Vətəndaş cəmiyyətinin
formalaşmasında həmkarlar ittifaqlarının rolu (2)
ELVIN ƏLIYEV ,
Əvvəli ötən sayımızda...
Müəssisənin (filialın, nümayəndəliyin, şöbənin
və digər əlahiddə bölmənin)
rəhbəri və onun müavinləri əmək qanunvericiliyini pozduqda, qüvvədə olan kollektiv müqavilənin (sazişin)
şərtlərini yerinə
yetirmədikdə, həmkarlar
ittifaqları onların
intizam məsuliyyətinə
cəlb edilməsi barədə buna səlahiyyəti olan orqanlar qarşısında
məsələ qaldıra
bilərlər. Həmkarlar ittifaqları öz
üzvlərinin hüquqlarını
müdafiə etmək
üçün məhkəməyə
iddia ərizəsi ilə müraciət edə və məhkəmədə nümayəndəlik
vəzifəsini yerinə
yetirə bilərlər.
Eyni zamanda üzvlərinə hüquqi
yardım xidmətlərini
müstəqil surətdə
təşkil edir və bu məqsədlə
həmkarlar ittifaqları
hüquq müfəttişliyi,
hüquqi ekspert qrupları, firmaları və başqa orqanlar yarada bilərlər. Həmkarlar
ittifaqları bu Qanunun, “Əməyin mühafizəsi haqqında”
Azərbaycan Respublikası
Qanununun və digər normativ aktların tələblərinə
uyğun iş yerlərində işçilərin
əməyinin mühafizəsini
tənzim edən qanunvericiliyə, istehsal zədələri nəticəsində
əmək xəsarətinə
görə zərərin
ödənilməsinə, əmək
şəraiti, istehsal
sanitariyası normalarına
işəgötürən tərəfindən əməl
edilməsinə nəzarətin
həyata keçirilməsində
iştirak edirlər.
Həmkarlar ittifaqları əmək
haqlarının vaxtında
artırılmasına nəzarət
edirlər
Həmkarlar ittifaqlarının birlikləri
səlahiyyətlərinə uyğun işçilərin
sosial və iqtisadi müdafiəsi, həyat səviyyəsinin
əsas meyarları, qiymət əmsallarının
dəyişməsindən asılı
olaraq kompensasiyaların
məbləğlərinin müəyyən
edilməsi üzrə
plan və proqramların
hazırlanmasında, qanunvericiliklə
müəyyən edilmiş
dolanacaq minimumunun gözlənilməsinə, qiymətlərin
artımından asılı
olaraq əmək haqqının, pensiyaların,
təqaüdlərin, müavinətlərin
miqdarının vaxtında
artırılmasına nəzarət
edilməsində iştirak
edirlər.
Həmkarlar ittifaqı təşkilatları
nizamnamə vəzifələrini
və hüquqlarını,
bu Qanunda nəzərdə tutulan səlahiyyətlərini həyata
keçirmək, öz
üzvlərini məlumatlandırmaq
üçün kütləvi
informasiya vasitələri
və nəşriyyatlar
təsis edə; mətbuat xidməti və sosioloji tədqiqat mərkəzləri
yarada; dövlət və təsərrüfat
orqanlarının vəzifəli
şəxslərindən, işəgötürəndən
dövlət, kommersiya
və qanunla qorunan başqa sirr olmayan məlumatları
tələb edə bilərlər. Dövlət və təsərrüfat
orqanları, işəgötürən
həmkarlar ittifaqlarını
müvafiq məlumatlarla
maneəsiz təmin etməyə borcludurlar.
Həmkarlar ittifaqları üzvləri
ilə işəgötürən
arasındakı mübahisələri
həll edir
Həmkarlar ittifaqları öz üzvləri ilə işəgötürən arasındakı
fərdi əmək mübahisələrini səlahiyyətləri
dairəsində həll
edir, kollektiv əmək mübahisələrinə
(münaqişələrə) baxılmasında iştirak
edirlər. Əmək mübahisələrinin (münaqişələrinin) predmeti
və həlli qaydası Azərbaycan Respublikası qanunvericiliyi
ilə müəyyən
edilir. Qüvvədə olan qanunvericiliyə
uyğun olaraq və nizamnamə məqsəd və vəzifələrini həyata
keçirmək məqsədilə
həmkarlar ittifaqları
tətillər, mitinqlər,
küçə yürüşləri,
nümayişlər və
başqa kütləvi
tədbirlər təşkil
edib keçirə bilərlər. Dövlət və təsərrüfat
orqanları, siyasi partiyalar və ictimai birliklər, işəgötürən və
digər vəzifəli
şəxslər həmkarlar
ittifaqlarının hüquqlarını
pozmamalı, onların
fəaliyyətinə yardım
göstərməlidirlər. Mülkiyyət formasından
asılı olmayaraq işəgötürən işçilərin
əmək haqlarından
həmkarlar ittifaqına
üzvlük haqlarının
mühasibatlıq vasitəsi
ilə tutulmasını
təmin edir və 4 iş günü müddətində
həmin idarə, müəssisə və təşkilatın həmkarlar
ittifaqı təşkilatının
xüsusi hesabına köçürür. Bu Qanunun
pozulması qanunvericiliklə
müəyyən edilmiş
qaydada intizam, inzibati və ya cinayət məsuliyyətinə səbəb
olur. İşəgötürən
tərəfindən əmək
və həmkarlar ittifaqları haqqında qanunvericiliyə, kollektiv müqavilənin şərtlərinə,
əmək və sosial məsələlər
üzrə sazişlərə
əməl edilməsini
yoxlamaq və nizamnamə vəzifələri
ilə bağlı məsələlərlə əlaqədar
həmkarlar ittifaqı
nümayəndələrinin həmkarlar ittifaqı üzvlərinin iş yerlərinə getməsinə
mane olmaq qadağan edilir. İşəgötürənin təşəbbüsü ilə əmək müqaviləsi ləğv
edilərkən həmkarlar
ittifaqlarının qabaqcadan
razılığının alınması Azərbaycan
Respublikasının əmək
qanunvericiliyinə uyğun
olaraq tənzimlənir.
Həmkarlar ittifaqı işsiz
qalan üzvünə
orta əmək haqqı verir
Həmkarlar ittifaqı orqanlarının öz əmək funksiyasının icrasından azad edilməyən üzvləri həmkarlar ittifaqlarının seçkili orqanlarında, təşkil etdiyi tədris kurslarında, seminarlarda iştirak etdiyi müddət üçün həmkarlar ittifaqının vəsaiti hesabına orta əmək haqqı məbləğində haqq ödəməklə işəgötürənin razılığı ilə istehsal işindən azad edilirlər. Həmkarlar ittifaqı ilk təşkilatlarının tərkibinə seçilmiş və öz istehsal işindən azad edilməmiş həmkarlar ittifaqı üzvlərinə həmkarlar ittifaqı fəaliyyətini həyata keçirmək üçün müddəti və şərtləri kollektiv müqavilələrdə (sazişlərdə) göstərilən asudə vaxt verilir. Həmkarlar ittifaqı orqanlarında seçkili vəzifələrə seçildiyinə görə əmək funksiyasının icrasından azad edilmiş həmkarlar ittifaqı üzvlərinin seçkili səlahiyyətləri başa çatdıqdan sonra onlara əvvəlki işi (vəzifəsi) verilir, bu mümkün olmadıqda isə həmin müəssisədə və ya işçinin razılığı ilə başqa müəssisədə buna bərabər iş (vəzifə) verilir. Müvafiq iş (vəzifə) vermək mümkün olmadıqda isə həmkarlar ittifaqı işçinin işə düzələcəyi dövr üçün, lakin altı aydan artıq olmayan müddətdə onun orta əmək haqqını saxlayır. Müəssisədə əmək funksiyasının icrasından azad edilərək həmkarlar ittifaqına seçilmiş işçilərə həmin müəssisənin digər işçiləri üçün müəyyən edilmiş güzəştlər bərabər əsaslarla şamil olunur.
İşəgötürən həmkarlar ittifaqının fəaliyyəti üçün zəruri olan avadanlıqları və otaqları kollektiv müqavilədə göstərilən şərtlərlə həmkarlar ittifaqlarına verir. Kollektiv müqavilə bağlanarkən qəbul edilən qərara müvafiq surətdə müəssisə özünün balansında olan, yaxud icarəyə götürdüyü binaları, otaqları, qurğuları və başqa obyektləri, habelə istirahətin təşkili, işçilərlə və onların ailələri ilə mədəni-maarif işi, bədən tərbiyəsi, sağlamlıq işi aparmaq üçün zəruri olan istirahət bazalarını, uşaq-gənclər və digər sağlamlıq düşərgələrini pulsuz olaraq həmkarlar ittifaqlarının istifadəsinə verə bilər. Müəssisə həmkarlar ittifaqlarına kollektiv müqavilədə müəyyən edilən sosial, iqtisadi və mədəni tədbirlər üçün vəsait ayıra bilər.
Ardı növbəti sayımızda...
Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyəsi əsasında səhifəni hazırladı:
Elvin Əliyev
Zaman.-2014.-17 oktyabr.-S.13.