Vətəndaş dövlətin idarə olunması işinin iştirakçısına çevrilməlidir

 

İnsan dünyanı dərk etdiyi gündən daim azadlığa can atır.

Azadlıq isə, ilk növbədə, demokratik dəyərlərin hakim olduğu, insanların yaşam düşüncə tərzinə, gələcəyə baxışına üfüqlər açan bir cəmiyyətdə mümkündür. Elə bir cəmiyyət ki, onu yalnız sivil qanunlar idarə edir insanın dövlətdən heç bir asılılığı yoxdur. Azad insan çox şeyə qadirdir. BMT-nin İnsan Hüquqları Komissiyasının ilk sədri Eleonor Ruzvelt  Azadlıqla ilk dəfə harada qarşılaşırıqsualına belə cavab verir: “...Bizdən iki addım o yanda, balaca bir yerdə; elə yerdə ki, sən onu dünya xəritəsində axtarıb tapa bilməzsən... Bu balaca dünya insanın fərdi dünyasıdır. Bu balaca yer insanın yaşadığı mühitdir, bu mühitdə o, məktəbə, zavoda, ofisə yollanır; bu elə bir yerdir ki, orada hər bir kişi, hər bir qadın, yaxud hər bir uşaq qalmaqal olmadan hamıyla ədalətlə rəftar edilməsini, hamıya eyni imkanlar verilməsinivə hər kəsin ləyaqətinin tapdanmamasını istəyir. Əgər bu hüquqların burada mənası varsa, onda hər yerdə mənası olacaq. Bizdən iki addım o yanda insan hüquqları birgə vətəndaş səyləri sayəsində qorunmasa, onda biz bu hüquqların inkişaf etməsini böyük dünyada əbəs yerə axtarmış olacağıq”. İlk baxışda çox sadə səslənən bu fikirlər demokratiya vətəndaş cəmiyyəti barədə böyük həqiqətlərə işıq salır. Çünki ola bilsin ki, hər hansı ölkənin Konstitusiyasında, belə demək olarsa, demokratik dəyərlər insan hüquqları aşıb-daşsın. Lakin bütün bunlar real içtimai həyatda- seçkilərdə, özünüifadədə, birgəyaşayışda, ölkənin idarə olunmasında özünü göstərmirsə, demək demokratik cəmiyyət haqqında yazılanlar söz olaraq qalacaq.

Qədim yunan filosofu Aristotelin (e. ə. 384-322) ədalətli dövlət quruluşu haqqında söylədikləri bu baxımdan çox maraqlıdır. Aristotel yazır: “Dövlət, ümumiyyətlə, yaşamaq üçün deyil, xoşbəxt yaşamaq üçün qurulur; əks halda kölələrdən yaranan heyvanlardan təşkil olunan birliyi dövlət saymaq lazım gələrdi, bu isə gerçək olmazdı, çünki onlar hamının rifahına can atan öz iradələri ilə birlik qurmurlar...”

 

 İnsanlar yaşadığı cəmiyyətdə özünüifadə azadlığına malik olmalıdırlar

 

Təəssüf ki, bu gün hətta ən demokratik ölkələrdə, belə ifadə etmək olarsa, bütöv demokratiya mövcud deyil. Tədqiqatçıların fikrincə, demokratiya (çoxluğun hakimiyyəti ) uğrunda mübarizənin tarixi insan haqları uğrunda mübarizənin tarixindən daha qədimdir. Belə ki, “demokratiyanın vətəni Qədim Yunanıstandırsa, liberalizmin ( insanların dövlət müdaxiləsindən qorunması, yaxud insan haqlarının ) vətəni tam hüquqla orta əsr İngiltərəsi hesab olunmalıdır”. Bəs belə bir siyasi düşüncənin kökündə nələr durur? Hər şeydən əvvəl, insanlar yaşadığı cəmiyyətdə özünüifadə azadlığına malik olmalı, vətəndaş dövlətin idarə ona nəzarət olunması işinin iştirakçısına çevrilməlidir. Unudulmamalıdır ki, fikir müxtəlifliyi, həqiqqətin söylənilməsi ən qədim dövrdən bəri təqib olunmuşdur. Bir anlığa düşünün: Sokrat, Nəsimi, Qalileo Qaliley başqaları niyə həqiqətin qurbanı olmuşlar? Çünki onlar bu insanlar kimi başqaları da cəmiyyətdə həqiqətin, saflığın, mərdliyin, bərabərliyin carçıları olmuşlar. Məgər bu şəxsiyyətlər dövlətin dinin qanunlarına qarşı çıxış edərkən, yaxud insanlara qadağan olunmuş həqiqətləri söyləyərkən özlərinin hansı təhlükələrlə üzləşəcəklərini bilmirdilərmi? Əlbəttə bilirdilər. Lakin onlar yaşadıqları cəmiyyətdə insanların necə əzab çəkdilərini, aldadıldıqlarını görüb susmağı bacarmadılar. Çünki o insanlar təbiətən azad doğulmuşdular, yaşadıqları mühitin eybəcərliklərinə bulaşmamışdılar. Bu insanlar həqiqəti söyləməyi, milyonların hüquqsuzluğunu açıb göstərməyi bir missiya kimi öz üzərlərinə götürmüşdülər.

 

 Sağlam güclü demokratiyanın təməlində müəmmalı heç yoxdur

 

Demokratik cəmiyyətin formalaşdırılması üçün ilk növbədə azad ruhlu, əqidəli, vicdanlı insanlar yetişməlidir. Ona görə ki, hər bir cəmiyyətin hərəkətverici qüvvəsi inkişafı sürətləndirən azadruhlu, vicdanlı, savadlı insanlardır. Hansı dövlətdə ya elə toplumda belə insanlara geniş meydan verilirsə orada inkişaf ədalət insanlara daha rahat həyat bəxş edir. Üç dəfə (1932,1936 və1940-ci illərdə) Amerika Birləşmiş Ştatlarının Prezidenti seçilmiş Franklin Delano Ruzvelt öz xalqına müraciət edərkən (1941-ci il) bildirib ki, sağlam güclü demokratiyanın təməlində müəmmalı heç yoxdur. Onun fikrincə, xalqın siyasi iqtisadi sistemdən əsas gözləntiləri çox sadədir: gənclər bütün digər adamlar üçün imkan bərabərliyi, işləyə bilənlər üçün , ehtiyacı olanların təhlükəsizliyi, seçmə adamlar üçün xüsusi imtiyazların ləğvi, hamı üçün vətəndaş azadlıqlarının saxlanılması, həyat səviyyəsinin daim yüksəlməsi üçün elmi-texniki tərəqqinin nailiyyətlərindən istifadə olunması. Bunlar demokratik cəmiyyət üçün vacib olan şərtlərdir. F. Ruzveltin fikrincə, birinci azadlıq dünyanın istənilən yerində söz azadlığı öz fikrini ifadə etmək azadlığıdır. İkinci azadlıq dünyanın istənilən yerində hər bir adamın istəyincə ibadət azadlığıdır. Üçüncü azadlıq dünyanın istənilən yerində  ehtiyac əsarətindən azadlıqdır. Daha sadə dildə bu,hər bir ölkə üçün onun sağlam, dinc həyatını təmin edən iqtisadi razılaşmaları bildirir. Dördüncü azadlıq dünyanın istənilən yerində qorxu hissindən azadlıqdır. Başqa sözlə bu, silahların elə tərzdə elə səviyyəyə qədər  ixtisar edilməsidir ki, heç bir ölkənin öz qonşusuna fiziki təcavüz etmək imkanı olmasın.

 

 Şərqdə ilk demokratik respublika xalqa azadlığın şirinliyini daddırdı

 

XX əsrin əvvəllərində Zaqafqaziya xalqları talelərini həll etmək imkanı qazandılar. 1918-ci il may ayının 28-də Şərqdə ilk demokratik respublikanın- Azərbaycan Xalq Cümhuriyyətinin elan olunması xalqımızın azadlığı müstəqilliyi yolunda ilk mərhələ oldu. Cümhuriyyətin Milli Şurası tərəfindən qəbul edilən İstiqlal Bəyannaməsində qeyd edilmişdir ki, Azərbaycan Xalq Cümhuriyəti millət, din, sinif,silk cins fərqinə varmadan hüdudi daxilində yaşayan bütün vətəndaşların siyasi vətəndaş hüquqlatını təmin edir. Azərbaycan Xalq Cümhuriyyətinin qısa müddətdə həyata keçirdiyi geniş islahatlar demokratikləşmə yolunda uğurlu addımlar idi. Ölkənin təbii sərvətlərinin milliləşdirilməsi, kəndlilərə torpaq paylarının verilməsi, siyasi sahədə hər bir vətəndaşın səsvermə hüququna malik olması. Hökumətin 1918-ci il 28 avqust tarixli qərarında göstərilirdi ki, bütün ibtidai tədris müəssisələrində təhsil şagirdlərin ana dilində aparılmalı dövlət dili olan Azərbaycan dilinin tədrisi icbari surətdə həyata keçirilməlidir.

Ardı növbəti sayımızda...

 

Səməd Məlikzadə

 

Zaman. - 2014.- 2 oktyabr.- S. 11.