Vətəndaş cəmiyyətinin formalaşmasında həmkarlar ittifaqlarının rolu

 

 ELVIN ƏLIYEV ,

 

Ölkə vətəndaşları arasında həmkarlar ittifaqlarının missiyası əhəmiyyətinin olduğunu bilməyənlər var.

 

Bunu nəticəsidir ki, müəyyən idarə təşkilatlarda hüquqlarının pozulmasına baxmayaraq, işçilər öz haqlarını müdafiə edə bilmirlər. Bəzilərinin isə işlədiyi müəssisədə həmkarlar ittifaqının olub-olmamasından xəbəri yoxdur. Azərbaycanda həmkarlar ittifaqlarının hüquqları, vəzifələri səlahiyyətləri 1994-cü il fevralın 24-ü tarixində ümummilli lider Heydər Əliyev tərəfindən imzalananHəmkarlar ittifaqları haqqındaAzərbaycan Respublikasının Qanunu onların nizamnamələri ilə müəyyən edilir. Bu qanun İnsan hüquqlarının Ümumi Bəyannaməsinə, Beynəlxalq Əmək Təşkilatının konvensiya tövsiyələrinə, Avropa Sosial Xartiyasına uyğun olaraq Azərbaycan Respublikasında həmkarlar ittifaqlarının hüquqlarının, onların üzvlərinin əmək, sosial, iqtisadi hüquqlarının qanuni mənafelərinin müdafiə edilməsi yollarını müəyyən edir. Adıçəkilən qanuna görə, işçilər arasında heç bir fərq qoyulmadan, işəgötürəndən qabaqcadan icazə alınmadan, sırf könüllülük prinsipləri əsasında həmkarlar ittifaqları təşkilatı yaradıla bilər. İşçilər əmək, sosial, iqtisadi hüquqlarını, qanuni mənafelərini müdafiə etmək üçün müvafiq həmkarlar ittifaqlarına daxil olub, işləmək imkanlarına malikdirlər. Həmkarlar ittifaqları istehsal ya qeyri-istehsal sahələrində çalışan işçilərin, habelə pensiyaçıların təhsil alan şəxslərin əmək, sosial, iqtisadi hüquqlarının qanuni mənafelərinin müdafiəsi üçün yeri, peşələr, sahələr üzrə respublika səviyyəsində fərdi üzvlük prinsipi əsasında könüllü birləşdiyi, nizamnamələri bu Qanun əsasında fəaliyyət göstərən müstəqil ictimai, qeyri-siyasi təşkilatdır. Həmkarlar ittifaqları haqqındaAzərbaycan Respublikasının Qanununun müvafiq maddəsində nəzərdə tutulan məqsədlərə nail olmaq üçün ən azı yeddi nəfərin həmkarlar ittifaqı yaratmaq öz istəkləri ilə müvafiq təşkilatlarda birləşib onun nizamnaməsini qəbul etmək hüququ var.

 

 

 

Vəzifəli şəxslərin həmkarlar ittifaqlarının qanuni fəaliyyətlərinə müdaxiləsi  qadağandır

 

Həmkarlar ittifaqları dövlət orqanlarından, müəssisələrdən, siyasi partiyalardan ictimai birliklərdən asılı olmayıb, onlara hesabat vermirlər. Dövlət orqanlarının vəzifəli şəxslərin həmkarlar ittifaqlarının hüquqlarının məhdudlaşdırılmasına səbəb olan ya onların nizamnamələri çərçivəsində qanuni fəaliyyətlərinə maneçilik törədən hər cür müdaxiləsi qadağandır. Həmkarlar ittifaqları müstəqil surətdə öz nizamnamələrini, fəaliyyət proqramlarını hazırlayır təsdiq edir, strukturlarını müəyyənləşdirir, rəhbər orqanlarını seçir geri çağırır, yığıncaqlar, konfranslar, plenumlar, məclislər, qurultaylar keçirir Konstitusiya hüquqları əsasında fəaliyyət göstərirlər. Adından təşkilati quruluşundan asılı olmayaraq bütün həmkarlar ittifaqları bərabər hüquqlara malikdirlər. Həmkarlar ittifaqlarında üzvlük, bu Qanunda göstərilən hallar istisna olmaqla, vətəndaşların qanunvericiliklə təmin edilən əmək, sosial, iqtisadi, siyasi, şəxsi hüquqları azadlıqlarının məhdudlaşdırılmasına səbəb ola bilməz. İşçilərin işə qəbulunu, irəli çəkilməsini, habelə işdən azad edilməsini onların həmkarlar ittifaqları yaratmaq təşəbbüsləri, fəaliyyət göstərən həmkarlar ittifaqlarına daxil olmaları ya oradan çıxmaları ilə şərtləndirmək qadağandır. Həmkarlar ittifaqlarına daxil olmaq kişi qadınlar üçün eyni şərtlərlə açıq olmalıdır onlar üçün bərabər imkanlar yaradılmalıdır.

 

 Həmkarlar ittifaqlarının fəaliyyətinə xitam verilən hallar...

 

Həmkarlar ittifaqları təşkilatlarının fəaliyyətinə onların nizamnamələrində nəzərdə tutulan qaydada xitam verilir. Azərbaycan Respublikasının Konstitusiya quruluşunu devirmək, zorakılıqla dəyişdirmək ya ərazi bütövlüyünü pozmaq, müharibəni, zorakılığı qəddarlığı təbliğ etmək, habelə irqi, milli dini ədavəti qızışdırmaq, Azərbaycan Respublikasının Konstitusiya quruluşuna zidd olan beynəlxalq hüquqi öhdəlikləri ilə bir araya sığmayan digər əməllər törətmək məqsədi ya fəaliyyət metodu olan həmkarlar ittifaqları təşkilatlarının yaradılmasına fəaliyyətinə yol verilmir. Belə həmkarlar ittifaqı təşkilatının fəaliyyətinə qanunvericiliklə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi tərəfindən xitam verilir.

 

 Həmkarlar ittifaqları işçilərin hüquqlarının pozulması halları ilə bağlı müvafiq orqanlara şikayət verə bilərlər

 

Həmkarlar ittifaqları əmək, sosial, iqtisadi məsələlər barəsində qanunvericilik aktlarının hazırlanmasında iştirak edə bilər. İşçilərin əmək, sosial iqtisadi hüquqlarına dair qanun layihələrinə həmkarlar ittifaqları respublika birliyinin rəyi müzakirə edilməklə baxılır. Həmkarlar ittifaqlarının respublika birlikləri işçilərin mənafelərini həmkarlar ittifaqlarının hüquqlarını pozan qanunvericilik aktları, dövlət orqanlarının qərarları, sərəncamları barədə müvafiq qanunvericilik, icra məhkəmə orqanlarına müraciət edə şikayət verə bilərlər. Dövlət yerli özünüidarəetmə orqanları işçilərin əmək, sosial, iqtisadi hüquqlarına mənafelərinə aid olan normativ aktları müvafiq həmkarlar ittifaqlarına azı 15 gün qabaq məlumat verməklə qəbul edirlər. Qanunvericiliklə nəzərdə tutulan hallarda həmkarlar ittifaqları respublika birliyi əmək sosial-iqtisadi məsələlər üzrə qanunvericiliyin tətbiq edilməsi qaydalarını nizama salan normativ aktların hazırlanmasında iştirak edir.

 

 Əmək hüququnun qorunmasında həmkarlar ittifaqlarının hüquqları...

 

Əmək hüququnun qorunmasında həmkarlar ittifaqlarının hüquqları isə üzvlərinin əmək hüquqlarını qorumaqdan dövlət məşğulluq siyasətinin hazırlanmasında iştirak etməkdən ibarətdir. İşəgötürənin təşəbbüsü ilə müəssisənin ya onun struktur bölmələrinin ləğv edilməsi istehsalın tamamilə ya qismən dayandırılmasına, yerlərinin ixtisarına ya əmək şəraitinin pisləşməsinə səbəb ola bilərsə, belə tədbirlər qanunvericilikdə nəzərdə tutulan hallar istisna olmaqla müvafiq həmkarlar ittifaqlarını azı üç ay qabaqcadan xəbərdar etmək işçilərin hüquqlarının mənafelərinin gözlənilməsi barədə onlarla danışı

 

qlar aparmaqla həyata keçirilir. Həmkarlar ittifaqları öz səlahiyyətləri daxilində qanunvericilikdə nəzərdə tutulan qaydada məşğulluğun vəziyyətinə, məşğulluq sahəsində təminatlar haqqında qanunvericiliyə əməl olunmasına nəzarət edirlər. Həmkarlar ittifaqlarının işəgötürən tərəfindən əmək həmkarlar ittifaqları haqqında, habelə sosial, iqtisadi məsələlər barədə qanunvericiliyə əməl olunmasını aşkara çıxarılmış pozuntuların aradan qaldırılmasını tələb etmək hüququ var. İşəgötürən bu tələblərə baxmağa nəticələri barədə müəyyən edilmiş müddətdə, lakin bir aydan gec olmayaraq həmkarlar ittifaqına məlumat verməyə borcludur.

 

Ardı növbəti sayımızda...

 

Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyəsi əsasında səhifəni hazırladı:

 

Elvin Əliyev 

Zaman.-2014.-16 oktyabr.-S.13.