Əcnəbilərin hüquq vəzifələri

 

- Daha çox hansı ölkə vətəndaşları sizdən huqiqi yardım istəyir, sizə müraciət edirlər?

- Hazırda əsasən Türkiyə Cümhuriyyətinin vətəndaşları bizə daha çox müraciət edirlər.

- Sizə müraciət edən Türkiyə Cümhuriyyəti vətəndaşlarının əsas şikyətləri nələrdir?

- Türkiyəli vətəndaşlar daha çox Azərbaycanda daimi yaşamaq üçün alınan icazələr, fəaliyyəti göstərmək üçün lazım olan sənədlər barədə sullarla bizə müraciət edirlər.

- Sizə olunan mürəciətlərində müsbət nəticələr əldə edə bilirsinizmi?

- Azərbaycanda qanunvericiliklə müəyyən olunmuş müvvəqqəti ya daimi yaşamaqla bağı icazələrin alınması üçün müəyyən olunan tələblər var. Bunu qanun özü müyyən edir. O tələblərə düzgün riayət olunduqdan, lazım olna sənədləri təqdim etdikdən sonra, Dövlət Miqrasiya Xidməti tərəfindən müvvəqqəti yaxud daimi yaşamaqla bağı icazələrin verilməsində problemlər yaşanmır. Ancaq əsas problemləri elə xarici vətəndaşlar özləri yaradırlar. Belkə ki, xarici vətəndaşlar müvvəqqəti ya daimi yaşamaqla bağlı icazənin alınmasının vaxtını gecikdirirlər. Hər halda onlar bunu bilməyərəkdən edirlər. Bəziləri isə səhlənkarlıqdan Dövlət Miqrasiya Xidmətinə lazım olan sənədləri vaxtında təqdim etmirlər.  Amma bu gələcəkdə ciddi porblemlərə, cərimələrin yazılmasına gətirib çıxarır.

- Azərbaycanda yaşayan Türkiyə Cümhuriyyəti vətəndaşlarına deportasiya tətbiq edilibmi?

- Xeyir. Mən eşitdiyim qədər Türkiyəli vətəndaşlar cinayət törəmədikcə, cəmiyyətə zərər vuracaq hər hansı bir görmədikcə, onlar deportasiya olmurlar. Türkyəlilər Dövlət Miqrasiya Xidmətinə lazım olan sənədləri gecikdidikdə, onlara qarşı qanunu çərçivədə cərimələr tətbiq olunur, ölkədən çıxış edib yeni viza ilə daxil olmaları tələb olunur amma ölkədən deportasiya edilmirlər.

- Azərbaycanda işləmək ya yaşamaq icazəsi ala bilmədiyi üçün bizim ölkəni tərk edən xarici vətəndaşlara rast gəlmisinizmi?

- Bilirsiniz bəzi xarici vətəndaşlar Dövlət Miqrasiya Xidmətinə lazımlı sənədləri özləri hazırlamağa çalışırlar. Onlar düşünürlər ki, bunu mütəxəssisə getmədəndə hazırlamaq olar. Ancaq əslində belə deyil. Çünki bu insanlar sənədləri hazırlayarkən orda əksikliklərə yol verirlər. Məslən: Bir şirkət xarici vətəndaşı özünə işçini olaraq götürmək istəyir bu məqsədlə Dövlət Miqrasiya Xidmətinə müraciət edir. Ancaq şirkət bu işçinin onlara həqiqətəndə lazımlı olduğunu əsaslandıra bilmir. Dövlət Miqrasiya Xidmətində çalışan məmuru inandırmaq lazımdır ki bu xarici vətəndaş bizə lazımlı işçidir. Bu zəruriliyi sənəddə əks etdirə bilməsən Miqrasiya xidmətində çalışan məmur elə düşünür ki, bu xarici vətəndaşın burada işləməsi elə zəruri deyil. Onu yerli vətəndaşla əvəzləmək olar. Halbuki elə işlər var ki, yerli mütəxəssislər istənilən səviyyədə o işləri görə bilmirlər. Bunun üçündə Dövlət Miqrasiya Xidmətinə lazım olan forumu doldururkən mütəxəssislərə (işi bilənlərə) müraciət etmək lazımdır. Bəzən elə olur ki, ən sadə bir yerdə yalnışlıqlara yol verirlər. Məsələn: Forumun qrafalarını doldururkən boşluqlara yol verirlər.

- Xarici vətəndaşların hüquqla bağlı başqa kimi mürciətləri olur?

- Xarici vətəndaşlar Azərbaycana gələndə ilk öncə qeydiyyata durmaqla bağlı müraciət edirlər. Bundan başqa onlar şirkət qurur yaxud da başqa bir dövlətdə olan şirkətinin filialını ölkəmizdə açmaq istəyirlər. Azərbaycandakı hər hansı bir şirkətlə ticari anlaşma bağlamaq istəyən xarici vətəndaşlarda, müqavilə hazırlamaq üçün bizə müraciət edirlər.

- Xarici vətəndaşlar azərbaycanlı xanımlarla ailə qurduqda onların Dövlət Miqrasiya Xidmətində icazə alması məsələsində bir dəyişiklik olurmu?

- Xarici vətəndaşlar azərbaycanlı xanımlarla ailə qurduqda vətəndaşlıq alması üçün 7 il yəni 2 il müvəqqəti 5 il daimi oturum alması lazımdır. Daha sonra həmin vətəndaş Azərbaycan dilini bilməsi haqqında sənəd alır. Bundan sonra o vətəndaşlıq ala bilər. Ancaq hər hansı bir xarici vətəndaş ölkəmizin vətəndaşı ilə ailə qurduqda oturum almaq daha asan olur. Oturum məsləsi təkcə ailə quranda deyil, şirkət quranda, professor olub burada dərs deyəndə ya da  jurnalist olub akreditə olanda oturum icazəsi almaq olur.

 

- Onların Azərbaycanda dünyaya gələn övaladlarının ölkəmizdə yaşamaq məsələsi ya vətəndaşlıq alama məsləsi necə olur?

- Ümumiyyətlə vətəndaşlıq ya ataya görə, ya da doğulduğun yerdən asılı olur. Əgər uşaq Azərbaycanda doğulubsa deməli o uşaq Azərbaycan vətəndaşı ola bilər. Əgər bu uşaq oğlandırsa mütləq hərbi komisarlıqda qeydiyyata düşməlidir. Ya da şəxsiyyət vəsiqəsi alması üçün yaşı çatdıqda, doğum haqqında şəhadətnaməni təqdim etməklə Azərbaycan vətəndaşı ola bilər. Yalnız bu halda həmin şəxs öz ata-baba vətəndaşlığından imtina etmiş olur.

- Xarici vətəndaşların srürücülük vəsiqəsi Azərbaycanda etibarlıdırmı. Məsələn: Türkiyəli vətəndaşlar öz ölkələrində aldıqları sürücülük vəsiqısi ilə ölkəmizdə avtomobil idrə edə bilərlərmi?

- Əgər onların sürücülük vəsiqəsi beynəlxalq dərəcədə tanınan sürücülük vəsiqəsidirsə, onda heç bir problem yoxdur. Təcrübəmdən deyə bilərəm ki, Türkiyədən alınan sürücülük vəsiqələri Azərbaycanda qüvvədədir. Ona görə ki, Türkiyədə təqdim olunan sürücülük vəsiqələri beynəlxalqdır. Başqa dövlətlərin təcrübəsinə bələd deyiləm.

- Azərbaycandakı şirkətlərin hüquqa hüquqçulara münasibəti necədir?

- Biz şirkətlər üçün huquqi xidmələr göstəririk. Sizi inandırım Azərbaycandakı şirkətlərin çoxu hüquqi məsələrdən faydalanmağı hələ düşünmürlər. Şirkət sahibləri yaxud da şirkətlər hüquqçularla məsləhətləşmədən öz başlarına qərarlar verirlər ki, bu da onlar gələcəkdə bir çox problemlərlə üz-üzə qoyur. Belə şirkətlər cərimə olunur ya da onlara qarşı müxtəlif sanksiyalar tətbiq olunur. Sonra da şirkət sahibləri deyirlər ki, mən bunu bilmirdim.

- Vətəndaşlar hüquqçulara müraciət edərkən elə düşünürlər ki, onların bütün problemləri həll olunacaq. Bəs hüquqçular hansı vəziyyətlərdə aciz qalırlar?

- İstər vəkillər olsun, istərsə də etibarnamə əsasında işə çıxanlar. Ümumiyyətlə vəkillər işi götürməzdən əvvəl işi hərtərəfli analiz edir. Yalnız bundan sonra bu işin hüquqi prespektivinin olub olmamasına baxaraq işə başlayır. Məsələn: hər hansı bir şəxs hansısa məsləylə bağlı vəkilə müraciət edib. Vəkil məsələni araşdırır və görür ki, vətəndaşın isarar etdiyi məsələ qanunvericiliyə ziddir. Vətəndaş tələbində haqsızdır. Bu zaman hüquqşünas o işdən imtina edir. İmtinanın səbəbi isə bu işin hüquqi prespektivivnin olmamasıdır. Yəni hüquqşunas boşu boşuna vaxt sərf etmir. Ancaq pul qazanmaq xatirinə bəzi vəkillərin işin prespektivi olmasa belə o işi götürürlər. Belə qeyri etik davranışlara yol verən hüquqşunaslara da rast gəlinir.

- Elə olurmu ki, müştərilər istədiklərinə nail olmaq üçün sizə yalan danışırlar?

- Bəli olur. Müştəri bizə yalan danışır, məsələləri olduğu kimi əks elətdirmir. Sonra gəlib çatır məhkəmə salonunaburada isə  tamam başqa sənədlər üzə çıxır. O zaman hüquqşünas pis vəziyyətdə qalır. Burada vəkil işi ədalətlə həll etməkdən, manevr etməkdən məhrum olur. Belə halların baş verməməsi üçün biz müştərilərimizi öncədən çox sorğu-sual edirik. Düzdür bəzi müştərilər bundan narazı qalır ancaq biz o işdə prespektiv görmürüksə boş-boşuna vətəndaşı yormağın heç bir mənası yoxdur.

 

Əsgər Hüseynov

 

Zaman. - 2014.- 1 oktyabr.- S. 11.