Tarixdən bu günə
uşaq hüquqları
İslamdan əvvəlki Ərəbistan
Yarımadasında təkcə
qız uşaqlarının
yox, oğlan uşaqlarının da həyatı üçün
heç bir təminat yox idi.
Uşaqlar ataları tərəfindən satıla,
şikəst edilə
və ya öldürülə bilirdi. Ancaq İslamdan sonra
atanın uşaq üzərindəki hüdudsuz
hakimiyyəti sona çatdı və ilk dəfə uşaq hüquqları məfhumu meydana çıxdı.
Satılan, şikəst edilən
və ya öldürülən uşaqlara
müasir hüquq sistemindəkinə oxşar
hüquqlar verildi.
İslam
hüququna görə
yeni doğulan uşaq yaxşı bir ad verilmək, yaxşı bir tərbiyə verilmək, eyni zamanda yaxşı
bir təhsil verilmək kimi... hüquqlara malik idi. Yeniyetməlik dövrünə qədər bu kimi hüquqları müdafiə edilən uşağın yeniyetməlik
dövründən sonra
da bütün hüquqları müdafiə
edilirdi.
Vətəndaş cəmiyyətinin formalaşmasında
və hüquqi dövlət quruculuğunda
insan hüquqlarının
xüsusu yeri olduğu kimi, uşaq hüquqlarının
da xüsusu yeri var. Hazırda dünyada uşaq hüquqları ilə bağlı əsas beynəlxalq sənəd
20 noyabr 1989-cu il tarixdə Birləşmiş
Millətlər Təşkilatı
Baş Assembleyası tərəfindən qəbul
edilən və 193 ölkə tərəfindən
təsdiq edilən Usaq Hüquqları Konvensiyasıdır. Bu konvensiya uşaqların yaşaması və inkişaf etməsi üçün zəruri
olan minimum standartları
müəyyən edir
və dünyanın hər bir yerində
yaşayan uşaqlara konvensiya ilə müəyyən edilmiş
hüquqları təmin
edir. Uşaq hüquqları Konvensiyası
54 maddədən ibarətdir
və bu maddələrin hər biri ayrı-ayrı hüquqlar haqda məlumat verir. Usaq Hüquqları Konvensiyasının
birinci maddəsinə
görə on səkkiz
yaşına qədər
hər bir insan uşaq qəbul edilir. On səkkiz yaşına
çatanlar isə artıq gənc sayılır. Yeniyetməlik isə uşağın bioloji vəziyyəti ilə bağlı olub yerlərdən və iqlimlərdən asılı olaraq dəyişir.
Atalarının
uşaqlar üzərində
hüdudsuz hakimiyyətləri
var idi
Qədim zamanlarda bir çox cəmiyyətlərdə
uşaq hüququ məfhumu yox idi. Ona görə də,
atalarının uşaqlar
üzərində hüdudsuz
hakimiyyətləri var
idi. Atalar da bundan sui-istifadə
edir, uşaqlarını
sata, döyə, şikəst edə, qurban edə, ya da bu
və ya başqa şəkildə
öldürə bilirdilər.
Məsələn, qədim Çində
uşaqlar hansı yaşda olursa-olsun, ata-analarına hörmət
göstərmək, hətta
atalarına sitayiş
etmək məcburiyyətində
idilər. Buna riayət etməyənlər
isə bir qayda olaraq cəzalandırılırdılar.
Məsələn, ata-analarına qarşı
təhqirə yol verən uşaqlar ölümlə cəzalandırılırdılar.
Atasını qəsdən öldürən
bir uşaq isə işkəncə verilərək öldürülürdü.
Qədim Hindistanda isə fərqli kastadan (yəni, fərqli silkdən, qrupdan və ya təbəqədən)
olan adamların uşaqları kastadan kənara çıxarılır
və pariya (başqa sözlə, kölə) sinfinə daxil edilir və
bu pariyalar (və ya kölələr)
heç bir kasta mənsub olmayan, kəndlərdən
və ya qəsəbələrdən kənarda
yaşayan insan qrupuna çevrilirdilər.
Yunan şəhər-dövlətlərində
isə insanları dövlətin və cəmiyyətin mənafeyi
üçün qurban
verirdilər. Bir uşaq dünyaya
gələndə isə
bir heyət tərəfindən müayinə
edilir və “yaşamaq qabiliyyəti”nə
malik hesab edilən uşaqların yaşamasına icazə verilirdi. Heyət tərəfindən “yaşamaq qabiliyyəti”nə
malik hesab ediməyən uşaqlar isə bir qayda
olaraq ölümə
məhkum edilirdi.
Sonra da ölümə məhkum edilən bu uşaqlar Tayget dağından uçuruma atılırdı.
Romada da atanın uşaqlar üzərində hüdudsuz
hakimiyyəti var idi. Atanın uşağı öldürmək,
küçəyə atmaq,
başqalarına satmaq
“hüququ” var idi.
İslamdan əvvəlki türk icmalarında isə patriarxal bir ailə strukturu mövcud idi. Ancaq Qədim
Romada olduğu kimi burada atanın
uşaq üzərındə
hüdudsuz hakimiyyəti
yox idi. Evdə atadan sonra ananın
sözü keçirdi.
Atanın ölümündən sonra isə söz sahibi ana olurdu.
İslam uşaqlara müasir hüquq sistemindəkinə
oxşar hüquqlar verdi
İslamdan əvvəlki Ərəbistan
Yarımadasında təkcə
qız uşaqlarının
yox, oğlan uşaqlarının da həyatı üçün
heç bir təminat yox idi. Uşaqlar ataları tərəfindən
satıla, şikəst
edilə və ya öldürülə bilirdi. Ancaq İslamdan sonra
atanın uşaq üzərindəki hüdudsuz
hakimiyyəti sona çatdı və ilk dəfə uşaq hüquqları məfhumu meydana çıxdı.
Satılan, şikəst edilən
və ya öldürülən uşaqlara
müasir hüquq sistemindəkinə oxşar
hüquqlar verildi.
İslam
hüququna görə
yeni doğulan uşaq yaxşı bir ad verilmək, yaxşı bir tərbiyə verilmək, eyni zamanda yaxşı
bir təhsil verilmək kimi... hüquqlara malik idi. Yeniyetməlik dövrünə qədər bu kimi hüquqları müdafiə edilən uşağın yeniyetməlik
dövründən sonra
da bütün hüquqları müdafiə
edilirdi.
Orta Əsrlər
Qərbində isə
indiki mənada uşaq və ya uşaqlıq məfhumları yox idi. O dövr Avropasında
uşaqlar sadəcə
olaraq “kiçik yaşlı böyük” kimi qəbul edilirdilər. Ana “himayəsindən” çıxdıqları
5-7 yaşlarından sonra
isə onlar böyüklərlə eyni
şərtlər altında
yaşayır, həmçinin
böyüklərlə eyni
şərtlər altında
ağır həyat tərzi keçirirdilər.
O dövr Avropasında
uşaqlıq xüsusi
bir dövr kimi qəbul edilmədiyi üçün
o günün fransız,
ingilis və alman dillərində də uşaqlıq məfhumunu ifadə edən sözlərə çox rast gəlmək mümkün
deyil. Bunun təbii nəticəsi
kimi, uşaq ədəbiyyatına dair əsərlər də yox deyiləcək qədər azdır.
Avropada uşaq məfhumu dilə İntibahdan sonra daxil olmağa
başladı
Avropada uşaq
və uşaqlıq məfhumları həm dilə, həm də həyata İntibahdan sonra daxil olmağa başladı. Maarifçilik dövrü filosofları
isə uşaqların
böyüklərdən fərqli
olduqları, həmçinin
onların tərbiyəyə
və təhsilə ehtiyac duyuqları barədə fikirlər ortaya artdılar. Buna
baxmayaraq, Avropada 18-ci əsrdən sonra ali və
orta siniflər uşaqlarının tərbiyəsi
və təhsili ilə maraqlanmağa başladılar. Ancaq aşağı sinifdəki
insanların uşaqları
isə yenə də orta əsrlərdə
olduğu kimi böyüklərin həyatını
bölüşməkdə davam etdilər. Sənayeləşmə dövründən sonra isə uşaq işçilərin
ağır işlərdə
istismar edilməsi, həmçinin uşaq cinayətlərinin artması
ilə bağlı uşaqların müdafiəsi
məsələsi gündəliyə
çıxdı.
Birinci Dünya
Müharibəsiindən sonra
müharibədən zərər
görən uşaqları
müdafiə etmək
və onların ehtiyaclarını ödəmək
üçün 1920-ci ildə
Birləşmiş Millətlər
Təşkilatı Uşaqlara
Yardım Fondu
(YUNİSEF), 1921-ci ildə Beynəlxalq
Uşaqları Müdafiə
Konqresi quruldu. Qısa bir
vaxt sonra 1923-cü ildə Cenevrə Uşaq Hüquqları Bəyannaməsi imzalandı.
1924-cü ildə isə bu bəyannamə
indiki BMT tərəfindən
qəbul edildi.
İkinci Dünya Müharibəsindən
sonra qalib dövlətlər tərəfindən
qurulan Birləşmiş
Millətlər Təşkilatı
(BMT) 1959-cu ildə Uşaq
Hüquqları Bəyannaməsini
qəbul etdi. Bu Bəyannamə
BMT Baş Assambleyası
nəzdində qurulan bir işçi qrup tərəfindən yenidən işləndi və 20 noyabr 1989-cu il tarixdə BMT Baş Assambleyası tərəfindən Usaq Hüquqları Konvensiyası
kimi qəbul edildi.
Nəticə etibarı ilə tarixdə uşaq hüquqları məfhumu
ilk dəfə İslamla
birlikdə istifadə
olunmağa başlamış,
Qərb ölkələrində
isə uşaq hüquqları ilə bağlı əsas inkişaf son bir-iki əsrdə qeydə alınmışdır. Bununla yanaşı,
uşaq hüquqları
və uşaq hüquqlarının müdafiəsi
ilə problemlər bu gün də
müşahidə olunmaqdadır.
Azərbaycan Respublikasının Prezidenti
yanında Kütləvi
İnformasiya Vasitələrinin
İnkişafına Dövlət
Dəstəyi Fondunun maliyyəsi əsasında
səhifəni hazırladı:
Elvin Əliyev
Zaman.-2014.-25 noyabr.-S.13.