Uşaq vətəndaş cəmiyyətinin işartıların elə uşaq yaşlarından əxz etməlidir

 

Müasir həyatımızı informasiyasız təsəvvür etmək çətindir. Heç şübhəsiz ki, bu gün ictimai fikrə təsir imkanlarında, eləcə milli adət-ənənələrin qorunub saxlanmasında, cəmiyyətin maddi mənəvi dəyərlər sisteminin formalaşmasında televiziya digər kütləvi informasiya vasitələrini üstələyir. Bu mənada onların vətəndaş cəmiyyətinə təsiri daha çoxdur.

 

Bəri başdan qeyd edək ki, bazar münasibətləri şəraitində fəaliyyət gösrərən telekanallar hazırda şou-proqramlara daha çox yer verirlər. Bazar şəraitində (televiziya təkcə kommersiya qurumu deyil, eyni zamanda ictimaiyyət qarşısında məsuliyyəti olan bir media yayım təşkilatıdır) fəaliyyət göstərən televiziyaların şou verilişlərinə o qədər irad tutmaq niyyətində deyiləm. Lakin etiraf edək ki, belə verilişlər bəzən milli-mənəvi, əxlaqi-etik dəyərlərlə bir araya sığmır.

 

Bəli, bu gün televiziya kanalları şou-biznes nümayəndələrinin bir-birinə qarşı çox əcaib ittihamları, təhqirləri, hədyanları ilə auditoriya toplamağa cəhd edir. Telekanalların mətbəx mövzusunda - müxtəlif yeməklərin hazırlanması qaydalarından bəhs edən verilişləri özünün yeknəsək məzmunu ilə tamaşaçını bezdirir. Belə çıxır ki, bu gün bəzi telekanallarımız maarifçilik missiyalarını yemək reseptlərinin təqdimatı ilə bitmiş hesab edirlər. Bəlkə elə bu səbəbdən son zamanlar insanlar telekanallarda baxmağa veriliş tapa bilməmələrindən şikayətlənirlər. Bu gün Azərbaycan ailələrinin bütün məsələləri çılpaqlığı ilə televiziyalarda müzakirə olunması da əndazədən çıxıb. Kriminal aləm isə bütün televiziya xəbərlərinin leytmotivinə çevrilib desək, yanılmarıq. Bu yerdə tanınmış jurnalist Xaqani Səfəroğlunun bir fikrini xatırlamaq yerinə düşərdi. O deyir ki, bizim telekanalların verilişləri, proqramlarının bəziləri vağzal kafelərinin ucuz menyularına bənzəyir. Bu verilişlər yaddaqalan ləzzət üçün deyil, “birdəfəlik istifadəüçün nəzərdə tutulur. yaxşı ki, son illər televiziya kanalları xarici serialların məngənəsindən xilas ola biliblər. Zənnimizcə, son illər məişət zəminində baş verən kriminal hadisələrin əsasında məhz bir zamanlar təbliğ olunmuş həmin serialların kifayət qədər payı var.

 

 

***

 

 

Ölkəmizin mədəniyyəti hazırda dünya səviyyəsində xeyli müsbət bir imicə malik olduğu geniş miqyasda tanındığı, təbliğ edildiyi halda, Azərbaycan cəmiyyətinin bu baxımdan daxildən maariflənməyə, ümumi mədəni bilik dünyagörüşününü artırılmasına ciddi ehtiyac var. Bu, ilk növbədə gənc nəslin milli ruhda, böyük mədəniyyətin varisi düşüncəsilə, kulturoloji biliklərə buna uyğun davranışlara yiyələnmiş bir şəkildə böyüməsi, yad təsirlərdən, arzuolunmaz davranışlardan, mənfi tendensiya pis vərdişlərdən xali bir şəkildə formalaşması üçün çox böyük əhəmiyyətə malikdir. Bəli, bu gün Azərbaycanın son illər əldə etdiyi böyük iqtisadi uğurların, hüquqi dövlət, vətəndaş cəmiyyəti quruculuğu yolunda atılan addımların, qlobal enerji-kommunikasiya layihələrinin təbliğinə, ictimaiyyətə tam dolğunluğu ilə çatdırılmasına yönəlmiş verilişlərin hazırlanmasına bir o qədər fikir verilmir.

 

Halbuki ölkədə gedən ictimai-siyasi, iqtisadi mədəni quruculuq prosesləri, dövlət siyasətinin mahiyyətinin xalqa çatdırılması, cəmiyyətin aktual problemlərinin müzakirəsi, günün nəbzinə uyğun verilişlər hazırlanması da televiziya radio üçün daim prioritet istiqamətlər olmalıdır. Adi bir misal. Torpaqlarının 20 faizi işğal altında olan, 1 milyon vətəndaşı qaçqın məcburi köçkün olan bir məmləkətin hərbi-vətənpərvərlik verilişlərini barmaqla saymaq mümkündür. Yaxud niyə ermənilərin işğalı altında olan rayonlarımız yalnız onların işğalı günlərində yada düşməlidir? Niyə axı sabahın vətəndaşları müxtəlif silahlar, döyüş sursatı, hərbi texnika haqqında dolğun təsəvvürlərə malik olmamalıdır? Niyə uşaq, yaxud dini verilişlərə xəsisliklə yer ayrılmalıdır? Halbuki vətəndaş cəmiyyətinin formalaşmasında bütün bunlar olduqca önəmlidir. Bəzən elə verilişlər olur ki... Məsələn, telekanalların birində məktəblilərin bilik yarışı ilə bağlı bir veriliş var. (Bəri başdan deyim ki, belə verilişlər alqışlanmalı təqdir olunmalıdır. Mən isə həmin verilişlərlə bağlı başqa bir məqama diqqət çəkmək istəyirəm) Amma həmin verilişdə qaliblərə adi hədiyyə təqdim olunanda, sözü düzü, üzülürəm. Halbuki adi bir şou-tədbirin iştirakçısı olanlara, heç bir müsbət cəhətləri ilə yadda qalmayansənət adamlarınabəzən avtomobillər hədiyyə olunur. Mən hələ onlara verilən digər mükafatları demirəm. Belə olan təqdirdə yetkinləlşməkdə olan vətəndaşda cəmiyyətə qarşı mənfi emosiyalar yaranmırmı? Axı belə şeylərdən daha çox nəticə çıxaran cəmiyyətdir. Məsələ burasındadır ki, bu məsələdə sponsor ön plana keçir. Mənim zənnimcə, əgər sponsora vətəndaş cəmiyyətinin üstünlükləri izah olunsa, o da bilik yarışlarına, mənəvi dəyərlərimizin təbliğinə daha məsuliyyətlə yanaşar. Bu isə yenə imkanlı adamlara vətəndaş cəmiyyətinin kifayət qədər təbliğ olunmamasından irəli gəlir.

 

 

 

***

 

 

 

Məlumata görə, bu gün ölkəmizdə 3 mindən artıq QHT qeydiyyatdan keçib. Təbii ki, onların efir imkanları yoxdur. Məgər onları bu sahədəki maarifləndirmə proqramlarına cəlb etmək olmazmı? Unutmayaq ki, vətəndaş cəmiyyəti yekcins deyil. Vətəndaş cəmiyyətində QHT-lərin böyük spektri təmsil olunur. Orada fərqli düşüncəyə malik insanlar cəmləşiblər. Vətəndaş cəmiyyəti dövlətin gücünü ortaya qoyan bir institutdur. Vətəndaş cəmiyyətini formalaşdıran isə mediadır, üçüncü sektordur, özəl sektordur.

 

Bu gün televiziya uşaqlara daha əvvəlkki illərdən daha çox təsir edir. Əvvəlki illərdən daha çox ağuşuna alır. Bəli, uşağın tərbiyəsi ailədən başlayır. Televiziya isə bu gün hər bir ailəninsözü keçənbir üzvünə çevrilib. Gün ərzində uşaqlarla daha çox ünsiyyət quran, onlara məsləhət verən , nağıllar danışan da odur. Bu mənada televiziyalar uşağı artıq bağçaya qədər müəyyən mənada formalaşıdırır desək, səhv etmərik. Odur ki, onları yenidən islah etmək bir qədər müşkülə çevrilir. Sonradan qədər islah olunsalar belə, beyinlərində, əgər belə demək mümkünsə, televiziya tərbiyəsi qalır. Tarix elmləri doktoru, millət vəkili professor Musa Qasımlının sözləri ilə desək, televiziya istənilən bir toplumu istədiyi fikrə sala bilər: “Xüsusən, televiziyalarda yayımlanan cizgi filmləri kiçikyaşlı uşaqların hansı ruhda böyümələrinə ciddi təsir göstərən bir vasitədir. Azyaşlı uşaqlar televiziya proqramlarına baxdıqdan sonra onların hərəkətlərində baş verən dəyişikliyi şəxsən özüm müşahidə eləmişəm”.

 

Yeri gəlmişkən, artıq neçə ildir ki, ölkədə uşaq televiziyasının yaradılması gündəmdədir. Lakin bu məsələ hələ də həllini tapmayıb. Əgər sabahımızın taleyi uşaqlardan asılıdırsa, nədən belə bir kanal olmasın? Televiziyanın ən böyük ictimai silah olduğunu unutmamalıyıq. Bir də nədən uşaq vətəndaş cəmiyyətinin işartıların elə uşaq yaşlarından əxz etməsin? Unutmayaq ki, hər kəs məsuliyyətini dərk edəcəyi təqdirdə cəmiyyətə daha yararlı insan olur. Biz uşaqların gələcəkdə cəmiyyətə açıq olmaları üçün uşaq bağçaları ilə yanaşı, bu məsələdən də bəhrələnməliyik. Bəli, biz onlarla erkən yaşlarından bir vətəndaş kimi rəftar etməliyik. Bu məsələdə isə şübhəsiz ki, uşaq televiziyası bizə daha çox töhfələr verə bilər. Bir sözlə, uşaq televiziyası ilə böyüyəcək bizim balalarımızda və gənclərimizdə formalaşacaq mədəniyyətlə əsl vətəndaş cəmiyyətinin formalaşmasına nail ola bilərik. Əks təqdirdə, uşaqlar internetin yesirinə çevrilməkdə davam edəcəklər. Onları isə bu əsarətdən xilas etmək olduqca müşkül olacaq. 

 

Zaman.-2014.-27 noyabr.-S.13.