Qanunun “şah
olması” üçün ictimai nəzarət olmalıdır
“Lənkəran Hüquq Mərkəzi”
MMC-nin direktoru, hüquqşünas Ehtiram
Fəttayev Əvvəli
ötən sayımızda
“Müəyyən
hallarda “şah qanun olur”, düzdür
qanunvericilik deyir ki, məhkəmələr
müstəqildir, yalnız
qanuna tabedir. Amma bəzi hallarda görürsüz ki, məhkəmələrə,
hakimlərə təsirlər
ola bilir.
Hakimdə öz vəzifəsindən
mərhum olmamaq üçün bəzən
qanunsuz qərarlar vermək məcburiyyətində
olur. Düzdür
yuxarı instansiyalarda
məsələyə düzgün
hüquqi qiymət verilir, amma görürsüzki
bu kimi hallar
baş verir. Qanunun “şah olması” üçün doğurdanda
ictimai nəzarət güclü olmalıdır”.
”Lənkəran Hüquq Mərkəzi” MMC-nin direktoru, hüquqşünas
Ehtiram Fəttayev qəzetimizin ötən sayında yer alan açıqlamalarında
qeyd etmişdir ki, vətəndaşların
öz hquqlarını
bilməməsi onların
hüquqlarının tapdanması
ilə nəticələnir.
Biz də öz
növbəmizdə hüquqşünasa
“Bəs, hüquqlarını
bilən insanlar onu müdafiə etməyə nə dərəcədə nail olurlar,
bacarırlarmı?” sualını
ünvanladıq. Ehtiram
Fəttayevin sözlərinə
görə, məhkəmə
proseslərində müəyyən
problemlər olur: “Məsələn, ədalətsiz
qərarlar qəbul olunur və ya hakim tərəfindən
prosessual hüquq normaları pozulur. Əgər vətəndaş öz hüquqlarını qanunvericilik
çərçivəsində müdafiə etməyi bilirsə və bunu tələb edə bilirsə bugün mənə elə gəlir ki, hüquqları müdafiə üçün
məhkəmə vasitəsindən
istifadə etmək səmərəlidir. Qanunvericilik sənə
imkan verir ki, əgər birinci məhkəmədə
lazımi qaydada sənin hüquqlarını
təmin edə bilmirsə, sən o qərardan narazı olduğun təqdirdə apelasiya məhkəməsinə
verə bilərsən.
Bundanda narazısansa Ali məhkəməyə
verə bilərsən.
Hətta
Ali məhkəmənin yekun
qərarından altı
ay müddətində qanunvericilik
imkan verir ki, sən Avropa
İnsan Hüquqları
məhkəməsinə ora
getmədən, vəkil
tutmadan ərizə ilə müraciət edəsən. Təəsüflər olsun ki, ədalətsiz
qərarlar çox olmasa da, az
da deyil”.
”Rayon yerlərində öz hüququnu tələb edən insanlara niyə “demoqoq” deyirlər?” sualımıza
isə müsahibimizin
cavabı belə oldu ki, bizdə
“demaqoq” sözünü
düzgün yozmurlar:
“Əslində “demaqoq”
sözü öz hüquqlarını müdafiə
edən deməkdir. Bizim insanlar arasında o söz sanki yaxşı mənada səslənmir. Sizə bir
söz deyim, əgər hüquqları
pozulan vətəndaş
varsa və bu vətəndaş öz hüquqlarını
istər məhkəmədə,
istərsədə məhkəmədən
kənar aidiyyəti qurumlara şikayət verərək müdafiə
etməyə çalışırsa,
buna hər hansı bir formada ad vermək düzgün deyil. “Demaqoq” sözü
bizim cəmiyyətdə
haqlı ya da haqsız olmasından asılı olmayaraq şikayət yazanlara deyirlər. Günümüzdə olur ki, bizə haqsız olduğu halda müraciət edirlər.
Biz hüquqi cəhətdən
başa salırıq
ki, bu düzgün
deyil, bizimlə razılaşmır və
haqsız olduğu halda məktub yazır. Bəlkə hansısa qurum
ehtiyat edib ona köməklik göstərər. Lakin bu belə deyil. Bu tip insanlara “demaqoq” deyirlər”.
”İnsanlarımızın çoxunun
öz hüququnu bilməməsi qanunlarımızın
dilinin çox qəliz olması ilə bağlıdır”
”Qanunlarımızın dili çox qəlizdir. Bəzən anlamaq üçün
bəzi maddələri
bir neçə dəfə oxumalı olursan. İnsanlarımızın
çoxunun öz hüququnu bilməməsi
həm də bununla bağlıdır”,
-deyən həmsöhbətimizin
sözlərinə görə,
hüquqşünas olaraq
bəzən görürsüz
ki, hər hansı qanunvericiliyə baxanda cümləni bir neçə dəfə oxumalı oluruq: “Çünki o cümlə orda çox mürəkkəb
ifadə olunub. Bəzən hüquqşünas dostlarımıza
deyirik ki, sən oxu o cümləni gör nə başa düşürsən. Təbii ki,
bu qanunvericilik bazasına malik olmayan sadə vətəndaş üçün
olduqca çətindir.
Hətta
görürsüzki hakimdə
həmin maddəni öz bildiyi kimi tövsiyyə edir, maddi hüquq
normalarını pozur
və düzgün tətbiq edə bilmir. Təbii ki, bununla bağlı qanunvericilik deyir ki, hər
hansı bir maddədə uyğunsuzluq
və yaxud da izaha ehtiyac
olan hallar olarsa bunun üçün
konstitusiya məhkəməsinə
müraciət olunur və orada şərh
olunur ki, bu maddə nə
deməkdir. Ümumilikdə qanunvericilik tam aydın şəkildə yazılıb”.
”Bəzi hallarda görürsüz ki, məhkəmələrə, hakimlərə
təsirlər ola bilir”
”Qanun şahdır,
şah qanun deyil” fikri ilə
yəqin tanışsınız. Qanunun “şah ola”
bilməsi üçün
biz nə etməliyik?”
sualına cavab verən hüquqşünasın
sözlərinə görə,
bizdə bəzi məhkəmə proseslərinin
yekun qərarlarında
bəzən görürük
ki, “şah qanun olur”: “Sonradan
bəzi məhkəmə
proseslərində görürk
ki, əslində elə deyil, “şah qanun yox, qanun şahdır”.
Qanun doğurdanda öz sözünü deyir.
Bizim, məsələn, bir dövlət qrumuna qarşı vətəndaşın
bir iddiası var idi. Səlahiyyətləri böyük olan
bir qurum idi. Qurum vətəndaşı məhkəməyə vermişdi
və biz vətəndaşı
müdafiə edirdik.
Elə oldu ki, uzun
bir məhkəmə prosesindən sonra məhkəmə doğurdanda
hesab etdi ki, vətəndaş haqlıdır. Bizdə bu
halda gördük ki, qanun “şahdır”.
Müəyyən hallarda “şah
qanun olur”, düzdür qanunvericilik deyir ki, məhkəmələr
müstəqildir, yalnız
qanuna tabedir. Amma bəzi hallarda görürsüz ki, məhkəmələrə,
hakimlərə təsirlər
ola bilir.
Hakimdə öz vəzifəsindən
mərhum olmamaq üçün bəzən
qanunsuz qərarlar vermək məcburiyyətində
olur. Düzdür yuxarı instansiyalarda
məsələyə düzgün
hüquqi qiymət verilir, amma görürsüzki
bu kimi hallar
baş verir. Qanunun “şah olması” üçün doğurdanda
ictimai nəzarət güclü olmalıdır.
Biz hesab edirik
ki, bu günləri
vətəndaş gedib
məhkəmədə qanunu
deyir və ya hüquqşünas, biz
vəkillər gedib məhkəmə prosesində
maddəni hakimin demək olar ki qarşısına qoyuruq ki, bax
qanun budur başqa yolun yoxdur, sən bunu təmin etməlisən. Amma bəzən
görürsüz ki,
hakim müşavirə otağına
gedib gəlir tamam başqa qərar verir. Ona görə də bu hallarda ictimai
nəzarət güclü
olmalıdır. Düzdür məhkəmələr açıqdır,
ailə sirri, dövlət, bank sirləri
istisna olmaqla istənilən şəxs
gedib izləyə bilər. Müəyyən
vətəndaş cəmiyyətinin
nümayəndələri, kütləvi informasiya vasitələri, QHT nümayəndələri
və s. şəxslər
komissiya üzvləri
kimi ayrılmalıdır.
Burda olan pozuntuları qeyd şəklində yazıb Ədliyyə Nazirliyinə göndərsin.
Bu kimi səlahiyyətlər
olsa, bu olar ictimai nəzarət.
Hakimlər hər hansı
qərarın alınmasında
məsuliyyətli olarlar.
Qanunun “şah olması” üçün bunlar vacibdir. Bunlardanda ən vacibi
sadə vətəndaşların
hüquqi maarifləndirilməsidir”.
”Boşanmalarla bağlı
problem Azərbaycanın bütün
bölgələrini əhatə
edir. Bəs Lənkəran
rayonunda bu sahədə vəziyyət
necədir?” sualına
müsahibimizin cavabı
belə oldu ki, vəziyyət çox yaxşı deyil: “Lənkəran şəhərində vəkillər
kolleqiyasının yeddi
üzvi var. Son üç
ayda təkcə mənə beş
nəfər boşanma
ilə bağlı müraciət edib. Digərlərinə gör nə
qədər müraciət
ediblər, ümumilikdə
bunları toplsan böyük bir rəqəm çıxır.
Qənaətbəxş deyil, çox
acınacaqlıdır. Boşanmalardan sonra ortaya növbəti problemlər
çıxır - əmlakın
bölüşdürülməsi, uşaqlara aliment verilməsi
ilə bağlı.
Bügün boşanmadan
sonra aliment və əmlak mübahisələri
ilə bağlı ciddi problemlər var. Bilirsiniz ki, 2014-cü il üçün uşaqlar üçün
minimum yaşayış 103 AZN-dir. Bir uşağı saxlamaq üçün
103 manat pul lazımdır. Məhkəmələr tərəfindəndə atanın konkret sabit gəliri yoxdursa yaşayış minimumuna istinad olunur. Atada həmin alimenti
ödəməkdən boyun
qaçırır və
təsəvvür edin
ki, bunun özü özlüyündə
vicdan tələb edir. Ata öz
uşağına pul verməkdən imtina edir. Ana məhkəməyə
verir, hətta məhkəmə vaxtıda
ata pul verməkdən
imtina edir. Sanki bu uşaq
özü öz istəyi ilə dünyaya gəlib. Bunu dərk eləmir ki, uşaq onun
övladıdır. Bu
kimi belə vicdansızlıqlarda olur”.
Ardı
növbəti sayımızda...
Azərbaycan Respublikasının Prezidenti
yanında Kütləvi
İnformasiya Vasitələrinin
İnkişafına Dövlət
Dəstəyi Fondunun maliyyəsi əsasında
səhifəni hazırladı:
Mərdan Qurbanov
Zaman.-2014.-14 oktyabr.-S.13.