Quba üçüncü
möhtəşəm “Alma bayramı”na
hazırlaşır
AMIL
TAĞIYEV,
Təşkilat Komitəsinin sədri,
Quba Rayon İcra Hakimiyyəti başçısının
müavini, İctimai-siyasi
və humanitar məsələlər şöbəsinin
müdiri Afət Həsənova görülən
işlərlə bağlı
suallarımızı cavablandırdı.
Qubada 22
oktyabrda keçiriləcək
üçüncü “Alma bayramı”na hazırlıq prosesi sürətlə davam edir. Bununla əlaqədar Quba
Rayon İcra Hakimiyyəti
başçısının göstərişi ilə
Təşkilat Komitəsi
təsis olunub. Hazırlıqla bağlı Təşkilat
Komitəsinin sədri,
Quba Rayon İcra Hakimiyyəti başçısının
müavini, İctimai-siyasi
və humanitar məsələlər şöbəsinin
müdiri Afət Həsənova ilə söhbətləşdik. O bildirdi ki, 2 aya yaxındır ki, bayrama hazırlıqlara
başlanılıb, ssenari
hazırlanıb, təkliflər
verilib, tədbirin hər bir komponenti
barədə müzakirələr
olub: “Hələ ötənilki “Alma bayramı”nın
səhəri günündən
növbəti “Alma bayramı”na
psixoloji olaraq hazırlıqlar barədə
fikir mübadiləsi olub. Bu bayram
artıq ənənə
halını alıb.
Heydər Əliyev adına Parkda
keçiriləcək bayramın
proqramı rəsmi-protokol
çıxışlarla başlayıb,
paradla davam edəcək. Nəfəs alətlərindən ibarət orkestrin müşayiəti ilə
parkın qarşısındakı
Heydər Əliyev prospekti boyunca ilk olaraq, dövlət atributumuz olan üçrəngli bayrağımızın
paradı, bayramın loqosu hazırlanmış
almaların rəngarəng
təqdimatla-maşın karvanlarının
keçidi planlaşdırılır.
Bunun davamı olaraq bildiyimiz kimi, bu il bir neçə
rayonun iştirakı ilə internetlə səsvermə zamanı Quba “Gənclər Paytaxtı 2014” üzrə
qalib olub. Bu cəhətdən gənclərimiz ön planda tutulacaq, vətənpərvərlik ruhunun
aşılanmasına xüsusi
diqqət yetiriləcək,
şahin-hərbi idman
oyunlarında iştirak
edən yerli komanda üzvlərinin yürüşü təşkil
ediləcək. Daha sonra
parkın ərazisində
əsasən almadan ibarət simvolik olaraq meyvələrin-almaların
rəqsi nəzərdə
tutulur və bu, tədbirə maraq qata biləcək
mövzular sırasındadır.
Gürcüstanda yaşayan həmyerlilərimizin
zurnaçılardan ibarət
zurnaçılar dəstəsi
proqramı zənginləşdirəcək”.
Afət Həsənovanın sözlərinə görə, “Alma bayramı”nda həmçinin kənd təsərrüfatı məhsullarının, sənətkarlıq və əntiq əşyaların təqdimatından ibarət sərgilərin təşkili nəzərdə tutulur: “Multikulturalizmin nümunəsi olan rayonumuzda azsaylı xalqların həyat şəraitini, adət-ənənələrini, mətbəxini əks etdirən nümunələr də tədbirə xüsusi rəng qatacaq. Xalq çalğı alətləri, muğam üçlüyü gözəl ifalarla bayram ab-havasını musiqi nömrələri ilə rəngarəngləşdirəcək. Ən əsası isə Bayraq meydanının həndəvərində naz-nemətlərlə əhatə olunmuş xan-şahənşah onun üçün qurulmuş taxtdan bayram prosesini izləyəcək. Sözsüz ki, almadan bişirilib-hazırlanmış müxtəlif məhsullar bu bayrama şirinlik qatacaq. Gənclərin təqdimatında “fləş-moblar”, gitara ifaları da xüsusi diqqətçəkən məqamlardan olacaq”. Bayrama əsasən millət vəkilləri, diplomatik korpusun rəhbərlikləri, qonşu rayonların İcra Hakimiyyətinin başçıları, ictimai xadimlər dəvət olunan qonaqlar sırasındadırlar. Bayramın növbəti mərhələsində konsert və sonda atəşfəşanlıq planlaşdırılır.
Amil Tağıyev, Quba
Zaman.-2014.-16 oktyabr.-S.6.