Qarşımızda duran
ən mühüm məsələlərdən
biri vətəndaşlıq tərbiyəsinin
gücləndirilməsidir
Türkiyə ədəbiyyatının görkəmli simalarından olan Mehmet Akif Ərsoy öz əsərlərində vətən və vətəndaşlıq mövzusuna geniş yer vermişdir. Şair üçün
vətən sənsən,
mənəm, qonşumuzdur,
əxlaqi dəyərlərimizin,
həyat normalarımızın
hakim olduğu, sevildiyi,
uca tutulduğu ünvandır. Yəni
vətən anlayışı
mənəvi dəyərlərin
qorunması ilə başlayır, elə bu əqidə ilə də tamamlanır. Vətəndaşların
baş girlədiyi, “əşşi mənə
nə...” düşüncəsinin
yayğın olduğu
cəmiyyətlər heç
zaman inkişaf edə bilməz, həmişə yadların
təqlidçisi olaraq
qalar. Ərsoy vətəndaşı bu geri zehniyyatdan
sıyrılmağa, vətəninə,
vətəndaşına, mənəvi
dəyərlərinə, bayrağına
sahib olmağa çağırır.
Şeirlərindən birində
şair belə deyir:
Sahibsiz olan bir vətənin batması haqdır,Sən sahib olarsan, bu vətən
batmayacaqdır.
Bu gün
dünya demoktratiya tarixində gəlinmiş
son mərhələ bütün
dövlət və cəmiyyətlərin idarəçiliyində
xalqın rəyinin əsas alınması prinsipi ön plana çıxmışdır.
Bu prinsip cəmiyyət
həyatında vətəndaşın
aktiv iştirakını
nəzərdə tutur
və bütün həlledici məqamlarda çoxluğun seçiminə
əsaslanır. Yəni vətəndaşın
seçimi hər zaman ön planda
tutulur. Xalq öz sevgisini
və ya etirazını seçki qutularını vasitəsi
ilə ifadə edir. Ola bilsin ki, bəzi vətəndaşlarımız
seçkiyə laqeyd münasibət bəsləyir,
“mənim bir səsim bir şeyi dəyişməyəcək”
düşüncəsi ilə
özünü bu mühüm mərhələdən
təcrid edir, amma bu bir
həqiqətdir ki, bütün böyük rəqəmlər məhz
həmin “bir”lərin bir araya gəlməsi
ilə alınır.
İndinin özündə də el arasında “səsini əlindən alıblar” şəklində bir deyim işlənməkdədir. Bu söz ordan qaynaqlanır ki, çar Rusiyası zamanında bəzi cinayətkarları cəzalandırmaq
məqsədiylə seçkiyə
qatılmaqdan məhrum
edirdilər. Bu ifadə də məhz həmin şəxslər haqqında
işlənmişdir. Elə indinin özündə də bir xarici
ölkələrə mühacirət
edən vətəndaşlarımız
bütün sosial şərtlərlə təmin
olunduqları halda seçib-seçilmək hüququ
ala bilmək üçün
illərlə gözləməli
olurlar. Yəni cəmiyyət həyatında
özünü gərəkli,
faydalı hesab edən şəxsiyyət
üçün seçib-seçilmək
hüqüqü bir növ ləyaqət məsələsinə çevrilir.
Seçkidən imtina etmək dünyəvi baxımdan, ən yumşaq ifadə ilə, acizlikdirsə, dini baxımdan da heç arzulanmayan haldır. Belə ki, sən iradəni ortaya qoymaqdan, haqlı və xeyirli hesab etdiyini başa çıxarmaq üçün çalışmaqdan
imtina edirsən.
Dinimiz İslamın hər birimizidən tələbi
odur ki, haqlı və doğru bildiyimiz üçün əlimizdən
gələni edək,
gücümüzün yetdiyi
yerə qədər mübarizə aparaq.
Əgər sən imkanların
ola-ola seçkiyə
getmirsən və daha xeyirli hesab
etdiyinə səs vermirsənsə, bir növ cəmiyyət qarşısında haqqını
da itirmiş olursan. Üstəlik
onu da bilməlisən
ki, zamanı gələndə bu ətalətin, acizliyin səbəbini də səndən soruşacaqlar
və ola
bilsin ki, məhz bu davranışına
görə Allah qatında
fərari sayılasan.
Yazının əvvəlində
Mehmet Akifdən bir misal gətirmişdik
və bu yerdə başqa bir sözü adamın ağlına gəlir:
İslamı qolundan tutacaq, qaldıracaq yox,
Haqsız
yerə fəryad ediyor, acizə haqq yox,
Yetməzmi müsab olduğumuz
munca dəvahi,
Ağzım qurusun, yoxmusun, ey ədli-İlahi?
Şair bu parçada məhz danışdığımız
məsələdə öz
dərdini, fəryadını
dilə gətirir, ətalətin, acizliyin, tənbəlliyin müsəlmanları
həlak edən ən böyük bəla olduğunu söyləyir. “Haqsız yerə fəryad ediyor, acizə haqq yox”, - deyən
şair xüsusilə
bir məqama diqqəti çəkir: Hər aciz məzlumdur,
amma hər məzlum aciz deyil. Yəni insanın iradəsi
var və bütün məsələlərə
də məhz ağlı və iradəsi ilə müdaxilə eləməlidir.
Acizlik iradəsizlikdir,
qorxaqlıqdır, başını
girləyə bilmək
üçün hər
məşəqqətə boyun əyməkdir, qarnının əsiri olmaqdır; aciz olmamaq isə hədəfə yetənə
qədər dözməkdir,
susa bilməkdir,
zamanı yetişəndə
də öz iradəsini ortaya qoymaqdır. Ola bilsin
ki, ağıllı, iradəli bir insan illərlə məzlum vəziyyətində
dözür, yaşayır,
amma bu heç
də o anlama gəlməz ki, acizdir, əlindən bir şey gəlmir.
O dözür, çünki
məqamını gözləyir.
Mehmet Akif də yüz il əvvəl
İslam coğrafiyasında
hakim olmuş o ətalat,
acizlik düşüncəsindən
fəryadını o şəkildə
dilə gətirir. Elə həmin ətalətin və acizliyin nəticəsidir ki, bu gün Avropa
İslam ölkələrinə
demokratiya, insan haqları dərsi öyrədir. Bəli, bu
həqiqəti etiraf etməliyik ki, Qərb demokratiyası bəşər tarixində
ictimai idarəetmənin
ən gözəl nümunələrindən sayılmalıdır.
Amma onu da nəzərdən
qaçırmayaq ki, bütün bu nailiyyətlər cəmiyyəti
təşkil edən fərdlərin siyasi həyatda aktivliyinin meyvəsidir.
Vətəndaş özünü cəmiyyətdə
çox şeyə məsul bilməli, küçədə, bayırda
gördüyü və
lazım bildiyi bir çox məsələlərə müdaxilə
etməlidir. Hər şeyi məmurların
boynuna qoymaq, hər şeyi onlardan gözləmək düşüncəsi cəmiyyətdə
qeyri-fəal psixologiyanın
formalaşmasına səbəb
olur. Təbii ki, cəmiyyətdə
bu düşüncənin
hələ də yaşamasının əsas
səbəbi sovet cəmiyyəti və o cəmiyyətin hələ
də şüurlarda
yaşayan təsirləridir.
Çünki o sistem zor üzərində qurulmuşdu
və insan azadlığı, demokratiya,
vətəndaş hüquqları
kimi mühüm məsələlər sadəcə
sənədlərdə mövcud
idi. Həmin sistemdə yetişmiş və həmin psixologiya ilə tərbiyə almış
kimlərsə o cəmiyyətin
dağılmasından iyirmi
beş il
keçməsinə baxmayaraq
hələ də beynindəki qandalları qoparıb ata bilmir, sovet seçki
sisteminin verdiyi “onsuz də mənim
səsimlə bir şey dəyişməyəcək”
düşüncəsindən qurtula bilmir.
Bu gün biz müstəqil
Azərbaycan dövlətinin
vətəndaşlarıyıq. Heç
də iddia eləmirik ki, ətrafımızda hər
şey ideal şəkildə
formalaşıb, problemlər
minimuma endirilib, vətəndaşın haqları
tapdalanmır... Bəli,
problemlər var və ola
bilsin ki, çoxlarının düşündüyündən
də qat-qat artıq. Amma bu problemlər
bizi qoxutmamalıdır
və biz hər birimiz fərd olaraq onları aradan qaldırmaq üçün əlimizdən
gələni etməliyik.
Yəni vətəndaşlıq anlayışı
bir növ vicdanla başa-baş olmalı, cəmiyyət qarşısında borcumuzu
daha dərindən anlamalı və yerinə yetirməyə çalışmalıyıq. Yoxsa hər kəs öz evinin qapısını süpürüb,
zibili həyətə
atacaqsa, bu məhəlli, bu aciz, bu bəlalı
düşüncədən heç zamana qurtara bilməyəcəyik.
Xüsusilə də böyüyən nəsillərin tərbiyəsindən
bu faktora xüsusi əhəmiyyət
verilməlidir. Hər bir fərdin
cəmiyyət qarşısında
borcları, daha doğrusu vətəndaşlıq
tərbiyəsi hər
valideynin, səlahiyyətli
şəxsin vicdan məsələsi halına
gəlməlidir.
Bir həqiqəti də
heç zaman unutmayaq ki, dövlət
vətəndaş üçündür.
Dövlət bizim hüquqlarımızı təsbit
edir, vətəndaşını
qoruyur, bunun üçün də qanunlar qəbul edir, qaydalar təsdiq edir. Amma biz buna riayət
etmək əvəzinə,
daha çox onu necə pozmaq
barədə baş sındırırıq. Qanunu
pozur, üstəlik, bunu fərasət, bacarıq, cəsarət, hətta qəhrəmanlıq
kimi təqdim ediriksə, bunları müşahidə edən
övladlarımız bizdən
nə öyrənirlər?
İnsanların dövlətin qanun və qaydalarına tabe olmamaları tərbiyə işinə çox böyük zərbə vurur. Çünki cəmiyyət həyatında fərdlərin bir-biri ilə qarşılıqlı münasibətləri əksər hallarda məhz dövlətin qəbul etdiyi həmin qanunlarla təsbit olunur. Azadlıq - acizliklə azğınlıq arasındakı incə bir xətdir və aşağı-yuxarı meyllənmə mütləq hansısa nöqtədə zülmlə, haqsızlıqla nəticələnməlidir.
Bəli, bu gün dövlətimizin də, xalqımızın da qarşısında duran ən mühüm məsələlərdən biri vətəndaşlıq tərbiyəsinin gücləndirilməsi olmalıdır. Məhz bu tərbiyənin yüksək səviyyəyə gəlməsinin nəticəsidir ki, bu gün Qərb ölkələrində, xüsusilə də ABŞ-da sıravi vətəndaş özündə ölkənin bütün işlərinə müdaxilə etmək haqqı görür, elektrik sayğacını yoxlayan montyor nazirləri, Baş naziri məhkəmə qarşısında oturda bilir. Çünki qanunun aliliyi prinsipi özünü göstərir. Bir vətəndaş olaraq bizim də qarşımızda duran ən mühüm məsələ budur və onun əldə edilməsi üçün dövlət, millət olaraq əlimizdən gələni əsirgəməməliyik.
Azərbaycan
Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyəsi əsasında səhifə
ni hazırladı:
Əli Çərkəzoğlu
Zaman.-2014.-15 oktyabr.-S.13.