Şirvan şəhərində
İmadəddin Nəsiminin 645 illiyi keçirildi
Şirvan Şəhər
Mərkəzi Kitabxanasında
böyük Azərbaycan
şairi İmadəddin
Nəsiminin (1369-1417) 645 illiyi ilə əlaqədar “Mən də sığar iki cahan...” adlı ədəbi-bədii gecə
keçirildi.
Tədbirdə şəhər
16 saylı məktəbin şagirdləri, müəllimləri
və mədəniyyət işçiləri iştirak
etdilər. Tədbiri giriş sözü ilə açan
jurnalist Yaqut Hüseynova qeyd etdi ki, artıq 600 ildir ki, böyük
Azərbaycan şairi İmadəddin Nəsiminin
adı Yaxın Şərqdə mərdlik, fədakarlıq və
iradə rəmzi kimi hörmətlə
çəkilir. Heydər Əliyev Mərkəzinin əməkdaşı
Aynur Fərzəliyeva
çıxışında dahi Azərbaycan
şairi Nizami Gəncəvinin
Yaxın Şərq ədəbiyyatına gətirdiyi ümumbəşəri
ideyaları davam və inkişaf
etdirən bu böyük
sənətkar-insana, onun qüdrətinə
olan yüksək inamını tərənnüm
edərək, şeirlərində insanı həyati gözəlliklərin
əsl mənbəyi kimi vəsf etdiyini xüsusi olaraq vurğuladı. Sonda 1973-cü ildə çəkilmiş
“Nəsimi” ( ssenari müəllifi
İsa Hüseynov,
quruluşçu rejissor
Həsən Seyidbəyli)” filmi nümayiş olundu. “Nəsimi-645”
başlıqlı kitab sərgisi tədbir
iştirakçıları tərəfindən maraqla qarşılandı.
Babək Əsgər
Zaman. -
2014.- 2 oktyabr.- S. 7.