçün xüsusi önəm daşıyan məsələlərdə vətəndaş təəssübkeşliyinin, vətəndaş cəmiyyətinin xüsusi önəm daşıması məsələsini daim diqqət mərkəzində saxlayır. O, dönə-dönə qeyd edir ki, dövləti önəm daşıyan məsələlərdə müxalifətdə və ya iqtidarda olmasından asılı olmayaraq, hamının bir yumruq kimi sıx birləşməsi Azərbaycanın gələcəyi, təhlükəsizliyinin təmin edilməsi üçün vacibdir. Onun fikrincə, vətəndaş təəssübkeşliyi, vətəndaşların öz dövləti ətrafında daha da sıx birləşməsi Azərbaycanın beynəlxalq aləmdə güclüöz nüfuzu olan dövlətə çevrilməsində aparıcı rol oynayır və oynamaqda davam edəcək.

 

Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyəsi əsasında səhifəni hazırladı: Qvami Məhəbbətoğlu 

 

Zaman.-2014.-22 noyabr.-S.13.