Demokratik bölgü, seçkilər, xalqın gücü və təbii haqlar

 

Demokratik hakimiyyətdə səlahiyyət bölgüsü çox mühüm faktordor.

 

Bu gün hansı ölkə bu məsələni ən gözəl şəkildə həll edə bilibsə, ən yüksək demokratiya da məhz həmin ölkələrdə müşahidə olunmaqdadır. Demokratik dövlətlərdə səlahiyyət bir qayda olaraq üç yerə bölünür: Qanunverici, icraedici məhkəmə sistemi. Xalqın mənafeyinin daha çox təmsil olunduğu orqan, təbii ki, xalqın iradəsi ilə seçilmiş parlamentdir. Parlamenti xalq seçir, seçilmiş orqan da xalqın maraqlarıın ən yüksək səviyyədə təmsil edir. Türkiyə Böyük Millət Məclisinin divarına böyük hərflərlə yazılmışƏdalət mülkün təməlidirhəqiqəti əslində demokratiyanın, xalq iradəsinin qədər böyük güc olduğunu cəmiyyət həyatının bu güclə idarə olunmasının ən doğru seçim olduğunu ortaya qoyur. Bu həqiqət təkcə istehsala çəkilən zəhməti deyil, eyni zamanda əldə olunan ümumi gəlirin ədalətlə bölünməsini özündə ehtiva edir. Demokratiya öz qurumlarının məcmusundan daha geniş anlayışdır. Sağlam demokratiya, əsas etibarilə, demokratik mülki mədəniyyətin inkişafından asılıdır.

 

İcraedici orqan isə başda Prezident olmaqla Nazirlər Kabinetini yerli icra strukturlarını nəzərdə tutur. Yəni Məclisin qəbul etdiyi qərarlar məhz bu orqanlar tərəfindən həyətə tətbiq olunur. Müstəqil məhkəmə sistemi isə qəbul edilmiş qərarların ölkənin konstitusiyasına qədər uyğun olub-olmamasına onların icrasinə nəzarət edir.

 

Bu qurumlar arasında səlahiyyət bərabər bölündükdə, yəni biri digərinin işinə müdaxilə deyil, ədalətlə nəzarət etdiyi müddətcə əsl hakimiyyət seçənin, yəni xalqın əlində olur. Belə ki, hakimiyyətdə şəffaflıq hökm sürdükdə gizli bir şey qalmır seçkidə xalq layiq olanı yenidən hakimiyyətə gətirir, olmayanı isə tarixin arxivinə göndərir. Dünyanın hansı ölkəsinə baxırsınız-baxın, bu prinsipin təxminən hər yerdə işlədiyini görəcəksiniz, hansı ölkədə iradə buxovlanırsa, insan haqları tapdalanırsa, heç şübhəsiz, bu prinsip orada pozulmuşdur. Bu prinsipin, daha doğrusu, hakimiyyət bölgüsünün pozulduğu, səlahiyyətlərin bir əldə toplandığı ölkələrdə isə avtoritar, yaxud da totalitar rejimlər meydana çıxır. Çünki o cür ölkələrdə tək iradə çoxluğun iradəsini istismar altına alır.

 

 

 

***

 

 

 

Totalitar siyasi sistem qeyri-fəallıq süstlük mədəniyyətini təqdir edir. Rejim müti itaətkar vətəndaşlıq formalaşdırmağa can atır. Bunun əksinə olaraq, demokratik cəmiyyətin mülki mədəniyyəti fərdlərin azad şəkildə seçdikləri fəaliyyəti ilə formalaşır. Azad cəmiyyətdə vətəndaşlar öz mənafelərini güdürlər, öz hüquqlarını sınaqdan keçirir öz həyatları üçün məsuliyyət daşıyırlar.

 

Tarixə nəzər saldıqda aydın görünür ki, totalitar rejimlərin hakim olduğu ölkələrdə hər zaman cəmiyyət həyatında ciddi uçurumlar yaranmışdır. Belə ki, həmin ölkələrdə təbəqələşmə sürətlə inkişaf edir orta təbəqə tədricən aradan çıxır, qalır çox zənginlər kasıblar. Halbuki cəmiyyətin gücü məhz orta təbəqənin həyat standartları ilə üzvi şəkildə bağlıdır. Bu zaman cəmiyyətdə zor tətbiqi hallarına tez-tez rast gəlinir, azad söz ya boğulur, ya da dəyərdən elə düşür ki, kimsə kiminsə yazdığına, danışdığına əhəmiyyət belə vermir. Əslində o ölkələrdə demokratiya daha gözəl işləyir ki; orada sözün gücü özünü göstərir. Demokratiyanın tapdalandığı ölkələrdə sözün təsir gücü olmur.

 

Demokratiyalar tarixin qabarma çəkilmələrinə əsla etinasız yanaşmamışlar; onlar siyasi uğursuzluq nəticəsində dağılmış, daxili çəkişmələrə dözməmiş xarici hücumlar nəticəsində alt-üst edilmişdir. Lakin demokratiyalar zaman-zaman fövqəladə bacarıq da nümayiş etdirmiş sübut etmişdir ki, öz vətəndaşlarının öhdəliklərinə götürdükləri vəzifə borcu şüurlu olaraq vətənə xidmət yolu ilə, onlar ciddi iqtisadi çətinlikləri aradan qaldıra, ictimai etnik qarşıdırmaları qarşılıqlı anlaşma yolu ilə həll etməyə qadirdirlər.

 

Yuxarıda demişdik ki, demokratik ölkələrdə xalq öz gücünü seçki qutularında göstərir, layiq olanı taxta çıxarır, olmayanı taxtdan endirir. Ümumiyyətlə, bir fikri hər zaman əsas tutmaq lazımdır ki, seçkilər demokratik hökumətlərin mərkəzi qurumudur. Demokratiyada hökumətin səlahiyyəti müstəsna olaraq, idarəolunanların razılığından yaranır. Bu razılığı hakimiyyət səlahiyyətinə çevirmək üçün əsas mexanizm azad ədalətli seçkilərdir.

 

 

 

***

 

 

 

Müasir demokratiyaların hamısı seçki keçirir, lakin seçkilərin heç hamısı demokratik deyil. Bəzi avtoritar rejimlər isə özlərini demokrat kimi göstərmək üçün hər dəfə seçki kampaniyası adı altında əsl şou düzəldir min bir ssenari ilə hakimyyəti əldə saxlamağa çalışırlar. Belə seçkilərdə ancaq ya bir namizəd ola bilər, ya da alternativ seçimlər olmadan namizədlər siyahısı ola bilər. Belə seçkilər hər bir idarə üçün bir namizəd təklif edə bilər, lakin təhdid saxtakarlıq yolu ilə təminat verilir ki, ancaq hökumət bəyəndiyi namizəd seçiləcəkdir.

 

Bəzən demokratiya sözünün ifadə elədiyi məna ətrafında belə mübahislərə rast gəlmək mümkündür. Hərbi xuntalar, avtoritar rejimlər belə özlərini demokrat kimi təqdim etməkdən çəkinmirlər. Əsl demokratiya isə xalq tərəfindən idarə olunan elə hökümətdir ki, orada ali hakimiyyət xalqa həvalə olunur müstəqil şəkildə xalq tərəfindən ya azad seçki sistemi əsasında xalqın seçdiyi nümayədələr tərəfindən idarə olunur.

 

Demokratiyanın ən mühüm tələblərindən biri cəmiyyət üzvlərinin qanun qarşısında bərabərliyi məsələsidir. Sevimli Peyğəmbərimizin (s.ə.s.) bu mövzuda ortaya qoyduğu bir düstürü bütün zamanlara məkanlara şamil etmək mümkündür. Buyurur ki, öncəki cəmiyyyətlərin dağılmasının əsas səbəbi o olub ki, imtiyaz sahibi, zəngin imkanlı birisi bir cinayət işləyəndə hər kəs ona göz yumub, bir kasıb, zəif xəta etdikdə isə qanunun ən sərt üzü ilə cəzalandırılıb. Qanun qarşısında bərabərlik ya bir sıra hallarda deyildiyi kimi, qanun əsasında bərabər müdafiə, hər bir ədalətli demokratik cəmiyyət üçün əsasdır. İstər varlı olsun, istərsə yoxsul, istər etnik çoxluğa mənsub olsun, istər dini azlığa, istər dövlətin siyasi mütəffiqi olsun, istər onun əleyhinə çıxsın - hamının qanun əsasında qanuni müdafiə hüququ var.

 

 

 

***

 

 

 

Ədalət prinsipinin pozulmuş olduğu cəmiyyətlərdə qanun yüksək təbəqənin aşağıları əzmək mexanizmi halına gəlir. İnsanların hamısı bərabər xəlq olunmuşdurYaradan onlara əllərindən alınması mümkün olmayan müəyyən hüquqlar vermişdir ki, bu hüquqlar arasında yaşamaq, azadlıq və səadətə can atmaq arzusu da var. Və bu hüquqları müdafiə etmək üçün insanlar arasında idarəolunanların razılığı əsasında öz səlahiyyətlərini məhz onlardan əxz edən hökumətlər qurulmuşdur.

 

Yazımızın sonunda o həqiqəti vurğulamağı lazım bilirik ki, Allah-Təala insanı azad yaradıb və yer üzünün əşrəfi olan insanın insan tərəfindən istismarını əsla istəmir. İnsan ancaq Allahına boyun əyər, onun qarşısında özünü qul, kölə bilər. Bəşər tarixində görünmüş ən tərəqqipərvər dövlətlər də insanı məhz Allah-Təalanın verdiyi təbii haqlarına riayət edən dövlətlərdir. İrqi, cinsi, təbəqə ayrı-seçkiliyinin rol oynadığı cəmiyyətlər tarix səhnəsində məhvə məhkum olmaqla yanaşı, Allahın qanunlarına qarşı çıxdıqları üçün də cəzaya məhkumdurlar. Heç bir şey öz başına buraxılmayıb ki. Hər bir əməlin, niyyətin mütləq bir qarşılığı olacaqdır. Rejimlər və onları yetişdirən təsəvvürlər də bu münasibətdən kənarda qalmayacaq.

 

Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyəsi əsasında səhifəni hazırladı:

 

Əli Çərkəzoğlu 

Zaman.-2014.-26 noyabr.-S.13