Əmək müqaviləsi hüquqi dövlət quruculuğu prosesinin önəmli faktorudur

 

ƏZIZ MUSTAFA ,

 

Əmək müqaviləsi bildirişinin elektron informasiya sisteminin yaradılması bu prosesin uğurla davam etdirilməsi Azərbaycanda hüquqi dövlət quruculuğuna təkan verən daha bir uğurlu addım kimi dəyərləndirilir. Bu müstəvidə Əmək müqaviləsi bildirişinin elektron informasiya sisteminin yaradılması qeyri-leqal məşğulluğun aradan qaldırılmasına xidmət edəcəyi şübhə doğurmur.

 

Qeyd edək ki, Azərbaycanın müstəqilliyini əldə etməsindən beynəlxalq hüquq münasibətləri sisitemində öz layiqli yerini tutmasından sonra ölkəmizdəki mövcud qanunvericilik aktlarının sivil tələblərə uyğunlaşdırılması hüquqi dövlət quruculuğu ilə bağlı aparılan islahatlar zamanı ən vacib məsələlərdən biri kimi gündəmə gəldi. Çünki hər bir dövlətin sivil, demokratik inkişafına yol, onun inkişaf etmiş dövlətlərin zəngin təcrübəsindən istifadə edərək özünün qanunverici bazasını beynəlxalq hüquq normalarına uyğunlaşdırmasından keçir. Bu baxımdan əhalinin məşğulluq problemləri ilə bağlı mövcud qanunvericiliyin sivil hüquq normalarına uyğunlaşdırılması, işəgötürənlə işçi arasında əmək müqaviləsinin bağlanılması ölkəmizin qarşısında duran ən vacib məsələlərdən birinə çevrilib. Məsələnin Azərbaycanın hüquqi, demokratik dövlət quruculuğu baxımından özünəməxus önəm daşıdığını uzaqgörənliklə müəyyən edən Heydər Əliyev hələ ötən əsrin 90-cı illərinin ortalarında Azərbaycanın hüquqi dövlət qurduğunu, qanunlarımızın beynəlxalq hüquq normalarına uyğunlaşdırılması istiqamətində, o cümlədən işə götürənlə işçi arasında əmək münasibətlərinin hüquqi baxımdan tənzimlənməsi ilə bağlı müvafiq addımlar atıldığını xüsusi vurğulamışdı. Heydər Əliyevin ölkəmizdə işəgötürənlə işçi arasındakı münasibətlərin tənzimlənməsini xüsusi diqqət mərkəzində saxlaması isə təsadüfi deyildi. Belə ki, işəgötürənlə işçi arasındakı əmək münasibətlərinin sivil hüquq normaları əsasında tənzimlənməsi, demokratik dövlət quruculuğunun ən önəmli faktorlarından biri olaraq ortaya çıxan problemlərin hüquqi çərçivədə həll edilməsinə, həm vergidən yayınmanın qarşısının alınmasına, Dövlət Sosial Müdafiə Fonduna ( DSMF) ödənişlərin edilməsinə, işçi üçün təhlükəsiz şəraitinin yaradılmasına, dövlət büdcəsinə daxil olan vergilərin tənzimlənməsinə imkan verir.

 

 ***

 

İşəgötürənlə işçi arasında münasibələri hüquqi baxımdan tənzimləyən ən mühüm hüquqi sənəd Əmək Məcəlləsinin tələbləri əsasında tərtib olunan Əmək müqaviləsidir. Bu çərçivədə işəgötürənlə işçi arasında Əmək müqaviləsinin imzalanması qeyri-leqal əmək problemi son illərdə ən aktual, həllini gözləyən problemlərdən biri kimi ortaya çıxmışdı. Bu da əsassız deyildi. Belə ki, rəsmi statiskaya əsasən Azərbaycanda 4,5 milyon nəfərdən artıq adam müxtəlif sahələrdə əmək fəaliyyəti ilə məşğul olur. Bu ilin iyul ayının birinə kimi isə onlardan yalnız təxminən 1,5 milyon nəfər ilə işəgötürən arasında əmək müqavləsi bağlanmışdı. Bu isə o demək idi ki, iqtisadiyyatda çalışan hər 10 nəfərdən ən yaxşı halda 3-4 nəfəri əmək müqavilələri əsasında çalışırdı. Sahə ilə məşğul olan ekspertlərn fikrincə, o cümlədən ictimai təşkilatların əhali arasında keçirdiyi rəy sorğusuna əsasən ölkədə əmək münasibətləri rəsmiləşdirilən işçi qüvvəsinin xüsusi çəkisi  son aylara kimi 35-38%-i ötmürdü. Bu isə o deməkdir ki, aqrar sektorda çalışınların cəmi 2,5%-i, tikinti, ticarət, ictimai iaşə nəqliyyat sektorunda məşğuliyyət tapanların isə 35-40%-i əmək müqaviləsi ilə çalışırdı. Bu isə öz növbəsində böyük həcmdə maliyyə vəsaitinin vergidən gizlədilməsinə yol açırdı. Digər tərəfdən işəgötürənlə işçi arasında əmək müqaviləsinin bağlanmaması DSMF- böyük həcmdə maliyyə vəsaitinin daxil olmamasına səbəb olaraq gələcəkdə vətəndaşların sosial müdafiəisnin sivil hüquqi tələblər səviyyəsində həyata keçirilməsi yolunda ciddi əncələ çevrilmişdi. Məsələ ilə bağlı ortada digər bir acı fakt da var. Bu da əksər hallarda işə götürənin  işçi ilə əmək müqaviləsini imzalmağa maraq göstərməməsi idi. Bunun da səbəbləri aydın idi. Əmək müqaviləsinin olmaması işgötürənə istehsalatda bədbəxt hadisələr zamanı özünü sığortalmasına həmçinin əmək haqqlarından DSMF fondlarına   dövlətə vergi ödəməkdən yayınmağa imkan verirdi. Ən yaxşı halda işə götürən əmək müqaviləsinin olmamasından isifadə edərək DSMF fondlarına dövlətə olduqca az miqdarda vergi ödəyirdi. Nəhayət işçi özü DSMF- dövlətə vergi ödənilməsinin onun az əmək haqqı alacağına səbəb olacağından ehtiyat edərək işəgötürənlə əmək müqaviləsinin imzalanmasında maraqlı olmur qeyri-leqal əməklə məğşul olmağa üstünlük verirdi.

 

***

 

Ona görə də mövcud problemin qarşısının alınması üçün dövlət tərəfindən yeni addımların atılması istiqamətində müvafiq tədbirlərin həyata keçirilməsinə başlanıldı. Belə ki, qısa müddət ərzində Əmək müqaviləsi bildirişinin elektron informasiya sisteminin yaradılması və bu yolla qeyri-leqal məşğulluğun aradan qaldırılması qərara alındı. Bununla bağlı prezident İlham Əliyev tərəfindən imzalanan sərəncamla Əmək Məcəlləsinə edilən dəyişikliklər işə götürən və işçinin hüquqlarını müəyyən mənada daha da təkmilləşdirilməsində önəmli rol oynamağa başladı. Əmək Məcəlləsinə edilən dəyişikliyə əsasən Azərbaycan Respublikasında fəaliyyət göstərən hüquqi şəxslər, yəni işəgötürənlər işçi ilə bağladıqları əmək müqaviləsini aidiyyatı üzrə Azərbaycan Respublikası, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tərkibində yaradılmış elektron bazada qeydiyyatdan keçirməli idilər.

 

Müqavilə ancaq qeydiyyatdan keçirildikdən sonra həmin hüquqi əmək münasibətləri qanuni qüvvəyə minirdi. Bu əsasda da Əmək müqaviləsinin bağlanılıb-bağlanılmamasına nəzarət etmək isə Dövlət Əmək müfəttişliyinə tapşırılıb. Əmək müfəttişliyinin əsas vəzifələərindən biri isə  əmək müqavilələrinin sonrakı gedişatına və tərəflərin müqavilənin şərtlərinə əməl edib-etməməsinə nəzarət etməkdir. Məsələyə münasibət bildirən hüquqşünas Əfqan Dostuyev Əmək müqaviləsi bildirişinin elektron informasiya sisteminin yaradılmasının qeyri-leqal məşğulluğun aradan qaldırılmasına yardım edəcəyini deyir. O: “Əmək müqaviləsi bildirişinin elektron informasiya sisteminin yaradılmasına uyğun olaraq Azərbaycan Respublikasında fəaliyyət göstərən hüquqi şəxslər, yəni işəgötürənlər işçi ilə bağladıqları əmək müqaviləsini aidiyyatı üzrə Azərbaycan Respublikası, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tərkibində yaradılmış elektron bazada qeydiyyatdan keçirirlər”,-deyir. O deyir ki, əmək müqaviləsinin imzalanması ilə işəgötürən və işçi öz üzərilərinə Əmək Məcəlləsində müəyyən edilmiş qaydada öz üzərlərinə müəyyən öhdəliklər götürüblər. Tərəflərin hər biri öz öhdəliyini layiqincə yerinə yetirməlidir. Bu çərçivədə də işəgötürən əmək müqaviləsinə uyğun şəkildə işçinin əməyini qiymətləndirməli, onun  üçün təhlükəsiz şəraiti yaratmalı, onları icbari sığortaya cəlb etməli və DSMF-yə ödənişlərini vaxtlı-vaxtında həyata keçirməlidir.

 

Ardı növbəti sayımızda...

 

Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyəsi əsasında səhifə ni hazırladı:

 

Əziz Mustafa 

Zaman.-2014.-9 oktyabr.-S.13.